96
Morfoloji kriteri – növlərin xarici və daxili
quruluşlarında olan fərqlərə görə müəyyən olunur.
Adətən, xarici görünüşünə görə bir növü digərindən
fərqləndirmək mümkündür. Məsələn, qarağat cin-
sinin meyvələrinin rənginə, çiçək qrupunun yerləş-
məsinə görə bir-birindən fərqlənən qara və qırmızı
qarağat kimi növləri vardır.
Morfoloji kriteri çox əlverişli və asan olduğu
üçün uzun müddətdir ki, ondan istifadə edilir.
Morfoloji əlamətlər heç də həmişə növün təyini
üçün etibarlı kriteri olmur. Bəzən bu kriteriyə görə
növü fərqləndirmək çətinlik törədir. Müəyyən
olunmuşdur ki, bəzən zahiri cəhətdən oxşar orqa-
nizm qrupları ayrı-ayrı növlərə məxsus ola bilər.
Belə ki, təbiətdə bəzi hallarda bir-birindən morfoloji
cəhətdən seçilməyən və yalnız xromosom yığımına
görə fərqlənən əkiz növlərə (məsələn, qara siçovulun
iki əkiz növü məlumdur) də rast gəlinir. Bundan
başqa, bəzən eyni növün erkək və dişi fərdləri, eyni
növə mənsub ev göyərçinləri cinsləri, kəpənək və
onun tırtılı bir-birindən morfoloji xüsusiyyətlərinə
görə kəskin fərqləndikləri üçün onları morfoloji
kriteri ilə müəyyənləşdirmək mümkün deyil.
Genetik kriteri – növlərin xromosom yığımında
olan fərqlərə görə müəyyən edilir. Hər bir növün
özünəməxsus sayda, ölçüdə, formada xromosomları
olur. Morfoloji cəhətdən bir-birindən fərqlənməyən
qara siçovulun 38 və 42 xromosom yığımlı növləri
bu kriteri ilə müəyyən edilmişdir. Lakin genetik
kriteri ilə də bəzən növü dəqiq müəyyənləşdirmək
olmur. Belə ki, sağlam insanda 46 xromosom olduğu
halda, Daun sindromu olan insanlarda 47 xromosom
olur.
Fizioloji kriteri – növlər arasında olan həyat
proseslərində, xüsusən çoxalmada olan fizioloji
fərqlərə görə müəyyən edilir. Hər bir növ arasında fizioloji təcridlər mövcud
olduğundan bir növ digəri ilə çarpazlaşmır, əgər belə çarpazlaşma baş verərsə, alınan
nəsil, adətən, dölsüz olur. Lakin təbiətdə bəzən ayrı-ayrı növlərə mənsub fərdlər
(sarıbülbül, alacəhrə, qovaq və söyüdün bəzi növləri) çarpazlaşaraq döllü nəsil
verdikləri üçün bu kriteri də mütləq olmur.
Coğrafi kriteri – hər bir növün müəyyən coğrafi ərazidə yaşaması və coğrafi
areal tutmasına əsaslanır. Bununla yanaşı, bəzən kosmopolit (hər yerdə yayılan)
növlərə (məsələn, dam sərçəsi, boz siçovul) də rast gəlinir. Həmin növlərin isə dəqiq
yayılma sərhədi olmadığı üçün bu kriteri də ayrılıqda özünü doğrultmur.
Qarağat növləri
Əkiz növlər
Morfoloji cəhətdən bir-birindən
fərqlənməyən qara siçovulun 38 və
42 xromosom yığımlı növləri
38 xromosomlu
42 xromosomlu
Genetik kriteri ilə bəzən növü dəqiq
müəyyən etmək olmur.
Paxlalıların əksər növlərinin xromosom
yığımı 22-dir.
Yonca
Paxla
97
• IV fəsil •
Populyasiya. Növ
•
4
Ekoloji kriteri – növün müəyyən ekoloji mühit şəraitində
yaşamasına əsaslanır. Növlər müəyyən həyat şəraitində yaşa-
mağa uyğunlaşmışlar. Məsələn, dalayıcı qaymaqçiçəyi çəmən və
tarlalarda, sürünən qaymaqçiçəyi çay və nohurların kənarında,
yandırıcı qaymaqçiçəyi isə bataqlıqlarda bitir. Lakin dəqiq eko-
loji uyğunlaşmaya malik olmayan növlərə də rast gəlinir. Bunlara insanlarla birgə
yaşayan tarakanlar, milçəklər, siçanlar və ev heyvanları, bəzi alaq otları da aiddir.
Bu səbəbdən ekoloji kriteri də bəzən mütləq olmur.
Biokimyəvi kriteri – növləri biokimyəvi parametrlərinə, yəni zülal və nuklein
turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu kriteri
çox əziyyətli və qeyri-universal olduğu üçün öz geniş tətbiqini tapa bilməmişdir.
Bundan başqa, bəzən növ daxilində baş verən mutasiyalar (irsi dəyişkənliklər)
nukleotidlərin zəncirdən düşməsinə səbəb olur ki, bu da yeni zülalın və son nəticədə
yeni əlamətin yaranmasına gətirib çıxarır. Buna görə biokimyəvi kriteri bəzi hallarda
özünü doğrultmur.
Beləliklə, heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə
də növü müəyyənləşdirmək üçün bütün kriterilərin cəmindən istifadə etmək la-
zımdır.
1. Uyğunluğu müəyyən edin:
A) Fizioloji kriteri
B) Genetik kriteri
C) Morfoloji kriteri
D) Coğrafi kriteri
E) Ekoloji kriteri
F) Biokimyəvi kriteri
2. Əlamətlərin nömrələrini cədvəlin müəyyən xanalarında qeyd edin.
1) kələm hüceyrələrinin nüvəsində 18 xromosom olur
2) adi şam işıqsevən bitkidir
3) qış sükunəti zamanı qonur ayının maddələr mübadiləsi
zəifləyir
4) ağcaqayının yarpaqları sadədir, damarlanması torvarıdır
5) insan qanında qlükozanın miqdarı 80–120 mq/dl
(1dekalitr=10l);
6) ağ ayı arktik zonada yaşayır
7) şimpanzenin hüceyrələrində 48 xromosom olur
8) aptek birəotunun çiçək qrupu səbətdir, dilcikşəkilli
çiçəkləri ağ rəngdədir
9) soxulcanın qan-damar sistemi qapalıdır
10) qarğı su hövzələrinin kənarında bitir
11) insanın qanında zülallar plazmanın 7–8%-ni təşkil edir
12) fındıq ağacı erkən yazda çiçəkləyir
13) hemoqlobində bir aminturşunun digəri ilə əvəz olun-
ması eritrositlərdə dəyişikliyə səbəb olur
Morfoloji kriteri
Genetik kriteri
Fizioloji kriteri
Coğrafi kriteri
Ekoloji kriteri
Biokimyəvi kriteri
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
a) Zülal və nuklein turşularının tərkibi və quruluşu
b) Müəyyən ərazidə yayılması
c) Həyat fəaliyyəti proseslərində oxşarlıq
d) Xarici quruluşuna görə
e) Xromosom yığımı
f) Müəyyən mühit şəraitində yaşaması
•
kriteri
•
əkiz növlər
A ç a r s ö z lə r
98
3. Sualları müzakirə edin:
1) Zubr və bizon eyni cinsə aid olan iki növdür. Onlar xarici görünüşünə görə bir-birinə
oxşardırlar, qeyri-təbii şəraitdə birlikdə saxlanıldıqda çarpazlaşır və döllü nəsil verirlər.
Təbiətdə isə onlar çarpazlaşmır. Çünki zubr Avropada, bizon isə Şimali Amerikada
yaşayır. Hansı kriteriyə görə bu növləri fərqləndirmək olar?
2) Arktikada yaşayan ağ ayı balıqlarla və dəniz məməliləri ilə qidalanır. Onun tük örtüyü
ağ rəngdədir. Qonur ayı mülayim iqlim qurşağında, meşələrdə yaşayır, tük örtüyü
qonurdur, həm bitki, həm də heyvani qida ilə qidalanır, qışda qış yuxusuna gedir. Hansı
kriteri əsasında bu növlərin çarpazlaşa bilməməsi haqqında nəticə çıxarmaq olar?
3) Təbiətdə mövcud olan ağ və boz dovşanları nə üçün iki növə aid edirlər? Suala cavab
verən zaman hansı kriterilərə əsaslandınız?
4) Niyə yalnız bir kriteri ilə fərdin bu və ya digər növə aid olduğunu müəyyən etmək
olmaz?
P
OPULYASİYANIN QURULUŞU VƏ MÜXTƏLİFLİYİ
Təbiətdə eyni növə mənsub olan fərdlər ayrı-ayrılıq-
da deyil, qruplar şəklində yaşayırlar. Hər bir qrupun
özünün müəyyən yaşayış sahəsi olur və onun fərdləri
arasında sərbəst çarpazlaşma baş verir. Qrupların bir-
birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif
maneələrin (təcridlərin) olmasıdır. Bu cür maneələr bir
qrupun fərdlərinin digəri ilə çarpazlaşmasına çətinlik törədir və bunlar arasında çar-
pazlaşma nadir hallarda baş verir.
Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan
fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali) adlandırırlar.
Eyni növə mənsub fərdlər növün arealı daxilində populyasiyalar şəklində yayılır-
lar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin
müxtəlifliyidir. Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şə-
raiti olan hissəsində daha çox olur.
Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəy-
yən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müx-
təlif olur. İri heyvanlarda populyasiyanın tutduğu ərazi kiçik heyvanlarda oldu-
ğundan daha iri olur. Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fərdlərin sayın-
dan və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər.
26
– Növ və populyasiya nədir?
– Nə üçün bioloji növlər populyasiya formasında mövcuddur?
•
populyasiya
•
genofond
•
irsi dəyişkənlik
•
mutasiya
A ç a r s ö z lə r
99
• IV fəsil •
Populyasiya. Növ
•
4
Cədvəldə bitkinin sayının zaman ərzində dəyişməsinin göstəriciləri verilmişdir. Bitkinin
populyasiyadakı sayının zamandan asılılıq qrafikini qurun.
İllər
0
1
2
3
4
5
6
7
8
9
10 11 12 13 14
Bitkinin
sayı
10 12 15 19 23 27 30 33 35 37 39 40 41 42 42
– Müəyyən növün canlı orqanizmlərin populyasiyadakı sayının dəyişməsi hansı amillərlə
əlaqəlidir?
Populyasiyalarda fərdlərin miqdarı. Hər bir növ populyasiyalarında fərdlərin
miqdarı müxtəlif olsa da, müəyyən hüduddan az və ya çox ola bilməz, yəni nisbi
sabitdir. Lakin populyasiyada həyat şəraitinin dəyişməsindən, doğum və ölüm halla-
rından, fərdlərin miqrasiya etməsindən, həmçinin orqanizmlərin inkişafı xüsusiyyət-
lərindən asılı olaraq onların sayı bəzən dəyişə bilir. Populyasiyanın ümumi fərd sayının
miqdarını analiz edərkən bəzən populyasiyada sahə və ya həcm vahidinə düşən popul-
yasiyanın sıxlığı göstəricisindən istifadə edirlər. Populyasiyada fərdlərin sayının
dəyişməsi ilə əlaqədar olaraq onun sıxlığı da dəyişir. Sayın dəyişməsi bəzən ilin
müxtəlif fəsillərindən asılı olur. Belə dəyişkənlik, adətən, qısa ömrü olan kiçik hey-
vanlarda daha kəskin nəzərə çarpır. Ömrü uzun olan və az nəsil verən iri orqanizmlərdə
(məsələn, fildə) populyasiyada fərdlərin miqdarı və sıxlığı daha stabil olur.
Populyasiyanın tərkibi. Hər bir populyasiyanı cinsinə və yaşına görə fərqlənən
fərdlər təşkil edir.
Populyasiyanin cins tərkibi dişi və erkəklərdən ibarət olur. Bunların nisbəti,
adətən, 1:1 nisbətində olur. Lakin fərdi inkişafın müxtəlif mərhələlərində dişi və
erkəklərin miqdarı onların həyat qabiliyyətindən asılı olaraq dəyişə bilər.
Populyasiyada müxtəlif yaş strukturuna malik fərdlər olur. Əgər populyasiyada
cinsi yetişkənliyə malik fərdlər üstünlük təşkil edərsə, populyasiya daha da inkişaf
edər. Lakin yaşlı fərdlər daha çox olarsa, populyasiya məhvə doğru gedər.
Populyasiyada fərdlərin cins tərkibi
Fəaliyyət
•
Afrika fillərinin populyasiyadakı sıxlığı 1 fərd üçün 40 km
2
-dir. Onurğasızlardan
olan rotatorilərin (sap qurdlar) populyasiyasının sıxlığı hər 1 ml-də təxminən 1000
fərdə bərabərdir.
!
100
Populyasiyaların genetik müxtəlifliyi. Populyasiya daxilində cinsi yolla çoxa-
lan fərdlər arasında daim genetik materialların mübadiləsi baş verir. Buna baxma-
yaraq ayrı-ayrı populyasiyalar arasında genetik mübadilə məhduddur. Lakin az da
olsa, müxtəlif populyasiyanın fərdləri arasında çarpazlaşma gedir. Hər bir populya-
siyanın özünəməxsus spesifik gen yığımları – genofondu olur.
Populyasiya növün elementar vahididir. Növlərin dəyişməsi ilə əlaqədar olan
bütün proseslər populyasiya daxilində gedir. Nəticədə təbii seçmə prosesi baş verir.
Təbii seçmə nəticəsində sağ qalanlar öz genlərini nəslə ötürürlər. Nəslə ötürülmə
zamanı valideyn genlər dəyişmir. Lakin onlarda bəzən irsi dəyişkənlik – mutasiya
baş verir. Belə mutasiyalar populyasiyada genetik müxtəliflik yaradır və bu da
təkamül üçün irsi material verir.
1. Düzgün cavabı seçin.
Müəyyən növə aid olan
fərdlər qrupu populya-
siya hesab olunur.
Ona görə ki onlar:
A) sərbəst çarpazlaşıb döllü nəsil verə bilirlər.
B) bir neçə nəsil ərzində növün digər qruplarından təcrid
olunmuş şəraitdə yaşayırlar.
C) fenotipə görə və fizioloji cəhətdən oxşardırlar.
D) genetik cəhətdən bir-birinə tam yaxındırlar
.
2. Böcəklərin bir cütdən başlayaraq
populyasiyada sayını əks etdirən qrafiki
nəzərdən keçirin. Böcək populyasiyasında
fərdlərin miqdarının günlərdən asılı ola-
raq necə dəyişdiyini şərh edin.
3. Məsələni həll edin.
• Maralların populyasiyası 2000 fərddən ibarətdir. Canavarlar marallarla qidalanırlar. İlin
axırına qədər sağ qalan marallar öz saylarını 40% artırırlar. Canavarların öz popul-
yasiyalarında miqdarı 15 fərd olur. Hər bir canavar il ərzində təqribən 30 maral yeyir.
Maral və canavarların başqa səbəblərdən ölümü sıfıra bərabərdir.
A) Yırtıcılar olmazsa, müvafiq olaraq 1,2,3 ildən sonra maralların sayını hesablayın.
Aldığınız nəticələri qrafikdə əks etdirin.
B) Yırtıcıların ilkin sayı 15 fərd olarsa və həmin illər ərzində dəyişməzsə, 1,2,3 ildən
sonra maralların sayını hesablayın.
Verilən dövr ərzində maralların sayının dəyişməsini qrafikdə əks etdirin və nəticələri
A bəndindəki nəticələrlə müqayisə edin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
101
• IV fəsil •
Populyasiya. Növ
•
4
Ü
ZVİ ALƏMİN TƏSNİFATI VƏ TƏKAMÜLÜ.
TƏKAMÜL TƏLİMİNİN YARANMASI
XVIII əsrə qədər biologiyada insanın və digər canlıların ilahi qüvvə tərəfindən
yaradılması ideyası üstünlük təşkil edirdi. Bu dövrün alimləri belə hesab edirdilər
ki, ilahi qüvvə tərəfindən yaradılan canlı orqanizmlər daha mükəmməl və məqsədə-
uyğundur və yarandığı gündən dəyişilməmişlər. Belə baxışlar biologiyada kreasio-
nizm adlandırılırdı. Bu dövrdə biologiyada bitki və heyvanların növ müxtəlifliyi
barədə çoxlu faktik materiallar toplanırdı. Ayrı-ayrı alimlər bu materialları sistem-
ləşdirməyə cəhd göstərsələr də, bu sistem əlverişsiz olduğu üçün uğursuzluqla
nəticələnmişdir.
Üzvi aləmin nisbətən əlverişli süni sistemini ilk dəfə İsveç təbiətşünası Karl
Linney (1707–1778) yaratmışdır.
Karl Linneyin təsnifat sistemi. K.Linney öz təsnifat sistemində növü canlı tə-
biətin elementar vahidi kimi əsas götürmüşdü. K.Linney yaxın növləri cinslərdə,
cinsləri dəstələrdə, dəstələri siniflərdə yerləşdirməklə 4 sistematik kateqoriyanı (növ,
cins, dəstə, sinif) irəli sürmüşdü. O, növü adlandırmaq üçün ilk dəfə sələfləri tərə-
findən irəli sürülən qoşa latın adlarından istifadə etmişdi. Sistematikada növlərin
qoşa latın adları ilə adlandırılması bizim dövrümüzdə də davam edir. Linneyin
sistematikasının çatışmayan cəhəti ondan ibarətdir ki, o, növlərin sistemləşdirilməsi
zamanı yalnız bir-iki zahiri əlaməti (bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda
tənəffüs və qan-damar sisteminin quruluş xüsusiyyətləri) əsas götürmüşdü. Bu
səbəbdən genetik cəhətdən bir-birindən uzaq olan növlər eyni qrupa, bir-birinə yaxın
növlər isə müxtəlif qrupa düşürdülər. Linneyin sistematikası bitki və heyvanları
müəyyənləşdirməyə kömək göstərsə də, üzvi aləmin tarixi inkişafını əks etdirə
bilmədi. Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz
olduğunu göstərirdi. Lakin sonradan növlərin dəyişilməsi qənaətinə gəlmişdir.
J.-B.Lamarkın təkamül təlimi. 1809-cu ildə fransız alimi J.-B.Lamark “Zoolo-
giyanın fəlsəfəsi” əsərində
növlərin dəyişilməsi barədə fərziyyə irəli sürdü. O
göstərdi ki, bitki və heyvanlar üzvi aləmin tarixi inkişafının – təkamülün (lat. “evo-
lyutio” – çevirmək) nəticəsidir
.
“Təkamül” dedikdə orqanizmlərin sadədən mürəkkəbə doğru tarixi inkişafı pro-
sesi nəzərdə tutulur.
J.-B.Lamark üzvi aləmin tarixi inkişafının ümumi istiqaməti kimi canlı orqa-
nizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini –
qradasiyanı (lat. “gradacio” – tədricən yüksəlmə)
göstərmişdir. Onun fikrincə, qradasiyanın əsas hərə-
kətverici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş
tərəqqiyə doğru olan “daxili meyil”dir. Lamarka görə,
27
– Üzvi aləmin müxtəlifliyinin səbəbi nədir?
– Mürəkkəb quruluşa malik orqanizmlər necə yaranmışdır?
•
qradasiya
•
kreasionizm
•
təkamül
•
qoşa latın adları
A ç a r s ö z lə r
102
orqanizmlərin mühit şəraitinə uyğunlaşması düzgün qradasiyadan kənara çıxmağa
gətirib çıxarır. J.-B.Lamark K.Linneyin sistematikasını təkmilləşdirərək bir deyil,
çoxlu əlaməti əsas götürdü, ən başlıcası isə orqanizmin qohumluğunu və mənşəyini
əsas götürməklə elmi sistematikanı yaratdı.
Lamark
təkamül barədə iki fikir irəli sürmüşdür. Bunlardan birincisi məşqetmə-
dir. Lamarka görə, orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq
edir. Məşq edən orqanlar daha yaxşı inkişaf edir, məşq etməyən isə sıradan çıxır.
1. Zürafələrin boyunları əvvəl
qısa olmuşdur.
2. Ağaclardakı yarpaqları qopar-
maq üçün boyunlarını daim dart-
maları nəticəsində bu hey-
vanların boyunları uzanmış, bu
əlamət irsən onların nəsillərinə
keçmişdir.
3. Lamarkın nöqteyi-nəzərincə,
zürafələrin boyunlarının uzan-
ması bu orqanın bir neçə
nəsildə məşq etməsi ilə əlaqə-
dardır.
İkincisi isə məşqetmə nəticəsində qazanılan əlamətlərin faydalı olması və irsən
nəslə keçməsidir. Lamark buna zürafələrin boyunlarının uzanmasını misal göstər-
mişdir. Bunun sayəsində uzunboyunlu zürafələr meydana gəlmişdir. Sonrakı tədqi-
qatlar Lamarkın fikrinin düzgün olmadığını sübut etmişdir.
Fəaliyyət
– Lamark öz təsnifatını
nəyə görə “qradasiya”
adlandırmışdır?
– Lamark heyvanları
neçə sinfə ayırmışdır?
– Hansı prinsipə görə o,
heyvanları 6 pillədə
yerləşdirmişdir?
J.-B.Lamarkın qrada-
siyanı əks etdirən təsnifat
sxemi. J.-B.Lamark
heyvanları quruluşca sadə-
dən mürəkkəbə doğru
inkişafına görə 14 sinfə
bölmüş və onları 6 pillədə
yerləşdirmişdir.
J.-B.Lamark tərəfindən təklif
olunan təsnifat sxeminə baxın.
103
• IV fəsil •
Populyasiya. Növ
•
4
Lamark təkamül haqqında söylədiyi fikirlərə tam dolğun cavab tapa bilməmişdir.
Sübutların az olması, yaxşı əsaslandırılmaması səbəbindən Lamarkın təlimi müasir-
ləri tərəfindən qəbul edilmədi və alimlərin tənqidinə məruz qaldı.
Lamarkdan sonra Çarlz Darvin təkamül nəzəriyyəsini sübut etmək üçün müxtəlif
dəlillərdən istifadə etmiş və təkamülün şərhini verməyə çalışmışdır.
1. Cümlələrdəki səhvləri müəyyən edərək düzgün ifadələr qurun:
a) J.-B.Lamark “Zoologiyanın fəlsəfəsi” əsərində heyvanları quruluşun sadələşməsinə görə 14
sinifdə və 6 pillədə yerləşdirmişdir.
b) J.-B.Lamark hesab edirdi ki, qradasiyanın əsas hərəkətverici qüvvəsi ətraf mühitin orqanizmlərə
təsiridir.
c) J.-B.Lamarka görə, məşqetmə nəticəsində qazanılan faydalı əlamətlər irsən nəslə keçmir.
d) K.Linneyin təkamül təlimində ilk dəfə olaraq növlərin dəyişilməsi barədə ideya irəli sürüldü.
e) J.-B.Lamarkın təlimi müasirləri tərəfindən müvəffəqiyyətlə qəbul edilmişdir.
2. İfadələrdən istifadə edərək cümlələri tamamlayın:
sıradan çıxır, məşq edir, daha da inkişaf edir, irsən nəslə keçir
Lamarka görə:
“Orqanizmlər özünü xarici mühit şəraitinə uyğunlaşdırmaq üçün ...”
“Məşqetmə nəticəsində qazanılmış əlamətlər faydalıdır və ...”
“Məşq edən orqanlar ...”
“Məşq etməyən orqanlar ...”
3. Verilmiş məlumatlardan istifadə edərək Lamarka görə təkamül proseslərinin
ardıcıl mexanizmini müəyyənləşdirin:
A)
Orqanların məşq etdirilməməsi –
B)
Mühit şəraitinin dəyişilməsi –
C)
Yeni “vərdişlər”in meydana gəlməsi –
D)
Qazanılmış əlamətlərin irsən nəslə keçməsi –
E)
Heyvanın tələbatının dəyişməsi –
F)
Orqanların güclü inkişafı –
G)
Orqanların zəifləməsi və ya itməsi –
H)
Orqanların güclü məşq etdirilməsi –
•
Qazanılmış əlamətlərin irsən nəslə keçməsi ideyası səhv olmuş və sonradan genetik
məlumatlarla təkzib edilmişdir.
Məsələn, A.Veysman qazanılan bütün əlamətlərin
irsən nəslə keçməsini siçanlarla etdiyi təcrübə ilə yoxlamışdır. O, siçanlardan bir
neçə nəsil almış və hər nəsildə balaların quyruğunu kəsmişdir. Lakin buna
baxmayaraq quyruğu kəsilmiş siçanlardan doğulan balalar quyruqlu olmuşlar. Bu
da sonradan qazanılan əlamətin irsən nəslə keçmədiyini sübut etmişdir.
Dostları ilə paylaş: |