Yazılı işgüzar kommunikasiya zamanı nizamnamə, vəkalətnamə, etibarnamə, əqd, ezamiyyə vərəqi, təlimat və s sənədlərin tərtibi



Yüklə 49,1 Kb.
səhifə15/35
tarix15.04.2022
ölçüsü49,1 Kb.
#55529
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
UNEC 1649913455.docx (1)

A. Etibarnamənin mahiyyəti – Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnamə alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən icra edə bilmədikdə etibar edənə mütləq məlumat verilməlidir.

B. Etibarnamənin məzmunu – Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir: konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna “birdəfəlik etibarnamə” deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu da “birdəfəlik etibarnamə” adlanır. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj iqtisad məhkəməsində etibar edilən etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını – mənafeyini qoruyur. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir. Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.


Yüklə 49,1 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin