12.12.2016
MƏN AZƏRƏM
Həqq deyib, həqq yazaram , mən azərəm,
Sanma kiyol azaram, mən azərəm.
Qədrini zərgər bilər derlər zərin,
Zərgərəm, hətta zərəm, mən azərəm.
Öylə bir hikmət var heç kim bilməyir,
Heç onun təfsirin alim bilməyir.
Bax, həmin hikmət mənəm ki, sirrimi,
Ya filosof, ya münəccim bilməyir.
Anlaram mən hər kəsin təsvirini,
Sən ki, dersən: eylə öz təfsirini,
Gəl sənə agah edim kimliyimi,
“Gördüyün dəryaların ən dərini”.
Ol həmin dəryadıhəqq-rahondadır,
Yolverilməzdir ki, “bədxah” ondadır.
Öyləbir dəryadı ki pak, pakizə,
İndi gəl dərk eylə-Allah ondadır.
Sanma əl “dərya” delən* əfsanədir,
Qafil, hər bir günün meyxanədir,
Ol səbəbdəndir deyirsən: həqq deyil ,
Ver cavab: ol həqq deyil, yoxsa nədir ?!
Fani dünyanın düşüb sevdasına,
Can atır hər bir şeyin əlasına,
Aqil bil ol kəsin xoş halına,
Kim əgər düşmüşsə haqq dəryasına
Dostları ilə paylaş: |