33
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
N
UKLEİN TURŞULARI
Nuklein turşuları – irimolekullu təbii üzvi maddələrdir. Bu molekullar canlı
orqanizmlərdə irsi məlumatın saxlanılmasını
və nəslə ötürülməsini təmin edir. Öz qurulu-
şuna görə nuklein turşuları biopolimerlərdir.
Onların monomer halqası
nukleotidlərdir.
Hər nukleotid azotlu əsasdan, karbohidrat-
dan, ortofosfat turşusu qalığından ibarətdir.
Nuklein turşularının növləri. Hüceyrədə iki növ nuklein turşuları –
dezoksiribo-
nuklein (DNT) və
ribonuklein (RNT)
turşuları olur.
8
– Hüceyrədə nüvənin rolu
nədən ibarətdir?
– İrsi əlamətlərin nəslə
ötürülməsi hüceyrənin hansı
strukturları ilə bağlıdır?
Nuklein
(lat
. “nukleus”
– nüvə) turşuları ilk
dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu
cür adlandırılmışdır. Lakin sonralar onların
mitoxondri, plastidlər
kimi orqanoidlərdə də
mövcudluğu məlum olmuşdur.
Dostları ilə paylaş: