Tərcümədə ay sözlə, il isə, tam şəkildə göstərilməlidir.
Məsələn: Azərbaycan dilində olan orijinal sənəddə tarix 25.08.2011-ci il olaraq göstərilib. İngilis dilinə tərcümədə isə, həmin tarix belə yazılmalıdır: August 25, 2011.
Həmçinin, tarixin yazılma formasına da əməl edilməlidir, yəni orijinal sənəddə ay sözlə yazılıbsa, tərcümədə onu sıra sayı ilə göstərmək olmaz.
Məsələn: ingilis dilində olan orijinal sənəddə tarix August 25, 2011 olaraq göstərilib. Azərbaycan dilinə tərcümədə tarix belə olacaq: 25 avqust 2011-ci il.