A L D A D I L M I Ş Ə R
81
dayanıb, ona baxsaydı, bir kəlmə də dinməyib,
pəncərəni çırpıb, girirdi içəri. Onun bu hərəkəti
incə, zərif, cəzbedici simasına və danıĢığına
yaraĢmasa da, baĢqa oğlanlara qarĢı olduğundan
mənim çox xoĢuma gəlirdi. Mən istəyirdim ki, o
məndən savayı bir kimsəyə gözünün qırağı ilə də
baxmasın. Amma mənim istəməyimin nə mənası?
Onsuzda o, heç bir oğlana nəzər yetirmirdiki...
Tez – tələsik antennanı düzəldim, atam əsəb-
ləĢməsin deyənə, onların pəncərəsinə belə nəzər
salmamağa çalıĢdım. Amma hardansa, ehtiraslı,
cəlbedici, insanın ağlını baĢından alan qız iniltisi
eĢidilirdi. Qız səsi ilə yanaĢı, tanıĢ oğlan səsi də
eĢidirdim: - Canım, bir az döz! Döz, az qalıb, –
deyirdi. Birdən elə bil yuxudan ayıldım, əlimdəki
antennanı yerə qoyub, səsin hardan gəlməsini
müəyyənləĢdirmək istədim. Ġlk öncə, Sevdagilin
pəncərəsi səmtə yaxınlaĢıb, qulaq qoydum. Bu səs
onlardan gəlirdi. Birdən tül pərdədən içəri baxanda,
dəhĢət məni bürüdü, gördüklərimə inanmaq
istəmədim. Elə bildim məni qara basır, yuxu
görürəm. Amma inanmaq istəməsəm də, gözlərimlə
gördüklərim həqiqət idi. Lüt, anadangəlmə Ġnti-
qamın tez – tez qalxıb enən kürəyini dırnaqları ilə
cızıb, qanadan Sevda idi.
Z A U R
82
Oktyabr 2008,
Bakı şəhəri
FƏDAKAR ANA
Sərin bir yay səhəriydi. GünəĢ Ģəfəq saçır, isti
meh əsərək, yaĢıl ağacların yarpaqlarını xıĢılda-
dırdı. Sanki, bu sakit yay səhərində insanlar sus-
muĢ, ağacların yarpaqları xıĢıldayıb, quĢlar
cingildəyib bir – biri ilə danıĢırdılar. Arada quĢların
bərkdən cingildəmələri onların danıĢdığını yox,
dalaĢdığını, sözləĢdiyini hiss etdirirdi. Niyə də
dalaĢmasınlar, insanların bir – birinin ətini yediyi
bir zəmanədə onlar nədən sözləĢməməlidir?! On-
larda canlıdırlar, onların da özlərinə məxsus cəmiy-
yətləri və rəhbərləri var. Öz cəmiyyətlərindən,
rəhbərlərindən narazı olanda, etirazlarını cəmləĢib,
cingildəməklə bildirirlər. QuĢalrın mavi səma üzə-
rində birliyini görüb, cuĢa gəlir, bir anlığa Ģahinə
çevrilib, göylərdə uçmaq istəyərdin.
A L D A D I L M I Ş Ə R
83
Əminə hər gün səhər evdən çıxıb, iĢə getdikdə,
bir neçə dəqiqə dayanıb, bu mənzərəni izləməsəydi,
hətta daha aydın desəm, təbiətlə danıĢmasaydı
yoluna davam etməzdi.
Əminə təbiəti çox sevirdi. O, təbiətə o qədər
vurğun idi ki, bütün dərd – sərini insanlarla yox,
onlarla – ağaclarla, quĢlarla, otlarla, güllərlə bölü-
Ģürdü. DüĢünürdü ki, onlar onu eĢidir, cavab verir-
dilər. Nə edəydi zavallı qız, həyatda bir yaĢlı anası
vardı, bir də içki aludəçisi olan qardaĢı... Atası da
onlar uĢaq olarkən, rəhmətə getmiĢdi. Anası Nisə
orta məktəbdə xadimə iĢləməklə böyütmüĢdü bu iki
uĢağı. Oğlu Mehdi fərsiz övlad çıxsa da, qızı Ģükür
ki, yaxĢı çıxmıĢdı. Orta məktəbi bitirdikdən sonra
anasına kömək olsun deyə,oxumağın daĢını atmıĢ,
məktəbə anası kimi xadimə iĢinə düzəlib, evə
kömək edirdi.
Ayın axırı yetiĢdikdə, məvaciblərini alıb, yarı-
sından çoxunu Mehdinin dükanlardan borca aldığı
arağın pullarını ödəyirdilər. O, da qarĢılıq olaraq bu
tifil ana – balanı məhəllə içində biabır etmiĢdi. Hər
gün axĢam ona içki pulu verməzlərsə, ikisini də
nəlayiq söyüĢlərlə təhqir edər, çölə qovalayıb,
gecəyarıyadək havanın Ģaxtalı, boranlı olmasına
baxmayaraq onları evə buraxmazdı. QonĢular da bu
Z A U R
84
zavallı ana – balanı onun əlindən ala bilmirdi.
Mehdi əlinə nə gəldi götürüb, həmin adamın üstünə
yeriyirdi ki, sən kimsən mənim ana – bacımı
müdafiə edirsən?! Allah eləməmiĢ, həmin insan
kiĢi xaylağı olsaydı, Allah amandı!.. Elə bu
səbəbdən də Əminənin iyirmi yaĢına çatmasına
baxmayaraq, qapılarını döyən olmamıĢdı. Bir gün
Əminə iĢdən evə gələndə, Mehdi pəncərədən ona
sarı baxıb kimisə nəlayiq söyüĢlərlə söyəndən sonra
arxasınca oğlan gəldiyini görmüĢdü. Utandığından
ağlaya – ağlaya evə qaçmıĢdı ki, qonĢular bilməsin.
Mehdi isə zavallı qızı döyərək, onun bilə - bilə
məhəlləyə oğlan gətirdiyini boynuna qoyub, çölə
qovmuĢdu. Bu hadisədən sonra Əminə özünə qəsd
etmək də istəmiĢdi. Onsuz da Mehdiyə görə qon-
Ģular onlara yaxĢı baxmır, ünsiyyətdən qaçırdılar.
Kimi inandırmaq olardı ki, Əminənin həmin gələn
oğlandan xəbəri yoxdu. Bu kimi hallarda anası Nisə
də Mehdiyə təsir edə bilməzdi. Əgər ağzını açıb,
qızını müdafiə edərdisə, fərsiz oğul: - Sən də, qızın
da bütün günü məktəb kaldorlarında yerə əyilib,
süpürmək bəhanəsiylə özünüzə kiĢi axtarırsınız. Bir
– birinizin yanında zibiliniz var ki, ona görə də
qancıq qızını müdafiə edirsən. Ġkiniz də küçə
fahiĢələrisiniz, – deyib vicdansızcasına anaya əl də
A L D A D I L M I Ş Ə R
85
qaldıra bilirdi. Odur ki, Nisə də susub, dözürdü.
Dözməyib nə edə bilərdi ki?.. Bir nəfər qohum –
qardaĢ Mehdinin əlindən get – gəl edə bilmirdi.
Hamı ilə münasibətlər kəsilmiĢdi. Polisə də Ģikayət
edə bilməzdi. Bu halda da Mehdini yaxalayıb,
həbsə alacaqdılar, bu da zavallı anaya bir dərd
olacaqdı. Amma belə də davam etməyəcəkdi. Bu
rəzalətin bir sonu olmalıydı.
* * *
Əminə həyatının ən xoĢbəxt anlarını yaĢayırdı.
Elə bil bütün dünyanı ona bağıĢlamıĢdılar. Onun
sevincinin hədd – hüdudu yox idi. O, ilk dəfəydi ki,
sevincini təbiətlə paylaĢıb, sakitləĢməmiĢ, anası ilə
də bölüĢmək, paylaĢmaq istəyirdi. Bəlkə, zavallı
qadının da ürəyi sevinər, nurlu simasına təbəssüm
qonar, rahat nəfəs alardı.
Bir neçə ay bundan öncə Əminənin iĢ yoldaĢı
Nahidənin oğlu Etibar anasını iĢdən evə aparanda,
onu görüb, bir könüldən – min könülə aĢiq
olmuĢdu. Belə gözəl qızın nədən məktəbdə xadimə
iĢlədiyini öyrənib, onunla maraqlanmıĢdı. Nahi-
dənin isə Əminənin acı taleyindən oğluna danıĢıb,
onu hər Ģeydən xəbərdar etmiĢdi. Beləcə, Etibar bir
Z A U R
86
neçə vaxt məktəbə - anasının yanına gəlmək
bəhanəsiylə gələrək, Əminəyə göz qoymuĢ, bir
daha da necə tərbiyyəli, baĢıaĢağı bir qız olduğunun
Ģahidi olmuĢdu. Daha sonra isə elə anasının kömək-
liyilə onlar yaxından tanıĢ olub, söhbətləĢmiĢdilər
də. Əminənin bu yaĢına kimi həyatında heç bir
oğlan olmadığı üçün tez bir zamanda Etibara öy-
rənmiĢ, oğlanın özünə etiraf etməsə də, artıq onu
sevməyə baĢlamıĢdı. Artıq anlayırdı ki, həyatda
təbiətlə yanaĢı, hansısa insanı da sevib, könül
vermək olar. Bu onun öz – özü üçün etdiyi bir kəĢf
idi.
Əminənin Etibarı tez bir zamanda sevməsinin
baĢlıca səbəblərindən biri də onun çox
mədəniyyətli, qanacaqlı, onu olduğu kimi qəbul
etdən oğlan olmasından irəli gəlirdi.
Etibar evin tək oğluydu. Hərbi xidmətini yenicə
baĢa vurub, geri dönmüĢdü. Atası Ģəhərdə hansısa
firmada məhsul vəzifələrdən birində çalıĢırdı.
Anası da ki, Əminə iĢlədiyi məktəbin təsərüffat
iĢləri üzrə direktor müaviniydi. BaĢqa ailə olsaydı
oğlunun xadimə bir qızla ailə həyatı qurmasına
mane olardı. Lakin Nahidə bunların fərqinə var-
mayıb, onun necə qanacaqlı bir qız olduğuna, öz
alın təriylə pul qazandığına görə oğluyla Əminənin
A L D A D I L M I Ş Ə R
87
arasında yaranmıĢ sevgidə həm ana, həm də bir
vasitəçi rolu oynamıĢdı. Elə bu gün də Nahidə iĢdə
Əminəyə yaxınlaĢıb: - Qızım, sən bu günlük iĢi
burax, mən sənə icazə verirəm. Onsuz da bir azdan
burda iĢləməyəcəksən. Ged evə, anana xəbər et ki,
bu gün bizim kiĢiylə sizə gəlib, bir stəkan Ģirin
çayınızı içmək istəyirik, – deyib qızın kövrək, qırıq
qəlbini sevindirmiĢ, daha sonra: - Ġndiysə çıx,
Etibar səni məktəbin həyətində gözləyir. Bəlkə,
danıĢacağınız sözünüz – söhbətiniz var... – deyə,
əlavə etmiĢdi.
Əminə Nahidəyə söhbətini bitirəndən dərhal
sonra hazırlaĢıb, iĢdən çıxxmıĢ, Etibarla məktəbin
bağçasındakı oturacaqda əyləĢərək, söhbətləĢ-
miĢdilər. HəmiĢəki kimi bu gün də Əminənin
onunla danıĢarkən al – qırmızı yanaqları daha da
qızarıb, bozarmıĢdı. Bu dəfə Əminə Etibardan çox
göydə cəh – cəh vuran quĢların səsinə qulaq as-
mıĢdı. Onların da onun xoĢbəxt anlarını duyub, se-
vindiklərini hiss etmiĢdi. Ağacların tər yar-
paqlarının xıĢıltısı həmiĢəkindən daha fərqli olaraq
duyulur, qızılgül kollarının xoĢ ətri həmiĢəkindən
daha da gözəl hiss edilirdi. Elə bil təbiətdə
Əminənin bu xoĢ gününə sevinib, Ģadlıq edirdi.
Z A U R
88
- Yəqin, anam sənə dedi. Mən çox xoĢbəxtəm.
Ona görə xoĢbəxtəm ki, sənin kimi qızla tanıĢ
oldum, seni sevdim və səninlə ailə həyatı qurmağa
hazırlaĢıram. – deyib, Etibar Əminənin susduğunu
görüb, təəcüblə soruĢmuĢdu: - Canım, məgər sən
məni sevmirsənmi?..
Əminə gözlərindən axan yaĢ damcılarını silib,
utancaq halda: - Bilirsən necədi, sən hələ mənim
qardaĢımın xasiyətin bilmirsən. Mən çox qorxuram
ki, o, bu iĢə mane olsun. Əgər belə bir Ģey olsa, nə
mən, nə də ki, anam ona bir söz deyə bilməyəcəyik.
