Təchizat:qələm, kalkulyator.
İşin gedişi: 1. Yaşadığınız evin və ya məktəbin yaxınlığında müəyyən uzunluqda avtomobil yolunu
seçin. Həmin yer evin və ya məktəbin pəncərəsindən yaxşı görünməlidir.
2. Avtomobillərin daha az hərəkət etdiyi vaxtda bu yolun uzunluğunu metrlə ölçün (L).
3 . Gün ərzində 2 dəfə – günorta (12:00–13:00 radələrində) və axşam (18:00–19:00
radələrində) həmin küçədən keçən minik, yük, avtobus və mikroavtobusları sayın.
Nəqliyyat növü
1 saat ərzində keçən
avtomobillərin sayı
(12:00–13:00)
1 saat ərzində keçən
avtomobillərin sayı
(18:00–19:00)
Minik maşınları
Yük maşınları
Avtobuslar
Mikroavtobuslar
Qeyd. 1 saat ərzində keçən avtomobillərin sayını hesablamaq üçün göstərilən zaman intervalında 15 dəqiqə ərzində keçən avtomobillərin sayını 4-ə vurub təqribi sayı he- sablamaq olar. 4. Təklif olunan göstəricilərdən istifadə edərək həmin küçədə 1 saat ərzində günün fərqli
vaxtlarında müxtəlif avtomaşınların xaric etdiyi dəm qazının miqdarını aşağıdakı
düsturla hesablayın:
·
·
Burada L – yolun uzunluğu (metrlə), G m – avtomaşının hərəkət zamanı 1 km məsafədə xaric etdiyi qazın miqdarı (q/km) cədvəldə verilmişdir, k m – orta hesabla 1 saat ərzində yolun seçilmiş hissəsindən keçən avtomobillərin sayı, 1000 – bir kilometrdə metrlərin sayıdır. Minik və yük avtomaşınlarının, həmçinin avtobus və mikroavtobuslar üçün G m qiyməti
cədvəldə verilmişdir.