Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


IX MÖVZU Azərbaycan xanlıqlar dövründə



Yüklə 332,19 Kb.
səhifə9/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
1-1Az tarixi

IX MÖVZU

Azərbaycan xanlıqlar dövründə

Plan

1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu

2. Ölkənin dövlət birliyi uğrunda mübarizə

3. Xanlıqların xarici siyasəti

4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi





Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə,III cild,Bakı,2005, səh.404-460.

2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.

3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy-

yətinə dair. Qarabağnamələr. Bakı 1989,səh.157-174.

4. Kərim Ağa Fateh.Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.

5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr.

Bakı, 1989. səh. 110-129

6. Axundov N.Qarabağ salnamələri.Bakı,1989.səh 7-214.

7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979, səh.29-105.

XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qurumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.

Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər.Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.

XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarlmmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.

Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;

-natural təsərrüfatın hökm sürməsi;

-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri;

-mərkəzi hakimiyyətin olmaması.

Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra, onun yaratdığı dövlətin süqutundan sonra meydana gəlmişdirsə,bəziləri hələ Nadir şahın hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı.Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı. İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.

Azərbaycanın Araz çayından cənuba olan torpaqlarında da xanlıqlar yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər şimallı-cənublu xanlıq fəaliyyət göstərmişdir.

Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda xanlıqların tabeçiliyində olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “Xəmsə” adlanan beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlikliklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.

Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəmşəddil sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə olurdular.

Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynamış,bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda uzun müddət mübarizə aparmışlar.Bunlardan Şəki,Qarabağ və Quba xanlıqlarını misal gətirə bilərik.


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin