Zülalların funksiyaları. Bir çox zülallar hüceyrədəbioloji katalizator rolunu oy-
nayaraqkimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzim-
lənməsində iştirak edir. Belə zülallar fermentlər adlandırılır. Fermentlər həmçinin
7 – Nə üçün canlı orqanizmlərin həyatında zülallar xüsusi əhəmiyyətə malikdir? – Niyə “zülal” anlayışını bəzən “həyat” anlayışı ilə eyniləşdirirlər? Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta
zülalı), mədəaltı vəzinin hormonu olan insulin, həzm
prosesində iştirak edən tripsin və ağız suyunda
olan lizosim fermentləri zülallara aiddir. Onlar müəy-
yən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif
funksiyaları yerinə yetirir.
Zülalların denaturasiyası prosesinin öyrənilməsi. Təchizat: içərisində yumurta zülalı və süd olan sınaq şüşələri, sirkə turşusu, spirt lampası,
pipet.
İşin gedişi: 1. Sınaq şüşəsinə 10–15 ml yumurta zülalı töküb spirt lampası üzərində qızdırın.
2. İçərisində süd olan sınaq şüşəsinə pipetlə bir neçə damcı sirkə turşusu əlavə edin.
– Nə müşahidə etdiniz?
– Apardığınız tədqiqatdan hansı nəticə çıxara bilərsiniz?