– deyib, narahatlıq dolu baxıĢlarla gözlərini yerdə
səf – səf düzülən qızılgül kollarına dikmiĢ, sanki
Etibarla yox, onlarla danıĢır, onlardan nəsə cavab
gözləyir, məsləhət almaq istəyirdi.
- Əminə, sən ürəyini sıxma. Hər Ģey Allahın kö-
məyliyilə yaxĢı olacaq. Mehdiyə gəldikdə, o, sənin
doğmaca qardaĢındı. Ġnanmıram ki, sənin
xoĢbəxtliyini istəməsin. O, içəndi, söyəndi, hər
nədisə, sənin ata əvəzindi. AxĢam onun da evdə
olub, bu iĢə razılıq verməsi yaxĢı olardı. Sən özün
də görəcəksən ki, hər Ģey necə də gözləmədiyin
kimi gözəl olacaq...
Etibarın Mehdi haqqında adı kimi inandırıcı
danıĢması
Əminənin
qəlbinin
dərinliyində
A L D A D I L M I Ş Ə R
89
qardaĢına qarĢı olan kin – küdurəti yox etmiĢdi. Elə
bu əhval – ruhiyyə ilə də Əminə evə daxil olub,
anasının mətbəxdə yemək hazırladığını görüb,
sevincək:
- Ana can! – deyib, onun boynuna sarıldı.
Nisə qızının hərəkətindən təəccüblənərək, yataq
otağına sarı boylanıb: - Qızım, sakit ol! Mehdi
yatıb, səsindən oyanacaq indi, – deyib: - Dur qızım,
de görüm, nə olub sənə?!
- Narahat olma ana can! Mehdi də oyanırsa,
oyansın. Səndən də, məndən də çox o sevinəcək.
Nisə qızının əllərindən ana qayğısı ilə tutub,
onu mətbəxdəki stulların birində oturdub, pıçıltı ilə
soruĢdu:
- Mənim balam, de görüm nə olub axı, ürəyimi
çəkmə daha?!
Nisənin qızının Etibarla olan münasibətindən
azdan – çoxdan xəbəri vardı. Lakin məsələnin bu
qədər tez alınacağına, onun da evindən “Vağzalı”
səsi gələcəyinə, qızını ağ gəlinlikdə ər evinə
köçürəcəyinə həyatda inanmazdı. Ona əvvəllər elə
gəlirdi ki, Etibar məhəlləyə gəlib, onların ailəsi
haqqında maraqlansa, Mehdinin necə insan
olduğunu bilsə, dərhal da geri çəkiləcəkdi. Amma
indi Əminə olanları ona danıĢandan sonra zavallı
Z A U R
90
ananın sevincinin hədd – hüdudu yoxuydu. Bu
yaraĢıqsız, təm – təraqsız, nəmiĢlik iyi gələn evi
ona saray kimi görünür, sevincindən bir yerdə qərar
tuta bilmirdi. Qanadlanıb, uçamaq istəyirdi. Bu gün
onun da qapısını açıb, qızını istəyəcəkdilər. O, bir
anlığa yoldaĢı Qulamı xatırladı. Qəlbinin dərin-
liyindəki ağrı, sızı gözlərindən yanaqlarına yaĢ
damızdırdı: - KaĢ, o da sağ olaydı, bu günkü gündə
baĢımızın üstündə olub, öz xeyir – duasını verəydi,
– deyib xəyal edirdi ki, birdən Mehdi mətbəxə
daxil olub, bağırdı:
- Nə edirsiniz burda, nə pıçıldaĢırsınız?!
Əminə gülər üzlə ona yaxınlaĢıb: - QardaĢım,
bax, sənə bir Ģad xəbər verəcəyik, çox
sevinəcəksən. Bu gün mənə elçi gəlir, – deyən kimi
Mehdi zavallı qızın sifətinə bir sillə vurub:
- FahiĢələr, tin – bucaqlarda etdikləriniz bəs ol-
madı, indi də evə kiĢi soxmaq isdiyirsüz?.. Mən sizi
öldürməyim, nə edim, papağımı yerə soxmusu-
nuz?! – deyib Əminənin saçından tutub, silkələyib
divara vurmaq istəyəndə, əlləri boĢalaraq,
Əminənin saçları əlindən çıxıb, arxaya – anasına
sarı çevrilib: - Qancığ, məni vurdun. – deyə bildi.
Nisə əlində övladının qanı ilə bulanmıĢ bıçağı
yerə atıb, ağlaya – ağlaya: - Yetər, yetər səndən
A L D A D I L M I Ş Ə R
91
çəkdiklərimiz! Sonunda məni övlad qatili də etdin.
Səni vicdansız övlad!.. – deyib, dizlərini yerə atıb,
fəryad etdi.
Əminə anasının çiyinlərindən yumĢaq tərzdə
tutaraq, gözlərindən yaĢ süzülə - süzülə: - Ana, sən
nə etdin? – deyə bildi.
Nisə qızının xoĢbəxtliyinə görə Mehdini bı-
çaqla vurmuĢdu. Bundan sonrakı həyatını həbsxana
divarları arasında keçirməli olacaqdı...
* * *
Soyuq və küləkli bir qıĢ günüydü. Ağaclar
soyunmuĢ, güllər solmuĢ, yaĢıl otlar saralıb, qu-
rumuĢ, quĢlar isə qatarlanıb uçub, isti məmləkətlərə
köçmüçdülər. Günün günorta çağı olmasına baxma-
yaraq, səmanı qara buludlar örtüb, ildırım çaxaraq,
ətrafa qığılcımlı iĢıq saçırdı. Deyəsən, güclü yağıĢ
yağacaqdı. Təbiətin belə Ģıltaq vaxtında evdən çölə
çıxmasan belə, evdəki pəncərələrin ĢüĢələrini
silkələyən küləyin vıyıltılı səsi adamın ürəyini
vahimələndirirdi.
Əminəgilin evində əməllicə süfrə açılmıĢdı.
Masanın ətrafında yad adamlar yox idi: Əminə,
onun həyat yoldaĢı Etibar, qaynanası, qaynatası və
Z A U R
92
Nisə vardı. Elə bu ziyafət də qızının xoĢbəxt-
liyindən yana ömrünün bir neçə ilini dəmir bar-
maqlıqlar arasında keçirən, fədakar ana – Nisənin
həbsxanadan azad olması münasibətiylə təĢkil
edilmiĢdi.
Nisə bu illər ərzində xeyli qocalıb, üzündə,
gözlərinin altında qırıĢlar əmələ gəlmiĢdi. O, indi
çox sevinirdi. Sevinirdi ki, bu illər ərzində hər Ģey
yaxĢılığa doğru irəliləmiĢdi. Əminə ailə həyatı
qurub, bir oğlan övladı da vardı. Yeganə ananın
qəlbini sıxan, ağrıdan oğlu Mehdinin müəmmalı
taleyi idi. O vaxtki hadisədən sonra Mehdi yoxa
çıxmıĢdı. Bıçaq ayağının bud nahiyəsindən dəy-
diyindən təcili xəstəxanaya çatdırılıb və orada
müalicə olunandan sonra qaçıb getmiĢdi. O gündən
bu günə xəbər - ətər də yoxdu. Ġndi zavallı Nisə bir
fərsiz oğlundan nigaranıydı, bir də hələ üzünü
görmədiyi nəvəsindən...
- Ay oğul, harda qalmıĢdın, gəl çıx da!.. Bax,
nənən də gəlib çıxdı. Elə həmiĢə soruĢurdun ki,
mənim anamın anası nə vaxt gələcək, budur bax,
gəldi, – deyib, Nahidə yaĢından xeyli qoca görünən
Nisəni balaca Elvinə göstərdi.
Nisə stuldan ayağa qalxıb, dizlərinin üstündə
yerə oturub, uĢağı qucaqlayıb, hönkürdü.
A L D A D I L M I Ş Ə R
93
- Mən bilməzdim ki, bu qədər qəĢəng nəvəm
ola bilər. – deyib, Nisə yerdən qalxıb, Elvini də
qucağında otuzdurdu. UĢaq da nənəsiylə elə
mehriban davranırdı ki, elə bil, bu yaĢlı qadını
əvvəldən görüb, tanıyırdı.
Elvin sakitcə nənəsinin qucağından sürüĢərək,
atasının yanına getdi. Pıçıltıyla:
- Ata, dərsdən gələndə bizim məhəllənin
yanında bir kiĢi oturmuĢdu. ÜĢüyə - üĢüyə gəlib –
gedənlərdən yalvarıb, çörək pulu dilənirdi. Bayaq
qonĢumuz Aslan əmi də onu söyüb qovladı, amma
yazıq titrədiyindən yerindən tərpənmədi. – deyib,
anasına baxdı.
Etibar, Əminəyə müraciətlə dedi:
- Süfrədə nə var hərəsindən bir salafana doldur,
ver uĢağa aparsın.
Bunu eĢidən Etibarın atası QaraĢ kiĢi nə
olduğunu oğlundan öyrəndi. Etibarı dinməyə imkan
verməyən Elvin dərhal bayaq atasına danıĢdıqlarını
babasına da danıĢdı. UĢaq tələsirdi ki, həmin kiĢiyə
nəsə yaxĢılıq etsin.
Elvinin dilənçi kiĢidən bu qədər ürək ağrısıyla
danıĢması evdəkiləri də kövrəltdi. Hətta aclığın nə
olduğunu bilən Nisənin gözlərindən yaĢ da süzüldü.
Bunu görən QaraĢ kiĢi nəvəsinə:
Z A U R
94
- Ay oğul, get, həmin kiĢini çağır gəlsin bura.
Yeməkdən – zaddan yeyib, gedər. Qoy, biz də bir
savab iĢ görək də...
UĢaq babasının sözlərini eĢidib, çox sevindi.
Hətta sevindiyindən gödəkçəsini belə geymədən,
evdən çıxıb, qaçdı ki, kiĢini gətirib, gəlsin. Əminə
uĢağın arxasınca: - Elvin, hava soyuqdu, qayıt,
əyninə bir Ģey gey. – desə də, Elvin xeyli aralandı-
ğından anasının səsini eĢitmədi.
Əminə anasıyla yanaĢı oturmuĢdu. Qayna-
nasıgilin yanında illərdir ki, həsrətiylə alıĢıb –
yandığı anasına rahatca sarılıb, ürək dolusu ağlaya
bilmir, utanırdı. Elə bil, bu illər ana ilə balanı da bir
–birindən soyutmuĢ, onları yad insan etmiĢdi.
Amma buna baxmayaraq, Nisə qırıĢmıĢ, titrək əlləri
ilə övladının hamar, saçlarını oxĢayırdı. Elə bu an
qapı açıldı. Dəhlizdən : - Gəl, gəl dayı, narahat
olma. Babam özü səni çağırıb, – deyən Elvinin səsi
eĢidildi.
UĢaq zahirən çox yaĢlı görünən, uzun dağınıq
saçlı, saqqalı, bir ayağı da ağsaq kiĢini içəri dəvət
etdi. QaraĢ kiĢi ayağa qalxaraq: - XoĢ gəlmisiniz!
Çəkinməyin, burda yad adam yoxdu. Elə
özümüzkilərdi, keçin içəri, – deyib, üst – baĢı
çirkab olan bu kiĢiyə oturmağa yer göstərdi.
A L D A D I L M I Ş Ə R
95
KiĢi baĢını qaldırıb: “Çox sağ olun!” demək
istəyirdi ki, susub durdu. O, hamını tanıdı. Onu da
hamı tanıdı. Bu kiĢi o xoĢagəlməz hadisədən sonra
yoxa çıxan Nisənin oğlu, Əminənin qardaĢı, El-
vinin dayısı Mehdi idi. O, bu müddət ərzində xeyli
qocalsa da, üzünü saqqal bürüsə də, gözlərindən
tanındı. Bu anda elə bil nigaran ananın qəlbinə su
səpdilər...
22 Noyabr 2008,
Bakı şəhəri
Z A U R
96
BOZ DOVŞAN
Telman aram - aram addımlayaraq, yoluna
davam edirdi. Aramla addımlamasına baxmayaraq,
hər addımında qalxan toz onun par-par parıldayan
ayaqqabısının parıltısını itirir, qara Ģalvarının
ətəklərinə ağ ləkələr salırdı.
Yayın bu cırha - cırında, gündüzün günorta
çağında Telman bazara doğru gedirdi. O, yol boyu
baĢını qaldırıb önünə də baxa bilmirdi. Gözlərini
yerə dikib, hər addımında istidən ovxalanıb, hər
təmasdan “hürküb” ətrafa səpələnən torpağa baxa -
baxa addımlayırdı. Bu yol onu qəsəbənin bazarına
doğru aparırdı, lakin Telman baĢını yerə
dikdiyindən, bu yolun onu hara apardığının fərqinə
belə varmırdı. Onun ağlında yalnız və yalnız evdə
onun yolunu həsrətlə gözləyən hamilə yoldaĢının
istədiyini tapıb, ona çatdırmaq idi. Həlimə durub –
durub, dovĢan əti istəmiĢdi. Telman da ilk öncə
qonĢuluqda yaĢayan, dovĢan saxlayan Səfərgilə
getmiĢ, utana - utana məsələni ona anlatmıĢ, bircə
dənə dovĢan istəmiĢdi. Səfər də utanmaz - utanmaz
Telmana elə qiymət demiĢdi ki, həmin qiymətə bir
A L D A D I L M I Ş Ə R
97
yox, bir neçə dovĢan almaq olardı. Qiymətin nə
qədər baha olmasına baxmayaraq, Telman dovĢanı
alardı, lakin cibində Səfərin dediyi qiymətin yarısı-
nın, yarısı da yox idi. O, Səfərə yalvarıb – yaxar-
mıĢdı ki, dovĢanı versin, bir həftəyə pulunu tapıb,
verər. Səfər isə:- QardaĢ, nisyə girməz kisəyə, –
deyərək, həyətin darvazasını açıb, - XoĢ gəldin! –
deyib, Telmanı həyətdən çıxarmıĢ, darvazanı bərk
çırparaq, onun arxasıycan donquldanmıĢdı:
- Pulun yoxdusa bəs, niyə onda məni narahat
edirsən. Hələ mən bir qırağa qalım, hinə girib,
heyvanları da hürküdürsən. Həyatda nə qəribə
insanlar var ey...
Telman
bu
sözləri eĢitdisə də özünü
eĢitməməzliyə qoyub: “Nəhlət sənə kor Ģeytan!” –
deyib, yoluna davam etmiĢdi.
O, Səfərgildən çıxıb, yenə də qonĢuluqda
yaĢayan Əkrəmgilə getmiĢdi. Əkrəm də onu görcək
xoĢ - beĢ edib, məsələni dinləyib: - “DovĢan sənə
qurbandır. Biz gor qonĢularıyıq,” – deyərək,
həyətdən yaxĢıca ətli, canlı dovĢanın qulaqlarından
tutub Telmana uzatmıĢ, sonradan onun üzərində
pulunun olmadığını bilincə, dovĢanı əlindən alıb,
qapını açıb, onu çölə çıxarmıĢdı.
Z A U R
98
Beləcə, Telman qapı – qapı gəzib, axır ki,
yaĢadığı qəsəbənin bazarına gəlib çatmıĢdı.
Bazarda var - gəl edib, dovĢan axtarırdı, bəlkə,
bəlkə cibindəki pulun dəyərində bir dovĢan tapdı.
BaĢqa vaxt bu bazarda o qədər dovĢan satan olardı
ki, hərəsinin əlində beĢ - altı dovĢan, su qiymətinə
də olsa, satmağa razıydılar. Bu gün elə bil
tərslikdən Telman bazarı ələk - vələk etsə də bir
nəfər belə olsa, dovĢan satana rast gəlməmiĢdi.
Telman köynəyinin altından tər bədəninə axa - axa,
bazarın ala qapısının ağzında dayanıb, cibindən bir
papiros çıxarıb, dodaqlarının arasına alıb, alıĢdırıb,
sümürərək, düĢünürdü. DüĢünürdü ki, nə etsin ki,
evə əliboĢ dönməsin.
O, yoldaĢı ilə altı ay idi ki, bir - birlərini sevib,
ailə həyatı qurmuĢdular. Bu günə qədər Həlimə nə
istəmiĢdisə, Telman onun istəyini yerinə yetirməyə
çalıĢmıĢdı. Bu gün ilk dəfəydi ki, o, çarəsiz
qalmıĢdı. Evə necə dönəcəyi, yoldaĢının üzünə
necə baxacağı haqda düĢünürdü ki, birdən ağlına
nəysə yeni fikir gəlmiĢ kimi öz – özünə: - “Bu gün
gecə, Səfərin həyətinə girib, bir dovĢan
oğurlayacam, baĢqa əlac yoxdu!” – deyərək,
papirosundan sümürərək ağlında oğurluğun planını
çəkmək istəyirdi ki, öz – özünə: - “Yox, bu iĢ
|