Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə126/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   274
MƏNİM FİKRİMCƏ 

 

Bir qrup Azərbaycan və erməni ziyalısının bu günlərbə baş tutmuş məlum qarşılıqlı 



səfərləri  mediada,ictimai  fikirdə  ajiotaj  yaratmışdır(  Söhbət  Polad  Bülbüloğlu  başda 

olmaqla beş nəfər Azərbaycan və beş nəfər erməni ziyalısının Xankəndində,Yerevanda və 

Bakıda  görüşmələrindən  gedir  -red.)Bu  məsələylə  bağlı  mənə  də  müraciət 

edir,münasibətimi  bilmək  istəyirlər.Əvvəla,onu  deyim  ki,bu  səfərə  çıxmiş  Azərbaycan 

ziyalıları  mənim  yaxın  dostlarımdır.Bu  adamlar  ədəbiyyat,elm,təhsil  sahəsində  uzun  illər 

səmərəli  fəaliyyət  göstərmiş,millətimizin  şöhrətini  ucaltmış  dəyərli  ziyalılarımızdır.Bir 

düzgün,ya  yanlış  hərəkətə  görə  onların  ömür  boyu  davam  edən  əməklərinin  üstündən 

qələm çəkmək,xidmətlərini unutmaq,onlar haqqında təhqiramiz ifadələr işlətmək ədalətli iş 

deyil.Onların  vətənpərvərliyni,Azərbaycanın  maraqlarına  sadiq  olduqlarını  sübut  etməyə 

də  ehtiyac  yoxdur.İnanıram  ki,bu  səfərə  də,-kim  tərəfindən  təklif  edilməsi  və  sanksiya 

verilməsindən asılı olmayaraq -- «Azərbaycana xeyri olacaq» - fikriylə çıxıblar. 

Ayıq  başlı  erməni  ziyalılarıyla  təmaslar  qurmağın  yəqin  ki,müəyyən  məntiqi  əsası 

var.Əgər birmənalı  və qəti şəkildə Dağlıq Qarabağın mütləq  

Azərbaycanın  tərkibində  qalmasına  inanırıqsa,orada  hazırda  ermənilərin 

yaşadıqlarını və gələcəkdə də onların köçüb aya,Marsa getməyəcəyini bir fakt kimi qəbul 

ediriksə,qarşılıqlı  anlaşma  yolları  aramaq  lazımdır.Xahiş  edirəm,heç  kəs  bu  sözlərimi 

sonrakı mətnin kontekstindən çıxarıb məni və ümumiyyətlə ziyalıları növbəti dəfə əsassız 

suçlamağa  çalışmasın.Deyəcəyim  söz  isə  budur  və  bu  mənim  qəti  mövqeyim  və 

fikrimdir:Bu səfərin vaxtı və yeri düzgün seçilməyib. Mən qarşılarındakı erməni zyalılarını 

tanımıram,amma  əgər  onlar  doğrudan  da  bizimkilərlə  xeyirxah  məqsədlə  görüşmək 

istəyiblərsə,bu görüş  neytral bi yerdə  - məsələn Moskvada, Tbilisidə, Kiyevdə,hər hansı 

başqa bir şəhərdə ola bilərdi.Bu bir. 

İkincisi,  mənə  elə  gəlir  ki,belə  təmasların  vaxtı  da  düz  seçilməyib.Ermənilərə 

seçgiqabağı  məhz  belə  bir  aksiyanın  daha  çox  divident  gətirəcəyi  aydındır.Onu  da 

bilmirəm  ki,ermənilər  tərəfdən  olanlar  arasında  Qarabağ  mənşəli  insanlar  vardı  ya 



411 

 

yox.Yaxşı  olardı  ki,qarşı  tərəfdən  də  Qarabağ  ya  Bakı  erməniləri,yəni  Azərbaycandakı 



həyatlarını müəyyən nostalji hisslərlə xatırlayan və ona görə itirdiklərini daha dəqiq dərk 

edən  adamlar  olaydı.Yalnız  belə  düşüncəyə  yaxın  olan  adamlarla  konstruktiv  dialoq 

qurmaq olar,dirsəyəcən azərbaycanlıların qanına bulaşmışlarla yox. 

Mən  hələ  neçə  il  bundan  qabaq  da  deyirdim  ki,gələcəkdə  Qarabağı  Azərbaycanın 

tərkibində idarə edəcək yerli kadrları indidən arayıb tapmaq və onlarla işləmək lazımdır. 

Yoxsa «Gələcəyik, qovacayıq, yıxacayıq» təbliğatıyla irəli getmək mümkün deyil.Həm də 

bunlar  yalnız  boş  hədələr  olduğu  üçün.  Əgər  neytral  bir  yerdə  belə  görüş  baş 

tutsaydı,hansısa humanitar məsələlərdə ortaq məxrəcə gəlinsəydi, bundan sonra Yerevana 

ya  Bakıya  qarşılıqlı  səfər  etmək  daha  faydalı    görünərdi.Lakin  Qarabağa,işğal  altında 

xarabazara  çevrilmiş  Şuşaya  getmək  heç  bir  qəribsəmə  duyğularıyla  izah  edilə 

bilməz.Əslim-nəslim  qarabağlı  olmasa  da,Şuşanın  həsrətini  heç  kəsdən  az  çəkmirəm  və 

indiyəcən  Şuşanın    evləri,küçələri  yuxuma  girir.Amma  Şuşa  məscidlərinin,  bulaqlarının, 

Bülbülün,  Üzeyir  bəyin  muzeylərinin,heykəllərinin  barbarcasına  viran  edilmiş,talan 

olunmuş mənzərələrinin yuxuma girməsini də istəməzdim. 

Əgər Şuşanın,işğal olunmuş başqa torpaqlarımızın bugünkü vəziyyətiylə tanış olmaq 

istəyiriksə,bunu  beynəlxalq  təşkilatların  yardım  və  qarantiyasıyla  o  yerlərə    gedə biləcək 

operatorlara həvalə etmək olar ki,peşəkarcasına kadrlar çəkib gətirsinlər. 

Hər  halda  olan  olub.Gəlin  ermənilərlə  dil  tapmağa  çalışıb  özümüzünküləri  «vətən 

xaini»,  «satğın»  kimi  damğalarla  damğalamayaq,ayıq  başla  bu  səfərdən  nəticə 

çıxaraq,gələcək addımlarımızı daha tədbirli,daha ehtiyatlı ataq,yüz ölçüb bir biçək. 



Anar  

2 iyul 2007-ci il. 

 «Mənim fikrimcə» adlı yazıdan.  

«525-ci qəzet» 4 iyul 2007. 

  



412 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin