Y. A. Komenskinin məktəb və pedaqoji ideyaları Plan: ​Y. A. Komenskinin dünyagörüşü ​ Y. A. Komenskinin yaş dövrləri və məktəb sistemi ​Y. A. Komenskinin sinif-dərs



Yüklə 33,9 Kb.
səhifə4/5
tarix09.12.2022
ölçüsü33,9 Kb.
#73392
növüDərs
1   2   3   4   5
Belge (46)

Sinif-dərs sistemi. Komenskinin böyük xidmətlərindən biri təlimin təşkili məsələlərini geniş işıqlandırmasıdır. Sinif-dərs sisteminin Komenskinin adı ilə bağlı olsa da Məhəmməd Peyğəmbərin (ə.s.) Mədinədə tikdirdiyi üç hissəli məsciddəki süffə sistemi Komenskinin sinif-dərs sistemi üçün model olmuşdur.
Lakin Komenskiyə qədər olan pedaqoji nəzəriyyəçilərdən heç biri bu mühüm məsələni belə geniş və təfərrüatı ilə izah etməmişdir. Komenski məktəbi humanizm emalatxanası adlandırır və bu məfhuma geniş məna verirdi. Onun fikrincə, məktəb hər şeydən əvvəl, insanda ən gözəl keyfiyyətlər inkişaf etdirməli, müəllimlər uşaqlara insanpərvər, səmimi və qayğıkeş münasibət bəsləməlidir.
Komenski şagirdləri məktəbə cəlb etmək üçün təmiz, işıqlı və şəkillərlə bəzənmiş, münasib vəsaitlə təchiz olunmuş məktab binası, uşaqların oynaması, dincəlməsi və kəçməsi üçün məktəb yanında meydança, çiçəkli, ağaclı, yaşıllıqlı məktəbyanı sahə, məktəb bağı olmasını lazım bilirdi.
Komenskiyə qədər məktəblərdə təlim fərdi üsulla aparılırdı. XVI əsrdə dərs-sinif sistemi üzrə tə'limin təşkili üçün ilk addımların atılmasına və xüsusilə, Ukrayna və Belorusiya qardaşlıqları məktəblərinin bu sahədə müəyyən əməli təşəbbüslərinə baxmayaraq, bu məsələni ilk dəfə əsaslı və hərtərəfli olaraq Komenski işləmişdir. Fərdi tə'lim sis-temində müəllimin vaxtı, zəhməti çox sərf olunurdu, həm də təlimin müvəffəqiyyət nəticəsi qənaətbəxş olmurdu. Fərdi təlim sistemində məktəbin tərbiyə və intizam məsələsi də bərbad halda idi. «Dərs-sinif sistemi vasitəsi ilə onlarca şagirdlə dərs təşkil etmək mümkün idi. Komenski doğru olaraq belə hesab edirdi ki, tədrisin bu cür təşkili müəllimin işimi çox səmərələşdirir, şakirdlərin tə'limə diqqətini artırır və fəallaşdırır. Beləliklə də tədris prosesi təkmilləşir. Dərs-sinif sistemi haqqında Komenskinin təklif etdiyi qaydalar indi də təcrübi əhəmiyyətini itirməmişdir.
Komenskinin təklifi üzrə bütün şagirdlər dərs ilini eyni vaxtda başlayıb, eyni vaxtda qurtarmalıdırlar. Şakirdlərin məktəbə qəbulu ildə bir dəfə - payızda olmalıdır. Dərs ili dörd rübə bölünməlidir: dərs ilinin axırında sinifdən-sinfə keçirmə imtahanı olmalıdır. Dərs günu səhərdən başlamalı; ana dili məktəbində 4 saat, orta məktəbdə isə 6 saat məşğələ olmalıdır.
Komenski dərsin bir hissəsini sual-cavaba, bir hissəsini yeni materialın izahına və çalışmalara sərf etməyi məsləhət görürdü. O deyirdi ki, müəllim dərsdə şakirdlərin biliyini yoxlamalı və bütün uşaqlar tərəfindən biliyin möhkəm və əsaslı mənimsənilməsinə nail olmalıdır. Hər dərsin özünün mövzusu olmalıdır: «vaxt elə bölünməlidir ki, hər ilin, hər ayın, hər günün özünəməxsus işi olsun». Müəllim bütün sinfi nəzarət altında saxlamalı və möhkəm intizamın yaranmasına çalışmalıdır. Komenski sinfi həm də tədris vəsaiti ilə (yazı taxtası, dərs kitabları, tablolar, şəkillər və s.) təmin etməyi lazım bilirdi.
Komenskinin dərs kitabları. Komenski öz dövrü uçün təqdirəlayiq olan bir neçə dərs kitabı tərtib etmişdir. Komenski 1632-ci ildə özünün «Dillərin açıq qapısı», 1654-çü ildə isə «Real aləm şəkillərdə» adlı məşhur dərs kitablarını yazdı. Komenski kitabda" lazımi materialların ən zərurilərinin qısa, lakin tam və sistematik verilməsini münasib bnlirdi. Komenskinin tələbinə körə kitabın dili sadə, aydın, obrazlı, uşaqların yaş xüsusiyyətlərinə müvafiq olmalıdır. Kitabın adı, içərisindəki başlıqlar maraqlı, cazibəli olmalı və məzmunu dəqiq əks etdirməlidir. Kitabda lazımi miqdarda şəkil də olmalıdır. hər bir şakirdin özünün dərs kitabı olmalıdır. O dərs kitabından düzkün istifadə eqmək üçün müəllimlərə kemək məqsədi ilə metodik rəhbərliyin yazılmasını da lazım bilmişdir.
Yuxarıda adlarını çəkdiyimiz kitablar uzun müddət məktəblərin yeganə və çox yayılmış dərs kitabları olmuşdur. «Dillərin açıq qapısı» adlı kitabın tərtibində Komenski böyük səy köstərmişdir. Burada onun zəngin həyat təcrübəsi, fakt və hadisələr haqqında dərin və hərtərəfli müşahidələri öz əksini tapmışdır. Komenski çex dilindəki sözləri toplayıb onlardan tədricən mürəkkəb cümlələr, parçalar, hekayələr tərtib edib, müəyyən sistem və ardıcıllıqla kitabda yerləş- dirmişdir. Bu kitab, həm dilin qrammatikasını, həm bilik sahələrini əhatə edərək, uşaqların yaşlarına müvafiq zənkin material verir, həm də onları tərbiyə edir.
«Real aləm şəkillərdə» kitabı da qiymətli dərslik olmuşdur. Bu kitab, Komenskinin pansofiya ideyasına müvafiq ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Kitab əyani tə'lim prinsipini nəzərdə tutan bir çox şəkillərlə təchiz olunmuşdur. Bu kitab dünyanın quruluşundan, coğrafiyadan, bitkilərin, heyvanların həyatıidan, insanın bədən quruluşunun fəaliyyətindən, sənətlərdən, kənd təsərrüfatından, nəqliyyatdan, mədəniyyətdən, ictimai həyatdan, ölkənin üsuli-idarə sindən və sairədən müəyyən və lazımi həcmdə mə'lumat verir. O böyük pedaqoji məharətlə ana dilindən və latın dilindən lazımi bilik verir, şagirdlərin nitqini zənginləşdirirdi. Pedaqogika tarixçilərinin dediyinə görə, bu kitab məktəbi həyata və həyatı məktəbə gətirmişdir. Komenskinin kitablarının tə'siri altında müxtəlif ölkələrdə, o cumlədən, Rusiyada da belə dərs kitabları tərtib olunmuşdur.
Tərbiyə məsələləri. Komenskinin pedaqoji nəzəriyyəsində tərbiyə məsələləri də xüsusi yer tutur. Komenski «Böyük didaktikanın» bir neçə fəslində (XV,XXIII) və «Yaxşı təşkil olunmuş məktəbin qanunları» adlı əsərində, ümumiyyətlə, tərbiyə məsələlərindən, xüsusilə əxlaq çərbiyəsindən bəhs etmişdir.
Komenski tərbiyənin qarşısında aşağıdakı vəzifələri qoyurdu:
a) bizi əhatə edən şeyləri, xarici aləmi dərk etdirmək;
b) insanın nə etməli olduqunu öyrəumək;
c) dinə sadiq, mömin insan yetişdirmək.
Fiziki tərbiyə sahəsində Komenski mötədil həyat tərzi, sadə, sağlam əmək, fiziki çalışmalar, zəhmətlə istirahətin düzkün növbələşməsi, məktəb binasının və vəsaitlərinin kikiyenik quruluşunu tələb edirdi. Komenski- nin dediyinə körə, təbiətdən "biz qısa ömür almırıq, onu özümüz qısaldırıq; ömürdən biz kasıb deyilik, onu israfla xərcləyirik, ömür bacarıqla istifadə edənlər üçün lazımi qədər uzundur. Əxlaq tərbiyəsinin izahında Komenekiyə dinin təsiri daha küclüdür. Lakin buna baxmayaraq, Komenski əxlaq tərbiyəsi haqqında da bir sıra maraqlı fikirlər söyləmişdir. Komenskinin fikrincə əxlaq tərbiyəsi əsasən tə'lim prosesində verilməlidir.
Təhsil, elm nəticə e'tibarı ilə insanı müdrik etməlidir, onu əqli cəhətdən olduğu kimi, mə'nəvi, əxlaqi cəhətdən də yüksəltməlidir; onu mərd və alicənab etməlidir. Bu əxlaqi keyfiyyətlərin aşılanmasında əsas rolu «insanpərvərlik emalatxanası» olan məktəb oynamalıdır. Komenskiyə körə əxlaq tərbiyəsinin əsas vəzifəsi xeyirxah insan tərbiyə etməkdir, buna nail olmaq üçün o, 16 əsas qayda irəli sürür. Birincisi, heç bir şey müstəsna olmadan kənclərə bütün xeyirxahlıqlar aşılanmalıdır, ikincisi, bütün xeyirxahlıqlar içərisində müdriklik, e'tiqad, mərdlik və ədalət əsas tutulmalıdır. Sonrakı 14 qaydalarda qeyd olunan dörd xeyirxahlıqın necə aşılanması yolları kestərilir. Uşaq müdrikliyi əşya və hadisələr haqqında yürüdülən ədalətli mühakimələrdən və əqli nəsihətlərdən öyrənməlidir. Buna uşaqlar aşağı yaşdan alışdırılmalıdır; doqrucul və ədalətli hərəkət etmək vərdişi insanın ikinci təbiətinə çevrilməlidir. İkinci xeyirxahlıq olan e t i q a d a insan bütün ömrü boyu hər işində və hər hərəkətində: yeməkdə, içməkdə, yaxud oyaq vaxtı, işdə, oyunda, danışanda və susanda köstərməlidir. Gənclər heç bir şeyi dərəcəsinlən artıq etməmək kimi qızıl bir qaydanı unutmamalıdırlar.
Mərdlik hər şeyi dərin düşündükdən sonra, ağlın hökmü ilə etməyi, hissin ani meyl və təsirlərinə düşməməsini tələb edir. Bunun üçün uşaqı öz hərəkətinə sahib olmağa, düşünülmüş qarşılıqlı güzəştə, böyüklərin doğru göstərilişinə əməl etməyə alışdırmaq lazımdır. Ədalət və doğruçuluq heç kəsi təhqir etməmişdir.
Bu xeyirxahlıqların hamısını tam ləyaqətlə həyata keçir- mək üçün Komenski namuslu əməyin, yaxşı yoldaşlığın, ali cənab nümunələrin, içtimai-faydalı işin böyük və həlledici rolunu qeyd edirdi. İnsanın əxlaqq tərbiyəsində Komenski ən iyrənc eyib eqoizmi, xüdpəsəndliliyi, yalnız özünü sevməyi hesab edirdi. Müsbət əxlaqi sifətləri aşılamaq üçün Komenski əməli fəaliyyətə və çalışmalara geniş yer verirdi. Onun fik- rincə uşağa aşağı yaşlardan müsbət əxlaqi sifətlər aşılanmalıdır ki, mənfilər orada kök sala bilməsin. Əxlaq tərbiyəsi ilə əlaqədar olaraq, Komenski kənclərin ədəb qaydalarından da keniş danışmışdır. Komenskiyə körə xoş davranış və közəl ədəb qaydalarına riayət etmək - həqiqi əxlaqın ayrılmaz tərkib hissəsidir. «Alim olmaq asandır, adam olmaq çətindir» kimi mə'nalı fikri Komenski dəfələrlə müxtəlif şəkillərdə təkrar etmişdir. O, ədəbli davranmaq tələbini irəli sürməklə kifayətlənməmiş, ona necə nail olmaq yollarını da göstərmişdir. Komenski köstərirdi ki, şagirdlər bütün işləri qorxduq- ları üçün deyil, xeyirxahlığı sevdikləri üçün görməlidirlər. Onlar görəcəkləri işlərin məqsədini aydın düşünməli, onun həyata keçməsi üçün doğru yollar və vasitələr axtarmalıdırlar. Onç körə də elə işlərə başlamalıdırlar ki, orada saf niyyət olsun və nəticəsi peşmançılıq olmasın; başlanan iş axıra çatdırılmalıdır, həm də yalnız həyat üçün faydalı işlər körülməlidir. Təhqirli və ləyaqətsiz sözlər işlətmək- dən, icqimai yerlərdə kobud, məzəmmətə layiq hərəkətlərdən çəkinməli, hər zaman nəzakət və hörmət gözlənilməli, başqasının malına köz dikməməli, özkə malını mənimsəyənlər cəzalanmalıdırlar. Komenski irəli sürdüyü əxlaqi keyfiyyətlərin, ədəb qaydalarının möhkəmlənməsi və vərdiş halına kəlməsi üçün uşağın əməli işini, müstəqil fəaliyyətini zəruri hesab edir. Komenskinin fikrincə «fəaliyyət köstərməyə fəaliyyət prosesində alışırıq». Bunun üçün Komenski şakirdlərin «özünüidarə» təşkilatına xüsusi əhəmiyyət vermişdir. «hər bir məktəb və sinif» dövlət quruluşunu təmsil etməlidir; şagirdlərin özlərinə aid olan məsələlər onların ümumi yığıncağında həll olunmalıdır.
Komenski intizam haqqında da yeni fikirlər seyləmişdir. O, intizamı yaxşı təşkil olunmuş məktəbin mühüm şərti hesab etmişdir. Komenskinin dediyinə kerə «intizamsız məktəb susuz dəyirmana bənzər». O, orta əsr məktəbişş kobud və sərt intizamını rədd edərək, uşaqlarla mülayim, insaipərvər rəftar etməyi təlzb edir. Kötək və çubuğu kölə cəmiyyətini tərbiyə vasitəsi hesab edir; azad insan üçün onu tamamilə yersiz görür; fiziki cəza vasitəsi ilə edilən tə'limi elmə qarşı infrət oyatmaq üçün yekanə yol sayır. Onun fikrincə intizamı möhkəmlətmək üçün əsas vasitə gözəl nümunələr, uşaqlarla mülayim və mehriban rəftar, xeyirxah və səmimi sehbət, öyüd və nəsihət olmalıdır.

Yüklə 33,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin