09.02.2017
Saat: 12:30
SONUNCU GÜL
Xoş gündü bu gün hamıya, ancaq bizə matəm,
Yandı hamının şəmi, bu gün söndü bizim şəm.
Vaxt vardı, bu eşq gəmisi sərhəd tanımazdı,
Çırpıldı bu gün ol gəmi bir qayaya möhkəm,
Dərman deyə həp ağladım ey yar, hər axşam,
Əfsus, bu üsullaelədim yarənəməlhəm.
Məcnuna və Fərhada misal, mən səfil oldum,
İndi mənə,rişxənd edir əfsus, bütün aləm.
Bir vaxt sən idin təkcə təsəlli mənə, ey yar,
Yoxdur həyanım , indi olub dərd mənə həmdəm.
Vaxt öldü fəqət, qaldı bizim xatirələrimiz,
Olsada acı xatirələr yad elədim həm.
Fərz eyləmişik “sevgi olan yerdə qəm olmaz”,
Olmuş bu gün ey gül, bizə qismət kədər, qəm.
Yol tapsan əgər qəlbimə yarım, təzədən sən,
Bu sirridə bir kəsə izah eyləmə, Əkrəm.
Dostları ilə paylaş: |