15.10.2016
SEVGİLİM
Gördüm o gözündən axıdır göz yaşını
Yolmuş o gözəl yar necə saçın, başını?
Sordum səni kim incidib ey gül, söylə,
İşarə edib o göstərdi qardaşını.
Çün qəm çəkirəm sevgili afət getdi,
Yar verdi mənə dərdi-qəm, həsrət getdi.
Ey yar,heyiflər olsun ötən anlarıma,
Baş verdi ayrılıq və məhəbbət, getdi.
Ey yar, ölürəm sən yanıma gəlmirsən,
Dərdi-qəm mənim olmuş amma heç bilmirsən.
Bildinmi nəyə dözmür ürəyim, ey yar ?
Sel kimi axan göz yaşımı silmirsən.
Yar qoydu məni qəm dolu bir aləmdə,
Qaldım yenədə mən o gözəlsiz dəmdə.
Hər kəs axı ey gül, səninheyranındır
Odur ki, ahu -fəğan içrədir bu Əkrəmdə.
Dostları ilə paylaş: |