32
molekulların daşınması, zülal, yağ və karbohid-
ratların parçalanması, sintezi və s.bu kimi proses-
lərdə iştirak edir. Canlı hüceyrələrdə fermentin
iştirakı olmadan heç bir reaksiya gedə bilməz.
Zülallar hüceyrədə
fermentativ (katalitik) funk-
siya ilə yanaşı,
inşaat, nəqliyyat, qoruyucu, tən-
zimləyici, hərəkət və bu kimi bir çox funksiyaları yerinə yetirir. Orqanizmdə kar-
bohidrat və yağlar çatışmadıqda zülallar parçalanır. Bir qram zülalın tam parçalan-
ması zamanı 17,6 kC enerji ayrılır.
1. Sxemi tamamlayın.
2. Hansı halda denaturasiya dönər və ya dönməz olur?
3. Verilmiş anlayışların iştirakı ilə baş verən prosesləri təsvir edin.
polimer, ferment, aminturşu, hemoqlobin
4. Suallara cavab verin:
Yunun tərkibində keratin zülalı olur. Nə üçün yunu 90°–100°C
temperaturda yu-
duqda yun yapıxır?
1 qram zülalın oksidləşməsi zamanı ayrılan enerji 1 qram karbohidratın
tam parça-
lanması zamanı ayrılan enerjiyə bərabərdir. Niyə orqanizmin zülalları
enerji mənbəyi
kimi yalnız bəzi hallarda istifadə edir?
Antitellər adlanan xüsusi zülallar orqanizmə düşən yad cisimcikləri məhv edir. Bu,
zülalların hansı funksiyasını nümayiş etdirir?
Dostları ilə paylaş: