Rus dilində olan müəssisə adları da tərcümə edilmir, transkripsiya olunur (praktik transkripsiya). Düzdür, ayrı-ayrı hallarda şirkətin adının tərcüməsini mötərizədə vermək olar. Bundan başqa, diqqət yetirin ki, rus şirkət adlarının tərcüməsində dırnaq işarəsi qoyulmur.
Məsələn: «Вертолеты Беларуси» - Vertolety Belarusi və ya Vertolety Belarusi (Helicopters of Belarus)
OAO «Topaz» - OAO Topaz
Xarici müəssisə və təşkilatların adları bir qayda olaraq Azərbaycan dilinə tərcümə edilir. Müəssisə və təşkilatların adlarının tərcüməsində adətən bunların Azərbaycan dilində olan ekvivalentlərindən istifadə edilir.
Müəssisə və təşkilatların adlarında ancaq birinci söz və xüsusi adlar böyük hərflə yazılır.
Məsələn: United Nations Organization – Birləşmiş Millətlər Təşkilatı
Xarici jurnal və qəzetlərin adları tərcümə mətnində orijinal yazıda olduğu kimi saxlanılır və dırnaq içərisində göstərilir. Bu zaman orijinal mətnin dilinə aid baş və sətri hərflərin istifadə olunması qaydalarına əməl edilməlidir. Biblioqrafik sitatlarda və ədəbiyyatın siyahısında bu adlar dırnaq işarəsi olmadan istifadə edilir.