Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə27/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   274
-Anar müəllim, türk dili variantının tərəfdarları dilin assimlyasiyaya uğramasını, 

dilin dəyişməsini yaxına qoymurlar. Onlar sadəcə olaraq dilin adının bərpa olunduğunu 

söyləyirlər. 

-Qardaş, iki dilin bir adı ola bilməz. Əgər Türkiyə türk dili ilə Azərbaycan dili bir 

dildirsə,  başqa  məsələ.  Amma  hər  biri  ayrı  dildirsə,  onda  iki  dilin  bir  adı  olmaz.  Axı 

Azərbaycan  dili  ləhcə  deyil!  Bu,  ədəbi  dildir!  Bugünkü  türk  ədəbi  dili  və  bugünkü 

Azərbaycan ədəbi dili eyni şeydir? Bunu mənə sübut etsinlər və mən də başlayım sizinlə 

«şu konuşmayı başqa tür kuralım».  

Azərbaycanda  Türkiyəyə  məhəbbətin  qədim  tarixi  var.  Bunun  da  səbəbləri 

hamıya  bəllidir.  Folklorumuz  olduqca  yaxındır.  Qaracaoğlanla  Aşıq  Ələsgəri,  Yunis 

İmrə  ilə  Aşıq  Qurbanini  ayırmaq  çətindir.  Amma  indi  söhbət  bugünkü  ədəbi  dildən 

gedir.  Söhbət  200  ildən  bəri  fərqlənən  Türkiyə  türkcəsi  ilə  Azərbaycan  türkcəsindən 

gedir. Və bu iki dil bu gün eyni deyil. 

Bu  gün  də  türklər  bizi  dəstəkləyir,  «dəstəkləmək»  -  yaxşı  sözdür,  türkcədən 

kötürək. Lakin Türkiyəyə ifrat aludəçilik yaxşı nəticə verməz. 

Ruslarla  ukraynalılar  çox  yaxındilli  millətdirlər,  lakin  Ukraynada  aparılan  ifrat 

ruslaşdırma siyasəti ona gətirib çıxarıb ki, ukraynalılar ruslara «masqal» deyir, həqarətlə 

baxırlar.  Eyni  vəziyyət  Belorusda  da  var.Əgər  biz  istəyiriksə  ki,  Türkiyə  ilə 

münasibətlərimiz həmişə mehriban olsun, onda ifrat aludəçiliyə yol verməməliyik. 

 -Biz yaxın keçmişimizi - kommunist rejimi dövrünü tez-tez tənqid edirik. Özü də 

həmin  rejimin  belə  bir  iş  üslubunu  haqlı  olaraq  pisləyirik  ki,  qərarı  qəbul  edən 

kommunistlər  özləri  öz  qərarlarını  kütləvi  informasiya  vasitələri  ilə  müdafiə  edir, 

camaatın beyninə yeridirdilər ki, məhz onlar düzgün qərar qəbul ediblər. Çox təəssüf ki

Milli  Məclis  türk  dili  variantını  qəbul  edən  kimi  televiziyada  məhz  bu  variantın 

tərəfdarları  çıxış  etməyə  başladılar  və  öz  fikirlərini  əsaslandırmağa  çalışdılar.  Bir 

halda  ki,  siz  bu  varianta  etiraz  edirsiniz,  bəs  niyə  televiziya  ilə  çıxış  edib  fikrinizi 

bildirmirsiniz? 



-O vaxt çıxış edərəm ki, məni dəvət eləsinlər. Əgər dəvət etsələr çıxış edib fikrimi 

deyə  bilərəm.  Amma  bu  da  faktdır  ki,  mən  Ali  Sovetin  komissiyasında  indi  dediyim 

fikirləri  bildirmişəm.  Görünür,  bu  fikirlərim  bəyənilmədiyi  üçün  nə  Milli  Məclisin 

iclasına,  nə  də  televiziyaya  dəvət  ediblər.  Ona  görə  də  sizə  təşəkkür  edirəm  ki, 

qəzetinizdə fikrimi çatdırmaq üçün imkan yaradıbsınız. 

-Anar  müəllim,  hər  halda  adamlar  arasında  belə  söz-söhbət  gəzir  ki,  yenə  də 

ziyalılar kənara çəkiliblər. 

-Bu  söhbət  tez-tez  təkrar  olunur.  Bax,  ziyalılar  neyləyə  bilərlər?  Əgər  ziyalılar 

durub  piket  keçirsələr,  tutub  basacaqlar  ki,  piket  keçirmək  olmaz.  Ziyalılar  Milli 

Məclisə dəvət olunmurlar, yaxud o ziyalılar dəvət olunur ki, onlar Milli Məclis deyəni 

deyir. İndi Siz deyin, ziyalılar neyləsin?Bir də son 5 ildə ən çox eşitdiyim söz  - bunu 

xüsusən  mənə  deyirlər  «uman  yerdən  küsərlər»  olub.  Mən  də  buna  cavab  olaraq 

deyirəm ki, «tək əldən səs çıxmaz». 

-Axı Siz tək deyilsiniz. Yazıçılar Birliyinə rəhbərlik edirsiniz, nüfuzunuz var... 

-Bağışlayın  məni,  o  da  keçmişdən  qalan  fikirdir  ki,  mən  Yazıçılar  Birliyinə 

rəhbərlik edirəmsə, yazıçılar mənim arxamca getməlidir. Bu, belə deyil. Hər yazıçının 

öz fikri var. Mən öz fikrimi ifadə edə bilərəm.  Özü də bu məsələ o qədər tələsik həll 

olundu ki, heç yığışıb məsləhətləşə də bilmədik. 

-Hər halda dillə-bağlı referendum keçirmək söhbəti də gedir. 

-Mən şəxsən bunun əleyhinəyəm. Çünki mən əminəm ki, referendum keçirilsə, ya 

Azərbaycan  dili  qalacaq,  ya  da  Azərbaycan  türkcəsi.  Buna  mənim  şübhəm  yoxdur. 

Amma  mən bütün dünya qarşısında biabırçılıq sayıram ki, təzədən referendum keçirib 

öyrənək  görək  bizim  adımız  nədir,  dilimiz  nədir?Mən  başqa  bir  «referendum»  təklif 

edirəm. Bu gün bizim konstitusiyamızda dövlət dilimiz «Azərbaycan dili» adlanır. Yeni 

Konstitusiya  qəbul  edilənə  qədər  heç  bir  fərmanla  dilə  yeni  ad  verməmək,  amma 

mətbuat  səhifələrində  yazanların,  radio  və  televiziyada  çıxış  edənlərin  «Azərbaycan», 

«Azəri»,  «Türk»,  «Azərbaycan  türkcəsi»,  «Azəri  türkçəsi»  istilahlarını  işlətməsinə 

imkan  verilsin.  Bunların  hansı  xalq  tərəfindən  daha  geniş  rəğbət,  daha  çox  rəğbət 

qazanarsa,  qulağa  və  üriyə  yatarsa,  daha  sıx-sıx  işlənərsə,  onu  da  gələcək 

Konstitusiyada rəsmiləşdirə bilərik. 



-Bununla  əlaqədar  referendum  keçirilməsi  məsələsindən  söhbət  açan  bəzi 

siyasətçilər  deyir  ki,  xalq  referendumda  qaraya  ağ  deyə  bilər.  Bu  fikrə  Sizin 

münasibətimizi bilmək maraqlı olardı. Axı tək-tək adamlar yox, bütöv xalq qaraya necə 

ağ deyə bilər? 

-Mən  belə  hesab  edirəm  ki,  Azərbaycan  türkcəsini  tək  türk  dili  adlandırmaq  elə 

özü qaraya ağ deməkdir. 

-Anar müəllim, əgər bu gün Sizin yerinizdə rəhmətlik Rəsul Rza əyləşsəydi, özünü 

necə aparardı? 

 -Onu deyə bilərəm ki, mən bir az səbrli adamam, onun bağrı çoxdan çatlayardı. 

 -Söhbət üçün təşəkkür edirəm. 

Müsahibəni apardı Müsəllim Həsənov 

(«Müstəqil qəzet». 8 yanvar 1993) 

 

 



 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin