95
• IV fəsil •
Populyasiya. Növ
•
4
N
ÖV VƏ ONUN KRİTERİLƏRİ
Növlər morfoloji, fizioloji və biokimyəvi xüsusiyyətlərinə görə bir-birinə oxşar
olan fərdlər cəmidir. Onlar təbiətdə müəyyən arealı tutur və sərbəst çarpazlaşaraq
döllü nəsil verir. Hər bir növ müəyyən əlamət və xüsusiyyətlərinə görə digərindən
fərqlənir.
Bu xüsusiyyətlərin cəmi kriterilər adlanır.
Morfoloji kriterinin öyrənilməsi
İşin məqsədi: iki müxtəlif növə aid olan bitkinin morfoloji
xüsusiyyətlərini təyin edib müqayisə aparmaq, oxşar və
fərqli cəhətləri barədə nəticə çıxarmaq.
İşin gedişi:
1. Təklif olunan bitkilərin və ya onların
şəkillərinin nümu-
nələrinə diqqətlə baxın.
2. İki bitkinin morfoloji xüsusiyyətlərini cədvəldə qeyd
edin. Oxşarlıq və fərqləri barədə nəticə çıxarın.
Bitkinin təsvir planı
Paxla
Günəbaxan
1.
Kök sistemi
2. Gövdə (dikduran,
sərilən və s.)
3. Yarpaqların
yerləşməsi
4. Yarpağın quruluşu:
sadə
və ya mürəkkəb
5. Çiçək,
çiçək qrupu
6.
Meyvə
–
Morfoloji əlamətlərə görə bitkinin hansı növə aid oldu-
ğunu müəyyən etmək olarmı?
Dostları ilə paylaş: