Y. A. Komenskinin məktəb və pedaqoji ideyaları Plan: ​Y. A. Komenskinin dünyagörüşü ​ Y. A. Komenskinin yaş dövrləri və məktəb sistemi ​Y. A. Komenskinin sinif-dərs



Yüklə 33,9 Kb.
səhifə3/5
tarix09.12.2022
ölçüsü33,9 Kb.
#73392
növüDərs
1   2   3   4   5
Belge (46)

Komenskinin didaktik görüşləri. Komenski yalnız nəyi öyrətmək və nəyi öyrənmək deyil, həm də necə öyrənmək və öyrətmək yollarını da göstərmişdir. Komenski təlimdə iki cəhəti— ensiklopedik və real təhsili insan qabiliyyətlərinin inkişafı ilə ahəngdar surətdə bağlamağa çalışmışdır. O deyirdi ki, uşaq biliyi köhnə məktəbdəki kimi sxolastik kitablardan mexaniki surətdə əzbərləməklə deyil, şüurlu olaraq ətraf mühitdən götürməlidir: əşyalar haqqında özgələrinin müşahidələrini deyil, əşyaların özünü öyrəkməlidir. Əvvəlcə real şeyləri - cisim, təbiət, yaxud ictimai həyat hadisələrini, sonra isə söz, yaxud əşyaların adlarını eyrənməlidir. Lakin Komenski real təhsilin qiymətini yalnız bu məsələlərlə məhdudlaşdırmır. Köhnə məktəb insanın mənəvi qüvvələrinin və təbii imkanlarının inkişafına laqeyd idi. Komenski yeni məktəbdə insanın bütün mə'nəvi qüvvələrini inkişaf etdirən biliklər verilməsini tələb edirdi. Ona görə təlim prosesində yalnız uşağın hafizəsindən deyil, onun bütün qabi- liyyətindən, xarici hiss orqanlarından, düşüncəsindən və iradəsindən istifadə edilməlidir. Komenski tə'lim nəzəriyyəsi qarşısında hamıya hər şeyi öyrətmək kimi böyük məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq üçün o, sür'ətlə, asan və əsaslı öyrətməyi təklif edirdi.
Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmişdir:
1. Əyanilik
2. Şüurluluq
3. Biliklərin möhkəmləndirilməsi
4. Sistematiklik və ardıcıllıq
5. Gücəmüvafiqlik
Komenski təlimdə əyanilik prinsipini müfəssəl işləmişdir.
Komenski əyanilik prinsipini müəllimlər üçün qızıl qayda adlandırırdı. O belə deyirdi: «...mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni—görmə duyğusuna, səsi - eiştnə duyğusuna, iyi—iybilmə duyğusuna, dadı olanı—dad duyğusuna, toxunula biləni—lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun!»1. Komenskinin əyanilik haqqında tə'limi yalnız təsviri əyanilik dairəsində qalmayıb, onun daha müxtəlif növlərini nəzərdə tuturdu. Komenskinin sensualizm əsasında irəli sürdüyü əyani təlim, onun dövründə hekm sürən doqmatik və nüfuza əsaslanan tədrislə əlaqəni kəsir. Komenski əyanilik haqqında yalnız müəyyən nəzəri fikir söyləməklə kifayətlənməyib, həm də onu öz əməli işində, praktiki fəaliyyətində, yazdığı dərs kitablarında həyata keçirmişdir. Lakin Komenski əyanilik məsələsində də ziddiyyətdən yaxa qurtara bilməmişdir. Tə'limdə şüurluluğu və əyaniliyi lazım bilən və əsas tutan Komenski, bu məsələni dinin tədrisinə aid etməmişdir. O, din ehkamlarını anlama- dan mexaniki əzbərləməyi mümkün hesab etmişdir.
Komenski təlimin sistemliyi, ardıçıllığı və küçə müvafiqliyi haqqında da bir sıra qiymətli fikirlər irəli sürmüş- dür. Komenskiyə körə öyrənilən material müəllim tərəfindən yalnız ardıcıl şərh olunduqda, əvvəlkilər sonrakılara yol açdıqda, sonrakılar əvvəlkilərə əsaslandıqda, heç şey buraxılmadan bir zəncir kimi bir-birinə bağlandıqda, şakird onu maraqla dinləyər, qavrayar və anlayar. Komenskinin fik- rincə, uşağın təbii xüsusiyyətinə müvafiq olaraq tə'limdə ümumidən xüsusiyə, sadədən mürəkkəbə, konkretdən mücərrədə, faktlardan nəqicələrə, asandan çətinə, yaxından uzağa kimi didaktik qaydalara əməl edilməli, hər bir qayda qısa, dəqiq və aydın ifadə olunmalı, tə'lim prosesində material tədricən mürəkkəbləşdirilməlidir. Tə'limin sistemliyindən və ardı- cıllığından danışarkən, Komenski əvvəlcə şakirdlərin hisslərini, sonra hafizəsini, daha sonra təfəkkürünü və nəhayət, dilini və əlini inkişaf etdirməyi məsləhət körmüşdür. Bununla da şakird mənimsədiklərini düzkün ifadə və tətbir edə bilər.
Komenski təimin gücə müvafiqliyinə də xüsusi diqqet vermişdir. O, təlim materialını uşaqların yaş dərəcələrinə görə düzməyi, uşaqlara çatdırmaqı, onların yaş xüsusiyyətlərini hesaba almağı tələb etmişdir.
Biliyin möhkəm mənimsənilməsində Komenski çalışmaların və təmrinlərin böyük rolunu körmüş, çalışmalarıp təşkili haqqında bir sıra qiymətli göstərişlər vermiş, təkrarın əhəmiyyətini qeyd etmişdir.
Komenski şagirdlərin biliklərinin hesaba alınmasına da xüsusi diqqət vermişdir.
Komenskinin didaktik qaydalarının əsasında şagirdlərin şəxsi fəaliyyətinin inkişaf etdirilməsi dururdu. Komenski göstərirdi ki, ətraf mühitdəki əşyalar, hadisələr və onların qarşılıqlı əlaqələri haqqında düzkün, məzmunlu bilik olma- dan aydın, məntiqli və həqiqətən zənkin nitq ola bilməz. Əyani seyrdən anlayışa, anlayışdan yadda saxlamaya və nitqdən ifadəyə, nitqdən çalışmalara və əməli fəaliyyətə—Komenski didaktikasının ardıcıllığı belədir. Komenskinin bu fikirləri Uşinski tərəfindən daha dərin inkişaf etdirilmişdir,

Yüklə 33,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin