03.03.2017
Saat: 16:34
GETDİ
Nə cüda eylədi Allah nigarım getdi,
Ol zənəxdanı-ziba, zər ilə varım getdi.
Ahü-əfqan elədim, baxmadı bir dəfə mənə,
Üzünü yanə çəkib, alma üzarım getdi.
Zənəxdanında imiş dərdə zülalın çahı,
Alıb ol sərvəti, kəndi ilə yarım getdi.
Ləblərin qədəhində busə ola “getmə” dedim,
Fəsli-qəm bəxş dəyib fəsli harun getdi.
Aqil, artdıqca da artar qübar, yar getsə,
Mən nə cür aşiqəm zülfi-xumarım getdi ?
16.03.2017
Saat: 21:40
DİALOQ
O deyir: “Ver yeyim, ört yatım” salıb dərd-sərə,
Sənin axır əlindən anan da gəldiçərə.
Səni olmaz ki,doyurmaq,düşəcəm mən zərərə,
Evdə qaldın və əlin yetmir heç xeyirə şərə.
Qonşumuz tapıb birin zibilə salıb getdi ərə,
Səndə çək hiylə, niqab al, ona oxşar, ərə get,
Səndən əlbəttə mənim bir diləyim var, ərə get!
Nədir axmaq qızı, gətirdin bizi zarə,qızım,
Baş alıb bəs biz əlindən gedəlimharə, qızım,
Deyilmi istədiyin məgər pul və parə, qızım?
Başına daş düşə, etdin gününü qarə, qızım,
İndi bir dövri-zaman, yox ehtiyac ara qızım,
Səndə əzəldən elə yox həya, ar, ərə get,
Səndən əlbəttə bir diləyim var, ərə get!
QIZ:
De, məgər evdə qalıb mən sənə verirəm zərər ?
Şükür Allaha başım dinidi, neynirəm mən əri,
Açıram tənə ilə, töhmət ilə hər səhəri.
Nə dedin sən hələ axmaq qızı axmaq gəbəri,
Atacan, etməginən sən bu qızından həzəri,
Nədi,nolub, nə edirsən məni vadar, ərə get,
Mənim evdə qalmağımdan nə ziyan var, ərə get!
Övrət, əql etməmişik bir qızımız yanmalıdır
Necə qıymış ata-anasınıodlamalıdır,
Soruşarkən hara getdi, niyə söz donmalıdır?
Daha dövran dəyişibdir, bunu el qanmalıdır.
Əşi, bir qan, nə qədər hər gecə bu olmalıdır
Restoran, həm kafe, həm diskoya, həm də bara get.
Qızım, hər yoldan ötən kəs mənə min tənə vurur
Və yalandan danışır, sənin də babalı yuyur.
Daha sınmışdır əlində olansəbrdözüm, qürur,
Fikirləş, azda olsa yəqin səndə vardı şüur,
Qapı qonşu danışır hər gecə qeybəti qırır,
Yığışıb millət edər ömrünü çox dar, ərə get!
Dostları ilə paylaş: |