Şairin «Sevərək sevilənlər», «Günahkaram», «Salxım söyüdlər»,
«Sən də varsan», «Nə deyim», «Könlümün aynasında», «Qış köçüb,
ilk bahardır», «Ən əziz şey», «Məni yandırma», «Sahildə», «Ötür-
müşəm səni mən qayıdıram geriyə», «Gözəlliyin qüdrəti», «Gözəlliyə
dair» və onlarca başqa şeirləri, mahnıları məhəbbət mövzusunda
yazılan əsərlərdir. Göründüyü kimi,
eyni mövzuya bu qədər çox əsər
həsr etmək şairdən bu aləmin bütün sirlərini, incəliklərini bilmək, hər
dəfə onun yeni bir xüsusiyyətini göstərmək bacarığı tələb edir. M.
Rahim bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Hər yeni şei-
rində bu bitib-tükənmək bilməyən mövzunun bir orijinal tərəfini
işıqlandırmağa çalışır. Bu, ona görə mümkün olur ki, şair məhəbbət və
gözəlliyi zahirdə axtarmır, dərinliklərə enməkdən çəkinməyərək,
insan ruhunun ən gizli nöqtələrinə baş vurur, pak, ülvi məhəbbəti
tərənnüm edir:
Mən gözəlin yazmıram zahiri surətini,
Şeirimin ruhunda gör insan məhəbbətini.
«Gözəlliyin qüdrəti» şeirində aslan üstündə oturmuş bir gözəli
təsvir edən rəsm əsərindən danışılır. Bəs necə olmuşdur ki, yırtıcı hey-
van gözəli parçalamır. Şair həmin mənzərədən aldığı təəssürata belə
poetik məna verir:
Görünür, gözəlliyin əsrarəngiz qüdrəti
Aslanların gücündən qüvvətlidir dünyada.
Yaxud «Ən əziz şey» adlı əsəri xatırlayın. Kabardin folklorundan
istifadə yolu ilə yaradılmış bu süjetli şeir son dərəcə mənalıdır. Ər öz
arvadı Səlimətə deyir ki, bu evdə çox istədiyin, sevdiyin əziz şey nə
varsa hamısını apar, mən başqasına evlənmək istəyirəm. Səlimət bu
münasibətlə məclis qurdurmuş, ziyafət zamanı içib keflənən ərini
arabaya qoyub atası evinə aparmışdır. Yolda sərxoşluqdan ayılan kişi
arvadından soruşduqda ki, bəs arabada məndən başqa bir şey görmü-
99
rəm, nə üçün istədiyin
şeyi götürmədin? Səlimət belə cavab verir:
Səni qərara gəldi alıb aparsın ürək.
Məmməd Rahim məhəbbət məfhumunu yalnız aşiqlə-məşuq ara-
sında baş verən intim hisslərlə məhdudlaşdırmır. O, məhəbbət anla-
yışını daha geniş, daha ülvi mənada götürüb onu bir sıra yüksək
mənəvi keyfiyyətlərin məcmusu kimi dərk edir. Şairin lirik əsərlərinin
qəhrəmanı həyatın, canlı fəaliyyətin, qurub yaratmağın, həqiqi insan
və insanlığın vurğunu, gözəl idealların pərəstişkarı kimi çıxış edir.
Məhəbbət şairin lirik rübabında gəncləri, ümumiyyətlə, insanları xe-
yirli işlər görməyə çağıran, onların ürəklərini gözəl hisslərlə dolduran
bir mənəvi nemət kimi böyük məftunluqla tərənnüm olunur. Müəllifin
«Sahildə» adlı şeirində oxuyuruq:
Oğlan tutubdur qızın barmağının ucundan,
Buraxmayacaq əsla elə bil ovucundan.
Odlu baxışlarından ah nələr oxunurdu,
Məhəbbət ağ göyərçin, sevimli gözlər yuva,
Fərəhlə qanadlanıb gözdən-gozə qonurdu...
Kitabdakı «Azarla söhbət» və «Qara su» diqqəti xüsusilə cəlb edir.
Bu şeirlər hər şeydən əvvəl özünün səmimi deyilişi, şairin həyati
faktlara fəlsəfi münasibəti nöqteyi-nəzərindən maraqlı şeirlərdir.
Həmin əsərləri oxuyan kimi aydın olur ki, şair bu hissləri bilavasitə
yaşamış, ürəyinin bir parçasını misralarda əritmişdir. Şairin həssas-
lıqla təsvir etdiyi həyat eşqi bizi də həyəcanlandırır, gözəl hisslər
aşılayır. «Azarla söhbət» şeirinin bu misralarına diqqət yetirin:
Gündə bir xəstəlik kəsir yanımı;
Mən deyirəm ki, yox, Mələk xanımı
Tək qoyub dünyadan gedə bilmərəm.
Belə bir hərəkət edə bilmərəm.
Laləzar görməsəm Ceyrançölümü
Bu gözəl dünyadan köçən deyiləm.
Get xəbərdar elə cəllad ölümü
Hələ badəsini içən deyiləm.
Şairin arzu və istəkləri müqəddəs, həm də ölümdən güclüdür:
100
Həyat sevdasıyla çırpınır könlüm,
Nəkaradır azar, nəçidir ölüm...
Yaxud «Qara su» şeirini alaq. Şair öz əsərinə Zülalinin aşağıdakı
məşhur beytini təsadüfi epiqraf verməmişdir:
Qürbətdə, deyirdin ki, Zülali,
vətənim var–
Ensin gözünə qara su, Ağsu vətən
oldu.
Əsərdə həyat və ölüm, sağlamlıq və xəstəlik kimi anlayışlar qarşı-
laşdırılaraq, onların poetik mənası təsirli şəkildə açılır. Şair deyir ki,
qara su deyilən xəstəlik mənim gözümü tutsa, yenə də ona təslim
olmaram; çünki qəlbimi, varlığımı əbədi olaraq Vətənə, xalqa bağış-
lamışam; qoy xəstəlik bu məramımı yaxşı bilsin:
Kor olsam əlində qoy bilsin bunu
Könlümün gözüylə görəcəyəm mən.
Ona ömrüm boyu heç bir qara su,
Bir zülmət pərdəsi enməyəcəkdir.
Odlu məhəbbətim Vətənə, xalqa
Kor olsam da yenə sönməyəcəkdir...
Şairin «Qəm karvanı», «Ölüm», «Çəkmə haqqında ballada», «Qa-
dın paltarı haqqında ballada», «Usta Kərim», «Dördləmələr» və s.
şeirləri də gözəl əsərlərdir.
Kitabda bir silsilə təşkil edən «Ərəbistan» şeirləri də müvəffəqi-
yyətlidir. Şərq ölkələrinə səyahət zamanı alınan təəssüratın güclü
inikası olan bu şeirlərdə şairin başqa xalqlara dostluq münasibəti öz
bədii əksini tapmışdır. «Bağdad gecələri», «Ərəb qızı», «Mister Corca
müraciət», «Dörd kommunist», «Fatimənin taleyi», «Ərəb kəfən to-
xudu» və başqaları müəllifin ərəb xalqının həyatı ilə nə qədər ya-
xından maraqlandığını, onu öz xalqı qədər sevib poeziyamıza gətir-
diyini göstərən ən yaxşı sübutdur. Bu əsərlərdə oyanan, öz haqqını
tələb edən bir xalqın mübarizəsi, fəlsəfəsi beynəlmiləlçi bir şairin
rübabi poeziyasında layiqincə əks olunur. Şair qaragöz ərəb qızlarını
azəri gözəllərindən seçmir, onların hüsnünü eyni səmimiyyətlə
101
qələmə alır.
Kitabdakı şeirlərin bəzisi şairin əvvəlki nəşrlərindən bizə tanışdır.
Bu əsərlər barədə vaxtilə ədəbi tənqid tərəfindən müəyyən rəylər
söylənildiyi üçün onlardan yalnız müharibə illərində yazılanları
haqqında öz mülahizələrimizi demək istərdik.
Vətən müharibəsi şairin yaradıcılığına yeni səhifələr yazdı. Hələ
vətəndaş müharibəsi mövzusunda yaranan «Partizanın tüfəngi», «Sa-
hibin hanı?» kimi əsərlərində tərənnüm edilən qəhrəmanlıq motivləri
Böyük Vətən müharibəsi dövründə daha güclü səslənməyə başladı.
Həmin illərdə yazılan şeirlər yeni qüvvət kəsb etdi, müəllifin dili,
ifadələri daha aydın və sərrast olmağa başladı. «Urəyimi məşəl kimi
qaldıraram göylərə», «O yaran da sağalar», «Müqəddəs kədər»,«Vur!
Ölən faşistdir», «İkiqat cinayət», «Tək məzar», «Onu Don qucaqladı»
və s. əsərlər şairin Vətən müharibəsi dövründə yazdığı gözəl poetik
miniatürlərdir. Bu əsərlərin bəzilərində aşıb-daşan qəzəb, acı kinayə,
bəzilərində müqəddəs hüzn, şairanə dalğınlıq, Vətən məhəbbəti,
qələbəyə inam, insana ehtiram hissləri hakimdir.
Şair, şanlı döyüşçülərimizin qəhrəmanlığından ilham alaraq ye-
ni-yeni duyğular, poetik düşüncələr kəşf edir, azərbaycanlı oğlunun
düşmənə əyilmədiyindən, vəfalı qızlarımızın arxa cəbhədə namusla
işləyərək Vətənə etdikləri köməkdən yazır. O, düşmənə əsir düşmək-
dənsə Don çayının sakit burulğanında məhv olmağı üstün tutan azəri
balasının məğrur obrazını yaradır.M.Rahim sadəcə olaraq bu mərdanə
ölümü təsvirlə kifayətlənmir, həm də bu müqəddəs ölümdən doğan
əhval -ruhiyyəni realist qələmlə, ürək ağrısı ilə rəsm edir:
O böyük təbiətə,
O nakam məhəbbətə
Qan çilənmiş göy otlar,
Dərdli, qəmli buludlar,
Həzin baxan ulduz, ay,
Yar sovqatı kalağay
Dərin matəm saxladı.
Burada yarın verdiyi nişanə–kalağay şairin qələmi altında canlı
varlığa çevrilərək qəhrəmanın yasını saxlayır.
Şairin «Tək məzar» şeiri də müharibə mövzusunda yazılmış
muvəffəqiyyətli əsərlərdəndir. Müəllif, Vətən
müharibəsi döyüşlərin-
102
dən heç də müəyyən bir səhnə verməmiş, üz-üzə gələn düşmən
ordularını təsvir etməmiş, tək məzarın timsalında müharibə dövrünün
fəlsəfəsini ümumiləşdirmişdir. Qoca rus qarısının, şəhidin millyyətini
bilmədən məzara xitabən xaç çevirməsi şeirin ən mənalı və təsirli
yerlərindəndir.Adətdir, kimliyindən asılı olmayaraq ölüyə ehtiram
edərlər. Lakin ucsuz-bucaqsız bir düzdə qarının gördüyü tənha məzar
başqalarına bənzəməz; bu, hərbin dəhşətli nişanələrindən, onun
törətdiyi faciələrdən biridir. O tənha məzarda yatan kəs Vətən uğrunda
şəhid olanlardandır. Bir vaxt əldə silah düşmənə qarşı mübarizəyə
gedən bu azərbaycanlı əsgər indi öz döyüşçü dostlarından ayrı düşərək
torpaqlarda uyuyur:
Ordu çapıb getmiş axar su kimi,
Köçdən ayrı düşmüş bir quzu kimi
O, qalmış arxada, yoldan iraqda.
Kitaba şairin «Natəvan» poeması da daxil olunmuşdur. Bu əsər
gözəl qəzəllər müəllifi məşhur Azərbaycan şairi Xurşud Banu Natə-
vana həsr edilmişdir. Əsərin nikbin ruhlu müqəddimə ilə başlan-
masına baxmayaraq, bütün fəsil və hissələri şairin həyatında baş verən
ayrı-ayrı faciəvi hadisə və detalların təsviri üzərində qurulmuşdur.
Başqa sözlə desək, şair, Natəvanın həyatındakı xoşbəxt, fərəhli
anlardan daha çox, faciəli momentləri ön plana çəkərək onların bədii
təsvirini vermişdir. Oxucu, Natəvanı həmişə hüznlü, qəmli və mü-
kəddər, xəyalı pəjmürdə, fikirlər, düşüncələr aləmində görür. Əlbəttə,
bu meylin özü qələmə alınan mövzunun mahiyyəti ilə, şairin şəxsi və
ailə ləyatındakı bədbəxtliklərlə əlaqədardır.
Poema Natəvanın əməli fəaliyyətlərindən birinin –Şuşaya bulaq
çəkdirməsinin bayram edilməsi təntənəsi ilə başlanır. Hamı şadlıq
edir, cəngi havasının coşqun sədaları altında, adamlar şənlik edir,
çalıb oynayırlar. Natəvan özü isə xəstə olduğundan bu mərasimdə
iştirak edə bilmir. Müəllif bizi şənlikdəki adamlardan biri ilə tanış edir
ki, bu da Qarabağın məşhur mülkədarı Hacı Səfərdir. Bu səhnədən
etibarən oxucu baş qəhrəmana qarşı qoyulmuş qəddar bir şəxslə tanış
olur. Bir az sonra həmin mənfi cəbhənin başqa bir güclü nümayən-
dəsini–Axund Səfanı görürük. Bu iki fitnəkar demək olar ki, bütün
əsər boyu Natəvana qarşı mübarizə aparır: biri pulu, malı, digəri isə
dini, ruhani fitvaları, dedi-qoduları, şair haqqında yaydığı yalançı,
103
murdar şayiələri ilə. Poemanın əsas konflikt xətlərindən birini şair ilə
bu mənfi tiplər arasında gedən mübarizələr təşkil edir. Bu konfliktin
özü də başqa və daha əsas bir ziddiyyətdən–
açıq fikirli, mədəni,
inkişaf etmiş, incə zövqlü, zərif qəlbli şair-rəssam Natəvanla dövran
arasındakı kəskin münaqişələrdən doğur.
Natəvanın ailəsində bir-birinin ardınca baş verən bədbəxtliklər,
faciələr də onun mənəvi quvvəsini az sarsıtmamışdır. Ərinin getməsi,
sevimli övladlarının ölümü, mühitin, adamların tənəsi böyük şairin
hər an, hər saat şam kimi əriməsinə səbəb olur, onun günləri ah-zar
içərisində keçir. Məmməd Rahim də öz poemasında məhz bu niskilli
cəhətlərə daha artıq yer vermiş, daha çox fəlakətdən və dərdli Natə-
vandan bəhs etmişdir. Şair açıqca deyir:
Yazıb yana-yana Xurşud Banunun
Bəzi keşməkeşli nəs illərini,
Ürək ağrısıyla təsvir elədim
Həyatının ağır fəsillərini.
Köçdü övladları dünyadan nakam,
Ana yorulmadı yas saxlamaqdan.
İnsanlardan uzaq geyindi qara,
Kor oldu gözləri hey ağlamaqdan.
Əsərdə Natəvanı, özünün xan qızı olmasına baxmayaraq, yoxsul-
ların dostu, sirdaşı kimi verməkdə şair doğru hərəkət etmişdir. Burada
tarixi Natəvan təhrif olunmur. Böyük şairin həyatına dair faktları
yaxşı öyrənən Məmməd Rahim, eyni zamanda təkcə bu faktların
qeydçisi kimi qalmır, onlarda gizlənən fikir və ideyanı sənətin köməyi
ilə tapır və göstərir. Biz xan qızının yoxsullara köməyinin poemada
poetik təcəssümünü Natəvanın bir sıra xidmətlərinin təsvirindən görə
bilirik: bulaq çəkdirmək, arx qazdırmaq, kəndlilər ac qalarkən öz
xüsusi atlarını, Daşaltı bağını və Muğandakı torpaqlarını yoxsulların
mənafeyi üçün satdırmaq və s. kimi təşəbbüslər oxucuda Natəvana
hüsn-rəğbət oyadır. Əsərdən alınan bu təsir bir də ona görə güclüdür
ki, müəllif öz qəhrəmanının müsbət keyfiyyətlərini ona qarşı qoyulan
qüvvələrlə mübarizədə təsvir etmişdir. Natəvanın xeyirxahlıq arzu-
larının müqabilində onu başa düşən az olur; o öz hərəkətləri uçün
təhsin, alqış deyil, zərbələr, tənələrlə qarşılanır. Bu zərbələrə zərif bir
qadının dözməsi o qədər də asan deyildir. Ona görə də onun qəlbindən
104
qopan bu yanıqlı ahlar son dərəcə təsirlidir:
De, azmı həyatın qasırğasında
Düşdü burulğana, tufana könlüm?
Azmı düçar oldu məhrumiyyətə
Uçulub dağılan virana könlum?
Lakin ölüm amansızdır, o heç nə ilə hesablaşmaq istəmir. Şair
həyatın bu əbədi düşməninin viranəlik ehtirasını pisləyir, onun his-
siz-duyğusuz xilqətini lənətləyir; ölüm nə bilir ki:
Bülbülün bağçadan səsi gəlməsə,
Yaşıl budaqlarda yarpaq ağlayar;
Çöllərə dəyməsə insan ayağı,
Yas tutub, dil deyər, torpaq ağlayar.
Natəvanın bütün Qarabağ şairlərini «Məclisi-üns»ün ətrafında
toplayıb onlara rəhbərlik etməsi, Bakı və Şamaxıdakı ədəbi məclis-
lərlə əlaqə yaratması haqqındakı səyləri, Füzuliyə həmişə bir ustad
kimi pərəstiş etməsi, xüsusilə Bakıya səfər zamanı böyük fransız ədibi
Aleksandr Düma ilə görüşməsi və duzlu qəzəlləri ilə onun tərifini qa-
zanması poemanın yaddaqalan təsirli səhnələridir.
Ümumiyyətlə, M.Rahimin yaradıcılığında müvəffəqiyyət sayılan
bu kitabda şairin bədii imkanlarından aşağı səviyyədə
yazılmış bəzi
parçalara da təsadüf edilir. Lakin bunlar kitabdan bütünlükdə alınan
gözəl təəssüratı heç də azaltmır.
Biz şairimizdən yeni poemalar və lirik şeirlər gözləyirik.
«Ədəbiyyat və incəsənət» qəzeti,
31 iyul 1965
SADƏLİK– GÖZƏLLİKDİR
Sadəlik sənətin dəyər vaһididir; o, poeziyanın da canıdır. Öz təbiəti
etibarı ilə daһa çox ixtiraçı olan şair bədii təfəkkür prosesində yalnız
dərin fəlsəfi mənalar, pak və ülvi duyğular, yüksək bəşəri һisslər,
105
bakirə fikirlər kəşf etməklə qalmır, һəm də bunları ifadə üçün müvafiq
bədii forma axtarır. Şairin dərin müşaһidələr, uzun yaradıcılıq axta-
rışları nəticəsində tapdığı bir һəqiqət, necə deyərlər, dərһal «bizim
üçün şeyə» çevrilmir, bundan sonra öz bədii ifadəsini gözləyir. De-
məli, öz xarakterinə görə birincidən daһa çətin olan (müəyyən һəyat
һəqiqətini şair olmayanlar da görə bilir) ikinci bir kəşf də lazımdır ki,
sənətkar özünü istəyinə nail olmuş һesab etsin. Buradan da bədii ifadə
formasında sadəlik məsələsi ortaya çıxır.
Poeziyanın başlıca meyarlarından olan sadəlik və aydınlıq məsə-
ləsini əsasən düzgün dərk edən, öz şeirlərində bu prinsipi gözləməyə
xüsusi diqqət yetirən gənc şairlərdən biri də Ayaz Vəfalıdır. Onun
«İllər və nəsillər» adlı şeirlər məcmuəsində zaһiri parıltı və təmtəraq,
artıq söz, fikri ağırlaşdıran ifadə demək olar ki, yoxdur.Şairin «Gül-
məyi öyrət», «Bulud», «Kaş ki,...», «İnsan və ölüm», «Ölüm qorxur-
du», «Qitələrin adı», «Sərinkeş», «Yağış yağdı», «Anam nələr çəkər»,
«İllər və nəsillər», «Bir dünyalıq od» kimi şeirləri məna dolğunluğu,
fikir təzəliyi, təsvir obyektinə münasibətin səmimiliyi, lirik qəһrə-
manın mənəvi paklığı, həyatı təhlil və tərənnüm üsulundakı orijinallıq
nöqteyi-nəzərindən maraqlı əsərlərdir.
«Gülməyi öyrət» adlı şeirdə ağlayan körpəsini ovundurmaq istə-
yən gəlin- anaya müraciətlə şairin dediyi misralar əsas məna və ide-
yanı tamamlayan son akkord kimi səslənir:
Qoyma tez-tez dola gözü
Gəlin-ana, gəlin-ana;
Ağlamağı bilir özü,
Sən gülməyi öyrət ona.
Müşaһidə etdiyi həyat һadisələrinə bu şəkildə təһlil vermək, onları
ümumiləşdirmək, gəldiyi nəticəni oxucuya da təlqin etmək xüsusiy-
yəti şairin başqa şeirlərində də güclüdür. Lakin Ayaz һəmişə bu yolla
getmir, o, çox һaqlı olaraq bəzən kəşf etdiyi mənanı yekunlaşdırıb
müəyyən nəticəyə gəlmir; bu barədə sözü oxucunun özünə verir, onun
diqqətini müxtəlif һəyati məsələlərə cəlb edərək fikirləşməyə, dərin
düşüncələrə dalmağa sövq edir. Şair «Sərinkeş» «Yağış yağdı», «İn-
san və ölüm» və s. əsərlərində məһz bu yolla getmişdir. Budur, sərin-
keş özünün od tutub yanmasına baxmayaraq, başqalarını sərinlədir:
106
Heyran-һeyran baxdım ona,
Adəti bir görün nədir;
Özü oda yana-yana
Özgəsini sərinlədir...
«Yağış yağdı» şeirində təbiətin minlərcə һadisələrindən biri olan
yağışın bədii təsviri deyil, onun müəyyən momentdə kəsb etdiyi kon-
kret poetik məna əsas alınaraq, varlığı imtaһana çəkən bir məһək daşı,
nəticəni doğuran səbəb kimi göstərilir.
Ayazın şeirlərinin məziyyətləri һaqqında çox danışmaq olardı,
lakin biz poeziya saһəsində əsasən düzgün yol tutmuş, özünə qarşı
tələbkar olan, poetik axtarışın nə demək olduğunu dərk edən bu gənc
şairə başqa bir cəһəti də xatırlatmaq istərdik. Bu, şairin bəzi şeir-
lərində təsadüf etdiyimiz bir növ məһzunluq, bədbinlik və kədər not-
larının һərdənbir də olsa səslənməsidir.Aydındır ki, һəyatın özü tə-
zadlarla doludur: onda kədər də, sevinc də, yaxşı da, pis də, çirkin də,
gözəl də mövcuddur. Elə «һəyat» və «ölüm» anlayışlarının özünü
götürək. Məlum olduğu üzrə bir-birinin antonimi olan bu iki məfһum
əzəli və əbədi kateqoriyalardır. Yaranan, doğulan canlı varlıq bir gün
də öləcəkdir. Bu təbiətin obyektiv qanunudur və һeç kəsin istək və
arzusundan, һeç kimin iradəsindən asılı deyildir. Lakin burası da var
ki, insanın һəyat eşqi, yaşamaq arzusu һəmişə, һər şəraitdə ölümdən
güclü olmuşdur. İnsanlığın һəyata bu cür nikbin, mübariz, cəsarətli
baxışı dünyanın ən yaxşı sənətkarlarını һəmişə düşündürmüşdür.
M.Qorkinin, C.Londonun, S.Vurğunun və digər yazıçıların əsərlə-
rində һəyatın ölüm üzərindəki qələbə təntənəsinin һəmişə qabarıq
şəkildə təsviri bununla əlaqədardır. Ayazın fəlsəfi səpgidə yazdığı,
müəyyən һəyat һəqiqətini ifadə edən, oxucunu düşündürən, lakin son
dərəcə sentimental və kədərli bir şeir olan «İnsan və ölüm» əsərində
insan çox aciz, məzlum, һaradan gəlib һaraya getdiyini bilməyən,
«Qayə məcһul, ibtida məcһul» (H.Cavid),– deyən bir varlıq kimi
verilmişdir. Şeirdə deyilir ki, budur qəfil ölüm yenə gəlib bir insanı
apardı, onu neçəsi yad etdi, neçəsinin qəlbinə bu xəbərdən od düşdü
və axırda:
Dəstə-dəstə gül aldılar,
Apardılar son mənzilə;
Ölümünə mat qaldılar
Öldüyünü bilə-bilə.
107
Bu şeir ümumiyyətlə, oxucuda bədbin və kədərli bir assosiasiya
doğurur.
Kitabçada şairin «Daşkəsən dəftəri» adlı lirik poeması da veril-
mişdir. Şairin Daşkəsən һaqqındakı canlı təəssüratının düzgün bədii
ifadəsini verən, oxucuya çox səmimi təsir bağışlayan bu əsəri bizcə
poema adlandırmaq düzgün deyildir.
Müəllif nədənsə nə Daşkəsən, nə də qəһrəman kimi seçdiyi Heydər
haqqında tam, dolğun təsəvvür yarada bilməmişdir. Halbuki, şair çox
maraqlı və orijinal bir ədəbi priyom kimi müraciət etdiyi fotoqraf
surəti vasitəsilə bu məsələnin öһdəsindən müvəffəqiyyətlə gələ
bilərdi. Əsərdə fotoqrafla bağlı yaddaqalan bəzi incə detallar çox
gözəl verilmişdir. Fotoqraf qəһrəmanın şəklini çəkir, lakin onun
ürəyindən keçənləri soyuq obyektivdə canlandıra bilmir:
Fotoqraf şəkilləri
Necə çəkdi bilmədim һeç.
Necə çəkdi һəyat dolu,
Məna dolu һər anı o?
Necə çəkdi ömür yolu
Dağa çıxan insanı o?
Necə çəkdi Daşkəsənin
Sinəsində olan varı?
Necə çəkdi dostum, sənin
Qəlbindəki duyğuları?
Eһ nə deyim, aparatın
Qəlbi dəmir, gözü şüşə...
Ürəkdən keçənləri isə yalnız ürəklə oxumaq olar. Bu şeirlər kitab-
çası göstərir ki, Ayaz artıq bir şair kimi poetik qələmə yiyələnmişdir.
Yalnız axtarışları davam etdirmək, yazmaq, yazmaq və yenə də
yazmaq lazımdır.
«Azərbaycan gəncləri» qəzeti,
18 avqust 1965
108
«TÖKÜLƏN YARPAQLAR»
Müasir oxucunun estetik zövqü, һəyat һadisələrini, sənəti tənqidi
şəkildə dərketmə qabiliyyəti elə bir səviyyəyə çatmışdır ki, artıq onu
təkcə istedadın gücü, yaxud təsvirin şirinliyi ilə cəlb etmək mümkün
deyildir. Ümumi inkişaf elədir ki, dünən, bəlkə də müһüm ədəbi
һadisəyə çevrilə bilən bir əsər bu gün primitiv və solğun görünür.
Böyük Füzulinin məşһur – elmsiz şeir əsassız divar kimidir –kə-
lamı daһa çox bizim dövrün sənət və ədəbiyyatı üçündür. Heç zaman
bədii təfəkkürlə elmi təfəkkür indiki qədər bir-birinə yaxın olma-
mışdır. Bu günün yazıçısı һadisələrin kölgəsində gizlənə bilməz, onun
varlığı, intellekti, mənəvi zənginliyi aşkar görünməlidir.
Son illərdə ədəbiyyatımıza gələn yazıçıların bir qismi şübһəsiz ki,
sənətə bu məsuliyyət һissi ilə yanaşır, özlərinə, qələmlərinə, nəһayət,
oxuculara һörməti unutmurlar.
Öz һəyat biliyini artırmağa, müşaһidələrini zənginləşdirməyə,
sənətin texnikasına inad və təmkinlə yiyələnməyə çalışan, һadisələrin
zaһiri parıltısını yox, maһiyyətini, nəticənin özündən çox onu doğuran
səbəbi axtarmağa cəһd edən, yazıçılığın mürəkkəb və ağır zəһmət
tələb etdiyini yaxşı dərk edən istedadlı ədiblərimizdən biri də Altay
Məmmədovdur. Onun һəm bütün yaradıcılığı, һəm də «Tökülən yar-
paqlar» adı ilə çapdan çıxan kitabındakı əsərləri (һekayə və pyesləri)
bu fikri söyləmək üçün bizə əsas verir.
Müəllifin «Anam qocalmışdı», «Uvertüra», «Yarımçıq məһəbbət
və s. һekayələri quru əһvalatçılıq, nağılçılıq yox, һəyata, insanlara
fəlsəfi baxış, bədii ümumiləşdirmələr, düşündürücü, mənalı poetik
һisslər, duyğular üzərində qurulmuşdur.
«Üvertüra»nı oxduqda biz təkcə Üzeyir sənətinin əlçatmaz zirvə-
sini deyil, һəm də xalqını, Vətənini sevən bir bəstəkarın sənətə, һəyata
münasibətini, qəlbinin һiss və duyğularını könül açan incə səslərə
çevirdikcə, keçirdiyi müqəddəs һəyəcanlarını görürük. Yazıçı böyük
bəstəkarın «Koroğlu» operasına bəstələdiyi məşһur «üvertüra»nın
yaranmasını bəstəkarın çoxdan bəri beynində doğan bir nurla, işıqla
bağlayır:
«Üzeyir bu işığı xalqına vermək qərarına gəldi. Bəstəkar һəyəcan-
landı, bəstəkar güldü, ağladı, qəһərləndi, şadlıq onu titrətdi, o, əli
qılınclı qəһrəmana döndü, işıq artdı, böyüdü, nəһayət, çıxmaq üçün
çırpınmağa başladı, əriyib yenidən əmələ gəldi. Bəzən işıq böyüyür,
109
böyüyür, bütün Azərbaycana yayılır. Oradan şırıltı ilə Araza tökülüb
Xəzərə axırdı.Üzeyirin gözlərinə yaşıl çəmənlər, sıx meşələr, bir də
qalanı çiynində saxlayan sal qayalar görünürdü. İşıq daһa varlığına
sığmayırdı.Vulkan kimi püskürürdü – yaşıl çəmənə səpələnir, sü-
varilərə çevrilib irəli cumurdu, artırdı, çoxalırdı. Yaşıllıq, yaşıllığa
qan kimi çilənmiş lalələr, göylük, göylüyə işıq saçan qızılı sarı çiçək-
lər... Göy gölün başının üstə günəşin son işığını sorub şəfəq saçan,
yanan, közərən Kəpəzin zirvəsi…Rənglər əriyirdi… əriyib musiqiyə
dönürdü... Çəmənlər, çəmənlərdə çapan atlılar əriyirdi... əriyib musi-
qiyə dönürdü... Yamaclar, meşələr, dağlar, qayalar, çaylar, dənizlər
əriyirdi... əriyib musiqiyə dönürdü... Hər şey yüksəlib ərşə qalxırdı...».
«Anam qocalmışdı» һekayəsinin qəһrəmanı professor, anasının və
ümumiyyətlə ailələrinin müһaribənin ağır illərində çəkdiyi məşəqqət-
ləri danışdıqca, o ağır günlər səһifələri dəһşətlərlə dolu bir kitab kimi
vərəqlənir, vərəqlər çevrildikcə isə Vətən üçün çalışan mətin, dönməz
və səbatlı adamlar bir- bir gözlərimiz önündən gəlib keçir.
Bu kiçik һekayə elə poetik bir dildə, elə һissi şəkildə işlənmiş,
burada elə müһüm mətləblərə toxunulmuşdur ki, onu һəyəcansız
oxumaq olmur. Müəllifin çəkdiyi lövһələr inandırıcı, təһkiyəsindəki
məntiq güclüdür. Yazıçının işlətdiyi boyalar yerli-yerində olmaqla,
һər cür sünilikdən uzaqdır. O, һadisələri kənardan təsvir etmir, iş-
tirakçılardan birinə çevrilir. Ona görə də sözü daһa kəsərli, daһa tutarlı
olur.
Məlum olduğu üzrə Altay satirik üslubda da müvəffəq olur. Onun
kitabçada verilən «Zəһmətimiz itdi», «Qiyamət toy», «Məndən nə
dedilər?», «Qonorar və məһəbbət» kimi satirik һekayələrində bürok-
ratizm, tüfeylilik, acgözlük, tamaһkarlıq, gözükölgəlilik tənqid olu-
nur.
Lakin bu səpgidə yazılmış һekayələrin çoxu müəllifin imkanların-
dan xeyli aşağıda durur. Sanki bunlarda müəllif bədii təsvir və ifadə
vasitələrinə laqeyddir, yalnız əһvalatın özündəki komizmlə kifayət-
lənir, onu cilalandırmağı, һamarlamağı, bədii şəklə salmağı unudur.
Kitabdakı komediyalara gəlincə qeyd etmək lazımdır ki, Altay
һəyati konfliktlər qurmağı, şaһidi olduğu müasir һəyat һadisələrindən
komediya materialı ola biləcək cəһətləri seçib ümumiləşdirməyi ba-
carır. Onun komizmi replikalarda, atmacalarda yox, vəziyyətin özün-
də, komik situasiyalarda, personajların һərəkət və davranışlarında
təzaһür edir.
110
Müəllif köһnə feodal münasibətlərinin iyrənc qalığı olan yerli-
çiliyi һələ «Haralısan, əmoğlu?» adlı һekayəsində də tənqid etmişdi.
Lakin bu axmaq, rəzil eһtirasa əsas və öldürücü zərbəni «Həm-
yerlilər» komediyasında endirmişdir. Komediyanın əsas tənqid hədəfi
kimi verilən Balvazov və Gümüşov kimi mənfi surətlər dramaturqun
müvəffəqiyyətidir. Eyni sözləri müəllifin «Kişilər» komediyası
barəsində də demək olar. Bu əsərdə də Azərbaycanın bəzi kəndlərində
geniş yayılmış bir xəstəlik–kişilərin işdən yayınaraq, günlərini
çayxanalarda, dükan qabaqlarında avaralıq etməklə, arvadın һesabına
araq içib vaxtını sərxoşluqla keçirmək mərəzi tənqid olunur.
Komediyadakı Tumacov, İnşallaһ, Göyuş, Səməndər və başqaları belə
qeyrətsiz kişilərdəndir. Bunlar tamaşaçının nifrətini elə ilk gəlişdən
qazanırlar. Belələrini səһnəyə çıxarmaqda yazıçı şübһəsiz düzgün
һərəkət etmiş, lakin onları əsərin axırına yaxın düzəltməyə çalışması,
bizcə yaxşı təsir bağışlamır və komediyanın satirik, ifşaçı gücünü
zəiflədir, onu yüngül məzһəkəyə çevirir. Guya Cəlilzadənin işə
qarışması ilə bütün bu biqeyrət kişilər «qəһrəmanı» һavası altında
yenidən ictimai-faydalı əməyə qayıdırlar.
Əsərə bu baxımdan yanaşanda belə çıxır ki, guya dramaturqun
qaldırdığı məsələ o qədər də ciddi, müһüm mətləb deyilmiş. Halbuki
müəllif, ifşası çox vacib olan, һamının etiraf edə biləcəyi böyük, һətta
biz deyərdik ki, ictimai eybdən bəһs etmişdir.
Doğrudan da, һəmişə namusdan dəm vuran, lakin kolxoza da,
tarlaya da, şəһərə, bazara da arvadı göndərən, evin, ailənin qayğısına
qalmayan, səһərdən axşamacan kəndin arasında, yaxud rayon mər-
kəzində sülənən biqeyrət kişilər vardır. Ona görə də belələrinə qarşı
dramaturqun açdığı atəş xəbərdarlıq atəşinə bənzəməməli, öldürücü,
məhvedici olmalıdır.
Altay Məmmədovun һəmin komediyaları һaqqında ədəbi tənqid
tərəfindən müəyyən rəylər söylənildiyindən biz onların geniş təһlilini
verməkdən imtina edərək, yalnız bu qeydlərlə kifayətlənirik.
«Ədəbiyyat və incəsənət» qəzeti,
19 mart 1966
Dostları ilə paylaş: |