Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə33/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
Qısa ömürüm

22.09.2016


QOVUŞSUN
O yar məni atıb gedib əğyarə qovuşsun,

Bu çəkdiyim ah ilə qəm ol yarə qovuşsun.


Düşsün qəzaya o gəlin köçdüyü anda...

Yarım bələnib qanına, yollara qovuşsun.


O yarı mənimtək axı kim istəyəcəkdir ?

Bir də çətin o yar mənə oxşara qovuşsun.


Kim söyləsə o kor, kar olubdur yenə qəbul,

Çün razıdı aşiq o kora, karə qovuşsun.


Amma ki əgər aşiqi canan unudarsa,

Aşiq necə bəs bivəfa dildara qovuşsun ?!


Bülbül qala bilməz necə gülsüz o qəfəsdə,

Var arzusu Əkrəm də çəmənzara qovuşsun.


26.09.2016
NƏDİR
Bu nə qaş-göz, bu nə ləblər de, bu rüxsar nədir,

Və bu aydan da gözəl hüsnünə oxşar nədir ?


Hamı etdikcə ibabət, dedi dərgah üzünə,

Hamı qulundur sənin təzim edir şah üzünə,

Can atır baxmaq üçün gah gözünə, gah üzünə.

Bəxş edibdir mələyin surətin Allah üzünə,

Eləyirsən gözəlim, aləmi huşyar nədir ?
Belə zənn etmə ki eşqinlə cahan cümlə salıb,

Nə qədər dərd verəsən bir o qədər möhkəm olub.

“Qəmi xoşdur” deyərək qəm dolu dəryaya dalıb

Və səbəb gözəlliyindir bizim ağlımızı alıb,

Bilirik sevməyə eləyən bizi vadar nədir.
Bu təbəssümlə edirsən bizi məftun, afət,

Ölərik onda təbəssümünü pozdun, afət,

Bunu əmr et, bu cahan dərbədər olsun, afət,

Olmasın bəs necə aləm sənə vurğun, afət ?

Sənə bənzər yaranan dünyada təkrar, nədir ?
Nə gözəl huri gəlib dünyaya olmuş daxil,

Elə nurdu onu dərk eyləyər, ancaq aqil

Dərk edən sözsüz olar təkcə sənə bil mail,

Gözəllərin gözəlliyin nurun etmiş batil,

Olmasaydın və bilərdi bu bəşər yar nədir ?
Mənim üçün yaranıb təkcə bu dünyaya o qız,

Nəticə, həkk olub şeirimdəki misraya o qız,

Və bərabərdi bu misradakı mənaya o qız,

Bir baxışla məni salmış ağır sevdaya o qız,

Hamı bilsin bunu, yazmağıma səbəbkar nədir.


Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin