Qeyd: *Delən- Deşilən
14.12.2016
Saat: 17:15
ETMİSƏN ÖMRÜ HƏDƏR
Var əgər pul-para, sən qonşunda,
Yaxarıb, yalvarasan qarşında,
Sənə məcbur deyil adəm olasan,
Əyilib öylə qəddi xəm olasan.
Satasan olmayan ol qeyrətini,
Arını, ismətini, iffətini,
Bu üsulla ki, qazandın hörmət,
Tökülər başına pul, var-dövlət,
Bu hesabla qazanarsan nə qədər
“Zato” bil etməmisən ömrü hədər.
Yada, aç orta, kiçik bir mağaza,
Yaz: “ucuzluq satıram” bir kağıza,
Elə ki, satdın ucuz, müştərilər,
Hər tərəfdən sənə tək göndərilər,
Elə tərəzidəhər bir biclik,
Mal alan göstərəcəkdir giclik.
Yetmişi döndərib et əlli qram,
Çəkmə fikrin nə halaldır,nə haram.
Bu hesabla qazanarsan nə qədər,
“Zato” bil etməmisən ömrü hədər.
Yada gir alverə sən qat başını,
Yaxın etmə qohumu, qardaşını.
Vermə heç bir kəsə mal,zad nisyə,
Satdığınınqiymətin vur ikiyə,
Həzərat, tazədirnar, alma, banan
Bunu de , ol hamıtək haqqı danan.
Meyvənin ən çürüyün sat xalqa,
İkiqat qiymət ilə “at” xalqa.
Bu hesabla qazanarsan nə qədər,
“Zato” bil etməmisən ömrü hədər.
Yada ki, qəssab ol, lap olsa çətin,
Xalqa sat eşşək ətin, həm at ətin.
Qiymətin endirəsən beş manata,
Buna şükr et, satırsan camaata.
Kim əgər aldı səndən üç kilo ət,
Üstünə tök sümüyü bir-iki səbət.
Qarışdırıb it ətiylə at ətini,
Milləti xam elə, tez sat ətini.
Bu hesabla qazanarsan nə qədər,
“Zato” bil etməmisən ömrü hədər.
Dostları ilə paylaş: |