Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyəti



Yüklə 289,44 Kb.
səhifə84/240
tarix25.12.2016
ölçüsü289,44 Kb.
#3075
1   ...   80   81   82   83   84   85   86   87   ...   240
İstiqamət: Kimyəvi hadisələr

Təb.VII.11. Şagird sadə kimyəvi reaksiyaları təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Sınaq prosesində fiziki və kimyəvi hadisələrin xarici əlamətlərini müşahidə edir, göstəriciləri cədvəl şəklində təqdim edir və onların (fiziki və kimyəvi hadisələr) arasında fərqlər barədə fikir yürüdürsə;

  • Sınaqlar əsasında fiziki hadisələr (məs., maddələrin suda həlli, formanın dəyişməsi, aqreqat halın dəyişməsi) zamanı kütlənin sabitliyi barədə mülahizə yürüdürsə. Müvafiq nəticələr çıxarırsa;

  • Maddələrin fiziki və kimyəvi dəyişikliklərini (məs., aqreqat halın dəyişməsi, formanın dəyişməsi, maddələrin həlli, qazın bölünməsi, rəngin dəyişməsi) tədqiq etmək üçün sınaqlar keçirir və bu dəyişikliklərin başvermə səbəbləri barədə fikir yürüdürsə (məs., isitmə, qarışdırma, yandırma, mexaniki təsir);

  • Sınaqlar keçirir və kimyəvi reaksiyalar nəticəsində yeni maddələrin yaranmasını müşahidə edirsə;

  • Turşuların iştirakı ilə aparılan sadə reaksiyaları, hansıların ki, məhsulu qazdır – bunu tədqiq edirsə;

  • Gündəlik həyatdan yanma və oksigenləşmə misalları sadalayır və onlara kömək edən amillər barədə mülahizə yürüdürsə; şamın yanması prosesində havanın rolunu tədqiq edirsə;

  • Yanmanı kimyəvi reaksiya kimi təsvir edirsə, hansında ki, qaz, hava və ya oksigen iştirak edir və su və karbon dioksid alınır;

  • “Göy qurşağı reaksiyası” keçirir və təsvir edirsə (paltar sodası, natrium karbonat məhluluna duz turşusu və universal indikatorun təsiri);

  • Müvafiq terminologiyadan istifadə edir, fiziki və kimyəvi hadisələrin misallarını sadalayır və təsvir edir, kimyəvi hadisələri sxematik/sözlə (məs., karbon + oksigen =karbon dioksid);

  • Kimyəvi maddələrin yerləşdirilməsi, onlarla təhlükəsiz işləmək qaydalarına əməl edirsə, kimyəvi reaksiya qabının etiketində xəbərdaredici nişanları tanıyırsa (məs., asan alovlanan, partlaya bilən, radioaktiv).


Yüklə 289,44 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin