2015
EY GÜL
Mən olmuş idim aşiqi-məftun, ey gül,
Tək sənin kimi bir afətə vurğun, ey gül.
Biz bir olacaqdıq axı əhd etmişdik,
Bəs sən niyə əhdi-ilqarı pozdun, ey gül ?
Sevdimsədə mən yarımı peşman oldum,
Bu eşq ilə öz qəlbimə düşmən oldum.
Fikrimdə mənim tək bu sualdır hər an
Hüsnü-cəmalına necə heyran oldum ?
Neyçün gözəlim, böylə məni xar etdin,
Aləmdə məni rüsvayi-aşkar etdin,
Əhsən sənə ey sevgili-dilbər, əhsən,
Bircə gülüşünlə məni huşyar etdin.
Tənha qalaraq hər dəfə imdad etdim,
Ya Rəbb, bu nə dərddir, deyərək dad etdim.
Ol göz-qaşa ey yar, necə vurğun oldum,
Eşqinlə yenə könlümü bərbad etdin.
HƏYATIM
Pak qəlbimi eşqin eləyibdir batil,
Qəm çəkməyin əlbət olub eşqdən hasil.
Sən ki, bir misran ilə huşyar etdin,
Yoxdur bərabərin, tayın,Əkrəm Aqil.
Mən hər dəfə qəddarlığı gördüm səndə,
Zərrəcən hiss etmədin vəfasızlığı məndə.
Bir halə qoyub öylə məni ağlatdın,
Ey yar, eləməzdi bunu heç düşmən də.
Hər bir tərəfimdə görürəm meyxanə,
Mey düşkünüyəm, həm də meyə divanə.
Saqi, nə üçün badəni doldurmursan ?
Süz,süz, mey içim qoy mən olub məstanə.
Əkrəm o yari-bivəfanı yar sanmış,
Gec olsada düşdü başa ki, aldanmış.
Ol göz-qaşa vurğun olaraq sən batdın,
Zahiri mələk, batin isə şeytanmış.
Bir kəlmə söyləyib sanki üsyan etdim,
Misram ilə mən aləmi heyran etdim.
İstedadı çün mənə Xaliq vermiş,
Car çəkib aləmə elan etdim.
Aşiqini yad etməyə dildar gəldi,
Eşqə elədi dildarı vadar gəldi.
Aşiq dedi: Sən gedəndə dərd-qəm getdi,
Sən gəldin amma qəm yenə təkrar gəldi.
Şəhla gözün ilə mənə baxsan nolar,
Təkrar məni atəşlərə yaxsan nolar?
Badam gözünü görmək üçün darıxdım,
Bir dəfə mənim üçün darıxsan nolar?
Şəhla gözünü kimsə sənin görmüşsə,
Ya rüxsarına düşən zülfü hörmüşsə.
Məhv edib onu öldürərəm mən,amma
Vermərəm macal kim onu öldürmüşsə.
Dostları ilə paylaş: |