Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə30/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   49
Qısa ömürüm

12.09.2016
AYÜZLÜ
Gözəlim, səndə həya var, həmi var ar, ismət,

Xəcil oldu görərək huri-mələklər ədəbin.


Təki bir “hə” de, bu dünyanı edim darmadağın,

Varsa ey gül, hazıram - başqa bir əmrin, tələbin ?


Bütün aləm sənin olmuş, sənə qurban onsuz -

Qaşqabaq tökməginən yox bir nəticə, səbəbin.


Yenə zülfün dolaşıbdır sənin ol ay üzünə,

Çək ki, dərhal öpüm ey mah, o yanağın və ləbin.


Səni vəsf eyləsəm də yoxdu məndə aqillik,

Bu səbəb götürmüşəm Natiq Aqilin ləqəbin.


13.09.2016

YADA SAL
Məni duydum, arayıb sən də soraq eyləmisən,

Mənə təəccüblü gəlir sən nə maraq eyləmisən ?

Məni indi gözəlim, yox yeri axtarmağının,

Saçımın qarələrin çünki, dümağ eyləmisən.


Yadına sal, mənə çəkdirdiyin eşqin əzabın,

Əbədiyyən mənə bir yarə vurub iztirabın.

Sual etdim sənə: hər dəfə “ məni sevmirsən ?”

Gözləməzdim ki, alaram gözəlin “yox” cavabın.


Məni fikrin gecə-gündüz salıbdır dərdə, gülüm,

Sanki, ağ gündüzümə çəkdi qara pərdə, gülüm,

Dərdimi heç kəsə mən söyləmirəm dərdə düşər

Məni dədn edəcəklər dərd ilə bir yerdə, gülüm.


Mənə vaxt vardı dedin: “Heç zaman ayrılmayacıq”,

Və bizi yoxdu bir ayrı salan, ayrılmayacıq.

Məni şeytan kimi saldın tora, inandırdın,

Gecə-gündüz belə etdim güman ayrılmayacıq.


Yenə düşsün yerə yağmur çətirindən, gözəlim,

Yenə mən qoxlayıb doymayım ətrindən, gözəlim,

O zamanlar görünərdi sənin ismin yalnız

Yazdığım şeirimin hər bir sətirindən, gözəlim.


Səbəbi yox məni sən boş yerə cünxar elədin,

Dübarə yarələnən qəlbi nə cür yarələdin ?

Hələ də mən bu fikirlə, bu gümanla yatıram.

Məni o, göz-qaşın ilə necə huşyar elədin ?


Mənə zövq ilə sən işgəncəni çəkdirdiyini,

Hər gecə zülm ilə göz yaşımı tökdürdüyünü,

Unutmaram bunu, ölsəm də belə, ey qəddar,

Sənə yalvarmaq üçün önündə çökdürdüyünü.


İndi sən çəkirsən eşq dəminin həsrətini ,

Sənin üçün yanan hər gün şəminin həsrətini.

Necə ki, mən edirəm naleyi -fəryad, sən də

Çəkəsən hər gecə öz Əkrəminin həsrətini.



BÜLBÜL
Pərvaz ilə qondu yenə güldən-gülə bülbül,

Qaldırdı səsin eşq ilə birdən zilə bülbül,


Fırlandı gülün başına pərvanə təki quş,

Gül qəlbi sınıbdır bunu hardan bilə bülbül.


Gül baxmadı heç bülbüli - rənadən usandı,

Yar, naz eləmə, çox dedi, gəldi dilə bülbül.


Şeh damlaların gördü o rənanın üzündə,

Tez çəkdi qanad rüxdəki yaşı silə bülbül.


Bülbül də batıbdır deyəsən eşq dənizində,

Əl verməsə gül, çıxmayacaq sahilə bülbül,


Ey gül, nə usandın axı eşqin həvəsindən ?

Sən yayginən ətrin barı əlbət gələ bülbül.


Bir-bir çəkirik qüssəni çün bəxtimiz eyni,

Həmdəmdi qəmə, dərdə bu Əkrəm ilə bülbül.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin