“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
231
Fasiləsiz işin üçüncü günü gözlərində dözülməz ağrılar başlanmışdı. Hər beş dəqiqədən bir
eynəyini çıxarıb silməli olurdu. Çəkdikləri zəhmət insanın gücü xaricində olan çətin fiziki işin
görülməsinə bənzəyirdi: boyun qaçırmağa da haqqın var, amma hansısa dəli ehtiras səni daim
irəli atılmağa səsləyir. Ara-sıra düşünməyə vaxt tapanda nitqyazara diqtə etdiyi hər sözün,
kimyəvi karandaşla yazdığı hər kəlmənin ağ yalan olması Uinstonu həyəcanlandırmırdı.
Departamentin bütün işçiləri kimi, o da daha çox saxtalaşdırmanın mümkün qədər təkmil şəkildə
həyata keçirilməsi üzərində baş sındırırdı. Altıncı gün səhər saatlarında kağız axını yavaşıdı.
Təxminən otuz dəqiqə ərzində masaya kağız borucuq düşmədi. Sonra yalnız bir sənəd gəldi. Ara
yenə kəsildi. Eyni vaxtda hər yerdə işin sona çatmaqda olduğu hiss edilirdi. Departament
gizlincə rahat nəfəs aldı. Haqqında heç vaxt, heç yerdə danışılmayacaq nəhəng iş başa
çatdırılmışdı. İndi heç bir insan övladı yazılı sənədlər əsasında Okeaniyanın Avrasiya ilə
müharibə apardığını sübuta etmək iqtidarında deyildi. Saat 12-də gözlənilmədən Nazirliyin bütün
işçilərinə sabah səhərə qədər istirahət verildiyi bildirildi. Uinston içərisində kitab olan portfeli
(işdə onu daim ayaqlarının arasında saxlayırdı, yatanda isə başının altına qoyurdu) götürüb evə
yollandı. Üzünü qırxdı. Suyu isti adlandırmaq çətin olsa da, yorğunluqdan az qala hamam
otağında yuxuya gedəcəkdi.
Qulunclarını ləzzətlə şaqqıldadaraq mister Çarrinqtonun dükanının üstündəki otağa qalxdı.
Yorğunluq hələ canından çıxmamışdı, amma yatmaq istəmirdi. Pəncərəni açdı, çirkli kerosinkanı
yandırıb qəhvə dəmləmək üçün qazançadakı suyu odun üstünə qoydu. Bir azdan Culiya da
gələcəkdi. İndi isə kitabı oxumaq lazım idi. Çirkdən qartmaq bağlamış kresloda oturub portfelin
qıfılını açdı.
Qalın kitabın əllə düzəldilmiş qara cildində heç bir sərlövhə yox idi. Sətirlər bəzi yerlərdə bir-
birinin üstünə çıxmışdı. Səhifələrin kənarları didilmişdi, amma asan açılırdı. Görünür, kitab çox
əllərdən keçmişdi. Titul vərəqində yazılmışdı:
EMMANUEL GOLDSTEYN
OLİQARXİK KOLLEKTİVİZMİN
NƏZƏRİYYƏSİ VƏ TƏCRÜBƏSİ
Uinston oxumağa başladı.
ÜÇÜNCÜ HİSSƏ
I FƏSİL
Uinston harada olduğunu bilmirdi. Yəqin Sevgi Nazirliyinə gətirmişdilər. Amma gümanını
dəqiqləşdirməyə heç bir imkan yox idi. Hündür tavanlı, divarlarına ağ, parıltılı kaşı vurulmuş
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
232
pəncərəsiz kameraya salınmışdı. Gözə görünməyən lampalar üstünə soyuq işıq salırdı.
Haradansa qulağı cırmaqlayan asta, lakin aramsız uğultu eşidilirdi. Uinston bunun havalandırma
qurğusunun səsi olduğunu düşündü. Qapını, bir də üzbəüzdəki paraşanın yerini çıxmaq şərti ilə
kamera boyu divarlara ensiz taxta oturacaqlar bərkidilmişdi. Dörd bir tərəfdən kameraya dörd
teleekran nəzarət edirdi.
Qarnındakı küt ağrı sakitləşmək bilmirdi. Sancı onu üstüörtülü maşına basıb naməlum istiqamətə
aparanda başlamışdı. Yemək istəyirdi. Nə isə qeyri-insani, vəhşi hissə çevrilən aclıq əhədini
kəsirdi. Bütöv bir gün, bəlkə də gün yarım idi ki, dilinə heç nə dəyməmişdi. Səhər, yoxsa axşam
həbs edildiyini hələ də bilmirdi. Yəqin heç zaman da bilməyəcəkdi. Tutub bura gətirəndən
sonra bir dəfə də olsun yemək verməmişdilər.
Ensiz skamyada əllərini dizinin üstünə qoyub bacardığı qədər sakit oturmağa çalışırdı. Uinston
ümumiyyətlə həmişə sakit davranmışdı. Burada isə gözlənilməz bir hərəkət eləyən kimi
teleekran adamın üstünə qışqırırdı. Yemək istəyi get-gedə daha da şiddətlənirdi. Hər şeydən çox
bir tikə çörək istəyirdi. Nədənsə Uinstona elə gəlirdi ki, kombinezonunun cibində çörək
qırıntıları olmalıdır. Cibində nə vaxtdansa hətta bütöv bir dilim quru çörəyin qaldığını
düşünürdü. Yoxsa arabir ayaqlarına toxunan bərk şey nədir? Axırda aclıq qorxuya qalib gəldi.
Uinston əlini cibinə uzatdı.
-Smit!-teleekran cımxırdı.-Altmış-yetmiş doqquz! Smit U.! Kamerada əlinizi cibinizə salmayın!
Uinston təzədən əllərini dizinin üstünə qoyub donmuş vəziyyət aldı. Bura gətirməmişdən əvvəl
onu başqa yerə aparmışdılar. Adi dustaqxana, ya da partulların sərəncamındakı ilkin həbs
kamerası idi. Orada nə qədər saxlandığını bilmirdi. Hər halda bir neçə saat qalmışdı. Saatı
olmadığından, üstəlik də, kameraya gün işığı düşmədiyindən, vaxtı təyin etmək mümkün deyildi.
İlk həbs kamerası üfunət qoxuyan, səsli-küylü yer idi. Təxminən indikinə bənzəyirdi, amma hər
tərəfi çirk içərisindəydi. Kiçik kameraya on, bəlkə də on beş məhbus doldurmuşdular.
Əksəriyyəti adi cinayətkar idi. Amma aralarında siyasi ittihamlarla tutulanlar da gözə dəyirdi.
Uinston hər tərəfdən çirkli insan bədənləri ilə sıxışdırılmış halda divarın dibində oturmuşdu.
Qorxudan və qarnındakı sancıdan kamera yoldaşlarına heç bir maraq göstərmirdi. Lakin Partiya
––––––––––––––––––––––––––––––––––––––––––––––
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
233
* Əvvəli jurnalımızın ötən saylarında
üzvləri ilə digər məhbusların davranışları arasındakı heyrətamiz fərq diqqətindən yayınmamışdı.
Partiya üzvlərinin hamısı səssiz-səmirsiz və qorxu içərisində idilər. Adi cinayətkarlar isə, sanki
meydan sulayır, heç kimdən, heç nədən qorxmurdular. Onlar nəzarətçilərin ünvanına təhqir
yağdırır, əllərindən bir şeyi almaq istəyəndə sərt müqavimət göstərir, divara və döşəməyə
ədəbsiz sözlər yazır, paltarlarının kim bilir harasında isə gizlədərək kameraya gətirdikləri ərzağı
yeyir, hətta qayda-qanun tələb edən teleekrana çımxırmaqdan da çəkinmirdilər. Digər tərəfdən,
adi cinaytətkarlardan bəzilərinin nəzarətçilərlə yaxşı münasibət qurduqlarını görməmək olmurdu.
Onları ləqəbləri ilə çağırırdılar, arada dilə tutub qapı deşiyindən siqaret almağa çalışırdılar. Güc
tətbiq etmək lazım gələndə isə, nəzarətçilər bu cinayətkarlarla daha yumşaq davranır, hətta əl-
qol atmalarına da göz yumurdular. Həbs olunanların əksəriyyəti göndəriləcəkləri icbari əmək
düşərgələri haqqında çox danışırdılar. Eşitdiyi söhbətlərdən Uinston belə qənaətə gəlmişdi ki,
müəyyən əlaqələr yaratsan və hər şeyin yolunu-yatağını bilsən, düşərgədə baş saxlamaq
mümkündür. Orada pulla ələ alma, kiminsə sevimlisinə çevrilmə və hər cür soyğunçuluq
mövcuddur, pederastlıq və fahişəlik geniş yayılıb, hətta kartofdan gizlicə araq da çəkirlər. Adi
cinayətkarlara etimad daha böyükdür. Xüsusən quldurlar və qatillər özünənəxsus həbsxana
aristokratiyasıdır. Ən qara işlərə isə, həmişə siyasiləri göndərirlər.
Kameradan biri-birinin ardınca müxtəlif dustaqlar gəlib keçirdilər. Onların arasında narkotik
alverçiləri, oğrular, soyğunçular, qaçaqmalçılar, içki düşkünləri, fahişələr vardı. Əyyaşlar bəzən
elə qalmaqal salırdılar ki, onları sakitləşdirmək üçün bütün kamera birləşməli olurdu. Dörd
nəzarətçi əl-ayağından yapışdıqları təxminən altmış yaşlarında, döşləri sallanmış, pırpız
saçlarının ağ şəridləri hər tərəfə dağılmış nəhəng qadını zorla kameraya salmağa çalışırdılar.
Qadın qışqırır, söyür, təpik atırdı. Basa-basda ayaqqabılarını dartıb ayağından çıxarmışdılar.
Axır ki, onu içəri sürüyüb düz Uinstonun dizlərinin üstünə atdılar. Az qalmışdı ki, ayaqlarını
sındırsınlar. Qadın birtəhər qalxıb oturdu. Nəzarətçilərin ardınca "S... buradan, oğraşlar!" deyə
qışqırdı. Yalnız bundan sonra kiminsə ayaqlarının üstündə oturduğunun fərqinə vardı. Birtəhər
kənara çəkilib skamyada özünə yer elədi.
-Bağışla, canım,-dedi. -Dizinin üstündə öz xoşuma oturmamışdım. Bu yaramazlar gətirib atdılar.
Görürsən, xanımlarla necə rəftar eləməyi də bilmirlər.
Qadın susdu, əli ilə sinəsini yüngülcə yumruqlayıb gəyirdi.
-Bağışla, dedi,-heç özümdə deyiləm.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
234
Başını yana əydi, dərhal da qusub bütün döşəməni batırdı.
-İndi bir az toxtadım,-deyə gözləri yumulu halda arxaya söykəndi. -Mən həmişə deyirəm: gələni
saxlama. Qarnında qalıb turşumamış boşalt getsin!
Halı bir az yaxşılaşmışdı. Başını çevirib Uinstona bir də baxdı. Deyəsən quşu qonmuşdu.
Sərbəst əli ilə onun çiynini qucaqlayıb özünə tərəf çəkdi. Pivənin və qusuntunun bir-birinə
qarışmış kəsif iyi Uinstonun üzünə vurdu.
-Canım, sənin adın nədir?
-Smit,-deyə Uinston soyadını söylədi.
-Smit? İşə bax ha! Mən də Smitəm. -Arada qadının hətta gözləri yaşaran kimi də oldu. -Sənin
anan da ola bilərdim.
"Həqiqətən anam da ola bilərdi",-deyə Uinston fikirləşdi. Yaşı da, bədən quruluşu da uyğun
gəlirdi. İyirmi il icbari əmək düşərgəsində qalandan sonra hər bir adamın tanınmaz dərəcədə
dəyişməsi mümkündür".
Kamerada başqa heç kəs Uinstonla danışmadı. Cinayətkarların Partiya üzvlərini açıq-aşkar
saya salmamaları qəribə görünürdü. Onları gizlətmək istəmədikləri nifrətlə "siyasilər" deyə
çağırırdılar. Həbs olunmuş Partiya üzvləri, ümumiyyətlə, danışmaqdan qorxurdular. Bir-birləri
ilə ünsiyyəti isə ağıllarına gətirmirdilər. Uinston yalnız bircə dəfə skamyada bir-birlərinə sıxılıb
oturmuş Partiya üzvü iki qadının tələsik pıçıldaşmalarından bir neçə söz eşidə bilmişdi. Qadınlar
hansısa "101-ci otaq" haqqında danışırdılar. Uinston söhbətdən heç nə anlamamışdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
235
İki, bəlkə də üç saat əvvəl isə onu yeni kameraya gətirmişdilər. Qarnındakı küt ağrı heç cür
keçib getmirdi. Gah sakitləşir, gah da yenidən şiddətlənirdi. Uinstonun fikirləri də ağrıya uyğun
dəyişirdi. Ağrı güclənəndə yalnız onun mümkün qədər tez sakitləşməsi, bir də aclıq haqqında
düşünürdü. Ağrı azacıq ara verəndə isə yenidən vahimə hissinə qapılırdı. Bəzən qarşıda özünü
nələrin gözlədiyini elə aydın təsəvvür edirdi ki, ürəyi az qala sinəsini deşib çıxır, nəfəsi kəsilirdi.
Dirsəklərinə dəyən dəyənək zərbələrini, nallı çəkmələrlə dizlərinə vurulan təpikləri bədənində
hiss edirdi. Sındırılmış dişlərini tüpürə-tüpürə döşəmədə sürünməsi, aman diləyib yalvarması
gözlərinin önünə gəlirdi. Culiya, demək olar ki, yadına düşmürdü. Fikrini heç cür qızın üzərində
cəmləyə bilmirdi. Onu sevirdi, ona heç zaman xəyanət etməyəcəkdi. Bu, hesab qaydaları qədər
sadə və aydın məsələ idi. Amma indi ürəyində Culiyaya qarşı heç bir hiss yox idi. Hətta qızın
başına gətirilənlər haqda da düşünməməyə çalışırdı. O`Brayeni daha tez-tez xatırlayırdı. Hər dəfə
də də ürəyində ümid qığılcımı parıldayırdı. O`Brayen Uinstonun həbs edildiyini bilməlidir.
Düzdür, o, demişdi ki, Qardaşlıq cəmiyyəti heç vaxt öz üzvlərinin xilasına təşəbbüs göstərmir.
Lakin arada ülgüc söhbəti vardı; mümkün olsa ona gizlicə ülgüc ötürürlər. Nəzarətçilər özlərini
kameraya yetirənə qədər azı beş saniyə keçəcək. Ülgüc yandırıcı soyuqluqla damarlarını kəsib-
doğrayacaq. Hətta onu sıxan barmaqları da sümüyə qədər doğranacaq. Ən kiçicik ağrıdan da
qorxub titrəyən bədəni bu fikirlərin təsiri altında əsməcəyə düşürdü. Kameraya ülgüc göndərilsə
belə, Uinston ondan istifadə edəcəyinə əmin deyildi. İnsan hər anın öz hökmü olduğuna inanır,
sonunda onu yenə işgəncələr gözlədiyini bilsə də, ömrünü on dəqiqə uzatmaq üçün dəridən-
qabıqdan çıxır.
Bir neçə dəfə kameranın divarlarına vurulmuş kaşıları saymağa çalışmışdı. İlk baxışdan
adama asan görünürdü. Amma Uinston hər dəfə bu və ya digər yerə çatanda çaşıb hesabı itirirdi.
Daha çox hara gətirilməsi və indi saatın neçə olması ilə maraqlanırdı. Bəzən ona elə gəlirdi ki,
indi küçədə günün günorta vaxtıdır. Bir an sonra isə, eyni əminliklə hər tərəfi qatı qaranlıq
bürüdüyünü düşünürdü. Təhtəlşüur şəkildə də olsa, belə yerlərdə işıqların heç zaman
söndürülmədiyini anlayırdı. Bura heç zaman qaranlıq olmayan yer idi! Uinston yalnız indi
O`Brayenin bu sözlərinin mənasını dərhal anlamamasının fərqinə vardı. Sevgi Nazirliyində
pəncərə yox idi. Onun kamerası binanın tən ortasında da ola bilərdi, küçəyə baxan səmtində də.
Onu yerin altındakı onuncu mərtəbədə də saxlaya bilərdilər, binanın yerüstü hissəsinin otuzuncu
mərtəbəsində də! Uinston fikrən tez-tez yerini dəyişir, bu yolla bədəninin yerin altında
gömüldüyünümü, yoxsa torpağın üstündə olduğunumu müəyyən etməyə çalışırdı.
Koridordan eyni ahənglə döşəməyə çırpılan ayaq tappıltıları eşidildi. Polad qapı cingilti ilə
açıldı. Ağappaq, düzgün cizgili sifəti mum maskaya bənzəyən, əynində kip oturmuş yaraşıqlı
qara uniformanın parıltısı sifətinə yayılan gənc zabit inamlı addımlarla içəri girdi. Əlinin işarəsi
ilə nəzarətçilərə qapının arxasındakı məhbusu kameraya gətirmələrini əmr etdi. Şair Amplfort
ayaqları dolaşa-dolaşa içəri geçdi. Polad qapı cingilti ilə onun arxasınca bağlandı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
236
Amplfort əvvəl sağa, sonra sola tərəf bir-iki inamsız addım atdı. Sanki otaqda ikinci
qapının olduğunu düşünür və onu axtarırdı. Sonra kamerada o baş-bu başa addımlamağa başladı.
Hələ Uinstonu görmürdü. Həyəcanlı nəzərləri onun başı üzərindən bir metr yuxarıya, divara
zillənmişdi. Amplfort ayaqqabısız idi. Corabındakı deşiklərdən iri, çirkli baş barmaqları bayıra
çıxmışdı. Üzü də bir neçə gün olardı ki, qırxılmamışdı. Almacıq sümüklərinə qədər tük basmış
sifəti ona iri, yöndəmsiz bədəni və əsəbi əl-qol hərəkətləri ilə bir araya sığışmayan quldur
görkəmi vermişdi.
Uinston özünü ətalət və durğunluqdan çıxarmalı idi. O, Amplfortla danışmalıdır. Hətta
teleekran üstünə çımxırsa da, mütləq bunu etməlidir. Bəlkə ülgücü elə Amplfort vasitəsi ilə
göndəriblər.
-Amplfort!-deyə onu çağırdı.
Teleekran susurdu. Amplfort yüngülcə diksinib dayandı. Baxışları yavaş-yavaş Uinstona
tərəf yönəldi.
-A-a, Smit!-dedi.-Siz də buradasınız?
-Bəs siz nəyə görə buradasınız?
-Düzünü desəm...-O, yöndəmsiz hərəkətlə Uinstonla üzbəüz skamyada oturdu.-Bilirsiniz
ki, əslində yalnız bir cinayət var.
-Siz də o cinayəti törətdiniz?
-Görünür, elədir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
237
Amplfort əllərini qaldırıb barmaqları ilə gicgahını ovuşdurdu. Sanki nəyi isə yadına salmaq
istəyirdi.
-Belə şeylər olur,-deyə inamsız halda sözünə davam etdi. -Yalnız bir şeydən şübhələnirəm.
Həbsimin yeganə mümkün səbəbi də onu sayıram. Əlbəttə, ehtiyatsızlığa yol vermişəm.
Bilirsiniz ki, Kiplinqin əsərlərinin akademik nəşrini hazırlayırıq. Mən misranın sonundakı "God"
sözünə toxunmadım. Heç nə edə bilmədim!- o, az qala özündən narazı tərzdə gözlərini qaldırıb
Uinstona baxdı.- Misranı dəyişdirmək olmazdı. Yeganə uyğun gələn qafiyə "rod"* idi Sizin
xəbəriniz varmı ki, bütün ingilis dilində "rod"la həmqafiyə olan yalnız on iki söz mövcuddur?
Neçə gün baş sındırdım. Amma ayrı qafiyə tapa bilmədim.
Amplfortun sifətinin ifadəsi dəyişdi. İndi əvvəlki təəssüf hissi çəkilib getmişdi, ani də olsa,
üzündə hətta məmnunluq ifadəsi göründü. Üzünü basmış tükün və çirkin arxasından yaddaşının
dərinliklərindən hansısa lazımsız faktı tapıb üzə çıxaran və buna görə də özünü xoşbəxt sayan
pedantın intellektual sevinci sezilirdi.
-İngilis poeziyasının bütün tarixinin daim ingilis dilinin qafiyə qəhətliyi ilə sıx bağlı olması
fikri haçansa ağlınıza gəlibmi? -deyə Uinstondan soruşdu.
______________________________________________
İngilis dilində "God" -Allah, "rod" isə "əsa", "dəmir çubuq", "armatur","qırmanc" və s. mənaları
bildirir. Amplfort Allah sözünü yeniləşdirilmiş mətndə saxladığına və bununla da dini təbliğatla
məşğul olduğuna görə ittiham edilir. Tərcüməçi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
238
Yox, bu mütəxəssis fikri heç vaxt Uinstonun ağlına gəlməmişdi. İndiki şəraitdə də
Amplfortun dediyində mühüm və maraqlı heç bir şey görmürdü.
-Bilmirsiniz, saat neçədir?- deyə ondan soruşdu.
Amplfort yenə də özünü itirən kimi oldu.
-Düzü, bu barədə heç fikirləşməmişəm. Məni iki, ya da üç gün əvvəl həbs ediblər. -Elə bil
haradasa pəncərə görmək ümidi ilə yenə kameranın divarlarını gözdən keçirməyə başladı. -
Burada gecə ilə gündüzün heç bir fərqi yoxdur. Özüm də bilmirəm, vaxtı necə təyin etmək olar?
Onlar daha bir neçə dəqiqə danışdılar. Sonra xüsusi səbəb olmadan teleekran “Səsinizi kəsin!”-
deyə üstlərinə çımxırdı. Uinston əllərini dizinin üstünə qoyub səssiz-səmirsiz oturdu. İri gövdəli
Amplfort ensiz skamyada yerini heç cür rahatlaya bilmirdi. O yan-bu yana çevrilir, arıq, uzun
qolları ilə dizinin gah birini, gah o birini qucaqlayırdı. Teleekran üstünə çımxırıb sakit
oturmasını tələb etdi. Vaxt keçirdi. Amma nə qədər? İyirmi dəqiqə, yoxsa bir saat? Dəqiq söz
demək çətin idi. Koridordan yenə addım səsləri eşidildi. Uinstonun qarnı yenə sancdı. Tezliklə,
lap tezliklə, bəlkə beş dəqiqədən sonra, bəlkə elə indinin özündə addım səsləri onun növbəsinin
çatdığını bildirəcək.
Qapı açıldı. Soyuq sifətli gənc zabit kameraya girdi. Əlinin ani hərəkəti ilə Amplforta işarə
edərək:
-101-ci otağa!-dedi.
Amplfort iki nəzarətçinin müşayiəti ilə koridora çıxdı. Sifətində bərk həyəcan, eyni zamanda
anlayış ifadəsi vardı.
Deyəsən, bu dəfə aradan daha uzun vaxt keçdi. Uinstonun qarnındakı ağrı get-gedə şiddətlənirdi.
Həmişə yuvarlnıb eyni yuvaya düşən bilyard şarı kimi onun başında da eyni fikirlər təkrar-təkrar
dolaşırdı. Əslində, yalnız altı şey barəsində fikirləşirdi: qarnındakı ağrı, bir tikə çörək, qan və
fəryadlar, O`Brayen, Culiya, ülgüc. Qarnında yeni, əvvəlkindən də güclü sancı başlandı.
Koridordan kameraya yaxınlaşmaqda olan ağır ayaqqabı tappıltıları eşidilirdi. Qapı açılan kimi
Uinstonu soyuq və kəsif tər qoxusu vurdu. Parsonsu gətirmişdilər. Əynində xaki rəngli qısa
şalvar və qolsuz köynək vardı.
Təəccübdən hər şey Uinstonun yadından çıxdı.
-Siz də buradasınız?-deyə soruşdu.
Parsons çevrilib Uinstona baxdı. Baxışlarında nə maraq, nə də təəccüb sezilirdi. Sadəcə, yazıqlıq,
miskinlik hiss olunurdu. Əsəbi halda kamerada var-gəl etməyə başladı. Deyəsən hələ də sakitləşə
bilmirdi. Hər dəfə addımını atanda ətli dizlərinin necə titrədiyi aydın görünürdü. Geniş açılmış
gözləri düz qabağa baxırdı. Elə bil baxışlarını uzaqdakı hansısa nöqtədən heç cür yayındıra
bilmirdi.
-Sizi niyə həbs ediblər?-Uinston soruşdu.
-Fikir cinayətinə görə!-Parsons az qala ağlamsınaraq cavab verdi. Səsində dərin peşmançılıq,
üstəlik də, bu dəhşətli kəlmənin özünə aid edilməsindən doğan qorxu və təəccüb sezilirdi.
Uinstonun qarşısında dayanıb hərarətlə danışmağa başladı:
-Siz necə fikirləşirsiniz, Smit, onlar məni güllələyəcəklər? Əgər adamın çox böyük günahı
yoxdursa bizdə ümumiyyətlə heç kimi güllələmirlər, elə deyilmi, Yalnız fikirlərə görə... Amma
fikrə əmr vermək mümkün deyil axı... İnanıram ki, mənə diqqətlə qulaq asacaqlar. Hər şeyi
|