13.09.2016
SƏNSİZ
Yoxdur ümidim heç kəsə bilki, daha sənsiz,
Yoxsan daha bel bağlamıram Allaha sənsiz.
Mən böylə deyib sanma günah eyləyirəm, çün
Təklik məni yuvarlamış ol raha sənsiz.
Arzum Yaradandan budur, ölsəm əgər, ey şah,
Heç çəkməsin kaş ki, məni o dərgaha sənsiz.
Ruhum yenə hər yerdə dolansın, səni gəzsin,
Tapsın, səni görsün: gələməz “iştaha” sənsiz .
Şahım həmi sənsən, həmi Allah amma bil ki,
Bir an boyun əyməm Yaradanım, şaha sənsiz.
Bu sirri çalış saxla nihan, eyləmə aşkar,
Ölsəm olur ol yara həyatı baha sənsiz. *
Qeyd: Adını bilib, onu da tanıyarlar və sənin yarım
olduğun üçün onu da yaşatmazlar.
Dostları ilə paylaş: |