26.01.2017
Saat: 15:20
BU HƏYAT
Sən hər nə qədər istəsən ey yar, can
Qurban edərəm, təki sən ver fərman.
Bir kəlmənə mən yandıraram dünyanı,
Dəryada hətta qərq edərəm səhranı,
Sonra buza döndərərəm həmin dəryanı,
Səndə məni sev, eylə xəcil Leylanı,
Canımolagər dərdlərinin dərmanı
Sözsüz verərəm mən sənə qurban canı.
Dünyanı tutub qoymaram ki, fırlansın,
Həm endirərəm günəşi, dünya yansın,
Aləmi-bəşər kimliyini ey yar, qansın,
Təzim eləsin, qoy səniRəhman sansın,
Kim səcdə edərsə sənə var imanı,
Kim ki, səni inkar etsə, çıxsın canı.
Canan, sənə bil ki, ürəyimdir mənzil,
Sən qəlbimə, qəlbim sənə etmiş nail,
Uğrunda candan keçər Əkrəm Aqil,
Ey yar, can almamışdan ol əzrail,
Əmr eylə ki, uğrunda töküm mən qanı,
Yolunda fəda eyləyərəm bu canı.
Dostları ilə paylaş: |