Y. A. Komenskinin məktəb və pedaqoji ideyaları Plan: ​Y. A. Komenskinin dünyagörüşü ​ Y. A. Komenskinin yaş dövrləri və məktəb sistemi ​Y. A. Komenskinin sinif-dərs



Yüklə 33,9 Kb.
səhifə2/5
tarix09.12.2022
ölçüsü33,9 Kb.
#73392
növüDərs
1   2   3   4   5
Belge (46)

Təbiətəmüvafiqlik. Komenskinin pedaqokikasını çox zaman təbiətəmüvafiq pedaqogika adlandırırlar. Doğrudan da onun pedaqogikası təbiəqəmüvafiqlik prinsipi üzərində qurulmuşdur. Komenski orta əsr pedaqokikasının bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii qanunlarını axtarmışdır. Komenski belə qənaətə gəlmişdir ki, bu qanunlar təlim prosesinin öz təbiətindən çıxarılmalıdır və düzgün tərbiyə təbiətə müvafiq olmalıdır. Komenski təbiətəmüvafiqliyi belə izah edir: insan təbiətin bir hissəsidir. Ona görə də onun ümumi qanunlarına tabe olmalıdır, bu qanunları tərbiyədə nümunə tutmalıdır. Komenski didaktik üsullarını təbiət və insan fəaliyyəti ilə müqayisə edir (bağbanın, memarın, rəssamın və s.). Komenskiyə görə məktəb bütün qaydalarını dəqiq surətdə təbiətdən götürməlidir. «Böyük didaktika» əsərində bitgilərin, heyvanların həyatından, insanların məişət və fəaliyyətindən gətirdiyi bir çox misallarla təbiətin ümumi qanunlarının tərbiyəyə də aid olduğunu sübut etməyə çalışır. Təbiətə əsaslanmaq intibah dövrünün mütərəqqi meyllərinin təsiri nəticəsi idi. Lakin tərbiyənin obyektiv qanunlarını təbiətdə axtarmaq meyli elmi yol hesab edilə bilməz. Komenski deyirdi ki, balıqlar üçün su, ağaclar üçün bağ müəyyən olunduğu kimi, kənclər üçün də məktəb müəyyən edilməlidir. Bu o deməkdir ki, Komenski fərdi təlimin əleyhinə çıxmış, təbiətin nümunəsində olsa da, dərs-sinif sisteminin, birgə təlimin zəruriliyini subut etməyə çalışmışdır. Lakin Komenskinin sadəcə olaraq təbiəti təqlid etdiyini düşünmək doğru deyildir.
Yaş dövrləri və məktəb sistemi. Komenskinin böyük xidmətlərindən biri dövrünün tərbiyə sistemini, sxolastik məktəbi hərtərəfli tənqid edib, onun əvəzinə, uşaqların yaş dövrlərinə muvafiq yeni vahid məktəb sistemi təklif etməsidir.O, köhnəvahimə ocağı olan məktəbi insanlıq emalatxanasına, şakirdlərin ağlını hikmətlər nuru ilə işıqlandıran və hamıya hər şeyi eyrədən təhsil-tərbiyə ocağına çevirməyə çalışırdı.
Komenski gənc nəslin inkişaf illərini dörd dövrə: uşaqlıq, yeniyetməlik, gənclik və kişiləşməyə(yetkinlik) bölürdü. Bu bölgü əsasən yaş xüsusiyyətlərinin elmi təsnifinə çox yaxın olub, onun uşaqların yaş xüsusiyyətlərini yaxşı bildiyini sübut edir. Komenski çox haqlı olaraq deyir ki, cəmiyyətdə bütün siniflərin uşaqları təbii əlamətlərinə və vəzifələrinə görə bərabərdirlər. Ona körə də uşaqların hamısı insanı insanlıq vəzifəsinə hazırlayan eyni məktəbi keçməlidirlər. Ona körə də Komenski dörd yaş dövrünə müvafiq, hamı üçün dörd dərəcəli vahid təhsil sistemini irəli sürmüşdür.
1.​6 yaşa qədər (yaz) uşaqlar üçün hər ailədə «ana qucağı məktəbi» (məktəbəqədər ailə tərbiyəsi, uşağın fiziki inkişafı, ətraf aləm haqqında məlumat, xarici hiss üzvlərinin inkişafı).
2.​6 yaşdan 12 yaşa qədər (yay) yeniyetmələr üçün hər kənddə, hər icmada və qəsəbədə «ana dili məktəbi». ( uşaqların nitqinin inkişafı, oxu, yazı, say, ölçmə, musiqi haqqında ilk məlumat)
3.​12 yaşdan 18 yaşa qədər (payız) kənclər üçün hərşəhərdə «latın məktəbi». (yeddi sərbəst sənətlə tanışlıq, fizika, tarix, coğrafiya, etika, latın, yunan və yeni dillər, sənət öyrətmək)
4.​18 yaşdan 24 yaşa qədər (qış) yetkinləşmiş uşaqlar üçün akademiya - ali məktəb.
Birinci üç dərəcə məktəblərdə, Komenski biliklərin tədricən genişlənməsini və dərinləşməsini tələb edir. Yəni tədris materiallarının mərkəzləşmiş halda verilməsini lazım bilir. Ana məktəbində uşaqların ətraf mühit haqqında təsəvvürlərini, xarici hiss üzvlərini inkişaf etdirməyi və onları təsərrüfata alışdırmağı tələb edirdi. Ana məktəbi haqqında Komenskinin ideyası sonralar məktəbəqədər tərbiyənin əsas inkişaf forması olmuşdur. Komenski uşaqlarda aşağı yaşlardan səliqə, ədalət, doğruçuluq, xüsusən, insanlara məhəbbət bəsləməyi tələb edirdi. Məktəbəqədər tərbiyənin daha səmərəli təşkili və valideynlərə kömək üçün Komenski «Ana qucağı məktəbi» adlı vəsait yazmışdır.
«Ana dili məktəbin» silki və cinsi fərq olmadan bütün uşaqlar üçün nəzərdə tutulurdu. Komenski ana dilini dünya haqqında bilikləri mənimsəmək və xarici dilləri öyrənmək üçün əsas hesab edirdi. Ona körə də Komenski təhsilin bu dərəcəsinə məhz ana dili məktəbi adını vermişdir. Yalnız din və sadə savad təlim edən ibtidai məktəblərdən fərqli olaraq ana dili məktəbinə yeni fənlər daxil edirdi. Ana dili məktəbinin dərs planına oxu, yazı, həndəsə ünsürləri nlə birlikdə hesab, təbiət ünsürləri, coğrafiya, tarix, din, əl əməyi, nəğmə daxil edilmişdi. Birinci dövrdə olduğu kimi, burada da ictimai, siyasi və təsərrüfat bilikləri verilirdi. Belə ana dili məktəbi pedaqogika tarixində ilk dəfə olaraq yalnız Komenski tərəfindən ciddi əsaslandırılmışdır.
Komenski latın məktəbinin tədris planını genişləndirmişdir: buraya yeddi sərbəst elmdən (qrammatika, ritorika, dialektika, hesab, həndəsə, astronomiya və musiqidən) əlavə başqa real elmləri də daxil etmişdir. Burada fizika, coğrafiya, xronologiya, tarix, əxlaq, ana dili və xarici dillər də tədris edilirdi. Komenski bir novator pedaqoq kimi elmlərin tədrisi sistemini illər üzrə də dəyişdirmişdir.
Ali məktəblərdə Komenski dörd fakültə (ilahiyyat, tibb, fəlsəfə, hüquq) nəzərdə tuturdu. Beləliklə, Komenski pedaqojiyə ümumi təhsil ideyası, ətraflı işlənilmiş məktəbəqədər tər- biyə nəzəriyyəsi, tə'limin ana dilində aparılması, geniş tədris planı olan orta məktəb və s. kimi yeniliklər gətirmişdir.

Yüklə 33,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin