XVII MÖVZU
Azərbaycan İkinci Dünya müharibəsi illərində (1939 – 1945-ci illər).
PLAN
1.Azərbaycan ikinci Dünya müharibəsi illərində
2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli-azadlıq hərəkatlarında.
3.Xalq təsərrüfatı müharibə illərində.
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2003. səh II-297.
2.Siyasi tarix (müh.kursu), II hissə. Bakı, 1995. səh.44-51.
3.Siyasi tarix (dərs vəsaiti), II hissə. Bakı, 1998, səh.67-100
4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,
1965. səh. 10-33.
5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984. səh.7-17.
1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. Almaniyanın qəsbkar siyasətində Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hitler SSRİ-də yaşayan türkdilli xalqları “müsəlman monqoloidləri” adlandıraraq “Mənim mübarizəm” kitabında yazırdı ki, onlar ali irqin qullarına çevirilməlidirlər.
Almanlar Bakı neftini ələ keçirməyi Şərqin istilası üçün mühüm amil hesab edirdilər. Faşist Almaniyası Sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına, qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çİn və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.
Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında alman faşizmi-nə qarşı mübarizəyə qalxdı.
Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Azərbaycanlılar könüllü sürətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyonlara” daxil olurdular. Müharibənin ilk günlərində 40 min nəfər o cümlədən 1000 nəfər qız könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdilər. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrda 223-cü,1942-ci il mart-sentyabr aylarnda 416-cı (Taqanroq), avqust-sentyabr aylarnda 271-ci diviziyalar təşkil olunmuşdu. 77-ci diviziya Krımın müdafiəsində iştirak etmişdi.
1941-ci ilin avqustuna qədər 186 mindən çox Xalq qoşunu dəstələrinə yazılmışdı. 1941-ci ilin iyulundan 16 yaşdan 50 yaşına qədər olan kişilər ümumi icbari hərbi təlimlərə cəlb olundular.
1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, cəsuslara və sərhədi pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradıldı. Bu batalyonlara 12 min adam cəlb edilmişdi.
Azərbaycan oğul və qızları müharibə cəbhələrində böyük şücaətlər göstərmişlər. Müharibənin ilk günlərində əfsanəvi Brest qalası döyüşlərində Azərbaycandan onlarla döyüşçü-həkim Qədirov, əsgərlər İ.Səfərov, İ Dadaşov, A. İmanov, Ə.Əliyev və başqaları böyük mərdlik göstərmişlər.
Leninqrad səması müdafiəçilərdən biri leytenant Hüseynbala Əliyev böyük igid-lik göstərmişdi. O, şəhər üzərində 4 döşmən təyyarəsini vurmuşdu iyulun 17 –də döyüş tapşırığını yerinə yetirən Əliyev 3 Alman təyyarəsi ilə üz-üzə gəlmiş, onlardan ikincini vurmuş, üçüncüyə tarana gedərək yaralandı. 80-dən şox yara alan H.Əliyev təyyarəni yerə endirə bilmişdi.
Moskva uğrunda döyüşlərdə Azərbaycan qızları Z.Seyidməmmədova, S.Quliyeva, O.Şahbazova və başqaları igidliklə vuruşmuşlar. Cərrah Aliyə Rüstəmbəyova onlarla yaralının həyatını xilas etmişdi.
1941-ci il dekabrın əvvəllərində Moskva uğrunda gedən döyüşlərdə İ. Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. O, təkbaşına 700-dən çox faşist öldürmüşdü. Dekabrın 11-də ona “Sovet İttifaqı Qəhrəmanı” adı verildi və bu ad ilk azərbaycanlı olaraq ona verilmişdi.
Stalinqrad döyüşlərində bir çox azərbaycanlı döyüşçülər mərdliklə vuruşmuş-dular.Onlardan Mikayıl Qədirov, Ə.Rəcəbov, A.Axundov, B.Abbasov və başqaları faşist qüvvələrinin darmadağın edilməsində böyük şucaət göstərmişdilər.
Stalinqrad ətrafında əks hücum zamanı 55-ci xüsusi tank alayının komandiri Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirdi.1942-ci ilin noyabrında onun tank alayı hücuma keçərək düşmənin 4 tankını, 5 minamyot batareyasını, 1 ağır topunu, 3 piyada rotasını və 700-dən çox faşist əsgərini və zabiti əsir aldı. Sonrakı döyüşlərdə H.Aslanov düşmənin 45 tankını məhv etmişdi. 1942-ci il dekabrın 31-də H.Aslanova “Sovet İttifaqı Qəhrəmanı ” adı verildi.
Ukraynanın azad edilməsi zamanı göstərdiyi igidliklərə görə 20 nəfər Azər-baycan oğlu “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü.
Tuapse şəhəri yaxınlığında gedən döyüşlərdə Qafur Məmmədov böyük igidlik göstərərək səngərdən çıxaraq 13 faşist əsgərini öldürmüş, öz rota komandirini öz həyatı bahasına xilas etmişdi. Gəray Əsədovun da qəhrəmanlığı bütün ölkəyə yayılmışdı. Belə ki, o öz sinəsi ilə atəş açan plemyotun qarşısını alaraq sovet əsgərinin hücumuna şərait yaratmışdı. Bütün bu igidliklər yüksək mükafatlandırılaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.
Azərbaycan döyüşçüləri Krımın Belarusiyanın Pribaltikanın azad edilməsində çox böyük rəşadət göstərmişdilər. Həzi Aslanovun tank briqadası Pribaltikanın azad edilməsində çox böyük şücaət göstərmiş və Ali Baş Komandanlığın 8 dəfə təşəkkürünə layiq görülmüşdü. Göstərdiyi igidliyə görə H.Aslanov ikinci dəfə Qəhrəman adına layiq görülməsinə təqdimat verilmişdi. Təəsüf ki, 1945-ci il yanvarın 24-də General H.Aslanov döyüşlərdə qəhrəmancasına həlak oldu. Layiq görüldüyü təltif ona ölümündən sonra 1991-ci il iyunun 21 –də verildi.
Pribaltikanı döyüşlərində 77-ci atıcı divizya xüsusilə fərqlənmişdir. Debele rayonunda iki həftəlik döyüşlərdə bu divizya düşmənin 178 tank özüyeriyən topunu 2 alayını sıradan çıxarmışdı.
416-cı Taqanroq divizyası 1944-cü ilin avqustunda Moldovanın azad edilməsində fərqlənmişdi. Bu divizya sonralar avropa ölkələrinin faşizmdən azad olunmasında fəal iştirak etmişdir.
1942-ci il dekabrın 11-də 416-cı Azərbaycan diviziyası 414-cü gürcü atıcı diviziyası ilə əlaqədə İşçersk və Naursk stanitsalarını azad etmişlər. l943-cü ilin yanvarında 416-cı diviziyanın Qrafskoye stanitsasını düşməndən azad etmək uğrunda hücumunda zabit Əhmədovun topçuları 17 faşist tankını, 70 atəş nöqtəsini, yüzlərlə əsgər və zabitini sıradan çıxarmışdı. 1943-cü ilin yanvar və fevral aylarında 416-cı diviziyanın əsgərləri şərəfli döyüş yolu keçdilər, onlarca yaşayış məntəqəsini düşməndən təmizlədilər. Döyüş xidmətlərinə görə diviziyanın 300 döyüşçüsü yüksək dövlət təltiflərinə layiq görüldü. 223-cü Azərbaycan atıcı diviziyası 1943-cü ilin yanvarında Mozdok, Proxladnı, Georgiyevsk şəhərlərinin azad olunmasında fəal iştirak etmişdi. 223-cü diviziya Petropavlovsk yaşayış məntəqəsində alman diviziyasını darmadağın edərək 275 faşisti əsir götürmüş, külli miqdarda hərbi texnika və sursat ələ keçirmişdi. 1943-cü ilin sentyabr-dekabr aylarında diviziya 400 km döyüş yolu keçmiş, onun 380 əsgər və zabiti SSRİ orden və medalları ilə təltif olunmuşdu. 223-cü diviziya Mineralnıye Vodının azad olunmasında bilavasitə iştirak etmiş, diviziyanın döyüşçüləri üç ay ərzində 50 yaşayış məntəqəsini və bir neçə şəhəri alman-faşist işğalçılarından təmizləmişdi. Şimali Qafqazın faşistlərdən azad olunması uğrundakı döyüşlərdə 223-cü diviziyanın 1041-ci alayı xüsusilə fərqlənmiş, hərbi uğurlarına görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Keçici Qırmızı Bayrağı" ilə təltif olunmuşdu.45 Şimali Qafqazdakı 44-cü ordunun hücum əməliyyatlarında 402-ci Azərbaycan diviziyası da fəal iştirak etmişdi. 1942-ci il noyabrın 3-dən dekabrın 11-dək diviziya ona qədər yaşayış məntəqəsini azad etmişdi. Bu döyüşlərdə diviziyanın döyüşçüləri düşmənin 108 tank və zirehli maşınını sıradan çıxarmışdı.
1943-cü ilin fevralında Vasilçenko ətrafında baş vermiş döyüşlərdə 77-ci atıcı diviziyanın əsgərləri yüksək döyüş şücaəti göstərmişdilər. Diviziyanın alayları 7 yaşayış məntəqəsini düşməndən azad etmiş, 600-ə yaxın əsgər və zabit döyüş şücaətinə görə orden və medallarla təltif olunmuşdu. 1943-cü ilin noyabrında 42 Dnepr çayının sol sahilində gedən döyüşlərdə 77-ci Azərbaycan diviziyası faşistlərin 50-yə yaxın tank və digər texnikasını məhv edərək 250 düşməni əsir götürmüşdü.
Azərbaycan oğul və qızları partizan və antifaşist müqavimət hərəkatında da fəal iştirak etmişdirlər.
Müharibənin ilk aylarında uğursuzluqlar nəticəsində əsir düşmüş sovet əsgərləri əsirlikdən qaçaraq yerli partizanlara qoşularaq mübarizəni davam etdirirdilər.
Müharibə dövründə partizan hərəkatının ən geniş vüsət aldığı yer Belorusiya idi. Burada çoxlu sayda azərbaycanlı digər xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşurdular. Brest vilayətindəki partizan hərəkatında Q.Abbasov, M.Abdullayev, M.Əliyev, İ.İsmayılov və başqaları partizan hərəkatının fəalları idilər. M.Əliyev bir pota komandiri kimi düşmənin 50 qatarını qəzaya uğratmış, 1000-dən çox əsgərini məhv etmişdi.
Böyük vətən müharibəsi illərində Ukrayna ərazisində fəaliyyət göstərən bütün partizan dəstələrində azərbaycanlı döyüşçülər iştirak etmişdilər. Onlardan Aslan Əliyev, Müslüm Bağırov, Babaş Dadaşov bir sıra çətin məsul tapşırıqları uğurla yerinə yetirmişlər.
Ukraynada xalq intiqamçıları sırasında azərbaycanlı qadınlar da kişilərlə bərabər cəsarətlə vuruşurdular. Hərbi həkim Sara İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nə-srullayeva, Lidiya Drozdova partizan dəstələrinin fəal üzvləri idilər.
1943-44-cü illərdə Krımda vuruşan partizan dəstələrindən biri də tərkibinin 90%-dən çoxu azərbaycanlı olan Azərbaycan partizan dəstəsi idi. Bu dəstə 7 ay ərzində faşistlərə qarşı mübarizədə onlara böyük ziyan vurmuşdular.
1942-ci ilin sentyabrında Krasnodon şəhərinin gəncləri “Gənc Qvardiya” adlı gizli komsomol təşkilatı yaratmışdılar. Bu təşkilatın ən fəal üzvlərindən biri Əli Dadaşov idi. O, digər təşkilatı üzvləri ilə birlikdə şəhərin ən yüksək binalarından birinin üzərinə al bayraq sancmışdılar. Onlar haqqında müharibədən sonra məşhur sovet yazıçısı Fadeev “Gənc qvardiya ” adlı əsər də yazmışdı.
Kalinin vilayətində fəaliyyət göstərən Liza Çaykika adına partizan briqadasının qərərgah rəisi İsmayıl Əliyevin qəhrəmanlığı dillərdə əzbər olmuşdu.
Azərbaycanlı partizanlardan İ.Alxasov, İ. Dadaşov, Q.Şabanov Litva, Latviya və Estoniyanı partizan hərəkatının ən fəal üzvlərindən olmuşdular.
Azərbaycandan olan hərbi əisrlər Almaniya, Polşa, İtaliya, Fransa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə üsullarından istifadə etmişlər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasına şərait yaradırdılar.
Hərbi əsirlərin saxlandığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. Burada H.Qiyasbəyov, M.Məmmədov, X.Hacıyev, Ə.Süleymanov və başqalarının rəhbərlik etdiyi gizli təşkilat yaradılmışdı.
Polşada fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin tərkibində 12 azərbaycanlı partizan fəaliyyət göstərirdi. Onlar alman generalının əsir alınmasında fəal iştirak etmişdilər.
Çexoslovokiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tər-kibində 500 nəfərə qədər azərbaycan döyüşçüsü vuruşurdu.
Hələ müharibənin əvvəlindən faşist komandanlığı hərbi əsirlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. 1941-ci ilin dekabrında Hitler əsirlərdən xüsusi hərbi hissələr yaradılması haqqında əmir verdi. Bu məqsədlə vətənlərində xaricdə, mühacirətdə yaşamaqda məcbur olan Azərbaycanın nüfuzlu şəxsləri, o cümlədən M.Ə.Rəsulzadə Berlinə dəvət olunmuşdu. Azərbaycanlı siyasi mühacirlərin məqsədi Almaniyaya qalib gələrsə onun Azərbaycanı müstəqil dövlət kimi tanımasına, habelə hərbi əsirlərin ölümündən xilas edilməsinə nail olmaq idi.1943-cu ilin yazında Berlində “Milli Azərbaycan Komitəsi” yaradıldı. Lakin Hitler Azərbaycanın müstəqilliyi şərtini irəli sürən bu komitəni tanımadı. M.Ə.Rəsulzadə ölkəni tərk edir. Lakin azərbaycanlı əsirlərin bir hissəsi ölümdən xilas olundu və əsirlərdən ibarət hərbi hissədə birləşdirildi.
Qafqaz müsəlmanlarının hərbi hissəsində azərbaycanlılardan ibarət “Boz qurd”, “Aslan ”, “Vətən”, “Dönməz” və s.bölmələr var idi.
Azərbaycanlıların hərbi əsir düşərgələrində və hərbi hissələrində gizli antifaşist təşkilatları yaradır, mübarizəni davam etdirirdilər. Hələ Almaniyanın “Ştrans” düşərgəsində saxlanılarkən Mehdi Hüseynzadə, Rza Ağazadə, Cavad Həkimli, Mirdamət Seyidov və başqalarının rəhbərliyi altında antifaşist təşkilatı yaradılmışdı.
1943-cü ildən başlayaraq Almaniyadakı hərbi əsirlərdən düzəldilmiş hərbi hissələr İtaliya, Yuqaslaviya sərhədlərinə gətirildilər. Hərbi əsirlər qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdular.
1944-cü ilin əvvəllərində Yuqaslaviya Xalq Azadlıq Ordusunun qərərgahında xüsusi kəşfiyatçılar qurupu yaradıldı. Onun tərkibində azərbaycanlılardan M.Seyidov, T.Əliyev, Ə.Məmmədov da daxil oldular. Kəşfiyyat qurupunun başçısı M.Hüseynzadə idi. O, “Mixaylo” ləqəbi ilə əfsanəvi qəhrəmanlıqlar göstərərək bütün Adriatik dənizi sahillərinin əhalisinin böyük rəğbətini qazanmışdı.
Alman faşistləri Hitlerin ad gününü qeyd edən zaman Mixaylo hərbi təyyarə meydanına daxil olaraq 3 təyyarəni, benzin ambarını partladaraq, çoxlu sayda faşisti məhv etmişdi. Onun partlatdığı kinoteatır, yeməkxana və kazarma binaların-da minlərlə faşist məhv edilmişdi.
1944-cü il noyabrın 2-də əməliyyatdan qayıdan da Vitovle kəndi yaxınlığında almanların keçirdiyi əməliyyat zamanı qəhrəmancasına həlak olmuşdu.O, 1957-ci ildə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü.1944-cü ildə azərbaycanlı döyüşçülər kütləvi surətdə qaçaraq İtaliya partizanlarına qoşulurdular. Faşist diktatoru Mussolinun həbs edilməsində Vilayət Hüseynovunda rolu olmuşdur. Ümumiyyətlə, Şimali İtaliyada müqavimət hərəkatında 300-dən çox azərbaycanlı partizan vuruşmuşdu.
Fransa müqavimət hərəkatında da azərbaycanlılar böyük şücaət göstərmişlər. Bunlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, H.Abdullayev və başqaları cəsur partizan kimi tanınmış, fransız hərbi orden və medalları ilə təltif olunmuşdular. Bunlardan Əhməddiyyə Cəbrayılov, “Armed Mişel” adı ilə bu ölkənin azadlıq hərə-katında fəal iştirak etmiş, şəxsi igidliyə görə paradda generaldan irəli getmək kimi şərəfli hüquq verən yüksək mükafatla, hərbi medalla təltif olunmuşdu. O, eyni zamanda Fransanın vətəndaşı fəxri adına layiq görülmüşdü.
Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış antifaşist təşkilatının işində yaxından iştirak etmişdilər. Onlardan M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvold, Mauthauzen, Daxay, Zaksenhauzen ölüm düşərgələrində fəal iş aparmışdılar.
Göründüyü kimi Böyük Vətən Müharibəsində digər xalqlarla yanaşı azərbaycanlılar da böyük hünər göstərmişdilər. Onlar həm döyüş cəbhələrində, həm ölkə daxilində davam edən partizan hərəkatlarında, həm də xaricdə antuifaşist müqavimət hərəkatında fəal iştirak etmişdilər. 416-cı Taqanroq diviziyası Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Müharibə cəbhələrində 700-mindən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 min nəfəri qəhrəmanlıqla həlak olmuşdular.
Böyük Vətən Müharibəsində H.Aslanov, S.Qəniyev, M.Əbilov, M.Hüseynov, A.Vəzirov kimi bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər.
Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü Şöhrət Ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin müxtəlif orden və medalları ilə təltif olunmuşdular.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində ölkənin qalib çıxmasında öz layiqli töhfəsini vermiş, adı XX əsrdə faşizmə qarşı mübarizə səlnaməsinə qızıl hərflərlə yazılmışdır.
Müharibə illərində “arxa cəbhə” adı atında Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatı müharibənin tələblərinə uyğun şəkildə quruldu.
Fəhlə və qulluqçuların iş günü rəsmi olaraq 11-12 saata qaldırlırdı. İşçilər çox zaman 18-20 saat işləyirdilər. Məzuniyyətlər ləğv olundu,işdən yayınanlara və ya gecikənlərə cinayət maddəsi müəyyən edildi. Ciddi əmək intizamı rejimi yaradıldı. Ərzaq və sıənaye mallarının satışı üzrə kartoçka (talon) sistemi tətbiq olundu. Döyüşkən cəbhəyə səfərlər olunmuş işçilərin yerinə qadınlar və üniyütmələr cəlb olundular.1941-ci ilin yayında neft sənayesinə 13 min yeni işçi götürüldü.İxtisaslı fəhələ kadrlarının hazırlanması işi genişləndirirdi.Az müddətdə 40 min çox ixtisaslı fəhlə hazırlandı. Bakı döyüşkən ordunun cəbhəxanalarından birinə çevrilmişdi. Burada “Katyuşa” raketi, “Şnakin”pulemyotu, “YAK-3” qırıcı təyyarələri yığılaraq düzəldilirdi. Ümumiyyətlə, Bakıda -130 növ silah və hərbi sursat istehsal olunurdu.
Neft maşınqayırma zavodlarının çoxu hərbi sursat istehsal edən müəssisələrə çevrilmişdilər. Leytenant Şmidt adına zavodda minamyot, pulemyot və tank hissələri hazırlandı.
Gənəcə şəhərində 12 sənaye müəssisəsi müharibənin tələblərinə uyğun olaraq, yenidən qurulduqdan sonra 26 adda hərbi məhsul istehsal edirdi.
Neft sənayeçiləri cəbhəni neft məhsulları ilə təmin etmək üçün gecə-gündüz çalışırdılar. Onlar 1941-ci ildə 23,5 min ton neft və 26 min kub metrə yaxın qaz istehsal etmişdilər. Məhz neftçilərin fədakar əməyi sayəsində Azərbaycan 1941-1945-ci illərdə ölkəyə 75 milyon ton nefti vermişdi. Bu da SSRİ-də hasil lunan neftin 82,5 faizini təşkil edirdi.
Azərbaycanın digər sənaye sahələri də öz işçilərini müharibənin tələblərinə uyğun qurmuşdular. Yüngül sənaye müəsssisələri 1942-ci ildə cəbhə ehtiyacları üçün 30-a qədər məhsul növü istehsal etmişidlər.
Bakıda əsgərlər üçün keçə ayyaqıbı, paltar, kimyəvi silahlar əleyhinə geyim,hərbi xəstəxanalar üçün mebel, yanğın əleyhinə alətlər vəs. ləvazimatlar istehsal edilirdi.
Respublikanın kənd əməkçiləri də müharibə tələblərinə uyğun olaraq işləməyə başlamışdılar. 1941-ci ilin yay və payızında kolxoz sahələrində işləmək üçün beş mindən çox mexanizator qadın cəlb olunmuşdu. Respublikada kənd təsərüffatı üçün gənc mütəxəsis kadrlar hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.Mexanizatorların 70 faizini yeniyetmələr təşkil edirdi.
Kənd təsərrüfatına ixtisaslı kadrlar hazırlamaq üçün 17 məktəb fəaliyyət göstərirdi. Respublikada 1941-1942-ci illərdə hazırlanmış 10 min mexanizatorun yarıdan çoxunu qadınlar təşkil edirdi. 1944-cü il ərəfəsində traktorçuların 61,7, kombaynçı köməkçilərinin 52,2 faizi, təmir işçilərinin 3,33 faizi və sürücülərin 25,4 faizi qadınlar idi. Respublikanın MTS, kolxoz və sovxozlarında yeniyetmələrdən ibarət 157 yüksək məhsul briqada və manqası yaranmışdı. Kənd təsərrüfatı mexanizatorlarının 70 faizi yeniyetmələr idi. 1943- 18 cü ildən respublika əkin sahələrində azərbaycanlılarla birgə Ukrayna və Şimali Qafqazdan köçürülmüş əkinçilər də çalışırdılar. Kənd təsərrüfatı üzrə çöl işlərinə qulluqçular, məktəblilər, texnikumların və ali məktəblərin tələbələri cəlb olunurdular. Bir çox rayonlarda kolxozlar daxili torpaq və toxum ehtiyatları hesabına əkin sahələrini 10-15 faiz genişləndirdi. Kolxoz və sovxozlarda "Cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün xammal verək!" şüarı altında staxanovçular və kənd təsərrüfatı qabaqcılları hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan kolxozçuları Müdafiə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079 baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 130 ton kartof, 194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar verdilər. 1942-ci ildə "Yüksək məhsul - cəbhəyə köməyin əsasıdır" çağırışı ilə çalışan əməkçilər kənd təsərrüfatı məhsulları tədarükündə mühüm nailiyyətlər əldə etdilər. Əkin sahəsi 1941-ci ilə nisbətən 15 min hektar artdı. 1095,8 min hektar əkin sahəsinin 852 min hektarı taxıl əkininə ayrıldı.76 1942-ci ildə Azərbaycan kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2583934 pud artıq taxıl, 282962 pud ət, 210012 pud göyərti, 40965 pud yun, habelə kolxozlar 1943-cü ilin planları hesabına 440060 pud ot, 8211 pud yağ, 8 pud pendir, 29699 pud yun, 59755 pud ot və s. təhvil verdi. 1943-cü ildə Azərbaycanın sənaye müəssisələri kənd təsərrüfatı üçün texnika və avadanlıq istehsalını artırdı. DMK-nın qərarı ilə Ukraynadan və Şimali Qafqazdan kənd təsərrüfatı maşınları zavodlarının köçürülməsi hesabına hələ 1942-ci ildə Gəncədə kənd təsərrüfatı maşınlarını təmir və onlar üçün ehtiyat hissələri istehsal edən zavod yaradılmışdı. Bakının maşınqayırma zavodları MTSlər üzərində hamiliyi genişləndirdilər. Təkcə 1943-cü ilin birinci yarısında Bakıdan kəndlərdə işləməyə 200-dən artıq ixtisaslı fəhlə göndərildi.79 Kənd təsərrüfatı maşınlarını təmir etməkdə böyük uğurlar qazanmış Kalinin adına zavodun kollektivi 1943-cü ildə Ümumittifaq sosializm yarışında birinci yeri tutdu və ona ÜİHİMŞ-nin və SSRİ Əkinçilik Xalq Komissarlığının Keçici bayrağı və pul mükafatı verildi. 1943-cü ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1 milyon pud taxıl, 21,5 min pud ət, 48 min pud tərəvəz, 2,2 min pud yun verdilər. Heyvandarlığın inkişaf planı iribuynuzlu heyvanlar üzrə 106,3 faiz, qoyun və keçilər üzrə 124 faiz, donuzlar üzrə 118 faiz yerinə yetirildi. 1943-cü ildə Azərbaycan kolxozçularının qəhrəman əməyi hökumət tərəfindən yüksək qiymətləndirildi, kənd təsərrüfatında çalışan 485 nəfər SSRİ-nin orden və medalları ilə təltif olundu. Respublika kəndliləri 1944-cü ildə mühüm uğurlar qazandılar. Müharibənin çətinliklərinə baxmayaraq, maldarlığın inkişafı dayanmadı, kolxoz sürüləri 1940-cı ilə nisbətən bir milyon baş çoxaldı, heyvandarlıq 19 məhsulları istehsalı artdı. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı müvəffəqiyyətlərə görə Azərbaycan SSR dörd dəfə Dövlət Müdafiə Komitəsinin Qırmızı bayrağını almış, 45 min zəhmətkeş orden və medallarla təltif edilmişdi.
Müharibə illərində taxıl əkin sahələri 240 min hektara qədər artmışdı. Müharibə illərində nəqliyyatın işi yenidən qurulmuşdu. 1941-1945-ci illərdə Cənubi Qafqaz dəmir yolunun Bakı şöbəsi dəmir yolçularının fədəkar əməyi sayəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon və 500 min sistern neft məhsulları göndərilmişdi.
Xəzər dənizçiləri neft daşıyan gəmilərlə Mahacqaladan Həştərxana və Krasnovodska 329 min ton neft məhsulları, o cümlədən 135 min yon benzin daşımışdılar.
Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və Böyük Britaniyadan, İran körfəzindən və İran ərazisindən SSRİ-yə daşınan hərbi sursat,sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq göstərmişlər.
Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdi-lər. Azərbaycan alimləri izrehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar, tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.
Y.Məmmədəliyevin rəbərliyi altında br qrup kimyaçı alim yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı. Ümumə Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz xidmətləri olmuşdur.Hətta o, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.
Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu.Mirəli Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar kəşf edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində daha 850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilmiş, 6 neft yatağı - "Qala", "Bulla-dəniz", "Buzovna", "Maştağa", "Naftalan", "Əmirxanlı" neft yataqları kəşf olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda "Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları müəyyən olunmuşdu. Stratiqrafik yataqların aşkar olunması Azərbaycan geologiya elminin böyük uğuru idi. Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay dəstəsi" adlanan yeni zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur" yataqlarında da belə laylar aşkar olunmuşdu. Kürətrafı ovalıqdakı "Pirsaat", "Xıdırlı", "Bəndovan", "Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının yaranması üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi. Geoloqların təklifi ilə sement, həmçinin xüsusi istiburaxmayan materiallar istehsalında vulkan külü işlənilməyə başlanmış, kəşf edilmiş mineral rəngləyicilərdən hərbi və yerli sənayedə geniş istifadə olunmuşdu.
Azərbaycanın səhiyyə orqanları müharibənin ilk günlərindən öz işlərini hərbin tələbləri əsasında qurmağa, səfərbərlik planı üzrə işləməyə başladılar. İlk növbədə hospitallara, onların avadanlıqla təmin olunmasına, evlərdə, ictimai yerlərdə, dəmir yol stansiyalarında, dəniz vağzallarında sanitar qaydalarına riayət edilməsinə, sanitar-buraxıcı məntəqələrin təşkilinə xüsusi diqqət yetirildi. Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı
Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyyə böyük yeniliklər gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş cəbhələrinə qayıtmışdılar.
Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda sayı gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda döyüşlər zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının kollektivi yaralı əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının təşəkkürünü almışdı
Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikilik müəllimlər institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.
Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər. Onlar öz əsərlərində insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər.
Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.
1941-42-ci illərdə ölkədə vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir çox alimlər, ədəbiyyat və incəsənət xadimləri, təsərrüfat rəhbərləri, istehsalat qabaqcılları tank kolonnaları və hava eskadronları fonduna şəxsi qənaətləri hesabına vəsait verirdilər. SSRİ xalq artisti Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə ünvanlanmış məktubunda yazırdı: "Mən Azərbaycan incəsənəti" tank kolonunun yaranması üçün 25 min manat verdim, qoy bizim vəsaitimizlə yaradılmış tank kolonu minlərlə sovet zirehli maşını ilə birlikdə düşmənin bel sütununu sındırsın, ona ölümcül zərbə endirsin". "Azərbaycan kolxozçusu" tank kolonnasının hazırlanması üçün kolxozçular vəsait yığımına başlamış və öz qənaətlərindən dövlət bankına 81020 min manat keçirmişdilər. Respublika kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün əlavə 70784 min manat yığmışdılar. Kənd əhalisi şəxsi təsərrüfatlarından qızıl ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu vermişdilər.
1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq göndərmişdilər. 1941-1993-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.
Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət almışdı.
Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon rubl vəsait vermşdilər.
Respublikanın kənd əhalisi şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı məhsulları vermişdilər.
Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-nin faşizm üzərində qələbə çalmasında çox müüm rol oynayan Bakı öz layiqli qiymətin almamışdı. O,əslində qhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif edilmişdi.
Dostları ilə paylaş: |