XIII MÖVZU
Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və
milli demokratik hərəkat.
Plan
1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və
siyasi vəziyyəti.
2. Şah zülmünə və imperalizmə qarşı çıxdılar. Səttarxan hərakatı.
3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.
Ədəbiyyat:
1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 1985, səh. 112-180.
2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.
3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.
4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.
5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.
(rus dilində), Moskva, 1983, səh. 28-41
XIV əsrin əvvələrində Azərbaycan rəsmi olaraq iki hissəyə parçalandı. Onun şimal torpaqları Rusiyanın, cənub torpaqları isə İranın təsiri altına düşdü. Bu gün Cənubi Azərbaycan adlandırdığımız həmin ərazidə etnik mənşəyi dili, dini, adət-ənənələri vahid olan azərbaycanlılar yaşayır.
İrana birləşdirildikdən sonra Azərbaycan əyaləti ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları da daxildi. Sonralar Azərbay-canın inzibati sərhədləri daralmış və 1906-cı ildə qəbul olunmuş seçki Nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləm, Maku, Marağa, Binab, Miyandob, Sovucbulaq, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara daxil edilmişdir.
Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə dayanır və 36%-ni təşkil edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən şahin oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur.Əyalətin Mərkəzi Təbriz olmuşdur. Vilayət və mahal-lara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir mənbəyi kimi baxır və xalqı soyurdular.
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı əkinçilik və maldarlıq idi. Eyni zamanda şəhər əhalisinin də bir hissəsi əkinçilik, bağçılıq və bostançılıq ilə məşğul olurdu.
Cənubi Azərbaycan İranın “taxılçılıq və heyvandarlıq bazası” hesab edilirdi. Yerli və xarici tələbatı ödəyən və xarici bazalar üçün mal ixrac edən sənətkarlıq sahələri də inkişaf edirdi. 20-ci illərə qədər orta əsrlərə xas olan sex quruluşu qalmaqda davam edirdi. Lakin sonralar muzdul əməkdən istifadə və manufakturaların yaranma prosesi gedirdi. Ümumilikdə göstərmək lazımdır ki, Cənubi Azərbaycanın iqtisadi həyatında tənəzzül prosesi gedirdi.
Şimali Azərbaycan, Qafqaz və Rusiya ilə mədəni, iqtisadi əlaqələrin davam etməsi ilə bağlı Cənubi Azərbaycan İranın ictimai-siyasi həyatında –mühüm mövqe tuturdu. Göstərilən dövrdə Cənubi Azərbaycanın iqtisadiyyatında, bütün İranda olduğu kimi durğunluq meyli davam edirdi. Bunun da əsas səbəbi İranın Avropa dövlətləri ilə bağladığı qeyri-bərabər, aldadıcı müqavilələr nəticəsində ölkədə təslimçilik rejiminin yaranması idi. İranın, eləcədə Cənubi Azərbaycanın təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas olan yenrli xüsusiyyətlər kəsb etdi. Ölkə və onun ən böyük əyaləti olan Cənubi Azərbaycan İngiltərə və Rusiyanın sənaye mallarının satış bazarına, eyni zamanda bu ölkələrin sənayesini xammalla təchiz edən mənbəyə çevrilmişdi. Beləliklə də İran getdikcə daha yaxından dünya mal mübadiləsinə qoşulurdu. Ölkənin ümumdünya bazarına cəlb olunması bəzi sənaye sahələrinin dağ-mədən sənayesi, emal sənayesi sahələrinin yaranması və inkişafına səbəb oldu.Lakin bu , asılı ölkələrə xas olan birtərəfli inkişaf idi.
Cənubi Azərbaycanda coğrafi mühitinə görə çar Rusiyasının nüfuzu daha güclü idi. Burada kənd təsərrüfatının inkişafı Rusiya bazarı ilə münasibətlərin səviyyəsindən asılı idi. Rusiya bazarında pambıq, xammal, boyaq maddələri, yun, dəri vəsair kimi məhsullara tələbatın artması həmin sahələrinin inkişafına təkan verirdi.
XIX əsrin sonlarında Cənubi Azərbaycanda əsas sənətkarlıq sahələrindən biri xalçaçılıq idi. Xalça istehsalı sənayenin kapitalist münasibətləri inkişaf etmiş ən başlıca sahəsi idi.
Təbrizdə, Xalxalda və bəzi başqa şəhərlərdə istehsal edilən yun və ipək yay-lıqlar, şal, yun, ipək, pambıq parçalar və başqa toxuculuq məhsulları həm yerli əhalinin tələbatını ödəyir, həm də digər ölkələrə ixrac olunurdu.
XX əsrin əvvələrində ayrı-ayrı sənət sahələri üzrə yaranmış müəssisələr üçün muzdlu əməkdən istifadə artıq səciyyəvi hal almuş, bazarla əlaqə daha da genişlənmişdi.
İranda xarici kapitalın və feodal üsul-idarəsinion hökmranlığı Cənubi Azər-baycanda milli sənayenin inkişafı üçün böyük manelər yaradırdı.
Kənd təsərrüfatının xarici ticarətlə əlaqəsi ona gətirib çıxarmışdı ki, bir çox tacir , sələmçi və varlı məmurlar öz kapitallarını sənaye müəssisələrinin yaradılmasına deyil, torpaq almağa sərf edirdilər. Nəticədə iri və orta ticarət burjiaziyası ilə feodal torpaq sahibliyi arasında güclü əlaqə yarandı. Torpaq sahibləri iri şəhərlərdə yaşamaqla, kənddə böyük torpaq sahələri ələ keçirir və bu torpaqları öz iş adamları- kətxuda, mübaşir vasitəsilə idarə edirdilər. Kəndli isə həmin feodaldan paydarlıq idarəsi əsasında torpaq sahəsi götürərək əkirdi. Icarə haqqı bəzi vaxtlarda məhsulun 70-85 faizini təşkil edirdi.
Kəndli icarə haqqından əlavə, mülkədara başqa növ vergilər verir, onun üçün feodal mükəlləfiyyəti daşıyırdı. Kəndli eyni zamanda mübaşir kəndxuda və başqa məmurların öz xeyrləri üçün təyin etdikləri əlavə vergilər də verirdilər.
XX əsrin əvvəllirində Cənubi Azərbaycanda kəndlilərdən alınan vergilərin miqdarı xeyli artırıldı.
Nəticədə Azərbaycandan Rusiyanın içərilərinə doğru kəndlilərin, kəsbkarlığa gedənlərin güclü axını başlandı. Bakıda mövsimi işlərə gdənlərin sayı ildə 50-80 min nəfərə çatdı. 1903-cü ilin məlumatına görə Bakıda Cənubi Azərbaycandan gəlmiş işçilərin sayı yerli işçilərin 22 faizə qədərini təşkil edirdi.
Azərbaycanda hakim dairələrin zülm siyasəti qanunsuzluq, soyğunçuluq əhalinin müxtəlif təbəqələri içərisində narazılığın artmasına, kütləvi həyəcan və çıxışların baş verməsinə səbəb oldu.
30-cu illərin sonu . 40-cı illərin əvvələrində Təbrizdə bir neçə dəfə həyacan və çıxışlar baş versə də qəddarlıqla yatırılmışdı.
1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və səhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş vermişdi.
1850-ci ildə Zəncanda babilər üsyanı baş verdi. Babizmin banisi Seyd Əli Məhəmməd olmuşdur. O, özünü imam Mehdi ilə xalqın arsında vasitəçi elan etmiş və buna görə Bab (qapı) ləqəbini götürmüşdür. Onun əsas ideyaları “Bəyan” kitabında öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə bərabərlik, əda-lət,şəxsiyyətin toxunulmazlığı ideyalarını irəli sürürdü. Bununla o, öz fikirlərində tacir, sənətkar, və kəndlilərin arzularını əks etdirirdi.
Məhz baş verən üsyanda iştirak edənlərin sayı 15 min nəfərdən çox idi. Bundan əlavə yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutduar. Şəhər iki hissəyə bölündü və babilər onun çox hissəsini ələ keçirdilər. Şah hökuməti tərəfindən göndərilən qoşun hissələri iyunun əvvəllərində Zəncanı mühasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək çəkilməli oldular.
Dekabr ayında 30 minlik şah qoşunu Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər.Üsyançıların çoxu həlak oldu.Üsyan başçısı Seyid Əli Mə-həmməd ağır yaralanaraq üç gündən sonra vəfat etdi.
Beləliklə, dekabrın sonunda sonuncu 100 babi öldürülərək üsyanı yatırmağa müvəffəq oldular.Babilər üsyanı zamanı gələcəyin bir çox inqilabçıları yetişdi və onların bir çoxu ölkədə baş verən xalq çıxışlarında, məşrutə inqilabında fəal iştirak etmişdi.
1891-ci ildə Təbrizdə şah rejiminə qarşı güclü narazılıq baş verir və hətta 20 minə qədər adam silahlanaraq şaha etirazlarını göndərdilər. Nəsrəddin şah geri çəkilməyə məcbur olaraq İngilislərə verilmiş imtiazları ləğv etdi. 1901-ci ildə Tehranda gizli cəmiyyət və ya inqilabi komitələr, 1905-ci ildə yaranan “Əncüməne – məxfi” əhalini xaricilərin və yerli feodalların özbaşınalığı əlehinə mübarizəyə çağırır və burjua islahatları aparmaq tələblərini irəli sürürdülər. Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun xarici imperyalizmə və yerli feodalizmə qarşı xalq mübarizəsinin güclənməsində böyük rol oynamışdır.
XX əsrin əvvələrində İran daxilində iqtisadi vəziyyətin ağırlaşması, hökumətin milli mənafeyə zidd hərəkəti sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb oldu.
1905-ci il dekabrın 12 də 17 tacirin həbs edilməsi tacir və rühanilərin həyacanına səbəb oldu. Milli burjaziya nümyəndələri, sənətkarlar və minlərlə adam hökumətə qarşı etiraz yığıncaqları təşkil etdilər. Bununla da İranda məşrutə inqilabı (1905-1911 illər) başladı. İnqilabın ilk dövrlərində hərəkatın idarə edilməsində “Əncüməne– məxfi” nin böyük rolu olmuşdur. Bu təşkilatların rəhbərlərindən biri Seyid Cəmalləddinin sürgün edilməsi narazılığı daha da artırdı və inqilab komtəsi xalqı silahlı üsyana çağırdı.
1906-cı ilin yayında inqilabçılar şaha aşağıdakı tələbləri irəli sürdülər:
1.Məşrutə (konstitusiya) elan etmək;
2.Məclis(parlament) çağırmaq;
3.Sürgün edilmiş inqilabçıların geri çağrılması və s.
Şah hökuməti bu tələbləri qəbul etməyə məcbur oldu və avqustun 5-də konstitusiya verilməsi haqqında fərman imzaladı, lakin 1908-ci ildə Məhəmmədli şah əksinqilabi çevriliş edərək Konstitusiyanı ləğv edirbu xəbər Təbrizə çatdıqda şəhərin mübariz qüvvələri ümumi tətilə baçladılar. Sentyabrın 21-də əhalinin xeyli hissəsi etiraza (bəst) başladılar.
1905-1911-ci illər inqilabi gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial ziddiyyətlər,siyasi vəziyyət daha gərgin olmuşdu.Xalq ədalətli quruluş yaradılmasını tələb eirdi. Hərəkatın əsas hərəkətverici qüvvələri sənətkarlar, fəhlələr, xırda alverçilər-tacirlər, kəndlilər və xırda ruhanilər idilər.
Artmaqda olan hərəkatın təzyiqi altında şah müəyyən güzəştlərə getsə də son-radan onu ləğv etdi.Bu zaman inqilabi hərəkatda 1906-cı ildə əsası qoyulmuş sosial-demokratik partiyası mühüm rol oynayırdı.Bu partiya Şimali Azərbaycanda fəaliyyət göstərən “Hümmət” və sosial-demokrat partiyasının Bakı komitəsi ilə sıx əlaqə saxlayırdı. Hətta cənubi Azərbaycan sosial-demokratları öz proqramlarını yerli şəraitə uyğun olacaq PSDFP-nin Proqramını əsas götürmüşdülər.Təbrizdə “Gizli mərkəz” adlandırılan sosial-demokratların başında Əli Müsyo dururdu.
1906-cı ildə Məclisə seçkilər keçirilməsi haqqında Əsasnamə imzalandı.Se-ntyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə Şah sarayından müsbət cavab aldılar.Bu uğurlar xalqı daha da ruhlandırdı. Xalq hərakat başçıları qarşısında mü-barizənin davamı üçün zəruri olan bir siyasi mərkəzin yaradılması və bu təşkilatın ətrafında birləşmək tələbini qoydular. Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi Əncümənin əsasını qoydu və həmin təşkilat rəsmən “Azərbaycan əyalət Əncüməni”adlandırıldı.
1906-cı ilin noyabr-dekabr aylarında Azərbaycanın Urmiya, Xoy, Səlmas, Marağa, Ərdəbil, Zəncan və s. şəhərlərində də vilayət əncümənləri yaradıldı. Lakin Şah hər vasitə ilə demokratik hərəkatın qarşısını almağa və onları məhv etməyə çalışırdı.Bu məqsədlə Şah əksinqilabi irticaçı tədbirlər həyata keçirməyə başaladı.Tehranda “Fetovvat”, Təbrizdə “İslamiyyə”adlı əksinqilabı irticaçı əncümənlər yaradıldı.1908-ci ilin aprel ayında Şah hükuməti əksinqilabi çevriliş həyata keçirməyə başladı.Əksinqilab bütün İranda hücuma keçdi.Təbrizdə inqilabi hərəkat daha ciddi xarakter almışdı.Azərbaycan Əncüməni, sosial-demokrat təşkilatı yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlanmağa başladılar. İnqilabın mərkəzi Tehrandan Təbrizə keçdi.
1908-ci il iyunun 23-də Təbriz üsyanını boğmağa çalıçan Şah qüvvələri Təbrizə daxil oldular, onun şimal-şərq hissəsini tutdular.Əmirəxiz məhəlləsini Təbriz üsyanın görkəmli nümayəndəsi Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində yerləşən xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi hissələr müdafiə edirdilər.
Təbrizin müqaviməti şah hökumətini olduqca narahat edirdi.Buna görə 1908-ci ilin avqustunda Şah Təbrizə 40 minlik silahlı qüvvə göndərdi. Sentyabrın 25-dən Təbriz üzərinə iki günə qədər davam edən hücum başlandı,lakin məğlub olaraq oktyabrın 12-də şəhəri tərk etməyə məcbur oldular.
Təbriz üsyançılarının qələbə xəbəri tezliklə ölkəyə, Qafqaza və Avropa ölkələrinə yayıldı. Bu yerlərdən Səttar xanın adına təbrik teleqramları göndərildi.Səttarxan 11 ay davam edən vuruşlarda mahir sərkərdə kimi inqilabın əsl rəhbərinə çevrildi. Xalq öz milli qəhramanını “Sərdar-e milli”, Bağır xanı isə “Salar-e milli” adlandırırdı.
1909-cu ilin fevralına qədər cənubi Azərbaycanın bütün qərb vilayətləri inqi-labçıların əlinə keçdi. Şərq vilayətlərində də əksinqilaba qarşı etiraz hərəkatı güc-lənməyə başlandı. Məhəmmədəli şah hər vasitə ilə inqilabı boğmağa çalışırdı.O, yenidən 40 mindən çox silahlı qüvvə toplayaraq Təbriz üzərinə yeni hücum hazırlayırdı. 1909-cu il yanvarın axırlarında Təbriz şəhəri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında şəhər üzərinə əksinqilabın yeni hücumu başladı. Lakin bu hücumlar da inqilabçıların qələbəsi ilə nəticələndi. Mühasirədə olan xalq aclıq və qıtlıqdan çox əziyyət çəkirdilər. Aprelin 14-də Marağa qubernatoru olmuç Səməd xanın qoşunları Təbrizə hücum etdilər. Onlar da məğlub edildi.
Belə bir şəraitdə İngiltərə və Rusiya əksinqilaba kömək məqsədilə açıq müdaxiləyəbaşladılar.1909-cu ilin aprelində Çar Rusiyası guya öz təbəələrini müdafiə etmək məqsədilə Təbrizə daxil olur və Aprelin 29-da Təbriz üsyanı yatırılır.
Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda yenidən hərəkatın yüksəlişinə təkan verdi. Rəşt və İsfahanda üsyanlar uğurla başa çatdı, üsyançılar Tehran üzərinə yürüş edərək Məhəmmədəli şahı hakimiyyətdən devirdilər (16 iyul 1909-cu il). Konstitusiya (məşrutə)yenidən bərpa olunur.
Təbriz fədailərini tərk-silah etmək məqsəidlə Tehranın rəsmi dairləri tərə-findən Səttərxan və Bağırxan Tehrana dəvət olunurlar. Aprelin 15-də (1910 cu il)onlar 100 nəfər fədai ilə Tehrana daxil olurlar.Tehran fədailərindən də üsyan-çılara qoşulurlar
1910-cu il avqustun 7-də fədailər üzərinə 6000-lik şah qoşunu qəflətən xaincəsinə hücum etdilər. Gecə saat 11-dək vuruşma oldu, lakin üsyançılar məğlub oldular.18 nəfər həlak oldu, 40 nəfər,o cümlədən Səttərxan yaralandı.
Dekabrın 28-dən isə Təbriz fədailərinin müqaviməti qırıldı.Ələ keçən fədailər və Əncümən rəhbərlərinə divan tutuldu.Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı.
Səttərxan və Bağırxan həbs olunsalar da Şah onlara divan tutmağa qorxdu. 1914-cü ildə Səttərxan, 1917-ci ildə Bağırxan vəfat etmişlər.
Cənubi Azərbaycanda inqilabi hərəkat 1917-ci il Rusiyada baş verən inqilabların təsiri altında yenidən güclənməyə başladı.Bu hərəkatlara 1917-ci ilin avqustunda sərbəst fəaliyyətə başlayan İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi rəhbərlik edirdi. Komitənin başında Azərbaycan xalqının görkəmli oğlu Şeyx Məhəmməd Xiyabanı dururdu.(1880-1920).Partiyanın orqanı olan “Təcəddüd” qəzetində Ş.M.Xiyabani kəskin siyasi ruhlu məqalələrlə çıxış edirdi.O, 1918-ci ildə Cənubi Azərbaycana soxulmuş Osmanlı qoşununa qarşı müqavimət göstərmək üçün 500 nəfərlik silahlı dəstə də yaratmışdı.
1920-ci ilin əvvəllərindəTəbrizdə həm şah rejiminə, həm də İngilis müstəmlə-kəçilərinə qarşı izdihamlı nümayiş keçirildi. Aprelin 7-də dinc nümayiş silahlı üsyana çevrildi. Üsyanın hərəkət verici qüvvələri fəhlələr, şəhər yoxsulları, sənətkarlar və xırda tacirlər idilər.
Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı. Üsyançılar Təbrizdə əsas dövlət idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy, Ərdəbil şəhərlərində də hakimiyyət üsyançıların əlinə keçdi. Beləliklə Cənubi Azərbaycan “Azadistan”adlandırılmağa başlandı. 1920-ci il iyunun 22-də S.M. Xiyabaninin başçılığı ilə milli hökumət yaradıldı. Hökumət tezliklə iqtisadiyyat, maarif, səhiyyə və aqrar sahədə islahatlar keçirməyə başladı.
Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə İngilis imperialist üzərinə şiddətli hücuma keçdi. Hücum 1920-ci ilin sentyabrın 11-də başladı və qoşun Təbrizə daxil oldu. 10 günə qədər davam edən şiddətli küçə vuruşmaları nəticəsində üsyan yatırıldı. Sentyabırın 14-də S.M. Xiyabani vəhşicəsinə öldürüldü.
Bundan sonra 1920-ci ilin mayında Kiçik xanım rəhbərliyi altında Gilan şəhərində inqilab baş vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.
Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika uzun zaman fəaliyyət göstərə bilmədi. 1921-ci ilin sonlarında əks inqilabi qüvvələrin Gilana soxulması ilə bu Respublika məğlubiyyətə uğramışdı.
Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən mübarizələr Şah hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin köməyilə qan içində boğuldu. 1925-ci ildə hakimiyyətə gələn Rza şah Pəhləvinin irticaçı qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə geniş hücuma keçməyə başladılar.
XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı milli demokratik hərəkat genişlənməyə başladı. Müxtəlif ölkələrə yayılmış olan Gənc Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək və ortaq bir hərəkat yolu seçmək məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq keçirildi. Yığıncaqda Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan istifadə məsələsi qarşıya qoyuldu. Bu fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:
1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçiril-di.Konqres pozitivist Əhməd Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci ildə Türkiyədə müxalifətçi hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu birləşmələrində mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər bəy və Rəsnəli Niyazi özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Monastr dağına çığmağa başladılar.
Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də yayılmağa başlayır.
Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının mər-kəzi komtəsi rəhbərlik edirdi. Bu partiya konstitusiyanın yenidən elanı üçün hərəkatın başlandığını bütün Avropaya bəyan etdi.
Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail ola bilmədi:Saloniki və Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil etdilər. 1908-ci ilin iyulun 20 –də Monastrın müsəlman əhalisi üsyana qalxaraq hərbi cəbhəxananı ələ keçirdilər. Bunun ardınca Kosovada belə hərəkat baş verdi. İyulun 23 –də Sultan Konstitusiyalı Monarxiya haqqında fərman verməyə məcbur oldu.
“İttihad və tərəqqi ” partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi ilə üz-üzə dayandı. 1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer əldə etdi.1908-ci ildə yaranmış “Əhrar”partiyası da məclisdə bir yer əldə edir.
1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın, Bolqarıstanın, Kirit adasının itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də əsgəri birləşmələr məclis binası önünə toplaşaraq Baş nazirin və Məclis sədrinin istefasını tələb etdilər və buna nail oldular. Aprelin 23-də Şövkət paşnın başçılığı altında qoşun hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və onun yerinə Mehmet Rəşadi gətirmişlər.
1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim siyasi partiyaya çevrilir. Bir sıra partiyaların fəaliyyəti isə qadağan edildi.
1912-ci ildə hakimiyyətə “Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əh-məd Muxtar Paşa gəldi. Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə bu hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu ildə hakimiyyət “İttihad və Tərəqqi” partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi. Beləliklə 1918-ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin hakimiyyəti bərqərar oldu.
Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi ilə dövlət daxilində olan çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanırdılar. Ancaq hadisələr heç də onların düşündükləri kimi olmadı.
1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş bağlayan İtaliya Egey dənizində 12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da Balkanlarda öz siyasəti var idi. Rusiya buradakı Slavyan dövlətlərini birləşdirərək Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel boğazlarına yiyələnmək istəyirdi.
Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı və bu müqaviləyə Yunanlar da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə qoşulması ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin ittifaqı yaradıldı. Oktyabr ayında Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibəyə başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk ordusu bir cəbhədə məğlub oldular.
1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı dövləti Egey adalarının taleyini və Albaniyanın sərhədlərinin müəyyən edilməsi taleyini böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913 cü ildə Avropa Türki-yəsinin çox böyük qismi itirilmiş olur.
Gənc Türklərin hakimiyyəti dövründə Türkiyə siyasi cəhəddən zəifləməsinə və bir sıra torpaqların itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər ölkə daxilində bir sıra islahatlar həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı 1914-cü ildə iş yerlərinin milliləşdiriləsi oldu.
1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk dilində aparılmağa bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verirdi. İqtisadi təhsil almaq üçün Almaniyaya tələbələr göndərildi. Magistr və texniki işçilər hazırlayan kurslar açıldı.
1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye qanunu” yenidən ffəaliyyətə başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda türk vətəndaşları işləməli idilər.
1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən azad olmuş bütün vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə etmək hüququ verildi.
Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın Universiteti 1917-ci ildən fəaliyyətə başladı.Orduda gəncləşdirmə siyasəti həyata keçilərək , Almaniyanın köməyi nəticəsində silah və təchizat cəhətdən yenidən quruldu. Həmin ordu I Dünya müharibəsində İngilis və Ruslara qarşı uğurla vuruşmuşdu.
Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və coğrafiya institutları kimi mədəniyyət və elm qurumları yaradıldı.
Umumiyyətlə Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər) Osmanlı düvlətinin tarixində çox mühüm dəyişikliklər olmuşdur.
XIV MÖVZU
Azərbaycan I Dünya müharibəsi dövründə
(1914-1918-ci illər)
PLAN
1.İmperialist müharibəsinin başlanması və Azərbaycan.
2.Müharibənin iqtisadiyyata təsiri. Zəhmətkeşlərin inqilabi çıxışları.
3.Fevral burjia- demokratik inqilabının qələbəsi Azərbaycanda siyasi
vəziyyət. 1918-ci il mart soyqırımı.
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi. VII cilddə, V cild, Bakı, 2001, səh.162-191.
2. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı,2004,səh.71-74.
3. Siyasi tarix (mühazirə kursu).I hissə , Bakı, 1995,səh. 154-166.
4. Əliyev H.Ə.Azərbaycanlıların soyqırımı haqqında. 28 mart, 1998-ci il
fərmanı.
5. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, 1991.
6. Musayev İ.Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət.(1917-1920-ci
illər), Bakı,1992.
1914-cü ilin iyununda bəşəriyyət tarixində o vaxta qədər misli görünməmiş müharibə I Dünya müharibəsi başlandı.
Müharibənin başlanmasının əsas səbəbkarları Almaniya, İngiltərə, Fransa, Av-striya –Macarıstan və Rusiya idi. Lakin Dünyanı yenidən bölüşdürüb paylmağa can atan Almaniya müharibənin əsas səbəbkarı oldu.
Müharibə Avstriya –Macarıstanın Serbiyaya hücumu ilə başladı. Serbiya ilə müqaviləsi olan Rusiya iyunun 19-da ümumi səfərbərlik keçirdi. Buna cavab olaraq Almaniya Rusiyaya müharibə elan etdi. Rusiyanın Antanta üzrə müttəfiqləri Fransa və İngiltərə Almaniyaya qarşı çıxdı. Müharibə tezliklə 38 ölkəni əhatə edərək Dünya müharibəsinə çevrildi.
Qafqaz, ilk növbədə isə neft Azərbaycanı da Almaniyanın işğal planlarına daxil idi.Alman məmuru Rudolf Martin 1907-ci ildə nəşr etdirdiyi”Berlin –Bağdad” adlı kitabında almanların hakimiyyəti altında Bakı və bütün Qafqazı əhatə edəcək “Tiflis canişinliyi” yaradılması planını irəli sürmüşdü.
Müharibə ərəfəsində Almaniyadan Cənubi Qafqaza çoxlu kəşfiyyatçılar qrupu göndərilmişdi. Bu casuslar Almaniyanı Qafqazın və burada yaşayan xalqların mü-dafiəçisi kimi təqdim edirdilər.
Almaniyaya Cənubi Azərbaycanda da öz təsirini möhkəmləndirmək üçün, bu bölgənin strateji əhəmiyyətini nəzərə alıb, nüfuzlu yerli dairələrlə sıx əlaqələr qurma-ğa çalışır və Rusiyanın burdakı mövqeyini zəiflətməyə çalışırdılar.
Bu planların həyata keçirilməsində Almaniyanın hərbi müttəfiqi olmuş Türkiyəyə mühüm yer verirdi.Müharibə ərəfəsində Almaniyanın nüfuzu Türkiyədə xeyli gücləndi. Hətta 1914-cü ilin əvvələrində alman genralı Sanders Türkiyə silahlı qüvvələrinə başçılıq etməyə başladı.Almaniya Qafqazı ələ keçirmək üçün Rusiyaya qarşı Türkiyədən istifadə etməyə çalışırdı. Özünün mənafeyi ilə bağlı planları olan Türkiyə müharibəyə qoşularaq ona cihad elan etdi və bütün dünya müsəlmanlarını köməyə çağırdı. Qafqaz, Orta Asiya, Krım və Volqaboyunun istilası Turan imperiyasının yaradılması üçün əsas idi.
Türkiyə Rusiya ilə müharibədə Qafqazdakı müsəlman xalqlarının köməyinə ümid bəsləyirdi. Lakin Türkiyə hökuməti Azərbaycanın müstəqilliyinə dair heç bir vəd vermir, onun gələcək Turan imperiyasının tərkibinə qatılmasını planlaşdırırdı.
Türklərin bilavasitə vəzifəsi Qars və Sarıqamış istiqamətində rus qoşunlarını məğlub edərək Cənubi Qafqazı istila etmək idi. Lakin Sarıqamış istiqamətində türk qoşunları məğlub oldular. Türk qoşunları eyni zamanda Cənubi Azərbaycan ərazisinə girərək 1915- ci il yanvarın 1-də Təbrizi və Urmiyanı ələ keçirdilər. La-kin yanvarın sonunda rus qoşunları Türkiyəni bu yerlərdən çıxara bildi.
I Dünya müharibəsinin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbə-qələrində ziddiyətli əks-sədaya səbəb oldu. Cəmiyyətin yuxarı sosial təbəqələri burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanı müdafiə edirdilər. Eyni za-manda Dövlət Dumasının müsəlman fraksiyası da çar hökumətini müdafiə edir, bütün müsəlmanları “Rusiyanın şöhrəti və bütövlüyünün” qorunmasına çağrırdı.
Mütərəqqi Azərbaycan ziyalıları müharibə nəticəsində xalq üçün geniş azadlıqlar əldə ediləcəyinə ümid bəsləyirdilər.F.X.Xoyski bu münasibətlə deyirdi: “Bu müharibənin qalibi, kim olursa olsun, bu müharibədən çoxlu yaralarla və zəifləmiş şəkildə çıxacaq. Zəifləmiş və yaralanmamış bizlər isə xahiş yox, tələb edə biləcəyik. Müstəqillik, bax bizim üçün lazım olan budur, özüdə böyük dövlətlər müharibədən sonra nə qədər zəif olsalar, bizim üçün azadlıq o qədər yaxşı olacaq. Bu azadlıq bizim qüvvəmizdən, bizim neftimizdən doğacaq.Çünki biz dünyaya daha çox lazımıq, nəinki dünya bizə”
M.Ə.Rəsulzadə də göstərirdiki bu müharibə əzilən ölkələrin müstəqilliyini möhkəmləndirərək sülhlə bitəcək.
1914-1915-ci ilərdə türk inisarları, habelə azərbaycanlı mühacirlər antirus təbliğatı gücləndirisələr də, bütünlükdə Azərbaycan cəmiyyəti Rusiyanın qələbə-sini dəstəkləyirdilər.
Milyonçulardan H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, H.Hacinsi və baş-qaları bu müharibəyə çoxlu miqdarda ianələr verirdilər.Yerli burjuaziyanın təşəbbüsü ilə Bakı və digər şəhərlərdə əhalidən ianə toplayır və xeyriyyəçilik işləri davam etdirilirdi.
Çar hökuməti müsəlmanları orduya çağırmasada, bir çox azərbaycanlılar könüllü surətdə hərbi xidmətə gedirdilər. Müharibədə 200 nəfərdən çox azərbaycanlı zabit vuruşmuşdu. Məşhur generallar S.Mehmandarov, Ə.Şıxlinski, Hüseynxan Naxçıvanski: bu müharibədə böyük şucaət göstərmişdi-lər. H.Naxçıvanskinin rəhbərlik etdiyi “Vəhşi Diviziya “ ən iri müsəlman hərbi divi-ziyası idi. Şuşada təşkil olunmuş “Tatar süvari alatyı” bu diviziyanın tərkib hissəsi idi.Bu diviziyanın seçmə süvari alayları bütünlükdə azərbaycanlı və Dağıstanlı könüllülərindən ibarət idi.
1914-cü il Lodz əməliyyatında 21-ci niyada diviziyasının komandiri S.Meh-mandarov xüsusuilə fərqlənirdi.O, rus qüvvələrini mühasirəyə almağa çalışan alman general Markezinin hərbi planlarını pozmuş və onlara güclü zərbə vurmuşdu. S.Mehmandarov müharibənin sonuna yaxın korpuslar qrupuna komandirlik etmişdi.
“Artilleriyanın allahı” adlandırılmış general-leytenant Ə.Şıxlinski rus ordu-sunda artilleriya işinin ən mahir ustası sayılırdı. Müharibənin ilk günlərindən Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı.1915-ci ildə Ə.Şıxlınski Ali Baş Komandanlıq qərərgahında işləmiş, sonra Qərb cəbhəsinin artilleriya rəisi, müha-ribənin sonuna yaxın isə 10-cu ordunun komandanı vəzifəsini tutmuşdu.
Bir çox Azərbaycanlı zabitlər –polkovnik Talıb Vəkilov, rotmistr Teymur Nov-ruzov, kapitan Tərlan Əliyarbəyov və başqaları döyüşlərdə göstərdikləri igidliklərə görə yüksək mükafat olan “Georgi xaçı” ilə təltif edilmişdilər.
İlk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux Qayıbov rus aviasiya qrupunun tərkibində Vilnodakı alman hərbi obyektlərinə hücumda iştirak etmiş-di.Bir saat ərzində o, düşmənin 4 təyyarəsi ilə vuruşmuş, onlardan üçüncü vurub salmış, lakin özü də vurularaq qəhrəmancasına həlak olmuşdur.
Müharibə dövründə Azərbaycanda fəaliyyət göstərərək partiya və siyasi təş-kilatların da müharibəyə münasibətləri fərqlənirdi.
Bakıda fəaliyyət göstərən “Daşnaksütun”, “Qnçak” erməni partiyaları guya kı, ermənilərin həyatında yeni səhifə açmalı olan bu müharibədə erməni xalqının iştirakına tərəfdar çıxaraq onları mübarizəyə səsləyirdilər.
Bakı menşeviklərinin mövqeyi xeyli ziddiyətli idi. Onlar müharibənin ilk günlərində vərəqələr çap edərək müharibəni pisləyirdilər. Eserlər də müharibəyə müxtəlif mövqelərdən yanaşırdılar.
Bu müharibədə yalnız bolşeviklər partiyası öz hökuməti əlehinə çıxaraq imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək taktikasını irəli sürürdü-lər. Bolşeviklərin müharibə əlehinə fəaliyyəti zəhmətkeş kütlələr arasında narazı-lığı daha da artırırdı. Bu da Bakı və digər şəhərlərdə bir sıra tətillərin baş verməsinə səbəb oldu.
Müharibə ölkənin iqtisadiyyatına güclü dağıdıcı təsir göstərmişdi. Cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycan sənayesi digər arxa rayonlara nisbətən müharibənin dağıdıcı təsirinə daha çox məruz qalmışdı. Müharibə əmtəə dövriyyəsinin, nəqliy-yatın işini pozmuş, xammal və avadanlıq idxalını məhdudlaşdırılmışdı.
Azərbaycan neft sənayesi müharibə illərində ciddi çətinliklərlə üzləşdi. Kəskin neft böhranı yaranmış oldu. Texniki vasitələrin çatışmazlığı, xaricdən neft ava-danlıqlarının alınmaması qazma işlərinin azalmasına, emal olunan məhsulların kəskin azalmasına səbəb oldu.
Məsələn müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft məhsulları 38,2 faizdən 23 faizə endi.
Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrindədə dağ-mədən, ipəkçilikdə də özünü göstərdi. Gədəbəydə mis filizinin çıxarılması, əridilməsi sahəsində xeyli geriləmə özünü göstərdi. Tovuzdakı sement zavodu tamamilə bərbad hala düşmüşdü. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan çoxu barama çatışmazlığı üzündən işləmirdi. Pambıq –parça istehsalı xeyli azal-mışdı. Balıqçılıq sənayesi tənəzzülə uğramışdı.
Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirdi. Dənli və texniki bitkilər əkini kəskin surətdə azalmışdı. Bakı və Yelizavetpol quberniyasında taxıl əkini sahəsi 42 faizə qədər azalmışdı.
Təsərrüfat dağınıqlığı pambıqçılıqda hakim idi. Yenə yuxarıda göstərilən quberniyalarda pambıq istehsalı 3 dəfəyə qədər azalmışdı.
Müharibə Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan üzümçülüyü də bərbad hala salmışdı. Azərbaycanda üzüm yığımı 1913-cü ildə 5000 puddan çox olduğu halda, 1915-ci ildə 800 pud təşkil edərək 7 dəfə azalmışdı. Şərabçılıq və meyvəçilik təsərrüfatı da ciddi böhran keçirirdi.
Azərbaycanın meyvə bağlarına da böyük zərər dəymişdi. Artıq müharibənin birinci ilində Azərbaycandan Həştərxana, Rostov, Odessa, Peterburq və digər şəhərlərə bağçılıq məhsullarının aparılması iki dəfə azalmış, 1920-ci ilin əvvəllərinə qədər isə meyvə bağlarının 15 faizi məhv edilmiş, təxminən bu qədəri isə məhv olmaq üzrə idi. Müharibəyə qədər hər il Rusiyaya və xaricə aparılan 40-50 mln manatlıq ən müxtəlif kənd təsərrüfatı məhsulu 1915-ci ildə iki dəfədən çox azalmış, 1916-cı ildə isə onun ixracı tamamilə kəsilmişdi
Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azal-mışdı. Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün yığılması ilə əlaqədar olraq, müharibənin birinci iki ilində iş heyvanlarının sayı təxminən 50 faiz azalmışdı.
Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi qüvvəsindən xeyli dərəcədə məhrum edirdi. 1915-ci iliyunun 15-də verilən çar fərmanına görə azərbaycan kəndinin kişi əhalisinin 30 faizi arxa cəbhə işlərinə cəlb edilmişdi.
Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. Qafqazı Avropa Rusiyası ilə bağlayan ən başlıca yol Vladiqafqaz dəmir yolu xətti idi. Lakin həmin dəmir yolu xətti tex-niki təhcizatın zəif olması üzündən Avropa ölkələrində olan dəmir yol xətlərində olduqca geri qalırdı. Qafqaz dəmir yolu bir xətli idi ki, bu da onun yükdaşıma qa-biliyyətini xeyli məhdudlaşdırırdı.
Dəniz nəqliyyatında vəziyyət nisbətən yaxşı idi. Müharibə illərində teplo-xodlar, nefti boruları və digər gəmirlərin sayı nisbətən artmışdı.
Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli kəskinləşdirmişdi. Ərzaq böhranı, qaçqınlar axını və şəhərdə iri hərbi birləşmələrinin məskunlaşması üzündən daha da kəskinləşdi. Məsələn, Bakıya 1916-cı ildə lazım olan 750-min pud əvəzinə cəmi 321-min pud buğda və un gətirilmişdi. Müharibənin ilk günlərindən ərzaq məhsullarının qiymətləri hədsiz dərəcədə sürətlə artırdı. Çörəyin qiyməti 3 dəfədən çox artmışdı.
Ərzaq çatışmazlığı Azərbaycanın qəzalarında qeyri adi dərəcədə dərinləş-mişdi.Taxıl, ət, qənd, və digər ərzaq məhsulları kəskin şəkildə bahalaşdı. Qəzalarda çörək 7-8 dəfə bahalaşmışdı.
Müharibə əməklə kapital arasındakı ziddiyətləri daha da kəskinləşdirdi, zəh-mətkeş kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı. Neft sənayesi fəhlələrinin həyat və iş şəraiti son dərəcədə çətinləşmişdi. Mədənlərdə iş günü 12-14 saatadək yüksəlmişdi.
Müharibə zəhmətkeş kəndlilərinin yoxsullaşması və müflisləşməsinə gətirib çıxardı. Kənddə sosial təbəqələşmə prosesi daha da sürətləndi. Bakı və Yelizavetpol quberniyalarında tamamilə torpaqsız kəndlilərin sayı 1916-cı ildə 50 min, 1917-ci ildə isə 76 min nəfər idi. Yoxsul təbəqənin xüsusi çəkisi artırdı. 1917-ci ildə Azərbaycanda bütün kəndli təsərrüfatlarının 54,4 faizini yoxsul, 34 faizini ortabab, 8,6 faizini isə varlı və qolçomaq təsərrüfatları təşkil edirdi.
Zəhmətkeşlərin iqtisadi və siyasi vəziyyətlərinin kəskin surətdə pisləşməsi, onların tətil mübarizələrinin başlanmasına gətirib çıxardı.
1915-ci ilin yayından Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək təkcə neft sənayesi işçilərinin iştirak etdikləri tətil hərəkatına digər sənaye müəssələri fəhlələri də qoşuldular.1916-cı ıil fevralın 14-16-da şəhərdə iri həyəcanlar baş verdi. Əksəriyyəti qadınlardan ibarət olan çox saylı kütlə alverçilərin üzərinə hücum edərək bazarları,mağazaları ərzaq ambarlara dağıtmağa başladılar. Bu həyacanlarda şagirdlər də iştirak edirdilər. Hökumət bu həyəcanıları yatırmaq üşün Gəncə və başqa şəhərlərdən Bakıtya iri hərbi qüvvələr gətirdi.
Bu dövrdə Nuxa ipək sənayesi fəhlələri iri çıxışlar keçirirdi. Aprelin 9-dan 20-dək Nuxanın 16 fabrikinin 1270 fəhləsi tətil edirdi. Onların tələbi əmək haqqının artırılması, iş gününün 1,5 saat qısaldılması idi37. İki aydan sonra, iyunun 9-da Nuxada tətillər yenidən baş- ladı. Şəhərin əksər ipəksarıma müəssisələri fəhlələrinin qatıldığı bu tətil iyunun 21-dək davam etdi və dövrün ən iri aksiyası oldu38 . 1915-ci ilin yayından etibarən Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək müstəsna olaraq neft sənayesi fəhlələri, qismən də dənizçilərin iştirak etdikləri bu aksiyaya 1915-ci ilin ikinci yarısında şəhərin digər müəssisələrinin də fəhlələri qoşuldular. 1915-ci ilin payızında "Kaspi", "Trud" və Birinci mətbəə şirkəti mətbəə fəhlələrinin tətili uğurla keçdi.
1916-cı ilin yanvarında mədən və zavodlarda keçirilən yığıncaqlarda fəhlə təşkilatları seçildi, onların nümayəndələrindən Mərkəzi komissiya yaradıldı və o, Bakı fəhlələrinin tələblərini hazırlamaq və ümumi tətili təşkil etmək işini öz əlində cəmləşdirdi.
1916-cı ildə Bakıda tətillərin sayı xeyli artaraq 94 aksiyaya çatmış, onlarda 13 min nəfərdən çox adam iştirak edtmişdir.Bu tətillərin təsiri ilə kapitalistlər fəhlələrə müəyyən güzəştlərə getsələr də lakin polis və ordunun köməyi ilə bu aksiyalara divan tutmağa çalışırdılar.
Fəhlə sinfinin kapitalistlərə qarşı mübarizəsi əyalətlərdə də artırdı. Şəki ipək sarıma fabriklərinin fəhlələri, Gəncə mahlıc istehsalı fəhlələrinin geniş həyacanları baş vermişdi.
Müharbə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeşlərin vəziyyətinin kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial zidiyyətlərin kəskinləşməsi kəndli həyacanının yüksəlişinə səbəb oldu. 1914-1917-ci illərdə qəzaların əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Kəndlilər lik növbədə kəskin ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar torpaqlarının tutulması mübarizənin ən geniş yayılmış formalarından biri idi.
Müharibə illərində ən iri kəndli həyacanları Yelizavetpol quberniyaslnda və Bakı quberniyasının Lənkəran və Quba qəzalarında baş verdi. Bu həyacanlar kəndlilər və hökümət nümayəndələri-mülkədar, qolçomaq dəstələri arasında silahlı toqquşmalarla müşahidə olunrdu.
Müharibə illərində əkin sahələri xeyli ixtisar olunsa da, kəndlilərin suvarma suyu uğrunda mübarizəsi davam edirdi. Müharibə illərində meşələrin özbaşına qırılması halları artıb ərazisində meşə olan bütün qəzaları əhatə etdi. Özbaşına qırılan meşələrin sahəsi və buna görə kəndlilərdən alınan cərimələr 1916-cı ildə 1913-cü ilə nisbətən təxminən iki dəfə artmış, mülkiyyətin yandırılması halları da çoxalmışdı. Müharibə illərində kəndlilərdə narazılığı gücləndirən səbəblərdən biri də vergi və mükəlləfiyyətlərin həddən ziyadə artırılması idi. Kəndlilər kütləvi surətdə vergiləri ödəməkdən və mükəlləviyyətləri yerinə yetirməkdən boyun qaçırır, çar məmurlarına və polisə silahlı müqavimət göstərirdilər. Ordu və arxa işlərinə səfərbərliklər, mal-qara və arabaların, taxıl və s. məhsulların fasiləsiz müsadirə edilməsi kəndli həyəcanlarını gücləndirir, hökumət nümayəndələri ilə silahlı toqquşmalara gətirib çıxarırdı. Müharibə illərində qaçaqların - silahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xarakter alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız istismara, hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, mütləqiyyətin vergi siyasətinə qarşı çıxırdılar. Başqa sözlə, qaçaq hərəkatı torpaqdan istifadədə hökm sürən qarmaqarışıqlığa, torpaq, suvarma suyu və meşə materialı çatışmazlığına, vergi və mükəlləfiyyətlərin ağırlığına, onların toplanması zamanı yol verilən özbaşınalıqlara, polis məmurlarının zorakı əməllərinə və s. qarşı yönəlmişdi.
Bu dövrdə qaçaqların –silahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xa-raker alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız istismara, hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, Çar mütələqiyətinin vergi siyasətinə qarşı çıxırdılar. Müharibə illərində xalq intiqamçıların- qaçaqların 40 dək dəstəsi fəaliyyət göstərirdi.Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq Süleyman Ağahüseyn oğlu idi.O,öz dəstəsi ilə Zəngəzur və Qarabağ bölgələrində çar üsul idarəsinə, yerli bəylərə qarşı 15 ildən çox partizan mübarizəsi aparmışdı. Onun dəstəsində 200-dən çox qaçaq var idi.
Cəbhədəki ağır vəziyyətə baxmayaraq çar hökjumədti kəndli hərəkatına qarşı bir sıra tətbirlər həyata keçirir.Hərəkatının ən çox geniş yayıldığı Bakı, Yelzavetpol quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edildi. Lakin iqtisadi və siyasi böhran gettikcə dərinləşir və günü gündən fəhlə və kəndli hərəkatı dahada genişlənirdi.Çar hökuməti bu inqilabi çıxışların qarşısında aciz idi.
1917-ci il fevralın 28-də Petroqradda baş verən burjua demokratik inqilabı nəticəsində 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu.Mütləqiyyət devrildi.
M.Ə.Rəsulzadə o günlərdə yazırdı: “Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə nəhayət ki, çatdılar. Əli qanlı jandarım, bütün xalqların düşməni olan istibdad yıxılmışdı”.
Martın 3-də hakimiyyət Cənubi Qafqazda xüsusi Zaqafqaziya Komitəsinə verildi. Lakin yeni hakimiyyətin təşkilində vmüxtəlif siyasi partiyalar müxtəlif mö-vqelərdə dayanırdılar.
1917-ci il Oktyabr çevrilişində (Petroqıradda) sonra Cənubi Qafqazda siyasi vəziyyət yenidən kəskinləşdi.
1917-ci il noyabrın 15-də musavatçı, menşevik , eser və daşnaklardan ibarət Zaqafqaziya Komissarlığı təşkil edirdi. Onun tərkibinə M.Cəfərov, M.Aslanov, X.Xasməmmədov və F.X. Xoyski daxil oldular. Bu təşkilat zəif və az səmərəli bir orqan idi. Onun öz ordusu yox idi, öz dekretlərini həyata keçirməkdə aciz idi. Bakıda isə siyasi vəziyyət tamamilə başqa cürə idi. Beləliklə şəhərdə hakimiyyət demək olar ki, sovetlərin əlində idi. Eyni zamanda Bakı Duması da hakimiyyət orqanı kimi fəaliyyət göstərirdi və o, Bakı sovetini tanımaqdan imtina etdi. Dumaya tanınmış hüquqşünas F.X.Xoyski rəhbərlik edirdi və bu təşkilat Bakı ictimaiyyətinin müəyyən hissəsini təşkil edirdi.
Bu dövrdə siyasi nüfuzu daha da artan “Müsavat” partiyasının fəaliyəti daha da gücləndi. 1917-ci il oktyabrın 25- də partiyanın I qurultayı keçirildi, onun proqramı qəbul edildi. I qurultay partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli muxtariyyat verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Musavat” güc-ləndikcə onunla bolşeviklər arasında münasibət daha da dərinləşirdi. Çünki bol-şeviklər və onların orqanı olan Bakı soveti ermənipərəst siyasət yürüdürdülər.
Bu vaxt Zaqafqaziyada siyasi vəziyyət daha da mürəkkəbləşdi. Fəaliyyət gös-tərdiyi dövrdə Zaqafkom xalqa heç nə verə bilmədi.Torpaq məsələsi həll edilməmiş qaldı.Torpaqlar kəndli komitələrinə verildi və kəndli torpağı həmin komi-tələrdən icarəyə götürməli idi. Zaqafkomun həyata keçirdiyi bu torpaq siyasəti kəndlilərin narazılıqılarının artmasına səbəb oldu. Azərbaycanın bir çox qəzalarını kəndli həyəcanları bürümüş oldu. Bu həyəcanları yatırmaq üçün Zaqafkom bütün zorakı tədbirlərə əl atdı.
Zaqafkomun xəyənətkar siyasətindən xalq kütlələrinin qəzəblənməsinin art-maqda olduğunu görən millətəçi partiyalar 1918-ci il fevralın 23 –də Zaqafqaziya Seymini çağırdılar.Seymdə Gürcüstan sosial-demokratlarından (Menşeviklər) 32 nəfər, Azərbaycan müsavatçıları 30 nəfər, erməni daşnaqlarından 27 nəfər deputad iştirak edirdi.Digər partiya və bloklardan isə 14 deputat təmsil olunmiuşdular. Ümumiyyətlə Seymdə müsəlman fraksiyasının sayı 44 nəfər deputatdan ibarət idi.
Zaqafqaziya Seymi Geqekçori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Bu hökumətdə 13 nazir portfelinin 5-i azərbaycanlılara məxsus idi.
Zaqafqaziya Seymi hökumətin əsas vəzifələrini müəyyən etdi.
1.Konstitusiya layihəsini hazırlamaq;
2.Respublikalar arasında sərhədlərin müəyyən edilməsi;
3.Müharibə vəziyyətinə son qoymaq ;
4.Torpaq isalhatı keçirmək.
Musavat partiyası adından M,Ə.Rəsulzadə hökumətin verdiyi təkliflərə aşağıdakıları əlavə etməyi irəli sürdü: 1). Dağıstanın Cənubi Qafqaza birləşdirilməsi. 2). Bakının xaricilərdən ( Bolşevilklərdən) azad edilməsi.
1918-ci il martın 31 də Zaqafqazaiya Seymi və Komisarlığının birgə iclasın-da qərara alındı ki, sülh bağlamağa ixtiyarı var və Türkiyə ilə sülh müqaviləsi 1914 cü il sərhədlərinə əsaslanmalıdır Nümayəndə heyəti həm də çalışacaqdır ki,Şərqi Anadolu öz müqəddəratını təyin etməli və Türkiyə hüdudlarında Ermənistanın muxtariyyatını təmin etsinlər.
Cənubi Qafqazda milli azadlıq hərəkatının daha da gücləndiyi bir şəraitdə Azərbaycnda geniş xalq kütlələrinin Aərbycana muxtariyyət verilməsi tələbini qətiyyətlə irəli sürdülər. Cənubi Qafqaz xalqlarının gələcəkdə milli respublikalar yaratmaq cəhdlərinə Bakı Soveti və onun rəhbəri S.Şaumyan maneçilik törətməyə çalışır,bunu O, “millətcilərin öz müqəddəratını təyin etməsi”kimi qələmə verirdi.
O, Cənubi Qafqazı üç vilayətə parçalamağı zəruri sayırdı:
1.Qərbi Zaqafqaziya: bura Kutaisi, Batumi quberniyaları və Tiflis quberni-yasının bir hissəsi aid edilirdi;
2.Şərqi Zaqafqaziy: Bura İrəvan quberniyası, Tiflis quberniyasının bir hissəsi, Qars və Yelizavetpol quberniyası;
3.Bakı vilayəti,Yelizavetpol quberniyasının bir hissəsi, Dağıstan vilayəti.
Göründüyü kimi onun bölgüsü Ermənistan və erməni millətçilərinə xidmət edirdi.Hətta Rusiyanın hökuməıt başçısı V.İ.Lenin Şaumyanı tənqid edərək gös-tərirki, Şaumyan “Erməni millətçilərinin əlaltısına çevrilmişdir”.
1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin islasında Cənubi Qafqazın müstəqilliyi məsələsi müzakirə olundu və Zaqafqaziya Respublikalarının müstəqil, demokratik və federativ respublikalar olması haqqında qətnamə qəbul olundu. Eyni zamanda Çxenkeli başda olmaqla yeni hökumət kabineti yaradıldı. Xoyski, M.Aslanov, İ.Heydərov, N.Yusifbəyli, M.Hacıniski bu hökumətin üzvi oldular.
Yeni hökumət yenidən Türkiyə ilə sülh danıışıqlarına başladılar. 1918-ci il mayın 11-də Batumi şəhərində Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar davam etdirildi. Qars, Ərdahan və Batumun Türkiyəyə verilməsi razılaşdırıldı.Ümumiyətlə Türkiyənin məqsədi Ermənistan və Azərbaycan torpaqlarını tutmaqdan ibarət idi.Gürcüstan isə Almaniyaya verilməli idi.
Yeni yaradılmış hakimiyyət orqanıda uzun zaman yaşaya bilmədi.Gürcüstanın mayın 26-da Seymin tərkibindən çıxmas ilə Zaqafqaziya Seymi iflasa uğradı. İki gün sonra isə Azərbaycan və Ermənistan öz müsyəqilliklərini elan etdilər.
Bu dövrdə Cənubi Qafqazda Erməni Şovinist- millətçi qüvvələr öz məkrli siyasətlərini davam etdirirdilər. 1918 ilin yanvarından onlar Bakıda və digər rayonlarda müsəlman qırğınları törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar. Azərbaycanın qabaqcıl ziyalıları gözlənilən təhlükəni irəlicədən duyurdular. Birinci dünya müharibəsinin sonlarında Qafqazın xiristian əhalisi məqsədyönlü şəkildə silahlandırılırdı. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində çoxlu erməni və malakanlar silah əldə etməyə başladılar. Cəbhədən fərarilik edən bir çox erməni və rus əskərləri də Bakıda cəmləşməyə başladılar. Eyni zamanda daşnakların da bir neçə min yaxşı silahlanmış əsgəri var idi.
Ermənilərin və Bakı Soveti rəhbərliyinin müsəlman qırğınlarını törətməkdə bir məqsədi də “Müsavat” partiyasının getdikcə genişlənən nüfuzunun qarşısını almaqdan ibarət idi. Ermənilərin hazırladıqları bu qırğına qarşı çıxacaq silahlı müsəlman qüvvələri demək olar ki, yox idi.
“Qırmızı Qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70%-ermənilərdən ibarət idi. Həmçinin Şamaxıda və Muğanda ehtiyat rus-malakan silahlı dəstələri yaradılmışdı.
Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Həmin gəmidə olan müsəlman əsgərlərin tərksilah edilməsi müsəlman əhalinin həyacanına səbəb oldu. Bakı Soveti əksinqilabi qiyamı yatırmaq adı altında azərbaycanlı əhali üzərinə geniş hücuma başladılar.
1918-ci il martın 30-da səhər tezdən əllərinə girəvə düşən daşnaklar gəmilərdə qoyulmuş toplardan Abşeronun şimal kəndlərini atəşə tutdular. Bakının özündə qırğın bir neçə gün davam etdi. Martın 30-da gecə kommisar Tatevos Əmirov bir qurup silahlı dəstə ilə İsmailiyə binasına – müsəlman xeyriyyə ocağına soxuldu. Çox çəkmədiki binanı alov bürüdü. Daşnaklar Təzəpir məscidinə,Tağıyev teatırına böyük ziyan vurdular. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox müsəl-man qanı töküldü. Erməni daşnakları uşaq, qadın, qocalara fərq qoymadan əsl soyqırım siyasəti yeridirdilər.
Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31 -də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko başda olmaqla, gənc Suren Şaumyan, Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqa "qırmızı qvardiyaçılar" fə al iştirak etdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziya lıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən onlarca sənəd mövcuddur1 ''. Fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzəsində aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət.) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib səkkiz qadın və uşağı güllələmişdir. Baş qa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmişlər, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışlar... . Beləliklə, üç günün - 18-21 mart (30 mart-1 aprel) - qətl və qarətlərindən sonra, Fövqəladə İstintaq Komissiyasının ümumiləşdirdiyı hesabatına görə, Bakıda "əksinqilabçı" adı ilə 12 min nəfər azərbaycanlı əhalisi qətlə yetirilmişdi. Menşevik qəzeti "Naş qolos" mart qırğınından sonra şəhərdəki vəziyyəti belə təsvir edirdi: "Нər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzə Pir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları daha çox həyəcanlandırır... Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək".
Erməni daşnaklarının bu cinayəti təkcə Bakı ilə qurtarmırdı.Onlar kütləvi qırğınları Şamaxı,Quba ərazilərində də törətmişdilər. Amazapsın rəhbərliyi altında Qubaya daxil olan daşnaklar 2 mindən çox azərbaycanlı əhalisinə divan tutmuşdu.O hətta lovğalıqla belə deyirdi: “Mən bura qayda qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün yox, müsəlmanları məhv etmək üçün gəlmişəm”. Onun cəza dəstələri təkcə insan qırğını ilə kifayətlənməyib, qarətlə də məşğul idilər.
Amazaps, Avetisov, Petrovun rəhbərliyi altında Bakı Sovetinin qoşunları Şamaxıya hücum etmiş və kütləvi qırğınlar törətmişlər. Şamaxı qəzasında baş verən hadisələr "Qanlı mart təqvimi"ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri yerli milli şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli şura tərəfındən tərksilah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji yer tuturdu.
Belə hücumlar Lənkəran, Salyan və Kürdəmirdə də olmuşdu. Beləlikdə 3 gündən artıq davam edən qırğınlarda 15 mindən çox dinc müsəlman əhalisi qətlə yetirildi və bu hadisə azərbaycanlıların soyqırımı demək idi.
Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak qoşunları tərəfindən dağıdıldı. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı öldürüldü, onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan о dövrün qiymətləri ilə bir milyard rubldan çox idi. 1918-ci ilin mart qanlı hadisələrindən sonra Şamaxı şəhəri uzun müddət özünə gələ bilmədi. Həmin hadisələr ərəfəsində 15 min əhalisinin 80 faizdən çoxu azərbaycanlılar olan Şamaxıda 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırdı. Quba qəzasında qırğın törədən quldur cəza dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122 müsəlman kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və dağlı, о cümlədən ləzgi məhv edilmişdi. Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza dəstələrindən ciddi ziyan çəkmişdi. 2 min nəfərlik sovet qoşununun Lənkəranda baş alıb gedən qanlı terror və vəhşi soyğunçuluğunun qarşısını Zaqafqaziya Seyminin bu zaman bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışdı.
Mart hadisələri ilə əlaqədar, Azərbaycanda vəziyyət çox gərginləşdi. Bir sıra şəhərlərdə bolşeviklərə qarşı etiraz dalğası baş qaldırırdı. Hətta 1918 -ci il aprelin 15-də Gəncədə Zaqafqaziya Seymi üzvləri Xəlil bəy Xasməmmədov və Məmməd Yusif Cəfərovdan alınmış teleqramda xəbərdarlıq edilirdi ki, Bakı bolşeviklərinə qarşı cəza tədbirləri görməyən hökumətə (Zaqafqaziya hökumətinə) qarşı müsəlmanlar içərisində təbliğat aparılır. Yelizavetpol quberniyasında silahlı müdaxiləni və Bakı Xalq Komissarları Soveti üzvlərinin həbs edilməsini tələb edən kütləvi mitinq və yığıncaqlar başlandı.
Mart hadisələri Bakıda Sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu. Zəhmətkeş müsəlman əhalisi Sovet hakimiyyitindən üz döndərməyə başladı. Çox çək-mədi ki, iyulun 31-də Bakı Soveti iflasa uğradı.
Artıq azərbaycan xalqının müstəqilliyi zərurətə çevrilmişdi. Mayın 28-də xalq öz istəyinə nail oldu və Azərbaycan xalq Cümhuriyyəti elan edildi.
Dostları ilə paylaş: |