A L D A D I L M I Ş Ə R
151
Sağ ol, a bajı, yaxĢıyıx. Saa bir Ģad xəvərim var.
Sultan gəler. Yox ağız, nə bir dəfəlik?! Hələ yazıx
olmasın, balamın doqquz ay, iyirmi bir günü qaler.
Nə bilim ağız, otfuskadı, nədi ona gəler.. Hə, sağ
ol, a, bajı. Aydın günün olsun!
Elə bu ərəfədə qapının zəngi çalındı. ġərəfnisə
bacısı Gülnisə ilə xudafizləĢib, telefonun dəstəyini
yerinə asıb, qapını açdı. Gələn Tanrıverdi kiĢi idi.
ġərəfnisə sevindiyindən kiĢinin boynuna elə atıldı
ki, az qaldı boynu qırılsın. KiĢini ağzını açmağa
qoymaraq, Ģad xəbəri ona çatdırdı. Tanrıverdi kiĢi
bir yandan sevindisə də, o biri yandan əsəbləĢdi.
Arvadına sakit tərzdə: - Gəler, gəlsin, sözüm yox,
amma sən onu çox evə ögrəĢdirmə. Sonra gəlif -
gedəjək, qala bilməyəjək. Elə mən də onun üçün
yaman darıxmıĢam, - deyərək, dəhlizdən içəri evə
keçib, stolda əyləĢdi. ġərəfnisə sevinə - sevinə,
həvəslə ərinə qulluq etdi. Bu Tanrıverdi kiĢinin
xoĢuna gəlirdi. Zavallı kiĢi nə etsin, Sultan əsgər
gedəli arvadını heç belə görməmiĢdi.
Həmən günü gecəni Tanrıverdi kiĢi bir az rahat
yatdı. Amma ġərəfnisə sevincindən səhərə kimi
yata bilmədi. Oğlunun gəliĢi üçün bəzi biĢ - düĢ
etdi və sonra bütün gecəni səhərə kimi eyvanda
dayanaraq, oğlunun yolunu gözlədi.
Z A U R
152
Dan yeri təzə - təzə qızarmağa baĢlayırdı ki,
məhəllənin önündə bir «Taksi»- nin dayandığını,
Sultanın maĢından endiyini görən ġərəfnisə tez,
eyvandan içəri qaçıb, qıĢqıraraq: - Sultan gəldi! A
kiĢi, oyan dayna!.. - deyərək, Tanrıverdi kiĢini
yuxudan oyatdı.
ġərəfnisə oğlunu görəcək, elə qucaqlayıb
bağrına basdı ki, yazıq uĢaq atası ilə də görüĢə
bilmədi.
Həmən günü ġərəfnisə oğluna qulluq edərək,
onun yanından ayrılmadı. Elə bil illər boyu bir-
birlərini görməyiblərmiĢ kimi ana - bala Ģirin-Ģirin
söhbət edib, arada da qucaqlaĢıb, öpüĢürdülər.
Tanıverdi kiĢi onlara baxıb, oğluna: - Yekə kiĢisən
ə... Nə yapıĢıfsan ananan, ana uĢağımısan? Artıq
kiĢisən, özünü bir az ağır tut! - deyirdi.
Beləcə bir həftə ötdü. Bu gün axĢam Sultan
artıq qulluq etdiyi, Hərbi hissəyə yola düĢürdü. O,
atasına yaxınlaĢaraq, dedi:
- Dədə, ma əlli manat pul ver. Otuz manatı
qamandirə verəjəyəm, iyirmi manatı da özümə
xərjdik saxlayajam.
- A, bala, bir söz demirəm. Verim, amma daha
gəlmə. Nəyin qalıf ki, gözünü açıf-yumajaxsan, bir
də gördün ki, qurtarıf, gəlmisən.
A L D A D I L M I Ş Ə R
153
Sultan Hərbi Hissəyə yola düĢdü. Atasının
verdiyi tövsiyyəyə baxmayaraq, o gündən sonra
azından beĢ dəfə məzuniyyətə gəldi. Hər gələndə
də kiĢinin olanını - qalanını da alıb apardı ki,
komandir istəyir.
Tanrıverdi kiĢigilin evində əməlli - baĢlı Ģadya-
nalıq idi. Qonaq otağının o baĢından, bu baĢına
kimi süfrə açılmıĢdı. Evdə qonaq-qara əlindən yer
yox idi. Bütün qohumlar, qonĢular, tanıĢlar hamısı
yığıĢaraq ġərəfnisəyə və Tanrıverdi kiĢiyə yeganə
oğulları Sultanın hərbi xidmətini baĢa vurub,
gələcəyi münasibətilə gözaydınlığı verməyə gəl-
miĢdilər. ġərəfnisə hələ oğlunun evə gəlib, çatma-
masına baxmayaraq məclisdə qadınlarla söhbət
edirdi: - Balamın bir dəfəlik canı qurtatdı. Mağıl
yığıĢdı evimizə-eĢiyimizə. Bundan sonra mən də
rahat nəfəs ala bilərəm, - deyərək, sevinə - sevinə
danıĢırdı. Bu sözləri eĢidən Tanrıverdi kiĢi üzünün
ifadəsini dəyiĢərək, arvadına deyirdi:
- Ay arvad, birincisi, hələ gəlif çıxmayıfdı.
Ġkincisi isə hardan canı qurtardı? Hələ nə qədər ki,
torfağlarımız düĢmən taftağı altındadır, nə qədər ki,
o torfağın haqqın verməyif, onun canı hələ qurtar-
mayıf. Nə vaxt ki, müharivə olar, o da gedif tor-
Z A U R
154
fağların azadlığı uğrunda döyüĢər, onda gəlif rahat
evinə-eĢiyinə yığıĢar. Yoxsa bu gəliĢ müvvəqqətidi.
Bu narahatçılığa səbəb vardı. Hamının gözləri
Sultan gələcək yollara dikilmiĢdi. Deyəsən, ana
hiss etməyə baĢlayırdı ki, oğlu gecikir.
... Sultan isə axrıncı dəfə məzuniyyətdən
qayıdarkən,
komondirlərin
dediyi
məbləği
çatdırmadığına, onların tapĢırıqlarını yerinə yetirə
bilmədiyinə görə tənbeh olunub, «quvbaxt» - da
evə nə vaxt buraxılacağı barədə düĢünürdü.
Cəbhədə açılan atəĢ səsləri onu diksindirir,
ġərəfnisənin gözü yolda qalmıĢdı. Açılan zəngin
süfrədəki naz - nemətlərə də əl dəyməmiĢdi.
Sentyabr 2001,
Bakı şəhəri
A L D A D I L M I Ş Ə R
155
Z A U R
156
“ƏSGƏRLİK
ANLARINDAN QEYDLƏR”
SİLSİLƏSİ
A L D A D I L M I Ş Ə R
157
SOLMUŞ ÜMİDLƏR
Mən evdən çıxıb, hərbiyə gələn günü düĢünür-
düm ki, məni ailəmdən, sevgilimdən, yaĢadığım
mühitdən ayıran bir il altı ay heç bir Ģeyi dəyiĢmə-
yəcək. Mənə elə gəlirdi ki, bu vaxt elə gəlib ke-
çəcək ki, sanki yuxu yatıb, qalxmıĢam. Qayıtdıqda
da hər Ģeyi qoyub getdiyim kimi də görəcəyəm.
Yenə də qəsəbənin qurtaracağında təzə inĢa olunan
məktəbin yanındakı bir mərtəbəli, xudmani evimiz,
evdəki insanlar... Təkcə mənə elə gəlirdi ki,
qayıdanda əlimlə evdəki iĢ otağımın pəncərəsinin
qarĢısına basdırdığım qızılgül çubuğunu dəyiĢik –
böyümüĢ, qol – budaq atmıĢ, ĢaxələnmiĢ, güllərinin
ətri adamı bihuĢ edəcək görəcəyəm. Sevgilimə
qaldıqda isə onu da necə qoyub, getmiĢdimsə də,
elə bir az da gözlərində həsrət görəcəyəm. Məni
görəndə gülümsəyəcək. Sonra...
ġad xəbəri mənə ən yaxın əsgər yoldaĢım
Əlimərdanov verdi: - Mehdizadə, əmrimiz çıxdı, -
Həmin gündən sonra hərbidəki son günlərimi
sayırdım. Nəhayət illərə bərabər olan günlər gəlib
yetiĢdi. Təxris olub, hərbi biletimi alıb, hamı kimi
Z A U R
158
dərhal evə tələsmədim. Baxmayaraq ki, qəlbimdə
bir il altı aylıq həsrət vardı. Artıq bura da mənə
doğma, əziz yer idi. Hərbidən ayrılmağın özü də
asan ola bilməzdi. Neçə vaxtdan bəri evə getmək,
sevdiyimi görmək həsrətilə alıĢan ürəyim elə bil ki,
indi alıĢıb, yanıb, sönmüĢdü. Ġçimdəki közərti ta-
mam baĢqa hisslər oyatmıĢdı məndə. Sanki hərbidə
olduğum müddətdə daima mənimlə olan, hər
zaman öz – özümlə tək qalanda mənə təsəlli verən,
bu günə qədər ayaqda durmamın yeganə səbəbkarı
naməlum insan səsi indi mənə bəd xəbərlər verir,
hər zaman məni sakitləĢdirən, indi içimdən məni
didib, parçalayırdı. Amma nədənsə, bu bəd xəbərin
nə ilə bağlı olduğunu açıqlamırdı. Elə bil, buradan
çıxmağıma mane olurdu. Lakin daha burada
qalmam mümkünsüzdü. QarĢıda məni nələrin
gözləyəcəyindən asılı olmadan, getməliydim...
Xidmət etdiyim tabora daxil olduqda, tabor
komandiri mayor Ġsmayılov ElĢən günorta yerbə-
yerini keçirir, sıranın qarĢısında dayanıb, nəyəsə
əsəbi halda danıĢır, əllərini belinin üzərində çarpaz-
layaraq, sıranın önündə sağa – sola hərəkət edirdi.
Mən onun əsəbi olduğunu görüb, geri dönmək
istəyirdim ki, mayor Ġsmayılov: - Bu qədər,
hamınız Ģəxsiyyətin üstünə! Güman edirəm ki,
A L D A D I L M I Ş Ə R
159
dediklərimdən bir nəticə çıxaracaqsınız. Azadsınız!
- Qərargah rəisi mayor Sadıqov Eldəniz tabor
komandiri fikirlərini tamamlayan kimi Ģəxsi heyətə
“Farağat!” komandası verdi. Mayor Ġsmayılov ye-
nidən geriyə dönərək əsəbi halda, dodağının altında
“Azad...” komandası verib, dönüb Qərargaha doğru
getmək istəyirdi ki, ayaq saxlayıb, sağ əlini sıranın
arxasına uzadaraq: - Mehdizadəyə deyin, yanıma
gəlsin, – deyib, ağır, yeyin addımlarla taborun sıra
meydanından Qərargaha doğru çıxan beĢ pilləli
daĢdan olan pilləkənləri qalxıb, Qərargaha çatana
qədər yolda bölüklərin qarĢısında dayanan bölük
növbətçilərinə tapĢırıqlarını verirdi.
Mayor Ġsmayılov ElĢən bizim tabor komandir-
liyinə yeni təyin olunmuĢdu. Yadımdadır, ondan
öncəki tabor komandirimiz mayor Mövlanov
Nizami gedəndə, hamımızın ürəyinə vəl – vələ
düĢmüĢdü ki, görən, yeni komandirimiz necə insan
olacaq?! Zabitləri tabor komandirinin tələbkar olub
– olmaması, biz əsgərləri isə bizimlə münasibətinin
necə olacağı çox narahat edirdi. Mayor Mövlanov
tələbkar və bir az da kobud olmasına baxmayaraq,
artıq üz – gözümüz ona öyrənmiĢdi. Nəhayət, yeni
tabor komandirimiz orta boylu, idmançı qamətli, üz
– gözündən zəhrimar yağan mayor Ġsmayılov gəlib
Z A U R
160
çıxdı. Vaxt ötdükcə, bizimlə doğma qardaĢ münasi-
bətində olmasını gördükdə, bütün qorxu – hür-
kümüz yox olub getdi. Sən demə, düz deyiblərmiĢ
ki, “zahirinə yox, daxilinə baxıb, qiymətini ver”.
Dəfələrlə, əsgərləri düzüb, tabor komandiri kimi
yox, bir böyük qardaĢ kimi nəsihətlər verməsi,
problemlərimizlə maraqlanması, bizdə ona qarĢı
böyük inam və güvən yaratmıĢdı. DüĢünürdük ki,
bir Ģey olsa, mayor Ġsmayılov var, o bizim
arxamızda dayanacaq.
Hərbinin belə bir qanunu da var ki, əgər bir –
birilə yüngülcə, savaĢsa və ya dalaĢsa, gərək
komandir dərhal bu barədə Yuxarı komandanlığa
raportla müraciət etsin. Amma mən bir dəfə
görmədim ki, mayor Ġsmayılov hansısa əsgər
haqqında raport yazıb, həmin əsgərin valideyn-
lərinin gözünü yaĢlı qoysun. O, taborda elə Ģərait
yaratmıĢdı ki, bizim taborda hamı bir – birinə (istər
zabit - gizir, istərsə də əsgər heyəti) doğma qardaĢı
kimi yanaĢırdı. Mən xidmətim müddətində bir neçə
taborlarda olsam da, bu cür münasibəti məhz mayor
Ġsmayılovun rəhbərlik etdiyi taborda gördüm. O,
hərbidə gün sayan əsgərlərdə (əsgərlərin hamısında
bu bir ənənə halını alıb) elə böyük milli –
vətənpərvərlik ruhu oyadırdı ki, ömürnün sonuna
A L D A D I L M I Ş Ə R
161
qədər burada qalıb, vətənə xidmət etmək istəyirdin.
Bəlkə, bu gün mənim də təxris olub, buradan ayrıla
bilməməyim, bura – vətənə xidmətdən doymama-
ğımın elə məhz ən böyük səbəbkarı mayor
Ġsmayılovdur.
KeçmiĢi xatırlarkən, rabitə tağım komandiri baĢ
leytenant Əliyev RövĢənin səsi məni xəyallardan
ayırdı:
- Mehdizadə, kambat bayaqdan səni gözləyir
e...
- Hə,bilirəm komandir, bu dəqiqə gedirəm.
BaĢ leytenant Əliyev RövĢən də gözəl insandı.
Zavallının adamı yoxdur deyənə, beĢ ildir ki, tağım
komandiri vəzifəsindən yuxarı qalxa bilmir.
Mən Qəraraha tərəf yön alıb, ovunmuĢ, üzə-
rində Qarabağ müharibəsindən yadigar qalan güllə
izləri pilləkənlərlə yuxarı çıxıb, Qərargaha daxil
oldum. Bu balaca dəhlizdə, üç qapı vardı. Brinci
qapı tabor komandirinin, ikinci Minaatan batareya
komandiri baĢ leytenant Eminov Ramizin, üçüncü
isə qərargah rəisi mayor Sadıqov Eldənizin otağının
qapısı idi. Mən indi hörmət nümunəsi olaraq, məni
tabor komandirinin çağırtdırmasına baxmayaraq,
hamısı ilə ayrı ayrılıqda görüĢməliydim. Ġlk döy-
düyüm qapı tabor komandirinin qapısı oldu:
Z A U R
162
- YoldaĢ mayor, əsgər Mehdizadə əmrinizlə
gəlmiĢdir!
Mayor Ġsmayılov dodaq altı gülümsəyərək, sağ
əlini məhz çəkirmiĢ kimi daz baĢına çəkərək: - Sən
artıq təxris olmusan və mənim tabeçiliyimdən çıx-
mısan, məruzə etməyin lazım deyil, - deyib,
oturmaq üçün mənə yer göstərdi: - Tural, – o, ilk
dəfə idi ki, mənim adımı çəkirdi, - mən bu az
müddət ərzində səni qanacaqlı, qabiliyyətli bir
əsgər kimi tanıdım. Qabiliyyətinlə yanaĢı həm də
gözəl təĢkilatçı olduğunun Ģahidi oldum. Mən bu
gün təəssüf hissi keçirirəm ki, sənin kimi
əsgərimizin birini də itirdik. Amma təəssüflə
yanaĢı, həm də sevinirəm ki, Azərbaycanımızın
sənin kimi oğulları var ki, harda olmağından asılı
olmayaraq, millətimizin, dövlətimizin maraqlarına
qulluq edəcəksən...
Elə bu yerdə onun stolunun üstündəki xidməti
telefonunun ətürpədici səsi otağı bürüdü. Onun
dəstəyi götürərək, ayağa qalxıb: - YoldaĢ
polkovnik, gün ərzində taborda heç bir hadisə baĢ
verməmiĢdir tabor komandiri mayor Ġsmayılov!
Hər vaxtınız xeyir, yoldaĢ polkovnik! – deyib,
əlavə etdi: - Oldu, baĢ üstə,bu dəqiqə gəlirəm.
A L D A D I L M I Ş Ə R
163
Mən bildim ki, bu zəng edən polkovnik –
leytenant Zaur Məmmədovdur. Mayor Ġsmayılov
dəstəyi yerinə qoyub, sağ əlini mənə uzadaraq: -
Tural, sənə bundan sonrakı həyatında uğurlar arzu
edirəm, – deyib,mənimlə birgə çölə çıxdı və tələsik
də hərbi hissənin qərargahına tərəf yön aldı. Mən
isə yenidən qərargaha döndüm. Çünki üzərimdə
böyük haqqı olan qərargah rəisi mayor Sadıqovla
görüĢməmiĢdim. Mən o, insanı unuda bilmərəm. O,
bütün əsgərlərə doğma balası kimi baxırdı. Elə
anlarımız olub ki, bayramlarda qurbanlıq qoyun
alıb, kəsdirib, evində iri bir qazanla biĢirtdirib,
gətirib ki, mənim əsgərlərimin gözü yolda qalma-
sın. Hər dəfə də bölüklərdə əsgərlərlə maraqlan-
mağa gedərkən də heç nə gətirməsə də bir bağlama
konfet gətirib, hamımıza paylayırdı. Biz heç zənn
etmirdik ki, o, bizim bir baĢa rəisimizdir. Elə mühit
yaradırdı ki, elə bilirdik ki, burada bizim atamız
mayor Sadıqovdur.
Otağına daxil oldum, həmiĢəki kimi fikrə gedib
barmaqları ilə qara, dən düĢmüĢ (otuz, otuz iki yaĢı
olar və ya olmaz bu komandiri hərbi vaxtından
əvvəl qocaltmıĢdı) bığlarını oxĢayırdı. Məni
görcək, yenə də soyadımın qısaldılmıĢ forması ilə
Z A U R
164
müraciət edərək: - Ooo... Maliko,sən hələ burdasan,
niyə getməmisən, camaat hamısı çıxdı getdi...
- YoldaĢ mayor,sizinlə görüĢməmiĢ getsəydim,
özümü günahkar bilərdim. Üstümüzdə çox haqqınız
var.
- YaxĢı, keçmə yenə Ģairliyinə, - deyərək bir az
zarafat etdi. Biz onunla olub – keçənlərdən söhbət
edib, sonda əl uzadıb, mənimlə səmimiyyətlə
görüĢüb, əlini cibinə salıb, bir qədər, pul çıxarıb: -
Yol gedirsən, birdən yol pulun – filan olmaz: -
deyib, pulu mənə sarı uzatdı. Mən qəti surətdə onun
əlini geri qaytararaq, səmimiyyətlə görüĢüb, hərbi
salam verib, otaqdan çıxdım. O, da mənimlə birgə
dəhlizə çıxıb, məni yola saldı. Mənim isə hələ
burada görüĢəcəyim çox adamlar var idi.
Mən hərbiyə ilk gəldiyim günlərdə buranı belə
təssəvür edə bilməzdim. Mənə elə gəlirdi ki, zabit-
lər qəddar, daĢ ürəkli bir insanlardı. Sonradan ma-
yor Ġsmayılov, mayor Sadıqov, kapitan Eyvazov,
kapitan Xəlilov kimi zabitlərin timsalında onların
da həlim ürəkli bir insan olduqlarının Ģahidi oldum.
Hətta sonradan mənə elə gəlirdi ki, zabitlər həyat-
larını vətən uğrunda fəda edən fədailərdi. Çünki hər
insanda vətənə qarĢı bu qədər məhəbbət ola bilər,
lakin ömrünü, gəcliyini, həyatını vətən uğrunda
A L D A D I L M I Ş Ə R
165
xidmətə sərf edən yalnız və yalnız zabitlərdi. Am-
ma nə yazıq ki, onların da bəzilərinə vaxtında qiy-
mət verilmir. Bütün bunlara baxmayaraq bu kimi
hallar onların vətənə xidmətinə mənfi təsir etmir.
Bəzən qəlblərinin dərinliyində üzlərində əks olunan
ümidləri sınsa da, vətənə olan səvgiləri ölmür, gün
– gündən daha da artırdı. Necə ki, bir neçə dəfə ma-
yor Sadıqov zabitlərlə danıĢarkən eĢidirdim: - Məni
nə rütbəmin, nə vəzifəmin artmağı yox, düzgün,
vicdanla qulluq etməyim maraqlandırır, sabah tə-
qaüdə çıxarkən övladlarımın üzünə dik baxa bilim.
Beləcə taborumuzun yaxınlığında köhnə, gül-
lələrlə dərmə - deĢik edilimiĢ, lakin bu gün əsgər
mağazası olan vaqona getdim. Dərs saatından sonra
bura əsgərlərlə dolu olurdu. Valideyn görüĢləri də
burda olduğundan boĢ saatı olmurdu.
UĢaqlar hərbi biletimi əlimdə görcək, sevinc
hissi ilə mənimlə qucaqlaĢıb öpüĢürdülər. Mən də
buranın adətlərinə əməl edərək sağ əlimlə hərbi bi-
letimi hələ məndən sonra xidmət edəcək yol-
daĢlarımın baĢına çəkirdim ki, onlar da mənim kimi
sağ salamat çıxıb, evlərinə getmək nəsib olsun.
Sonda xidmətim müddətimdən az sonra mənimlə
birgə olan, gerçəkdən də dostum Əbdürrəhmanov
Elçinin məni qucaqlayıb, ağlaması elə bil bayaqdan
Z A U R
166
içimdəki səsi yenuidən dilləndirdi. Onun səsini
eĢitməsəm də hiss edirdim ki, mənə nəsə yaxĢı söz
demir, yenə də içimi didib – parçalayırdı.
- Tural, mən bundan sonra dərdimi burada
kiminlə bölüĢəcəyəm – Elçinin göz yaĢları ilə
dediyi bu sözlər məni də kövrəltdi.
- Darıxma qardaĢım, az qalıb,inĢallah tezliklə
sənində vaxtın bitər, qayıdarsan valideynlərinin
üstünə, - deyib, tez də oradan uzaqlaĢdım ki, zavallı
uĢağı bir az da kövrəltməyim. Onsuzda ürəyi yaralı
uĢaqdır. Hərbiyə geldiyindən üç ay sonra atası
maĢın qəzasına düĢüb, həlak olmuĢ, anası ilə balaca
bacısı tək qalmıĢdılar.
Son dəfə geriyə dönüb taborumuza, çılpaq
dağlara və həmin dağların arxasında dayanan,
hazırda isə erməni iĢğalında olan baĢı qarlı dağlara
həsrətlə baxıb: - Tanrım, o dağların azadlığı
uğrunda olan döyüĢlərdə mənim də iĢtirakımın
olmasını nəsib etsin, - deyib, qarĢıda dayanan
taksiyə yaxınlaĢıb, qapını açıb əyləĢdim.
***
Yol boyu içimdəki naməlum səs mənim evə
gəlib, çıxmağıma mane olsa da, qəsəbəmizə çatıb,
A L D A D I L M I Ş Ə R
167
dayanacaqda maĢından düĢəndən sonra əhvalım
tamam dəyiĢdi. Heç elə bil, bayaqdan ürəyi sıxılan,
özünə yer tapa bilməyən Tural mən deyildim.
Evimizə gedən yolda daima məktəblilərin olmasına
baxmayaraq bu gün yol da boĢ idi. Yəqin ki, dərs
vaxtı qurtarmıĢdı. Amma bir az irəlidə sevgililərin
dalaĢmasını gördüm. Onlar məni görcək, səslərini
kəssələr də, oğlanın qıza göz yaĢı ilə: -Sənin bu
xəyanətini səndə qoymayacağam, – deyib, qaçaraq
uzaqlaĢmasını gördüm. Qız çox sakit, keyfi saz
halda göz – qaĢını süzdürərək, mənim yanımdan
ötüb keçdi. Ürəyimdən yaxınlaĢıb, məsələni soruĢ-
maq keçsə də, düĢündüm ki, nəsə ağır bir söz deyər,
pərt olaram. Odur ki, evimizin talvarına tərəf
sevincək boylanaraq, irəliləyirdim. Sanki ayaqlarıma
da qüvvət gəlmiĢdi ki, evə tez yetiĢim. Atam həmiĢə
bu vaxtlar talvarın altında oturub, çay içər, siqaret
çəkərdi, amma indi görünmürdü. Darvazamızın
qapısını açıb içəri girdikdə, hər zaman səs – küylü,
Ģən görünən həyətimizdə sanki ölü bir sükut vardı.
Bu sükut məni çox qorxutdu. Anamın gəliĢimdən
xəbəri olmadığından içəridən səsi eĢidildi:
- Kimdi, gələn?!
Mən cavab vermədim. Elə iĢ otağımın pəncərə-
sinin yanından keçib, qapıya yaxınlaĢmaq istəyir-
Z A U R
168
dim ki, gözüm əsgər getməmiĢdən öncə basdır-
dığım qızılgül çubuğunu gəzdi. Ətrafdakı kollar gül
açmıĢ, iyi uzaqdan adamı valeh edirdi. Amma
nədənsə mənim basdırdığım çubuq elə bil bir az
böyüyüb ĢaxələnmiĢ, lakin qurumuĢdu. Üzərində
sapsarı saralıb, büzüĢmüĢ bir qızılgül vardı. Elə
zənn edirdim ki, mən qayıdanda bu gül Ģaxələnib,
böyüyəcək, üzərində saysız gözəl qızılgüllər bitə-
cəkdi. Mən də ilk gəldiyim gün həmin ağacın gül-
lərindən qırıb, əsgərlikdən sonraki ilk görüĢümüzdə
Nalana verəcəm. Demək, arzum ürəyimdə qaldı...
Talvara daxil olub qapıya yaxınlaĢaraq, gözüm
atamın burda özü üçün taxtadan düzəltdiyi
oturacağı və masanı gəzdi. Heç biri yerində yoxdu.
- Ay Allah, balam gəldi, - deyərək anam
ağlayaraq, üzərimə gəlib, məni qucaqlayıb, elə
qapının ağzındaca, hönkürməyə baĢladı.
Anamın ağlamağına dayana bilməyib, mənim
də gözlərim doldu. Onun boynunu qucaqlayıb,
təskinlik verdim:
- Nəyə ağlayırsan, ay arvad, budur gəldim də...
- Eh... ay bala, sən evdən çıxanda atan Quranın
altından səni keçirib, niyyət etdi ki, gələndə də
balamı özüm elə bu Quranın altından keçirim.
A L D A D I L M I Ş Ə R
169
Yetim Tofiqə qismət olmadı, balasının üzünü
görmək. Öləndə də gözləri açıq getdi.
Anamın sözlərindən ayaqlarım yerə yapıĢdı.
Anam nə danıĢırdı, məgər atam rəhmətə getmiĢdi?!
Anam mənim halımın pisləĢdiyini görüb, sakit-
ləĢib, üzümdən – gözümdən öpüb, məni içəri çəkdi.
Qonaq otağıda xalçanın üzərindən atamın böyüdül-
müĢ çərçivəsində qara lent olan Ģəklini gördükdə, hər
Ģey aydın oldu. Anamsa danıĢırdı... Sən demə atam
artıq altı aymıĢ ki, ağ ciyərin xərçənginə tutulub,
yataqda yatırmıĢ. Mənə də xəbər etməyə qoymurmuĢ
ki, narahat olaram. Öləndə də vəsiyyət edib ki,
balama xəbər verib, onu orda narahat etməyin,
xidmətinə mane olmayın. Anama da qohumlar məslə-
hət biliblər ki, onsuz da Turalın gəlməyinə bir ay ya-
rımı qalır. Deyib, uĢağın ürəyin qırma. Gələr, yavaĢ –
yavaĢ baĢa salarıq. Amma bu xəbəri gələn kimi eĢit-
məyim, bütün həyatımı söndürüb, qaranlıqlaĢdırdı.
- Bala, - deyə, anam yenə də hıçqırdı: - Qara
torpaqlığ anan bu gün səni bəd xəbərlərlə qarĢıladı.
BağıĢla bala, anan ölsün. Qoruya bilmədim, niĢan-
lın da atandan sonra üzüyü gətirib qaytardı. Birdə
xəbər tutdum ki, imkanlı bir oğlana ərə gedib...
31 İyul 2010,
Bakı şəhəri
|