Z A U R
170
B
BİLİNMƏYƏNLƏR
Bu gün mənim ən xoĢ, sevincli günlərimdən
biri idi. Ağlım kəsəndən bəri Qarabağ döyüĢləri
ərəfəsində atamın bəzən hərbi geyimdə, avtomatla
evə gəlməsi məndə hərbiyə, vətəni qorumağa bö-
yük məhəbbət oyatmıĢdı. O zamanlar atam koman-
dirlərindən ailəli olduğu üçün bir neçə saatlığa
icazə alıb evə gələndə: “Ata, sən erməni görürsən,
heç erməni öldürürsən?” kimi suallar verirdim ona.
O, da həmiĢə vaxtının az olmasına baxmayaraq,
həvəslə mənim suallarımı cavablandırır, elə uĢaq-
lıqdan içimdə düĢmənə qarĢı böyük nifrət və kin
hissi cücərdirdi. Atamın döyüĢdə Ģəhid olması və
ardınca övlad itkisinə dözə bilməyib, nənəmin də
dünyasını dəyiĢməsi mənim düĢmənə olan nifrət və
kinimi daha da artdı. Ġçimdə intiqam – atamın
döyüĢüb Ģəhid olduğu torpaqlar uğrunda mənim də
döyüĢüb, atamın və atam kimi neçə - neçə Ģəhid
olan ataların qanını yerdə qoymamaq arzusu bö-
yüyürdü. Lakin atamdan fərqli olaraq mən məğlub
ordunun döyüĢçüsü kimi Ģəhidi olmaq istəmirdim.
Arzum o idi ki, tezliklə əsgəri yaĢım yetiĢsin, əgər
A L D A D I L M I Ş Ə R
171
həmin ərəfədə iĢğalda olan torpaqlarımız qayıt-
masa, torpaqlarımızın azadlığı uğrunda olacaq
döyüĢ zamanı, həmin mücadilədə yaxından iĢtirak
edim. Bu döyüĢdə daha bizdən ölən yox, öldürənlər
olsun. DüĢünürdüm ki, yeterincə bizdən ölən olub,
amma bir nəticə əldə etməmiĢik. Yenə də torpaq-
larımız düĢmən iĢğalındadır. Bu dəfə ölməməli,
öldürməliyik. Anam isə həmiĢə mənim bu kimi
fikirlərimə qarĢı çıxırdı. Atamdan sonra arvad
mənim əsgər getməyimi belə istəmirdi. Anamın
gözlərinin içində məni də itirmək qorxusu var idi.
Elə mənə hərbi komissarlıqdan çağırıĢ vərəqəsi
gələndə də nə qədər çalıĢsa da ki, məni xidmətə
buraxmasın, lakin evdə bir neçə gün çörək
yeməyib, xidmətə getmək istəyimi görüb, mane
olmadı. Daha sonra çalıĢdı ki, bir neçə qohuma ağız
açıb, məni yaxınlıqda olan, rahat hərbi hissələrin
birinə saldırsın, çox pul istədilər deyə, anamın bu
istəyi də boĢa çıxdı. Əvvəldən anamın məni harasa
saldırmaq istəyinin əleyhinə çıxdığım üçün: “O
qədər nəfsini tökdün ki, yaxĢı bir yerə də saldıra
bilmədim səni. Atan kimi “Vətən,vətən!” deyirsən.
Atana etdiklərindən sənə də edəcəklər?!” – deyib
gileylənirdi anam. Lakin mən vətənimi hansısa
Z A U R
172
təmənnaya görə sevmirdim. Çünki atam mənə
vətəni təmənnasız sevməyi öyrətmiĢdi.
...Hə, keçmiĢi xatırlarkən, sevincli günümün
səbəbini demək lap, yadımdan çıxmıĢdı. Bu gün
mən əsgər gedirdim. Səhər tezdən anamla birgə
hərbi komissarlığın qarĢısındakı oturacaqda oturub,
hansı hərbi hissəyə yollanacağımı gözləyirdim.
Bizimlə yanaĢı burda bir çox əsgər yollanacaq
uĢaqlar vardı ki, onlar da valideynlərilə hansı hərbi
hissəyə göndəriləcəklərini gözləyirdilər. Hamıdan
öncə bizim gəlməyimizə baxmayaraq, elə ən axıra
qalan da biz və bizimlə yanaĢı üç – dörd nəfər oldu.
Nəhayət, məlum oldu ki, bayaqdan xarici maĢın-
larla yola salınan əsgərlər əvvəldən pul verib,
yerlərini məlum edənlərdi. Biz isə yerimizi pulla
məlum etməmiĢik deyə, bizlərdən biri Naxçıvana,
mən və iki nəfər isə hərbi hissəsi “bilinməyən” ki-
mi Biləcəridə yerləĢən hərbi komissarlığa gön-
dərildik. Bizi Biləcəridəki komissarlığa gətirən
rayonumuzun hərbi komissarlığının Adil adlı səla-
hiyyətli nümayəndəsi özü içəri daxil olub, bizi xey-
li gözlətdirdi. Bir saatdan çox vaxt ötdükdən sonra
çölə çıxıb, valideynlərə yaxınlaĢaraq dedi:
A L D A D I L M I Ş Ə R
173
- Yerlər ancaq ön xətt hərbi hissələrinədir.
Kimin imkanı varsa elə indi yerindəcə isti – isti
hörmətini eləsin, yaxĢı yerə saldıraq.
Zavallı valideynlər kimi mənim anam da
narahat oldu. Hamı ora – bura zəng edib, pul tapıb,
Adilə verdilər ki, övladlarını yaxĢı hərbi hissəyə
saldırsın. Anam yazıq da ha vurnuxsa da, bir çarə
tapa bilmədi. Nəhayət: - ElĢad, narahat olma. Allah
özü kömək olsun. Sənin delalarının içində Ģəhid
oğlu olduğun yazılıb. Yəqin ki, səni yaxĢı yerə
salacaqlar, – deyə, özünə təskinlik verirdi. Elə bu
hisslərlə də tez – tez: - Mamanın gül balası, narahat
olma, get, pirsaqanda xoĢdadığın yeməklərdən
biĢirib, gələcəyəm yanına, – deyərək, üz –
gözümdən öpürdü.
- Budur, Adil gəlir, - deyərək anam mənimlə
birgə əsgər yollanan elə burda tanıĢ olduğumuz
Rəhmanın anasına dedi. Rəhmanın anasından öncə
atası dərhal ayağa qalxaraq, Adilə tərəf irəlilədi. Bu
yerdə gözlərim doldu, mənim də atamın yanımda
olmasını istədim. Bəlkə də atamı itirəndən, ilk
dəfəydi ki, atasızlığın acısını bu qədər duyurdum,
onun yanımda olmasını istəyirdim. Lakin nə fayda,
atam yox idi. Mənim isə bu dünyada anamdan
savayı bir kimsəm yox idi. Hər dəfə yanında atası
Z A U R
174
olan kimsəni gördükdə, ata həsrəti içimi didib –
parçalayırdı. Bəzən atamın məni tək qoyduğu üçün
ondan küsür, inciyir, bəzən də: - “Mənim atam
qəhrəmandı. O, torpaqlarımız uğrunda canını fəda
edən insandır” – deyərək, qürrələnirdim. Anam
qolumdan tutub: - A bala, qalx gəl görək, - demə-
silə, fikrim qarıĢdı. Dərhal oturacaqdan ayağa
qalxıb anamla birgə Adilə yaxınlaĢdıq. O,
valideynlərə:
- Sizin oğlunuz Gəncəyə, sizinki Lənkərana, -
anama gəldikdə isə: - Xala, sizin oğlunuz da Ağ-
dama düĢdü, - deyib çox sakit halda əlindəki bizim
hərbi biletləri sayaraq, qarĢıdakı dəmiryolu
stansiyasında qatarı gözləməyimizi bildirdi.
Həmin vaxt anamın necə əlini üzünə sıxaraq
hönkürdüyünü, gördüm. Bu arada özümü toplayıb,
anama yaxınlaĢaraq, boynuna sarılıb, vaxtından tez
dən düĢmüĢ saçlarını oxĢayıb, onu sakitləĢdirməyə
çalıĢdım.
***
Artıq Biləcəridəki dəmiryolu stansiyasında
bizi hərbi hissələrimizə aparacaq qatarı gözləyirdik.
Bizimlə gələn valideynlər qatar gələnə qədər bir
A L D A D I L M I Ş Ə R
175
Ģeylər yemək üçün yaxınlıqda olan kafeyə keçmiĢ-
ilər. Bizə təklif etsələr də, pulumuz olmadığı üçün
anam: - Yox, ay bacı, çox sağ olun, aclığımız yoxu,
- deyərək, onlardan uzaqlaĢıb, yaxınlıqda olan
dükanların birindən, otuz qəpik pul verib, yavan
çörək alıb, gözləmə məntəqəsindəki oturacaqda
oturub, iki yerə bölüb, ana – bala yeyirdik. Elə bu
yerdə bələdçinin səsgücləndirici ilə:
- SərniĢinlərin nəzərinə! Bakıdan Bərdəyə
gedən qatar stansiyaya yaxınlaĢır, - deməsilə biz
dərhal yerimizdən qalxıb, stansiyaya tələsdik.
Burada hamı öz övladı ilə görüĢür, sağollaĢırdılar.
Anam da göz yaĢları içində məni qucaqlayıb,
bağrına basıb, hönkürürdü. Sanki anamın dili
tutulmuĢdu, bir kəlmə də olsun, söz danıĢmırdı.
Digər valideynlər kimi sevincək: - “A bala, sağ get,
salamat qayıt,” - kəlməsini də deyə bilmirdi zavallı
qadın.
- Ay xala, burax da, qatar getdi ki, - komissarlıq
iĢçisinin narazılıqla dediyi bu kəlmələrdən sonra
anamdan aralanıb, səkkizinci qatarın qapısına
doğru irəlilədim.
Artıq yola düĢmək üzrə olan qatarın pəncə-
əsindən çölə baxdıqca gözlərim bəlkə, bir daha onu
görmədim, heç olmasa, son dəfə doyunca, simasına
Z A U R
176
baxım deyə, bəzilərinin üzlərində sevinc, bəzi-
ərində isə kədər, göz yaĢı olan valideynlərin içində
anamı gəzirdi. Amma nədənsə, anam insanların
içində görünmürdü. Birdən qatar yavaĢ – yavaĢ
stansiyadan uzaqlaĢmaqdaykən, qatarın arxasınca
gələn valideynlərin arasından anamın göz yaĢlarına
baxmayaraq gülümsəyən, mənə sarı əlini yelləyən
gördüm. Anamın yanındakı kiĢini gördükdə, içimi
bir qorxu, vahimə hissi bürüdü. Artıq atamı
itirməyimdən xeyli müddət ötməsinə baxmayaraq,
onu tanıdım. Bu köhnə, üzünə qan ləkələri hopmuĢ
hərbi geyimli kiĢi mənim atamın ruhu idi. O, bizi
tək qoymamıĢdı...
3 Avqust 2010,
Bakı şəhəri
3
A
v
q
u
s
t
A L D A D I L M I Ş Ə R
177
İÇİNDƏKİLƏR
POVEST
1. AldadılmıĢ ər.................................................... 4
HEKAYƏLƏR
1. Zirzəmi ........................................................... 42
2. BağıĢlanmıĢ ömür .......................................... 55
3. Elçilik ............................................................. 66
4. Fədakar ana .................................................... 74
5. Boz dovĢan ..................................................... 88
6. Ata yurdum .................................................... 95
7. Təcili yardım stansiyasında ......................... 101
8. Müəllimin vicdanı ........................................ 111
9. Nankor övlad................................................ 117
10. Yetimlər ..................................................... 131
11. Torpaq haqqı .............................................. 139
“ƏSGƏRLİK ANLARINDAN QEYDLƏR”
SİLSİLƏSİ
1. SolmuĢ ümidlər ............................................ 147
2. Bilinməyənlər............................................... 160
Z A U R
178
ZAUR
(Məlikzadə Zaur Qərib oğlu)
“ALDADILMIŞ ƏR”
Azərbaycan dilində
Müəlliflə əlaqə:
Bakı Ģəhəri. Qaradağ rayonu,
MüĢfiqabad qəsəbəsi. AZ1155
TEL: (+99412) 410-51-81 (ev)
(+99455) 718-87-81 (mob.)
E-mail:
zaurm@bk.ru
Web səhifəsi: www.zaur-m.blogspot.com
Tərtibatçı: Zaur Qafarzadə
Korrektor: Hidayət Nihad
Çapa imzalanmıĢdır:
Kağız formatı: 70x100 1/32
ġərti çap vərəqi:5,25. SifariĢ: 224
Sayı: 500
Qiyməti müqavilə yolu ilə
Kitab “ADĠLOĞLU” MMC – nin mətbəəsində hazır
diapozitivlərdən istifadə olunmaqla ofset üsulu ilə çap edilmiĢdir.
Ünvan: Bakı Ģəh., ġərifzadə 202,
Tel: (012) 433 00 43, 418 68 25, 498 68 25
E-mail: adiloglu2000@gmail.com
Dostları ilə paylaş: |