Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə207/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   203   204   205   206   207   208   209   210   ...   274
MUXTAR ŞAXANOV  


558 

 

«XEYİRLƏ ŞƏRİN ZİDDDİYYƏTLƏRİ» poemasından parça. 



Tərcümə eləyəni :Vahid Əziz.  

 

 



 


559 

 

BİLƏÇƏRDƏN BU YANA VƏ O YANA 



 

60-ıncıları Biləcəridən  o yana tanıyan yoxdur 

(bir qəzet yazısından) 

Anarın  şərhi:  Əgər  bunu  deyən  Amerikanı,  Avropanı,  Şərq  və  Qərb  ölkələrini 

Bakıyla Biləcərin arasında yerləşdiyini zənn edirsə,günah onda deyil,onun orta məktəbdə 

coğrafiya müəllimindədir. 

       Anarın  «Kontakt»  («Əlaqə»)  povestini  fransızcaya  tərcümə  etmişəm.Əsəri 

əvvəlcə  ruscadan,-azərbaycancasını  tapa    bilməmişdim,-ancaq  əsərdən  ayrıla  bilmirdim,-

tərcümə  etdim,sonra  əslini  -Azərbaycan  türkcəsıini  əldə  etdim  və  tərcümə  mətnini 

müqayisə  edib  -hər  üç  dildə  yoxladım.Bu  ilin  payızında  «Anka»  məcmuəsində  dərc 

olunacaqdır. 

Şərqşünas,türk  dilləri  mütəxəssisi,tərcüməçi,ana  babası  mənşəcə  bakılı  olan  fransız 

LOR MƏLİKOFF -SAYAR ŞİRİN xanımla müsahibədən. 



«Ədəbiyyat qəzeti» 4 iyun 1993 

 

Anarın  «Ağ  liman»  əsərini  tərcümə  etməyimə  də  səbəb  bu  olub.İstəmişəm  müasir 



türk  gəncləri  Azərbaycanda  yaşayan  qardaşlarımızın  onlara  oxşayan  həyatı,  probleməri, 

insanların dolğun, zəngin daxili dünyası,həyata,qadına münasibətləri, ananın,yaradıcı ziyalı 

qadının  cəmiyyətdəki  mövqeyi  ilə  yaxından  tanış  olsunlar.Deyim  ki,kitab  çox  sevildi.Bu 

kitab  barədə  Türkiyə  Yazarlar  Sindikatının  keçmiş  katibi  ,tanınmış  yazıçı  Adnan 

Özyalçınar gözəl bir məqalə də yazmışdır.Ümidvaram ki,bu kitab bir lokomativ  təki türk 

oxucalarının marağını dalınca çəkib aparacaqdır. 

Türkiyədə  Azərbaycan  ədəbiyyatının  tədqiqatçısı,  təbliğatçısı  və  tərcüməçisi 

İLDƏNİZ QURTULANLA müsahibədən 



 «Ədəbiyyat qəzeti»  16 avqust 1991 

 



560 

 

Anar Azərbaycanın içində və xaricində tanınan məşhzur yazıçıdır.Kitabları bir çox 



xaricxi ölkələrdə nəşr edilib.Çox sevilən bir insandır.Bu sevgi atasından qalmış,amma özü 

də  şəxsiyyəti,əsərləri  ilə    azəri  xalqının  qəlbində  yer  tutmuşdur.Küçə  ilə  gedirik,hər  kəs 

onu  tanıyır,hörmətlə  salamlayır.Yazdıqları  latın    əlifbasıyla  nəşr  olunarsa,şübhə  yox 

ki,ölkəmizin ən çox oxunan,sevilən yazarlarından biri olacaqdır. 



OKTAY AKBAL 

 

Önəmli və dəyərli Azərbaycan aydını  Anar mənə bir kitab vermişdi: «Min beş yüz 



ilin oğuz  şeiri» Diqqət edin,yalnız türk və azəri şairlərinin deyil,yer üzündəki bütün türk 

şairlərinin 

antolocisi.Bizdə 

böylə 


bir 

əsər 


yox!Ürəyimdə 

bir 


həyəcan 

duydum,düşündüyümü açıqca söylədim: «Siz bizdən artıq türksünüz» 



ATİLLA İLHAN. 

 «Yaşasın Doğu ihtilalının başçısı»  

«Cümhuriyyət» qəzeti 30 iyun 2004, 

«Yeni Azərbaycan» qəzeti 21 iyul 2004 

 

Dostluq münasibətləriylə bağlı olduğum Anarın və Elçin Əfəndiyevin yaradıcılığına 



hörmət bəsləyirəm,Anar çox istedadlı yazıçıdır,onunla ünsiyyətdə olmaq çox xoşdur

ORXAN PAMUK  

 

Çağdaş  türk  dünyası  ədəbiyyatından  türk  oxucularının  da  yaxından  tanıdığı  üç  ad: 



Aytmatov,Anar və Annaqulu Məhəmməddir 

DOĞAN HIZLAN 

 

Hal-hazırda  Anar  Azərbaycan  və  türk  dünyası  üçün  özəldir.Onsuz  türk  dünyasınıni 



intellektual  sistemində    əksiklik  olar.Türk  dünyasında  ona  böyük  bir  inam  vardır  və 

gələcəkdə də türk dünyası ziyalılarının zirvəsində mütləq Anar olacaqdır. 



FİKRƏT TÜRKMƏN 


561 

 

 



«Otel otağı»nın dərin mənası var.Bu əsəri oxuyanda bir daha əmin olursan ki,dərin 

fikir  yalnız  uğurlu  bədii  həll  üçün  yox,umumən  həyatı  dərk  etmək  üçün  vacibdir.Anar 

çağdaş cəmiyyətin həyatı haqqında romans yaradıb.Bu romans Qoqolun ironiyası,Çexovun 

qüssəsi,Tomas  Mannın  intellektual  düşüncə-ləriylə  səsləşir.Mən  Azərbaycanın  milli  şairi 

Rəsul Rzanın oğlu Anara:- - aramıza xoş gəldin- deyirəm. 

FİRUDİN ANDAÇ  

 

 «Otel  otağı»  romanı  mənə  çox  böyük  təsir  etdi.  «Otel  otağı»  L.Tolstoyun  «İvan 



İliçin ölümü» əsəriylə müqayisə oluna biləcək bir ustalıqla yazılıb . 

     Azərbaycanın ən sevilən yazarı,Türkiyədə də ən çox oxunan Azəri romançısı,türk 

dünyasınına qayğısı və sevgisiylə tanınan Anarıni son romanı «Ağ qoç,qara qoç»a gəlirsək 

bu əsər siyasi romanın bütün özəlliklərini daşıyır.Anar bu romanıyla yalnız Azərbaycanın 

deyil,bütün türk dünyasının gələcəyinə işıq tutur. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin