L a y i h ə
2
167
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
“Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı
proqramlar” (yaxud “Azərbaycanda həyata keçirilən ekoloji proqramlar”)
Məqsəd:
1. Son 10 il ərzində Azərbaycanda həyata keçirilən dövlət ekoloji proqramlarının
öyrənilməsi.
2. Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirlərin təsnifi,
məlumatların sistemləşdirilməsi.
Mənbələr:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı:
http://www.eco.gov.az/anket4.php
2. http://eco.preslib.az/
3. Digər elektron və çap mənbələri
İşin gedişi:
1.
Əlavə mənbələrdən istifadə edərək son 10 il ərzində Azərbaycanda həyata keçirilən
ekoloji proqramlar haqqında məlumat toplayın.
2.
Dövlət tərəfindən həyata keçirilən və planlaşdırılmış tədbirləri təsnif edin, nəticələri
cədvəl şəklində sistemləşdirin:
Tarix
Sənəd
Görülən işlər
Planlar
Su ehtiyatları
Atmosfer havasının
mühafizəsi
Torpaq ehtiyatlarının
qorunması
Meşə ehtiyatlarının
mühafizəsi
Sənaye və məişət
tullantılarının idarə
edilməsi
Bioloji müxtəlifliyin
qorunub saxlanılması
Səhralaşmaya qarşı
mübarizə
3.
Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbom formasında hesabat
hazırlayın.
L a y i h ə
3
168
“Antropogen faktorların doğma diyarımızın ətraf mühitinə təsiri”
1. Yaşadığınız ərazinin atmosferini çirkləndirən antropogen mənbələri müəyyən
edin.
2. Yaxınlıqda yerləşən su mənbələrində hansı tullantılara (kağız, şüşə, metal,
polietilen paketlər və s.) tez-tez rast gəlindiyini aydınlaşdırın.
3. Ərazidə torpağın əsas çirklənmə mənbələrini müəyyən edin.
4. Qohumlarınız, qonşularınız, dostlarınız və tanış həkimlər arasında sosioloji
sorğu vasitəsilə ərazidə yaşayan əhalinin orta insan ömrü, ən çox yayılmış
xəstəliklər barədə məlumat toplayın. Bunun üçün yaxınlıqdakı poliklinikaya
da müraciət etmək olar.
5. Ərazinizdə yaşayan insanların sağlamlığının atmosfer, su və torpağın
antropogen çirklənmə səviyyəsindən asılılığını müəyyən edin.
6. Bu problemlərin həlli üçün öz təkliflərinizi hazırlayın.
Nəticələrinizi elektron təqdimatlar, cədvəllər, qrafiklər, diaqramlar və s.
formada təqdim edin.
L a y i h ə
5
Bioloji modellər üzərində ekosistemlərdə baş verən dəyişikliklərin proqnozlaşdırılması
haqqında internetdən məlumat toplayın. Məlumatı elektron təqdimat, yaxud divar
qəzeti formasında təqdim edin.
“Məişət tullantılarının təkrar istifadəsi”
1. Yoldaşlarınız, qohumlarınız və qonşularınız arasında aşağıdakı suallar əsasında
anket sorğusu keçirin:
Zibili çeşidlərinə görə ayırırsınızmı?
Məişət tullantıları hansı ekoloji problemlər yarada bilər?
Kağız, plastmas qablar, alüminium bankalar, polietilen paketlər, işlənmiş
maşın təkərləri və köhnə qablardan təkrar necə istifadə etmək olar?
Sizə məişət tullantılarının hansı utilizasiya üsulları məlumdur?
Şəhərimizdə (rayonumuzda, yaxud kəndimizdə) ekoloji təmizliyi hansı
üsullarla qorumaq olar?
2. Anketləri təhlil edin, lazımsız əşyalardan təkrar istifadə və ya emal üsullarını
təklif edin.
3. Yaşadığınız ərazidə məişət tullantıları hansı fəsadlar törədir?
4. Ətraf mühitin qorunması üçün hansı tədbirlər təklif edə bilərsiniz?
5. Nəticələrinizi əyani olaraq əşyalar, fotoşəkillər, rəsmlər, plakatlar, elektron
təqdimat formasında təqdim edin.
L a y i h ə
4
169
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
1.
Uyğunluğu müəyyən edin:
2.
Rəqəmlərlə (1–5) ekoloji sistemin hansı komponentləri göstərilmişdir?
3. Bioloji ritmlərə aid nümunələri qruplaşdırın və hər qrupa ad verin.
1)
Bağayarpağının yarpaqları gündüz şaquli vəziyyət alır, gecə isə çətir formasında
yığılır.
2)
Bəzi ot bitkiləri qışı yerüstü orqanları olmadan, şəklini dəyişmiş yeraltı zoğlar
formasında keçirir.
3)
Heyvanların əksəriyyəti gecə yatır, az qismi isə yalnız bu vaxt fəal olur.
4)
Payızda qurdlar torpağın dərin qatlarına keçir (torpağın donmadığı hissəyə).
5)
Günəş işığının bol olduğu yerdə zəncirotunun çiçəkləri sarı və yumşaq, qaranlıqda
isə ləçəklər bir-birinə sıx yaxınlaşmış vəziyyətdə olur.
6)
Qışa yaxın məməlilərin bir çoxunda tükləri sıx və uzun olur, dəri altında piy qatı
əmələ gəlməyə başlayır.
7)
Yayda adadovşanının rəngi tünd-qonur olur.
Ü m u m i l ə ş d i r i c i t a p ş ı r ı q l a r
a. suyun kimyəvi tərkibi
b. malyariya parazitinin çoxalması
c. rütubət, torpağın temperaturu
d. paxlalı bitkilərin kökündə kök-yumrucuq bakteriyalarının olması
e. su axınının sürəti
f. torpağın şoranlığı
1) Abiotik
amillər
2) Biotik
amillər
1...
2...
3...
4...
5...
?
________________
№:
______________
№:
170
4. Düzgün variantı müəyyən edin:
Suyun kimyəvi çirklənməsinin əsas mənbəyi insandır/bitkilərin çürüməsidir.
Kiçik çayların dayazlaşmasının səbəbi meşələrin qırılmasıdır/yolların tikilməsidir.
İri şəhərlərdə havanın çirklənməsinin əsas mənbəyi neft kimyası
müəssisələridir/avtomobil nəqliyyatıdır.
Ekoloji təmiz enerji mənbəyi günəş batareyalarıdır/atom- elektrik stansiyalarıdır.
İstixana effektinin yaranmasına səbəb Yerin atmosferində karbon qazının/kükürd
qazının miqdarının artmasıdır.
Su hövzələrində neftin dağılması nəticəsində balıqların kütləvi məhvi suda karbon
qazının/oksigenin miqdarının azalmasıdır.
5. Suallara cavab verin:
Ekoloji problemləri həll etmək üçün beynəlxalq həmrəylik niyə zəruridir?
Nə üçün Dünya okeanı sularının neft və neft məhsulları ilə çirklənməsi təhlükəlidir?
171
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
İ
NSAN ORQANİZMİNƏ ƏTRAF AMİLLƏRİN TƏSİRİ. STRESS
İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki, insana fiziki (isti,
soyuq) və ya psixi (təhlükə, konflikt) amillər təsir edir. Bu amillərin təsirinin aradan
qaldırılması üçün onda birtipli biokimyəvi dəyişikliklər baş verir. Orqanizmin
müxtəlif mühit amillərinin təsirinə qarşı ümumi neyrohumoral reaksiyası, onun
əlverişli vəziyyətindən kənara çıxması halları stress adlanır.
“Mənim stress səviyyəm”
Suallara cavab verərək qarşısında (+ və – ) işarələrini qoyun.
Son aylarda sən:
1. Məktəbdə yoxlama işi yazmısan.
2. Kiminləsə bərk mübahisə etmiş və yaxud
dalaşmısan.
3. Dərslərə və yaxud başqa yerlərə gecikmisən.
4. Səni həyəcanlandıran nəsə baş vermişdir.
5. Özünü tənha hiss etmisən, qəmlənmisən.
6. Sinif qarşısında çıxış etmisən.
7. Yeni gördüyün adamla qarşılaşmısan.
8. Valideynlərinlə münasibətlərində problemlər
yaşamısan.
9. Yarışlarda var qüvvənlə qalib gəlməyə
çalışmısan.
10. İşlərin hədsiz çox olmuşdur.
11. Dərslərinə hazırlaşanda problemlər olmuşdur.
12. Üzərinə düşən vəzifələri yerinə yetirə
bilməmisən.
13. Hər hansı bir işdə birinci olmalı idin.
14. Böyük bir tədbirin təşkilinə kömək etmisən.
15. Özünü itirmisən.
– Daha hansı amillər stressə gətirib çıxara bilər?
1
Fəaliyyət
Test
45
– Hansı amillər insanın sağlamlığına mənfi təsir göstərir?
– Bu amilləri necə sistemləşdirmək olar?
– Bu amillərin təsiri nəyə səbəb olur?
Müsbət cavabların sayı:
• 0 – 5 arası olarsa, stress
səviyyəsi aşağıdır;
• 6-dan 10-a qədər orta
səviyyədir;
• 11-dən 15-ə kimi stress
səviyyəsi çox yüksəkdir.
VII fəsil
İNSAN SAĞLAMLIĞINA
ƏTRAF MÜHİTİN TƏSİRİ
172
Stress. Stress (ing. “stress” – təzyiq, gərginlik) anlayışı
Kanada alimi Hans Selye tərəfindən irəli sürülmüşdür.
O, stressi hər hansı qeyri-əlverişli amilin təsirinə qarşı
orqanizmdə yaranan müdafiə refleksləri kimi müəyyən
etmişdir. Stress – güclü qıcıqların təsirindən insanda yaranan gərginlik vəziyyətidir
və bu gərginlik daha çox emosional qıcıqlara qarşı yaranır. İnsanın psixikasına edilən
istənilən təsir cavab stressi yaradır, yəni stress orqanizmin qıcıqlandırıcı amillərə
qarşı cavabıdır. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.
Stress yaradan amillər. Həyatda baş verən dəyişikliklər, emosional münaqişə-
lər, qorxu, yorğunluq, fiziki zədələnmələr, havanın temperaturunun kəskin dəyiş-
məsi, səs-küy, xəstəliklər və s. stress yaradan amillərdir. Bu amillərə qarşı cavab
insanın fiziki və psixoloji vəziyyətindən, həmçinin onun bu qıcıqlara hazırlıq dərə-
cəsindən asılıdır. Emosional streslər həyat ritminin kəskin dəyişməsindən və müna-
qişələrdən yaranır. İnsanda intensivliyinə görə oxşar streslər həm ciddi təhlükədən,
həm də yaradıcı müvəffəqiyyətdən baş verə bilər.
Stressin mərhələləri. Güclü stressin sağlamlığa təsiri. Stressin 3 mərhələsini
ayırırlar: orqanizmin səfərbər edilməsi (həyəcan mərhələsi), qıcığa qarşı
müqavimət
göstərilməsi (uyğunlaşma mərhələsi) və orqanizmin zəifləməsi (zəifləmə
mərhələsi
).
Orqanizmin səfərbər edilməsi mərhələsində insanda ürək döyüntüsü sürətlənir,
qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm
prosesi zəifləyir. İnsan fövqəladə vəziyyətlərdə öz həyat və sağlamlığını xilas et-
məyə hazır olur. Nəticədə stress amilinin təsirinə qarşı həyəcan yaranır. Bu reaksiya
orqanizmı müdafiəyə səfərbər edir.
• Statistik məlumatlara görə, ABŞ (bu ölkə ilk dəfə stress problemini
müəyyən etmişdir) əhalisi arasında 90%-i güclü stress keçirir. Onların
60%-i həftədə 1–2 dəfə, 30%-i isə hər gün stress vəziyyətinə düşür.
•
stress
A ç a r s ö z
173
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
Qıcığa qarşı müqavimət göstərilməsi mərhələsində orqanizm müqavimət göstə-
rir və nəticədə bilavasitə baş verən təhlükə zəifləyir. Bu zaman streslərin təsirini dəf
etmək üçün yüksək dərəcədə uyğunlaşma qabiliyyəti əldə edilir.
Orqanizmin zəifləməsi mərhələsində orqanizmin stressə qarşı müqaviməti azalır.
Proses stress uzun müddət davam etdikdə baş verir. Bu mərhələdə əsəbilik, aydın
olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və bu
kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur.
Məsələn, orta dərəcəli streslər orqanizmin daha effektiv fəaliyyətini təmin edir və
insan bədənini zəiflətmədən lazım olan məqsədə çatır. Zərərli streslər orqanizmin mü-
qavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər
orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı
olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər edir, onun müxtəlif xəstəliklərə
qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır.
Uyğunluğu müəyyən edin:
– Sizin xasiyyətinizin hansı xüsusiyyətləri var?
Streslə mübarizə. İnsan stress vəziyyətinə düşməməsi üçün münaqişələrdən
uzaq durmalı, təmiz havada gəzməli, yaxın insanlarla ünsiyyətdə olmalıdır. Bununla
yanaşı, o, düzgün qidalanmalı, idmanla məşğul olmalı və aktiv fəaliyyəti üçün
faydalı olan stresləri optimal səviyyədə saxlamağı bacarmalıdır.
A. Münaqişəyə sövq
edir
B. Münaqişəni
yaranmağa qoymur
Xasiyyətin əlamətləri:
1. Səbirli olmaq
2. Tez əsəbiləşmək
3. Təvazökarlıq
4. Sadəlövhlük
5. Özünə tənqidi yanaşmaq
6. Özünə nəzarət
7. Şübhəlilik
8. Küsəyənlik
9. Tez özündən çıxmaq
10. Bağışlaya bilmək
11. Xeyirxahlıq
12. Kobudluq
13. Lovğalıq
14. Hövsələsizlik
15. Mədənilik
2
Fəaliyyət
174
1. Müvafiq anlayışlardan istifadə edərək sxemi tamamlayın:
1. Soyuq
2. Münaqişəli vəziyyət
3. Çoxlu dərman qəbul etmək
4. Yorğunluq
5. Ətraf mühitin çirklənməsi
6. Zərərli vərdişlər
7. Güclü fiziki yük
8. İsti
9.
Qorxu
2. Stressin mərhələlərini xarakterizə edən ifadələri ardıcıllıqla düzün və mərhələləri
adlandırın.
a) Orqanizm stressə səbəb olan mühitin mənfi və güclü amilinə qarşı davam gətirir.
Lakin bu zaman orqanizmin digər mənfi amillərə qarşı dözümlülüyü və immuni-
teti aşağı düşür.
b) Orqanizm bu amilə qarşı dura bilmir və müxtəlif xəstəliklər meydana çıxır.
c) Stress amilinə qarşı mübarizə aparmaq üçün orqanizm bütün qüvvələrini səfərbər
edir.
1 ?
2 ?
3 ?
3. Aşağıda təklif olunan formaların birində öz biliklərinizdən, müşahidələrinizdən
və əlavə mənbələrdən istifadə edərək…
“Stresdən necə qorunmalı?” mövzusunda radioverilişin ssenarisini hazırlayın.
“Şagird stress vəziyyətindən necə qorunsun?” mövzusunda yeniyetmələr üçün
jurnala məqalə hazırlayın.
“Stresdən müdafiə” mövzusunda reklam çarxı üçün ssenari yazın.
Orqanizmin gərginliyinə səbəb olan amillər
Psixoloji: ...
Fiziki:
...
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
175
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
İ
NSAN İRSİYYƏTİ VƏ ONUN FORMALAŞMASINDA
MÜHİTİN ROLU
İrsiyyət və dəyişkənlik. “İrsiyyət” anlayışı hələ qədim dövrlərdən insanlara mə-
lum idi. Lakin əlamətlərin irsən keçməsinin əsas qanunauyğunluqları ilk dəfə
Avstriya alimi Qreqor Mendel tərəfindən XIX əsrdə kəşf edildi və genetika elminin
əsası qoyuldu.
İrsiyyət – orqanizmin öz əlamət və inkişaf xüsusiyyətlərini saxlamaq və irsən nəs-
lə ötürmək qabiliyyətidir.
Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti və ya fərdlər arasında fərqin
yaranması prosesi dəyişkənlik adlanır. İrsiyyət və dəyişkənliyin qanunauyğunluq-
larını genetika elmi öyrənir .
İrsiyyətin maddi əsası. Hər hansı bir əlamətin mey-
dana çıxmasına cavabdeh olan genlər xromosomlarda
yerləşir. Bunlar irsiyyətin maddi əsasını təşkil edirlər.
Normal halda insanın genləri 46 xromosomda yerləşir.
Bir nüvədə olan xromosom sayı kariotip adlanır. İnsan
kariotipində olan 46 xromosomdan 22 cütü autosom
(qeyri-cinsi), 1 cütü isə cinsi xromosomdur. Autosom
xromosomlar kişi və qadında bir-birindən fərqlənməsə
də, bir cüt cinsiyyət xromosomları fərqlənir.
İnsanın xromosom yığımında hər bir xromosomun
özünə oxşar homoloji cütü olur. Homoloji xromosom-
ların eyni sahəsində bir əlaməti tənzimləyən alternativ
(bir-birinə əks olan) gen cütləri olur ki, bunlar da allel
genlər adlanır.
Yalnız cinsiyyət xromosomları istisnalıq təşkil edərək
homoloji cütlər yaratmır. Homoloji cütlər yaratmayan
belə xromosomlar X və Y xromosomları adlanır.
Genotip və fenotip. Orqanizmin bütün genlərinin
cəmi genotip adlanır. Məsələn, müəyyən edilmişdir ki, insanın genotipində 60 minə
qədər gen mövcuddur.
Genotipdə olan genlər mühitin təsirindən müxtəlif əlamətlərin yaranmasında
iştirak edir. Əlamət orqanizmin təzahür olunan müəyyən xüsusiyyətidir. Orqanizmin
zahirən görünən əlamətlərinin cəmi fenotip adlanır. İnsanda fenotip əlamətlərinə
saçın rəngi, boyun uzunluğu, burunun forması və s. əlamətlər aiddir.
Dominant və resessiv əlamətlər. İnsanda (həmçinin məməlilərdə) mayalanma
zamanı erkək fərdin spermatozoidi dişi fərdin yumurta-hüceyrəsi ilə birləşir və ziqot
əmələ gəlir. Bu zaman xromosomlarda olan genlərin təsadüfi birləşməsindən müx-
təlif genetik kombinasiyalı əlamətlər meydana çıxır.
46
– Gen nədir?
– Genin funksiyaları nədən ibarətdir?
Allel genlərin homoloji
xromosomda yerləşməsi
176
Uşaqda bu əlamətlərin formalaşmasında dominant (güclü) və resessiv (zəif)
genlər iştirak edir. Məsələn, qarasaç valideynlə sarısaç valideynlərin nikahından
əksər hallarda qarasaç uşaqlar dünyaya gəlir. Nəsildə üzə çıxan bu əlamət dominant,
özünü büruzə verməyən “sarısaç” əlamət isə resessiv adlanır. İnsanda irsən keçən
dominant və resessiv əlamətlərə aşağıdakılar aiddir.
Dominant əlamətlər
Qara saç
Qıvrım saç
Qara göz
Dərinin tünd rəngi
Sifətdə çillərin olması
İri burun
Qanın normal laxtalanması
Resessiv əlamətlər
Sarı saç
Düz saç
Mavi göz
Açıqrəngli dəri
Sifətdə çillərin olmaması
Kiçik burun
Qanın laxtalanmaması (hemofiliya)
Dominant və resessiv genlər həmçinin bu və ya digər xəstəliklərə meyilliliyə də
cavabdehdir.
İnsan irsiyyətinin formalaşmasında mühitin rolu. İnsanın xarakteri, tempe-
ramenti kimi xüsusiyyətlər irsi amillərə əsaslanır. İnsanda irsən keçən əlamətlərə
həmçinin intellekt səviyyəsi, bu və ya digər elmlərə, musiqiyə, rəqsə, idmana, riyazi
təfəkkürə meyillilik və bu kimi xüsusiyyətlər daxildir.
Fəaliyyət
Şəklə diqqətlə baxın.
– İnsanın gözünün tünd və ya açıq rəngdə olması əlamətinin irsən ötürülməsində hansı
qanunauyğunluqlar müşahidə edilir?
– Bunu necə izah etmək olar?
177
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
Lakin bununla yanaşı, insan irsiyyətinə digər
amilləri də müəyyən təsir göstərir. Belə ki, uşağın
xarakteri təkcə irsiyyətdən deyil, təlim-tərbiyədən,
onu əhatə edən mühitdən, sosial vəziyyətdən və
s.-dən asılı olur. Uşaqlar bəzi xarakterik cəhətləri
valideynlərlə ünsiyyət zamanı götürürlər. Bu səbəb-
dən valideynlər bunu nəzərə alaraq öz davranışları ilə
uşaqlara nümunə olmalıdırlar.
1. Düzgün cavabı müəyyən edin:
1. Orqanizmin zahirən görünən əlamətlərinin cəmi fenotip/genotip adlanır.
2. Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti irsiyyət/ dəyişkənlik adlanır.
3. İrsiyyətin və dəyişkənliyin qanunauyğunluqlarını öyrənən elm sitologiya/genetika
adlanır.
4. İnsan kariotipində 22/23 cüt xromosom var.
5. Kişi və qadının bütün autosom xromosomlar bir-birindən fərqlənir/fərqlənmir.
6. Nəsildə üzə çıxan güclü əlamət dominant/resessiv adlanır.
7. Fərdin bütün irsi xassələrinin cəmi fenotip/genotip adlanır.
2. Anlayışları izah edin və onların arasında olan əlaqələri sxemlərlə təqdim edin.
3. Əlavə məlumat mənbələrindən istifadə edərək heyvan və bitkilərin dominant və
resessiv əlamətlərinə dair təqdimat hazırlayın.
• Bəzi əlamətlər – məsələn,
Dostları ilə paylaş: |