Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə21/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   49
Qısa ömürüm

16.02.2017

Saat: 20:15

MƏNİMLƏDİR
Yoxsan deyə, qismətdə bu həsrət mənimlədir,

Görsənməsə də üzdə o, xəlvət mənimlədir.


Gəl, gəl ki həmin anda gözüm nur görər mənim,

Nur söndü, nurun yerinə zülmət mənimlədir.


Görsə gözünü rizvana aləm dönər sənin,

Bir vaxt elə sandım, guya cənnət mənimlədir.


Dövranını qeyriylə firavan keçirmisən,

Çox yaxşı bilirsən acı qismət mənimlədir.


Çox cəhd elədim, birgə olaq, xoşbəxt olaq biz,

Sonunda yəqin eylədim zəhmət mənimlədir.


01.03.2017

Saat: 18:34


QADAĞANDIR
Ey gül, sənə təzədən geri dönmək qadağandır,

Gecdir, daha bu haqqda düşünmək qadağandır.


Yalnız sənin isminlə ürəyim döyünərdi,

İndi ona əfsus ki, döyünmək qadağandır.


Qəlbimdə idin, indi səni silmişəm ordan ,

Aşkar, ya da gizli ora enmək qadağandır.


Gülməz ki, üzüm sənsiz olan yerdə, məkanda,

Sənsiz mənə ey yar, sevinmək qadağandır.


Sənsiz mən usandım bu yaşamdan, amma əfsus,

Al canımı, öldür, deyə dönmək qadağandır.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin