Yuxugörmə. Yuxugörmə zamanı görmə sistemində əmələ gələn oyanma beyin
qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti artır.
Nadir hallarda yuxular eşitmə, qoxu və başqa duyğularla əlaqədar olur. İnsan həm
tez, həm də ləng yuxu fazalarında yuxular görür. Tez yuxu fazasında görülən yuxu-
lar, adətən, əfsanəvi yuxular olur. Ləng yuxu fazasında görülən yuxular isə real
həyata yaxın və az emosional olması ilə fərqlənir. Müəyyən olunmuşdur ki, yuxu-
görmənin xarakteri adamın keçirdiyi hislərdən və gün ərzində baş vermiş hadisə-
lərdən asılıdır.
Yuxunu pozan amillər. Parlaq işıq, səs-küy, müxtəlif qoxular, daxili orqanlar-
dan gələn siqnallar (mədənin ac olması və ya sidik kisəsinin dolu olması kimi səbəb-
lər) yuxuya mane olan əsas səbəblərdir. Az hərəkət etmək, gün ərzində yorulmamaq
da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amil müasir
həyatda informasiya vasitələrindən çoxlu məlumatların alınmasıdır.
Yuxunun gigiyenası. Sağlamlığının və iş qabiliyyətinin saxlanılması üçün insan
yuxunun müddəti və şərtlərinə qoyulan gigiyenik tələblərə əməl etməlidir. Yemək
ən azı yatmazdan iki saat qabaq yeyilməlidir. Ağır fiziki və zehni işlər gecəyə sax-
lanılmamalıdır. Yatmazdan qabaq açıq havada olmaq, ilıq vanna qəbul etmək, ən
əsası isə çox yeməmək məsləhət görülür.
1. Düzgün ifadələri seçin.
İnsan həyatının yarısını yuxuda keçirir.
Tez yuxu fazasında görülən yuxular, adətən, əfsanəvi yuxular olur.
Gün ərzində alınan məlumat, adətən, yuxuda dəyişmir.
Sinir yorğunluğu yuxusuzluğa səbəb olur.
Yuxugörmə zamanı görmə orqanında əmələ gələn oyanma beyin qabığının gicgah
payına gəlir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
134
2. Göstərilən əlamətləri cədvəlin müvafiq sütununda yazın.
1) Orqanizmin bütün sistemlərinin fəallığı azalır.
2) 10–15 dəqiqə davam edir.
3) Əzələlər yığılır.
4) Bədən temperaturu aşağı düşür.
5) Əzələlər boşalır.
6) Bədən temperaturu yüksəlir.
7) Orqanizmin bütün sistemlərinin fəallığı artır.
8) 1–1,5 saat davam edir.
Ləng yuxu fazası
Tez yuxu fazası
3. Dəftərinizdə cədvəli tamamlayın.
Yuxuya mane olan amillər
Yuxuya getməyə kömək edən amillər
1...
1...
2...
2...
3...
3...
4...
4...
4. Məsələ. Əgər insanın yuxusu gecə ərzində 5 tsikldən ibarət olmuşsa, ləng yuxu maksimum
nə qədər davam etmişdir?
135
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
A
Lİ SİNİR FƏALİYYƏTİNİN ƏSAS TİPLƏRİ
Hər bir insan özünəməxsus fərdi xüsusiyyətləri ilə digərlərindən seçilir. Belə ki,
ayrı-ayrı insanlar müəyyən elmi öyrənməyə qeyri-bərabər münasibət nümayiş et-
dirir, ayrı-ayrı peşələrə yiyələnir, mühit şəraitinə müxtəlif cür uyğunlaşırlar. İnsanın
ali sinir fəaliyyətinin müvafiq tiplərinə uyğun gələn əsas şəxsi keyfiyyətləri bilməklə
onun həyatda davranışını daha yaxşı müəyyən etmək olur. İnsanın fərdi xüsusiy-
yətləri barədə təlim temperamentlə bağlıdır.
Temperament (lat. “ temperamentum” – hissələrin müəyyən nisbəti) insanın
psixi fəaliyyətinin dinamik xüsusiyyətlərini xarakterizə edir. Temperamentin əsas
komponenti fərdin ümumi fəallığı, onun hərəki aktivliyi və emosionallığıdır.
Cədvəli doldurun.
1. Hər mülahizənin qarşısında 0-dan 10-a qədər bal qoyun. Əgər mülahizənin
bütövlüklə sizə uyğun olduğunu düşünürsünüzsə, onu 10 balla qiymətləndirin. Əgər
uyğun deyilsə, 0 bal qoyun. Lakin siz 0-dan 10-a qədər də bal qoya bilərsiniz.
2. Aşağıda verilən düstura əsasən öz ballarınızı hesablaya bilərsiniz. Balları toplayın.
3. “Temperamentin düsturu”nu dəftərinizə köçürün. Ən çox bal topladığınız hərfi birinci
yerə qoyun. İkinci yerə ondan az bal olanı və s. Müvafiq simvolları (M, X, S, F)
balların azalması sırası ilə düzün.
4. Hərflərdən ibarət bir düstur alınır. Bu sizin temperamentinizin “düsturudur”.
Mülahizələr
Ballar
1. Mən hər hansı bir vacib işdən qabaq əsəbiləşirəm.
2. Mən sıçrayışlı, mütəmadi olmayaraq işləyirəm.
3. Bir işdən digərinə çox tez keçə bilirəm.
4. Əgər lazımdırsa, mən sakit gözləyə bilərəm.
5. İşlərim alınmayanda, çətinliklərdə təsəlliyə və köməyə ehtiyacım var.
6. Həmyaşıdlarımla söhbət zamanı tez özümdən çıxıram.
7. Mənim üçün seçim etmək çətin deyil.
8. Mən öz emosiyalarımı gizlətmirəm, bu öz-özünə baş verir.
“Temperamentin düsturu”:
M melanxolik) = 1+5 (1-ci sualın balı + 5-ci sualın balı) = __
X (xolerik) = 2 + 6 (2-ci sualın balı + 6-cı sualın balı) = __
S (sanqvinik) = 3 + 7 (3-cü sualın balı + 7-ci sualın balı) = __
F (fleqmatik) = 4 + 8 (4-ci sualın balı + 8-ci sualın balı) = __
– Apardığınız işlərdən hansı nəticəyə gəlmək olar?
Fəaliyyət
38
– Niyə eyni həyati situasiyada müxtəlif insanlar özlərini fərqli aparırlar?
– Sinir sisteminin tipi, insanın xarakteri, qabiliyyətləri ixtisas seçiminə
və ətrafdakılarla münasibətlərinə necə təsir edə bilər?
136
Temperament haqqında təlimin banisi qə-
dim yunan həkimi Hippokrat hesab olunur. Son-
ralar məşhur həkim Klavdi Qalen temperamen-
tin ilk təsnifatını işləyib hazırlamışdır. Onun
tərəfindən irəli sürülən 4 tip – sanqvinik, fleq-
matik, xolerik və melanxolik hazırda psixolo-
giyada geniş istifadə edilir.
Ali sinir fəaliyyətinin əsas tipləri qrafik təsvirlərdə
Yad şəxs tərəfindən şlyapasının əzilməsinə qarşı müxtəlif temperamentə malik insanların tipik
reaksiyası (Danimarka rəssamı Herluf Bidstrupun karikaturası).
İnsanın temperamentini elmi cəhətdən əsaslandıran İ.P.Pavlov olmuşdur.
İ.P.Pavlov oyanma və tormozlanmanın fərdi xüsusiyyətlərini öyrənməklə müəyyən
•
temperament
•
xolerik
•
fleqmatik
•
sanqvinik
•
melanxolik
A ç a r s ö z lə r
137
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
etmişdir ki, insan və heyvanların sinir sistemi sinir proseslərinin oyanıqlığı və ta-
razlığı ilə bir-birindən fərqlənir.
Sanqvinik (yun. “sanquis” – qan, həyat qüvvəsi) tipli sinir sisteminə malik
insanlar hər şeyi bilmək istəyən, geniş maraq dairəsinə malik, enerjili, soyuqqanlı və
təmkinli xarakterə malik olur.
Fleqmatik (yun. “fleqma” – şirə, selik) tipli sinir sisteminə malik insanlar
emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meyilliliyə malik olur-
lar.
