23.12.2016
UTAN
Hamını təkfir edirsən, nə sanırsan,utanəə... !
Deyəsən həzrəti-Allahı danırsan, utanəə... !
Səcdəyə gəlməyə vaxt tapmadın Allahına sən,
İblisin ammaqarşısında sınırsan, utanəə...
Şəkk edirsən müqəddəs Qurana, peyğəmbərə sən,
Çün bu dindən, bu imandan nə qanırsan, utanəə...
Niyə inanmadın nazil olan Kitabımıza?
Küfr edirsən vəgünaha bulanırsan, utanəə...
Danıb imamı və peyğəmbəri yan çevrildin,
Gavurun dininə heyhat, inanırsan, utanəə...
Qanın iblis qanıdır, küfr ilə bir yoğruldun,
Rəbbin sevmədiyi rəngə boyanırsan, utanəə...
Bağlanıb Allaha Əkrəm, demə Məcnun kimidir !
Ona heç lağ eləməkdən utanırsan,utanəə...?!
Dostları ilə paylaş: |