Xəsaratlər – hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın anatomik tamlığını və ya anatomik tamlığı saxlanmaqla fızioloji funksiyasının pozulmasına deylir. Xəsarətlər yüngül bədən xəsarətləri, az agır dərəcəli bədən xəsarətləri, ağır bədən xəsarətləri növlərinə bölünür.
Yüngül bədən xəsarətləri dedikdə səhhətin qısa müddətə pozulmasına və ya əmək qabiliyyətinin uzun müddətə cüzi itirilməsinə səbəb olmuş xəsarət nəzərdə tutulur.
Az ağır dərəcəli bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olmayan, lakin səhhətin uzun zaman pozulmasına səbəb olmuş və ya əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarət nəzərdə tutulur.
Ağır bədən xəsarətləri dedikdə həyat üçün təhlükəli olan və ya hər hansı orqanın funksiyasının itirilməsinə, ruhi xəstəliyə və ya səhhətin başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uızun müddət itirilməsi ilə əlaqədar olan və ya hamiləliyiın pozulmasına səbəb olan, yaxud sifətin izi silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan xəsarət nəzərdə tutulur.
Xəsarətlərin dərəcələri tibbi ekspertlər, yaxud səhiyyə mütəxəssisi tərəfndən verilən rəylər əsasında müəyyənləşdirilir.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilrməsinə və ya tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olduqda istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə alınır.
İstehsalatda bədbəxt hadisələrin vaxtında və düzgün təhqiq edilməsi və uçota alınmasına, İZ formalı aktların tərtib edilməsinə, bədbəxt hadisələrin səbəblərinin arada qaldırılması üzrə tədbirlərin tərtib edılməsi və həyata keçirilməsinə görə müəssisənin rəhbəri məsuliyyət daşıyır.
MüdiriyyətinİZ formalı akt tərtib etməkdən imtina etdiyi halda, eləcə də zərərçəkən və ya başqa marağı olan şəxs İZ formalı aktivn məzmunu ilə razılaşmadıqda mübahisəyə müəssisənin əməyin mühafızəsi üzrə komissiyası, belə komissiya olmadıqda həmkarlar ittifaqları komitəsi tərəfindən ərizə verilən vaxtdan 7 gündən gec olmayaraq baxılır. Komissiyanın qərarının müəssisə müdiriyyəti tərəfindən icrası məcburidir.
İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri Müəssisələrdə və ya təsərrüfatın hər hansı bir sahəsində istehsalat zədələnmələrinin səviyyələrini xarakterizə etmək və müxtəlif müəssisələri məhz buna görə müqayisə etmək üçün zədələnmələrin şərti qəbul edilmiş nisbi göstəricilərindən istifadə edilir. Bədbəxt hadisələr haqqındakı hesabat məlumatlarına əsasən təyin edilən bu göstəricilərdən əsasları tezlik və ağırlıq əmsallarıdır.
Tezlik əmsalı hesabat dövründə hər 1000 nəfər işçiyə düşən bədbəxt hadisələrin sayını göstərir:
,
burada H - hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayı; P - hesabat dövründə işləyənlərin orta siyahı sayıdır.
Ağırlıq əmsalı hesabat dövründə hər bir bədbəxt hadisəyə düşən itirilmiş iş günlərinin orta sayını göstərir:
,
burada D - hesabat dövründə bütün bədbəxt hadisələr nəticəsində itirilmiş iş günlərinin ümumi sayı; H - ölüm və ya əlilliklə nəticələnmiş hadisələr istisna olmaqla, hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayıdır.
İtki göstaricisi 1000 nəfər işçinin itirmiş olduğu iş günlərinin orta sayı olub aşağıdakı kimi təyin edilir:
Böyük müəssisə və təşkilatlarda zədələnmələrin təhlilində ölüm və əlilliklə nəticələnən hadisələrin tezlik göstəricilərindən də istifadə edilir:
burada və Hə - ölüm və əlilliklə nəticələnmiş bedbəxt hadisələrin sayıdır.
Zədələnmələrin təhlilində onların digər nisbi göstəricilərindən də istifadə edilir.
Bədbəxt hadisələrin maddi nəticələrinin göstəricisi ,
burada Mm - hesabat dövründə baş vermiş bədbəxt hadisələrin maddi nəticələridir, manat.
Bədbəxt hadisələrin qarşısının alınması üçün sərf olunmuş xərclərin göstəricisi: ,
burada X - hesabat dövründə müəssisənin bədbəxt hadisələrə qarşı görülmüş tədbirlərə çəkdiyi xərcin məbləğidir, manat.
Yuxarıda göstərilən qayda ilə zədələyici amillərin və bədbəxt hadisələrin əsas səbəbləri üzrə nisbi göstəricilər də təyin edilə bilər.
Hər hansı bir işdə (prosesdə) işçinin zədələnmə təhlükəsini qiymətləndirmək üçün göstərici aşağıdakı kimi təyin edilir:
,
burada n - hər hansı prosesdə baş vermiş zədələnmələrin faizi; y - həmin prosesdə işləyənlərin miqdarıdır, %.
Peşə zəhərlənmələri və xəstəlikləri müəyyən dövr ərzində mütləq rəqəmlərlə, həmçinin 100 nəfər işçiyə düşən hadisələrin sayı və ya itirilmiş iş günlərinin sayı ilə qiymətləndirilərək nəzərə alınır.