Xolerik (yun. “chole” – öd) tipli sinir sisteminə malik insanlar enerjili, inadkar,
qətiyyətli hərəkət edən, lakin öz hərəkətlərinə fikir verməyən olur. Onlarda müsbət
emosiyalar üstünlük təşkil edir.
Melanxolik (yun. “melainachole” – qara öd) tipli sinir sisteminə malik insanlar
passiv, tez küsən, depressiyaya meyilli, qətiyyətsiz olur. Onlarda, əsasən, mənfi
emosiyalar üstünlük təşkil edir.
İnsanların bir çoxunda bütün tiplərə məxsus cəhətlər olur. Lakin bunlardan biri
üstünlük təşkil edir. Sinir sisteminin tipləri anadangəlmə olur və insanın psixi
fəaliyyətinin, onun temperamentinin əsasını təşkil edir. O həmçinin bu və ya digər
xarakterik cəhətlərin formalaşması sürətinə müəyyən təsir edir. Lakin sinir sis-
teminin tipləri fərdi inkişaf prosesində xarici mühitin təsiri ilə kəskin surətdə dəyişə
bilir. Daha çox təsir edən amillərdən biri sosial mühitdir. Bu səbəbdən tərbiyə sinir
sisteminin tipinin formalaşması üçün vacib əhəmiyyətə malik olur. Fiziki hərəkətlər
və idmanla məşğul olmaq təkcə sağlamlığın möhkəmləndirilməsinə deyil, həmçinin
ali sinir fəaliyyətinin güclü, səbirli və hərəkətli tipinin formalaşmasına səbəb olur.
1. Verilmiş xüsusiyyətlərinə görə temperament tiplərini müəyyən edin:
1) Fəridə işlədiyi təşkilatda ən yaxşı katib-referent sayılır. Həmkarları ilə həmişə mehri-
ban və qonaqpərvərdir. Təmkinli xarakteri ona münaqişələrdən kənar olmağa imkan
verir. Fəridə yaxşı icraçıdır, öz vaxtını düzgün böldüyünə görə tapşırılan işləri vaxtında
və tələsmədən yerinə yetirir.
2) Azər proqramçı işləyir. Həmişə sakitdir, təkdir və tutqundur. Əgər inciyirsə, uzun
müddət qəzəblənir. Əgər həmkarı ilə mübahisə edirsə, bütün günü onunla danışmır.
Sakit tempdə işləməyi, bildiyi işləri yerinə yetirməyi üstün tutur. Tez yorulur, günün
axırına işgörmə qabiliyyəti azalır.
3) Fərhad çertyojçu-konstruktor işləyir. Tapşırılan işləri yavaş, lakin səliqəli, ardıcıl, hər-
tərəfli yerinə yetirir. Onu güldürmək və ya əsəbiləşdirmək çətindir. Azdanışandır. İş
stolunun üzərində hər şey öz yerindədir, qaydasındadır. İş yoldaşları ilə dostluq edir.
Fleqmatik
Sanqvinik
Melanxolik
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
138
2. Bu və ya digər temperamentə malik olan insanların göstərilən xüsusiyyətlərini
cədvəldə qeyd edin.
1. Təmkinli
2. İnadkar
3. Passiv
4. Hər şeyi bilmək istəyən
5. Qətiyyətsiz
6. Geniş maraq dairəsinə malik
7. Enerjili
8. Qətiyyətli hərəkət edən
9. Sakit
10. Soyuqqanlı
11. İnadkar
12. Daim müəyyən vərdişlərə meyilli
13. Mənfi emosiyalar üstünlük təşkil edir
14. Tez küsən
15. Öz hərəkətlərinə fikir verməyən
16. Müsbət emosiyalar üstünlük təşkil edir
17. Depressiyaya meyilli
Temperamentin tipi
Xüsusiyyətləri
Sanqvinik
Fleqmatik
Xolerik
Melanxolik
3. Suallara cavab verin:
1) Niyə melanxoliklər arasında məşhur sərkərdələr yoxdur?
2) İxtisas seçən zaman öz temperament tipinizi nəzərə almalısınız. Sizin fikrinizcə,
hansı ixtisaslarda sanqviniklər (xoleriklər, fleqmatiklər, melanxoliklər) daha
müvəffəqiyyətli ola bilər? Hansı qabiliyyətlər bu və ya digər ixtisasa yiyələnməkdə
onlara kömək edə bilər?
