Y.A.Komenskiyə görə, tərbiyənin aşağıdakı metodları var. 1.şəxsi nümunə 2.nəsihət 3.təmrinlər 4.rəğbətləndirmə 5.cəza Komenski müəllim haqqında. Komenski müəllimin məktəbdə təlim-tərbiyə işində rolunu yüksək qiymətləndirmişdir. Müəllimlik vəzifəsini dünyada heç bir şeylə müqayisə edilə bilməyən ən üstün, ən şərəfli vəzifə hesab etmişdir. Müəllim cəmiyyətdə gənc nəsli tərbiyə etmək kimi məsul bir vəzifə yerinə yetirdiyini dərin dərk etməli, özünü hər zaman yüksək ləyaqət səviyyəsində saxlamalıdır. Komenskiyə görə müəllimin birinci əsas vəzifəsi uşaqları öz gözəl nümunələri ilə elmə həvəsləndirməkdir; müəllim təlim etmək sənətinə yiyələnməli, öz işinin mahir ustası olmalıdır. O, müəllimin doğrucul, smbatlı, fədakar, fəal, enerkiyalı, zəhmət və elm adamı olmasını və şagirdlərə də bu sifətləri aşılamasını tələb edir. Müəllim öz işini hədsiz dərəcədə sevməli, öz üzərində arasıkəsilmədən işləməli, uşaqlara ata qayğısı göstərməli və opları hər zaman biliyə və elmə təhrik etməlidir. Komenski müəllimi kah fəal heykəltəraş ilə, gah «ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməllər üzərinə işıq saçmağa ehtirasla can atan saf və sədaqətli maarif xadimi» ilə, gah da hər gün göyü hər tərəfdən işıqlandıran günəş ilə müqayisə edir.
Uşaqların inkişafı və tərbiyəsi haqqında müəllimin qayğısından bəhs edən Komenski deyir ki, sən ata kimi hərəkət etmirsənsə, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Lakin o, müəllimin dindar olmasını da tələb edirdi ki, bu da onun dünyagörüşündəki zidiyyətlərlə bağlı idi.
Nəticə Y.A.Komenski böyük pedaqoqo olmuşdur. Onun pedaqoji sahədə göstərdiyi xidmətlər, uşaqların təlim-tərbiyəsi ilə bağlı fikirləri əvəzedilməzdir.
Həmçinin XVII əsrə kimi pedaqogika da bir çox elmlər kimi Fəlsəfənin tərkimibdə öyrənilirdi, onu ayrıca elm kimi hazırlamaqda Komenskinin böyük xidmətləri olmuşdur. Ona görə də Y.A.Komenskini pedaqogika elminin banisi hesab edirlər.
Komenski gələcək nəsillər üçün dəyərli pedaqoji irsini qoyub getmişdir ki, onun sinif-dərs sistemi olsun, əyanilik prinsipi haqqında dediyi “qızıl qayda” olsun və s. bu günə kimi hələ də istifədə edilir.
Ədəbiyyat F.A.Rüstəmov. Pedaqogika tarixi ( Xarici ölkələrdə təhsil və pedaqoji fikor tarixi). Dərslik. Bakı, “Nurlan”, 2006