Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


Yeşil Came və Yeşil türbə



Yüklə 270,5 Kb.
səhifə29/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

Yeşil Came və Yeşil türbə

Bursanın ən gözəl abidələrindən olan Yeşil came Sultan Çelebi Mehmet tərəfindən ucaldılmışdır. Bu abidənin memarı Hacı Eyvaz Paşadır. 1420-1421-ci illərdə tikilmişdir. Ölçülərinin ahəng və əzəməti, gözəl və parıltılı çini işləmələriylə məşhur olan Yeşil Came və onunla birlikdə Yeşil türbə Şərqin ən gözəl nümunələrindəndir.

Giriş qapısının üzərində olan kitabədə Hacı İvaz Paşanın Çələbi Sultan Mehmetin əmri ilə camenin planını, ölçülərini, bəzək işlərini çəkdiyini öyrənirik. Divarları 3 metr yüksəkliyinə qədər tünd yaşıl, açıq və tünd mavi çinilərlə örtülüdür. Caminin yanındakı Yeşil türbənin memarı da Hacı İvaz Paşadır. Türbənin qübbəsi çadıra bənzəyir. Xaricdən türbə çinilərlə bəzədilmişdir. Türbədə Çelebi Sultan Mehmet, oğlanları Şahzadə Mustafa Mahmud, Yusif və qızları Hafizə, Ayşə, Daya dəfn olunmuşdur.

Rumelihisar

Fatih Sultan Mehmet tərəfindən 1452-ci ildə ucaldılan Rumelihisar qala arxitekturası baxımından möcüzəvi bir əsərdir. Memarlıq abidəsinin tikintisi 4 ay 16 gün ərzində başa çatdırılmışdır ki, bu da artıq bir rekord deməkdir. Bu qədər qısa müddətdə inşa edilən Rumelihisarın 3 böyük qülləsi dünyanın ən böyük qala bürcləri hesab olunur ki, bu da ikinci rekord deməkdir.

Abidənin inşasına 3 aprel tarixində başlanmışdır ki, bu Hz. Məhəmmədin doğum günüdür. 132 gün ərzində tikilmişdir. 132 rəqəmi isə əbcəd hesabı ilə “Məhəmməd” adını verir. Abidənin layihəsi Sultan Fatehin də göstərişləri nəzərə alınaraq memar Muslihiddin tərəfindən verilmişdir və abidənin hər hissəsinin inşasına ayrı-ayrı paşalar nəzarət edirdi. Dəniz tərəfinə düşən hissənin nəzarətini Sultan Mehmet Fatih öz üzərinə götürmüşdü. Hal-hazırda bu hissələr də həmin paşaların adı ilə adlandırılmışdır. Zağnos paşanın nəzarətində olan Rumelihisarın inşa ilini göstərən kitabə vardır ki, bu da İstanbulda ən qədim Osmanlı kitabəsi hesab olunur.

Fatih Cami

İstanbulun fəthindən 9 il sonra inşasına başlanılan Fatih Cami kompleksi 100 min kvadrat kilometrlik sahəni əhatə edir.

Fatih Cami kompleksi bir mədrəsə, tələbə, müəllim və məmurların pulsuz yeməklə təmin olunduğu imarət, bir xəstəxana, bir kitabxana, bir karvansaraydan ibarətdir.

Cami 1765-ci ildə baş verən zəlzələdən sonra dağılmış, 1771-ci ildə III Mustafa tərəfindən əvvəlki görünüşə uyğun olaraq bərpa edilmişdir.



Kapalıçarşı

İstanbulun ən maraqlı, qədim tarixi yerlərindən biri də Kapalıçarşıdır. Üzəri dam və günbəzlərlə örtülü, içində çoxlu mağazalar olan Kapalıçarşı Fatih dövründən qalma yadigardır. Burada o zaman 1800-dən çox mağara vardı. Qanuni Sultan Süleyman dönəmində daha da genişləndirilmişdir. Müxtəlif zamanlarda baş verən yanğın və zəlzələlərdə zərər görmüşdür. Bugünkü görünüşünü II Əbdülhəmidin dövründə 4 il davam edən təmirdən sonra almışdır.



Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin