Təb.VI.1. Şagird tanış təbii mühitdə sadə qida əlaqələrini təsvir edə bilər.
Təb.VI.2. Şagird tipik ekosistemləri xarakterizə edə bilər.
|
Təb.VI.3. Şagird cisimlərin hərəkət trayektoriyasını xarakterizə, onların sürəti barədə mülahizə yürüdə bilər.
Təb.VI.4. Şagird maddələrin xüsusiyyətlərini təsvir və onların dəyişiklikləri barədə mülahizə yürüdə bilər.
Təb.VI.5. Şagird maddələri və qatışıqları bir-birindən fərqləndirə, qarışığın komponentlərə bölünməsi metodlarından istifadə edə bilər.
|
Təb.IV.6. Şagird Günəş sistemində kosmik cisimlərin hərəkətini və bəzi astronomik hadisəni təsvir edə bilər.
Təb.VI.7. Şagird Yer kürəsinə istiliyin və işığın paylanması barədə mülahizə yürüdə bilər.
|
Təb.VI.8. Şagird sağlam həyat tərzinə əməl edir və insanın sağlamlığına təsir göstərən faktorları tanıya bilər.
Təb.VI.9. Şagird həm təbii, həm də süni mühitdə təhlükəsiz davranış qaydalarına riayət edə bilər.
Təb.VI.10. Şagird ətraf mühiti mühafizə tədbirlərini keçirə, onların əhəmiyyətlərini təsvir və təsdiq edə bilər.
|