139
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
X
ARAKTER VƏ QABİLİYYƏT
İnsanın inkişaf prosesində xarici mühitin, təlim və tərbiyənin, irsən keçən
xüsusiyyətlərin təsirindən müəyyən davranış tipi və ya xarakter formalaşır.
Xarakter – şəxsiyyətin tipik davranışları – hərəkətləri, vərdişləri, baş verən ha-
disələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyət-
ləridir. İnsanın xarakterinin formalaşmasında ali sinir fəaliyyətinin tipləri böyük rol
oynayır.
Xarakter insanın özünəməxsus təkrarolunmaz fərdi xüsusiyyətlərini əks etdirir.
Hər bir insan üçün yalnız ona xas olan prinsipiallıq, mərdlik, saflıq, məsuliyyətlilik
və bu kimi xarakterik cəhətlər səciyyəvidir. İnsanın xarakteri onun inkişafı prose-
sində formalaşır.
Xarakter, əsasən, insanın uşaqlıq və gənclik yaşlarında tərbiyənin təsiri altında
formalaşır. Xarakterin formalaşmasında əsas rolu sosial amillər oynayır. Xarakterə
həmçinin insanın fiziki vəziyyəti də təsir edir.
Sizin xarakteriniz necədir?
1. Siz kəskin ədviyyatlı yeməyi xoşlayırsınızmı? 2. Məclisdə özünüzü yaxşı hiss edirsiniz-
mi? 3. Sevincdən atılıb-düşürsünüzmü? 4. Öz qonaqlarınızı əyləndirə bilirsinizmi? 5. Sizin
tez-tez başınız ağrıyırmı? 6. Dişlərinizi fırçalamağı bəzən unudursunuzmu? 7. Saç düzü-
münüz həmişə eyni cür olurmu? 8. Krossvord həll etməyi xoşlayırsınızmı? 9. İdmanla məş-
ğul olursunuzmu? 10. Sizdə melanxolik əhvali-ruhiyyəsi tez-tez baş verirmi? 11. Sakit və
rahat şəraitdə işləməyi xoşlayırsınızmı?
1
2
3
4
5
6
7
8
9
10
11
Hə
3
2
4
3
1
4
3
1
3
1
4
Yox
2
1
2
2
2
1
1
4
1
4
1
20 baldan aşağı
• Siz kompaniyanı xoşlamırsınız, sakitliyi, təbiətdə gəzintini üstün
tutursunuz. Ev şəraitində dostlarınızla ünsiyyət, hay-küylü
məclislərdə olduğundan sizi daha çox sevindirir. Bu səbəbdən
bəzi dostlarınız fikirləşir ki, siz cansıxıcı adamsınız.
21–25 bal
• Siz kifayət qədər yüngülxasiyyət adamsınız, adamlarla asan dil
tapırsınız. Lakin əhvalınız tez-tez dəyişir: gah qəmli, gah da həd-
dən çox şən olursunuz.
25-dən yuxarı bal
• Kompaniyada əvəzolunmaz adamsınız. Sizdə yumor hissi güc-
lüdür. Adamları güldürməklə və ya onlara maraqlı hadisələr da-
nışmaqla onlarda xoş əhvali-ruhiyyə yaratmağa qabilsiniz.
Fəaliyyət
39
– Xarakter nədir?
– Xarakteri dəyişmək olarmı?
– Hansı ilkindir: xarakter, yoxsa temperament?
140
Qabiliyyət bir və ya bir necə fəaliyyətin müvəffəqiyyətlə
yerinə yetirilməsi üçün vacib olan xüsusiyyətlərin cəmidir.
Qabiliyyətin yaranması, ilk növbədə, baş beyinin və analiza-
torların irsi quruluş xüsusiyyətlərindən, onların funksional
xassələrindən asılıdır. İnsanın qabiliyyəti həm irsən, həm də
tərbiyə yolu ilə müəyyən olunur. Qabiliyyət, əlbəttə, insan
onun inkişaf etdirilməsi üzərində işlədikdə reallaşır. Bütün qabiliyyətləri 2 tipə
bölmək olar:
– bir çox fəaliyyət növündə meydana çıxan ümumi qabiliyyətlər;
– konkret fəaliyyət növündə meydana çıxan xüsusi qabiliyyətlər.
Bundan başqa, insanda fiziki və zehni qabiliyyətləri də ayırırlar. Fiziki qabiliyyət
bədənin quruluş və təbii xüsusiyyətlərindən asılıdır.
Bir qabiliyyətin hüdudunda onların müxtəlif dərəcələrini – aşağı, normal və
yuxarı dərəcələrini ayırmaq olar. Xüsusi qabiliyyətlərin yüksək dərəcəsi istedaddır.
O hamıda müxtəlif cür inkişaf edir.
Meyillilik – insanın hər hansı bir fəaliyyət növünə səyi, can atmasıdır. Bu zaman
insanın bu fəaliyyət növünə qabiliyyəti olmaya da bilər. Baxmayaraq ki meyillilik
və qabiliyyət eyni zamanda meydana çıxır və bir-birinə müvafiq gəlir, məhz
meyillilik və qabiliyyət insanlara peşə seçməkdə yardım edir. Qabiliyyət daha çox
uşaqlıqda nəyəsə maraq göstərdikdə üzə çıxır. Bu və ya digər meyillilik yalnız uşaq-
lıqda deyil, ola bilsin ki, istənilən yaş dövründə də meydana çıxa bilər. Məsələn,
bütün həyatı boyu mühasib işləyən insan birdən-birə şeir yazmağa başlayır və ya
futbol azarkeşi özündə xarici dil öyrənməyə meyilliliyi müşahidə edir.
Ayrı-ayrı fiziki göstəricilər irsən müəyyən olunur. Adətən, fəza təsəvvürləri, yəni
rəssamlıq və konstruktor qabiliyyəti daha çox irsən keçir. Yaddaşın xüsusiyyətləri
az keçir. Bu səbəbdən onu daim inkişaf etdirmək lazımdır.
Qabiliyyətsiz insan olmur. Əsas qabiliyyət vaxtında üzə çıxarılaraq inkişaf et-
dirilməlidir. Bunun üçün iradə lazımdır. İradə – çətinliklərin aradan qaldırılması
üçün insanın düşüncəli fəaliyyətini həyata keçirmək qabiliyyətidir.
Cəmiyyətin inkişafı göstərmişdir ki, daim zəhmət çəkməyən şəxslərdə qabiliyyət
inkişaf edə bilməz.
•
Dahi Avstriya bəstəkarı Mosart 3 yaşında ikən musiqiçiləri öz musiqi
qabiliyyətinin olması ilə heyran etmişdi. 8 yaşında isə o, ilk simfoniyasını
yazmışdır.
•
Alimlər siyasət və ictimai həyatda bütün dahilər
barədə məlumat toplayarkən məlum olmuşdur ki,
onlar coğrafi cəhətdən qeyri-bərabər paylanırlar:
belə ki, Afrikada – 3, Latın Amerikasında – 1,
Asiyada – 18, ABŞ-da – 7 dahi olmuşdur. Digər –
71 dahi isə Avropada doğulmuşdur.
•
xarakter
•
qabiliyyət
•
vərdiş
A ç a r s ö z lə r
141
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
1. Göstərilən anlayışları müəyyənləşdirin. Müvafiq anlayışlar arasında əlaqəni əks
etdirən sxem və ya cümlələr tərtib edin.
2. Nizami Gəncəvi, Səttar Bəhlulzadə, Volfqanq Mosart, Müslüm Maqomayev,
Viktor Hüqo, Bülbül, Çarli Çaplin, Ömər Xəyyamda hansı istedadın olduğunu
göstərin.
3. Öz qabiliyyət və meyilliliyinizi müəyyən edin. Onlar bir-birinə müvafiq gəlirmi?
4. Şəkildə göstərilən insanlarda hansı qabiliyyətin olduğunu müəyyən edin.
A)
B)
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Хarakter
Qabiliyyət
İradə
İstedad
Meyillilik
Temperament
1. İnternet resurslarından istifadə edərək Publisher, yaxud WORD proqramında
(A4 ölçülü kağızlarda) “Uşağın inkişafının bioloji və sosioloji amilləri”, yaxud
“Şəxsiyyətin formalaşmasına təsir edən amillər” mövzusunda buklet və yaddaş
kitabçası tərtib edin.
2. “Məktəblilərdə şərti reflekslərin yaranması və yox olub itməsi” mövzusunda
məlumat toplayın. Məlumatı sistemləşdirin və cədvəl formasında təqdim edin:
Şərti
refleks
Yaranma
səbəbi
Əhəmiyyəti
Yox olmasının
səbəbi
3. Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək insanın
yaddaşını öyrənən (tədqiq edən) metodlar haqqında məlumat toplayın.
Məlumatı müvafiq bildiyiniz formada təqdim edin. Metodları tətbiq etməklə
sinif yoldaşlarınızla praktik məşğələ apara bilərsiniz.
L a y i h ə
142
1. Düzgün cavab variantını seçin:
• İnsanda ləng yuxu zamanı tənəffüs tezliyi və nəbz vurğusunun sayı
azalır/artır.
• İnstinkt şərti/şərtsiz reflekslərin məcmusudur.
• İ.P.Pavlovun it üzərində apardığı təcrübədə işıq şərti/şərtsiz qıcıqlandırıcıdır.
• Mühitin dəyişən şəraitinə uyğunlaşmağa kömək edən şərtsiz/şərti refleks-
lərdir.
• İnsan yuxuya gedən zaman tez/ləng yuxu fazası başlanır.
• İnsanın özünə və xarici mühitə qarşı münasibətlərində üzə çıxan hislər
yaddaş/emosiya adlanır.
2. Uyğunluğu müəyyən edin:
4. Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək aşağıdakı mövzu-
lardan birinə dair məlumat toplayın. Məlumatı sistemləşdirin və elektron təqdimat
formasında tərtib edin.
Yuxu və yuxugörmə barədə maraqlı faktlar
Somnambulizm (lunatizm)
Hipnoz
Letargik yuxu
5. Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək tarixi şəxsiyyətlərin,
məşhur ədəbi və nağıl qəhrəmanlarının temperamentləri, xarakter və qabiliyyətlərinə
dair məlumat toplayın. Məlumatı şəkilli divar qəzeti, yaxud buklet formasında təqdim
edin.
6. Ailə üzvlərinizin temperament növünü müəyyən edin və öz temperamentinizin xü-
susiyyətlərini nəzərə alaraq onlarla münaqişəsiz münasibətlər üçün istənilən formada
proqram hazırlayın.
7. “Temperament tipi və qabiliyyətlərimə uyğun olan hansı peşəni seçərdim?” möv-
zusunda esse yazın.
Ü m u m i l ə ş d i r i c i t a p ş ı r ı q l a r
A. Cisimlərin, əşyaların və hadisələrin oxşarlığının və
fərqlərinin axtarış prosesi.
B. Ümumi xassələrə malik olan əşyaların və hadisələrin
fikrimizdə xəyalən birləşdirilməsi.
C. Fikrimizdə əşyaların və cisimlərin hissələrə bölünməsi,
onun hissələrinin, əlamətlərinin və xassələrinin ayrılması.
D. Bəzi element hissələrinin əlamətlərini, xassələrini
fikrimizdə bütövləşdirib birləşdirmək.
1. Analiz
2. Sintez
3. Müqayisə
4. Ümumiləşdirmə
143
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
3. Şərti refleks yaratmaq üçün hansı şərtlər zəruridir? Uyğun cavabları seçin.
А. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir.
B. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcıdan bir qədər əvvəl verilməlidir.
C. Şərtsiz qıcıqlandırıcı şərti qıcıqlandırıcıdan bir qədər əvvəl verilməlidir.
D. Şərti qıcıqlandırıcını şərtsiz qıcıqlandırıcı ilə bir dəfə möhkəmlətmək kifa-
yətdir.
E. Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə dəfələrlə möhkəmləndirilmə-
lidir.
4. Düzgün cavabı seçin.
5. Suallara cavab verin:
a) Hansı amillər yuxusuzluğa səbəb olur?
b) Nə üçün insan yaşa dolduqca yuxunun davametmə müddəti dəyişir? Bu
nədən asılıdır?
Dostları ilə paylaş: |