20.06.2016
VƏTƏN HƏR BİR YERDİ
Vətəndir -fərqi yox kənddir, şəhərdir,
Qarabağ çırpınır hicran əlində.
Vətənin bir yanı mavi Xəzərdir,
Vətənin bir yanı düşmən əlində.
O, Şuşa, Ağdərə,Ağdaş, Zəngilan,
Xocavənd, Xankəndi, Xocalı vardı.
O, səni gözləyir vətəndaş, oyan,
Soruşdun nə dərdi, nə halı vardı ?
Oturub düşünsən bir az dərindən
Vətən Azərbaycanda həryan,həryerdi,
Bu qədər dəyərsiz idisə Vətən,
Mübariz nə üçün canını verdi ?!
PƏLTƏK
Ey Kəlbeyi Sərvər, sənin ad-sanuvatüf-tüf !
Millətdə deyir: “dövr deyən qanuvatüf-tüf” !
EtdinMəşədi Qurbana, Hacı Eldara,
Tüpürüm o haram pullara, ehsanuvatüf-tüf.
Fəqir-füqəranın malına bais olursan,
Ləzzətlə yığırsan ha belə yanuvatüf-tüf!
Dörd santimetrlik qara saqqaluvaöhhö,
Yoxdur imanın, olsada imanuvatüf-tüf !
Sən hər gecə işrətdəsənsəbr el ifritəsiylə,
Heç olmayan ol qeyrəti-vicdanuvatüf-tüf !
Tüm bunları sən həqq sayırsansa qoy eləyək:
“Haqq” uğruna sərf eylədiyin canuvatüf-tüf.
Əkrəm, elə bir söz deki millət deməsin ta:
“Lənət a vətən,böyləqəzəlxanuvatüf-tüf”
Dostları ilə paylaş: |