Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə128/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   124   125   126   127   128   129   130   131   ...   274
«QARABAĞ  FACİƏSİ» BÖLÜMÜNƏ 

EPİLOQ YERİNƏ 

 

Mən 


erməni 

xalqının 

əməksevərliyini,mədəniyyət 

sahəsində 

uğurlarını 

qiymətləndirirəm.  Əgər  mən  «kamança  erməni  alətidir»  -demirəmsə  ,bu  hələ  o  demək 

deyil  ki,ermənilərin  düşməniyəm.Heç  vaxt  gizlətməmişəm  və  indi  də  gizlətmirəm  ki, 

Martiros  Saryanın  rəsmlərini,  Aram  Xaçaturyanın  musiqisini,Sergey  Paracanovun 

filmlərini,Qrant  Matevosyanın  nəsrini  xoşlayıram.  Amma  mən  heç    bir  vaxt  erməni 

şüuruna  ta  körpəlikdən  təlqin  olunan  hisslərlə  -  başqa  xalqlara,ilk  növbədə  müsəlman 

xalqlarına  və  xüsusiylə  də  türklərə,azərbaycanlılara  qarşı  nifrət  və  kin  hissləriylə  barışa 

bilmərəm.Məhz  elə  buna  görə  də  erməni  təbliğatı  məni  bu  xalqın  düşməni  kimi  qələmə 

verir. 

 

 «Gecə düşüncələri»ndən 



 

Kimsə  məni  qaralamalı  idi,çünki  o  vaxt  mənim  ümittifaq  miqyasında  çəkim  və 

nüfuzum  vardı,Qorbaçova  kəsərli  söz  deyə  bilirdim…Beləliklə  böhtanlarla  məni  sanki 

təcrid etdilər. 

Allah  eləsin  erməni  milli  şüurunda  «qonşularla  dalaşmadan  yaşamaq»  fikri  üstün 

gəlsin.Həddən  artıq  ərazi    tamahı    olmamılıdır.  Ermənilər  harda  yaşayırsa  oranı  öz  əzəli 

torpağı  saymaqları da düz  deyil. 

İşğal  olunmuş  torpaqlarımız  azad  edilsəydi,qaçqınlar  doğma  yurd-yuvalarına 

qayıtsaydılar, Dağlıq Qarabağda, Şuşada yenidən azərbaycanlılar məskunlaşsaydı,xoşbəxt 

olardım. 

Ruslar almanlarla vuruşurdular,fransızlarla ingilislər yüz il müharibə aparıblar. 



415 

 

Müharibəni  xalqlar  aparmır.  Müharibələr  siyasətbazlar,  generallar,  ideoloqlar,  hər 



cür  murdarlar tərəfindən  törədilir.  Dünyanın  ən  sivil  qitəsi    - Avropa  XX  əsrdə iki  qanlı 

dünya hərbindən keçəndən sonra yüz ilin sonunda «Umimi ev» qurmaq fikrinə gəldi.  

Biz  də  ermənilərlə    ilk  dəfə  deyil  ki  üz-üzə  gəlirik.  1905-ci  ildə  də  ədavət 

qızışmışdı,amma sonralar bir yerdə yaşaya bildik,bir-birimizə qonaq getdik,görüşdük,xeyli 

qarışıq ailələr yarandı.Bu faktlardır. Gerçəklik isə belədir ki,yanaşı yaşamalıyıq. 

Anarın L.Lavrovayla söhbətindən.  

«Drujba narodov» jurnalı №3 199 



416 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin