“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
10
həyat davam edir, poçt işləyir, nəfəsli bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas
meydanının tozlu palmaları və kədərli fənərləri altında gic-gic valslar çalır, yeni, gənc
musiqiçilər, qocalıb ölənlərin yerini tutur və hətta son illər, onun hakimiyyət qəsrindən artıq
insan səsi, mahnı, ya quş səsi eşidilməyəndə, saray hasarının zirehli darvazaları daha
açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın, bir vaxt dənizə açılan dəyirmi
pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala divarlarının o üzündən, at
ayaqlarının və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir dəfə isə yanvar ayında biz, prezident
sarayının artırmalı eyvanında qürubu seyr edən inəyi də görmüşdük; siz bir təsəvvür edin, ana
Vətənin fəxri eyvanında inək!?.. Biabırçılıq!.. Belə ölkəyə nə deyəsən?!.. Bunu görəndə hamımız
çaşıb qaldıq: prezident sarayının eyvanı hara, inək hara?.. Yəni sarayda inək var?.. Yoxsa inkələr
sarayın içi ilə, pilləkənlər boyu, xalçalar döşənmiş saray pillələri boyu özləri üçün rahat-rahat
gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, axırda heç biz özümüz də bilmədik nə baş
verdi: bu lənətəgəlmiş inəyi biz prezident sarayının eyvanında gördük, yoxsa bu fağır heyvan
bizim gözümüzə Armas meydanında görünmüşdü?!. Axı bu eyvanda, yaxınlıqdakı kəndçi
xəstəxanasının məhəccərlərində mürgüləməkdən bezib həmin o həlledici cümə gününün ala-
toranında hücum çəkib sarayın pəncərələrini dağıdan qartallardan savayı, çoxdannan bəriydi ki,
bir canlı belə görünməmişdi?!.. Həmin o gün qartallardan sonra, bir vaxt dənizin, indi isə qatı toz
dumanının yırğalandığı uzaq üfüqdən, bir-birinin ardınca qatar-qatar ayrı quşlar da uçub
gəlmişdi və quşların, qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən, qartal dəstəsi bütün
günü iqamətgahın başına dövrə vurmuşdu, sonra çilik-çilik olan şüşələrin səsi, möhtəşəm
meyidin iyi gəlmişdi və qartallar o yan-bu yana uça-uça insan nəfəsi gəlməyən bu kimsəsiz evin
pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi biz də ürəklənib içəri girdik, bomboş
iqamətgahın, ötüb keçib, artıq uzaq keçmişdə qalan zəngin həyatının tör-töküntüsünü, onun,
qartalların didişdirib tanınmaz hala saldığı meyidini, incə qadın əllərini gördük; dövlət möhürü
olan üzüyü onda onun sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də
qollarında və qasığında qəribə, xırda səpkilər gözə dəyirdi, qurşağında, qartalların niyəsə
toxunmadığı nəhəng qarnını saxlayan brezent qayışın toqqası fürülmüş öküz böyrəyini
xatırladırdı; biz onu hamılıqla birgə, öz gözlərimizlə gördüksə də, onun ölduyünə yenə o
səbəbdən inana bilmədik ki, onun bu sayaq «ölüsünü» bir vaxtlar da, elə bu kabinetdəcə tapanlar
çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, bir vaxtlar görücü-falçının suya baxıb dediyi
kimi, deyəsən öz ölümü ilə – yuxuda ölmüşdü; o dövrlər isə, ömrünün payızı hələ təzə-təzə
qədəm qoymağına baxmayaraq, o özünü öz iş otağında o səbəbdən tam təhlükəsiz hiss edirdi ki,
o dövrlər ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də elə buna görə ölkəni də elə idarə eləyirdi,
elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, öz ətraf həyətləriylə bir, saraydan
çox, eşşəklərin, ağır yüklərini boşaltdığı, dəhlizləridən - içi tərəvəz və toyuq dolu səbətlər
daşıyan ayağıyalın əsgərlərin arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə
mürgü döyə-döyə, hökumətdən mərhəmət payı uman qadınlarının arasından keçilə bilməyən
bazar meydanını xatırladırdı; burda həm də onun, gecədən qalıb soluxan güllərini təzələyən
deyingən aşnalarının, saray güldanlarından yuxarıdan aşağı boşalan bulanıq sulardan vaxtında
qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri yaş əsgilərlə silə-silə cuşa gələn
qadındarın xatakar məhəbbətdən oxuduğu mahnılar, süpürgələrin taqqıltısına, döşəkçürüdən
məmurların həyasız çığırtılarına qarışırdı; məmurlar yazı stollarının gözlərinə doluşub orda
altdan-altdan yumurtlayan səfeh toyuqları qova-qova öz aralarında söyüşürdülər; bu səsə ümumi
ayaqyolundan gələn səslər, quşların qaqqıltısı və iclas zalında boğuşan küçə itlərinin səsi
qarışırdı; bir sözlə, it yiyəsini tanımırdı və yüzlərlə taybatay açılan nəhəng qapılarından
boylandıqca, bu vay-həşirdə, bu basabasda nəyin harda olduğu, kimin nəyi idarə elədiyi, kimin
kim, nəyin nə olduğu bilinmirdi və bütün bu vurhavurda, bu qarmaqarışıqlıqda saray sahibinin
şəxsən özü nəyinki iştirak edirdi, bütün bu məşəqqətin baş ilhamvericisi və təşkilatçısı onun özü
idi; eə ki, prezidentin yataq otağının pəncərələrində işıq yanırdı - bu işıq isə birinci xoruz
banından çox-çox qabaq yanırdı, səhərin ala-toranında prezident qvardiyası şeypurunun cır səsi
eşidilməyə başlayırdı; Kondanın yaxınlıqda yerləşən kazarmaları isə həmin dəqiqə şeypurlara
züy tutub, saraydan gələn bu siqnalı daha uzaqlara - San-Xeronimodakı bazaya sarı ötürürdülər;
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
11
ordan bu səslər liman qalasına çatdırılırdı, qalada isə bu siqnalı altı taktla, əvvəl paytaxtın
sakinlərini, sonra isə bütün ölkəni oyada-oyada dönə-dönə təkrar eləyirdilər; ölkəni yuxudan
oyadan bu «oyanma» mərasimi uzandıqca, sarayın sahibi şəxsi ayaqyolunda oturub səhər
düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan ötrü ovuclarını
qulaqlarına basır, topaz təki tüstü rəngli boz dənizin dalğalarıyla üzən gəmilərin işıqlarına baxır,
sonra gün ərzində nə qədər süd sağıldığını yoxlamaq, südün paylanmasına nəzarət eləmək üçün
fermaya yollanırdı; sağılan südün hamısını prezident kareti ilə şəhərin kazarmalarına
daşıtdırdıqdan sonra əlavə sağılan südün həcmini yoxlamaqla prezident şəxsən özü məşğul
olurdu; əslində o, südün paylanması məsələsinə, hələ sarayda məskən saldığı ilk gündən nəzarət
etməyə başlamışdı; nəzarət mərasimi bitib başa çatdıqdan sonra o, mətbəxə keçib orda bir fincan
qara qəhvə ilə bir tikə kasabe* yeyə-yeyə, yenicə başlamış günün nə ilə sona yetəcəyi barıdı
qətiyyən düşünmədən, bunu təsəvvürünə belə gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən,
maraqla qulluqçuların söhbətlərinə qulaq asmağa başlayırdı; onun bu iqamətgahda dil tapdığı
yeganə insanlar qulluqçular idi; qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o,
onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini asanlıqla
oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, saat doqquz radələrində
həyətdəki şəxsi patiosunda, badam ağaclarının kölgəsindəki qranit vannasına girir, orda şəfalı
otlarla ağzınacan dolu isti vannada saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl,
canına yeriyən anlaşılmaz xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident
kürsüsünə oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun komandiri
ilə öz kabinetinə girib qapını o üzdən kilidləyir və onunla bir vətənin taleyini həll edir, qanuna
minmiş müxtəlif qanunları və qərarları baş barmağının möhürü ilə imzalayır, o vaxtlar tam
savadsız olduğundan, yazıb-oxuya bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə
üzbəüz qaldığından, o bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub
qanını qaraltmaqdansa, ölkəni, Allahın köməyi ilə idarə etsə yaxşıdı və bu minvalla ölkəni,
yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz ehtiyatı ilə oynaya-oynaya
idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman cüzamlı xəstələrin, korların, ifliclərin
ittihamlarından can qurtara bilmədi; deyilənə görə, duz onun əlində məlhəmə dönürdü,
ətrafındakı diplomlu siyasətbazlar, həyasız avaralar və yaltaqlar isə onu, zəlzələlərin, bütün göy
əlamətlərinin, təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru* adlandırır, o, ağır
ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət və məişət
məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı yerə saldırdığı, sonra elə
həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə qaytardığı kimi, asanlıqla həll eləyirdi;
ümumiyyətlə, onun bütün əmrləri, qala saatı zənginin, günortalar və gecə yarısı adəti üzrə on iki
dəfə yox, həyat, olduğundan uzun görünsün deyə, iki dəfə çalınması üçün verdiyi əmri həmin
dəqiqə yerinə yetirilən tək, göz qırpımındaca, tərəddsüz həll edilirdi; bircə siestanın ölü
saatlarında, hər şey sustalıb donuxanda, o, öz yarıqaranlıq «qadın hininə» girər, arxasınca qapını
bağlamadan, qadınların birini o birindən seçib ayırmadan, qabağına keçəni qamarlayıb
yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə
də də qadını soyundurmadan, elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun, it zingiltisini
andıran ağır iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının
səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala yerə girən
qadınların: «Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq olmaz! Uşaqlar belə şeylərə
baxmaz!» - qşıqıran həyacan dolu səsləri eşidilirdi; belə məqamlar vətənin üstündən elə bil səssiz
mələk ötüb keçirdi; səslər kəsilir, hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s!
Səs salmayın… nəfəs almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu
tanıyanlar, onun ikiləşmə qabiliyyətinə bələd olanlar, onun bu işarası məhəbbət fasiləsinə o
səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında domino
oynayan yerdə görənlər onun, elə həmin vaxt, saat düz yeddidə mal təzəyini tüsdülədə-tüsdülədə
iclas zalındakı mığmığaları qovduğunu şahidi olurdular: sarayın bütün pəncərələrində işıq
sönməmiş, üç qıfılın, üç kilidin şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi
eşidilməmiş, onun gün ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
12
döşəməyə düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-qırıq,
sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına düşən nəfəsi
eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və məhz onda küləyin simləri
gecənin sakitliyində təbillərin pərdəsi üstə çalan tək tıqqıldayan cırcıramaların səsini içinə çəkir,
nəhəng, köpüklü dalğa şahə qalxıb üzü qədimdən vitse-kralların və bukanyerlərin* məskəni olan
bu qoca şəhərin küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq
edirdi; iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb əsnəyir,
dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq, bütün Yer üzünü,
fəzanı və zamanı zəbt edirdi və bircə o – öz hərbi səhra geyimində, mahmızlı uzunboğazlarında,
üzünü balışa basan təki, ovuclarına basıb, öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid
kimi üzürdü; onun ikiləşmək istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə
ola-ola, həm də birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi
və elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi kimi,
onun qeyri-adi, ali bir sima olmasına dəlalət edirdi, nə də bu, onun düşmənlərinin danışdığı kimi,
kütləvi qarabasma-zad deyildi; sadəcə, bu adamın, ona it sədaqətlylə qulluq etməyə, yolunda
ölümə belə getməyə hazır olan, zahiri görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış
adamı var idi; bu adam tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir
günü prezidentə bu mətnli bir məlumat çatdırılmışdı: «Mənim generalım, eyni ilə prezident
karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri özünü sizin adınızdan
təqdim edir və deyim ki, heç də pis alınmır, mənim generalım! Adamlar yarıqaranlıq karetdən
onun kədərli gözlərini görüblər – bu eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl
dodaqlarını – sizin dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o
əllə karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti müşayiət
edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general, allahsızlığa bir bax!..» Bu
məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə cəzalandırmaq barədə əmr vermək əvəzinə,
onu prezidentlə səhv salmasınlar deyə, başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə
göstəriş verdi; deyilənə görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü
özünü sanki kənardan görən prezidenti qəribə bir təhqir hiss bürümüşdü; bu küçə adamıyla bu
qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən prezident özü-özlüyündə:
«lənət şeytana, bu adam mən özüməm ki?!..» - deyə fikirləşmişdisə də, o vaxtlar o adam heç də
onun özü deyildi, hətta onun amiranə səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı
həyat xətti tam aydın görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı
güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi, görünür bu
avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir etməyindən qorxmuşu;
Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun ağlına çox-çox sonralar, o, bu təhlükənin
tam əsassız olduğunu anlayanda gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə,
ona hazırlanmış altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə
döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, qulaqlarını
ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə gecikmək məqsədi ilə, xüsusən
qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq düşən bağları ilə, qızılı mahmızı ilə uzun-
uzadı əlləşə-əlləşə ağzının içində: «Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə!
Əllərindən bir iş gəlmir!» - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında
şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi həmsöhbətlərinin
əslində nə demək tstədiklərini, onların danışığına məhəl qoymadan, gözlərinin dərinliklərindən
oxumağı bacaran, sözdə deyilməyənləri bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi;
üstəlik o, ona verilən suallara da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: «Bəs siz necə
bilirsiz?» - deyə sualla cavab verməyə, bir növ adət eləmişdi: çolaqları və əliləri bu yaxınlaracan
hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adama çevrildi; o, bir
dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına keçən arvadları qamarlayıb
xoruz kimi belinə minir, gecələr quru döşəmənin üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü
ovuclarının içinə basıb yatırdı. Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən
taleyinin üstündən birdəfəlik xətt çəkmişdi; o, bütün olan-qalanını ölüm riskinə - ali hakimiyyət
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
13
sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə
ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə -
qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik
ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı
adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa
daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi:
ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri
yox idi; lakin günlərin bir günü, axşam çağı ağası Patrisio Araqonesi dənizin sahilində, pərt
vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla
Patrisiodan, onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə nahar vaxtı kiminsə onu
acıladığını, yaxud bəlkə kiminsə gözünə gəldiyini soruşanda, Patrisio Araqones: «Heç də yox,
mənim generalım, vəziyyət daha qəlizdi!» - deyə cavab verdi və burda məlum oldu ki, Patrisio,
şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə
bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, yoxsa ondan
qaçıb gizlənmək üçün nə bir qapı, nə bir yolu ona görə tapa bilmir ki, «o ilahə dünyanın, ələ
düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim
generalım! Siz onu görsəydiniz?!..» Onda general dərindən nəfəs dərib Patrisioya, arvada görə
bu kökə düşməyin mənasız olduğunu dedisə də, həm də, Patrisioya qadın ehtiyacını ödəmək
üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin o ələ gəlməyən gözəllərdən çox
oğurlamışdı və sonralar həmin o ələgəlməyən gözəllər onunla məmmuniyyətlə yaşamışdılar.
«Mən onu sənin yatağına saldıraram, - o dedi, - dörd əsgər onun qollarını burub saxlayar, sən də
onun dadına, ən yekə qaşıqlarla, doyanacan baxacaqsan. Qoy o, vurnuxsun! Hamısı boş şeydi!
Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: «Məni dişlənmiş alma kimi
atmayın, mənim generalım…» – deyə yalvarır; lakin Patrisio Araqones onun bu təklifindən
imtina elədi, çünki o, daha çox şey - o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını
istəyirdi; «Axı o qadın,» - Araqones deyirdi, - təkrarolunmazdı, o əsl məhəbbətin nə olduğunu,
nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım.» Onda
ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona, öz rahatxanasına aparan gizli yolları
göstərib, hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan,
onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz
istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, və eyş-
işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü
yox, məhəbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək,
onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət
içində sevinə-sevinə generala: «Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da, canınız elə
bil bir az da sulanır!» - dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə
də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu
heç cür təyin edə bilmədi; beləliklə də, Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni
zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə general çoxlu asudə vaxt əldə edib
silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən
elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi. Lakin o bununla, bizim düşündüyümüz kimi, ona
görə bu sayaq ciddi cəhdə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil
edirdi. Əksinə! O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu
ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o
biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana
biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən
başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora –
bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş
patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray
zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli
qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstəyə yığılmış
bu açarların hərəsindən bircə ədə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
14
milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına
malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artillerist general Rodriqo de
Aqiların kölgə kimi müşayət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı
yox idi; məgər prezident karetinin, sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış
dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox
keçəmədi ki, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və
təhlükəsiz hiss etdi ki, onun özünümüdafiə instinkti tamam-kamal kütləşdi və o, tez-tez camatın
arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə şəhəri gəzir,
yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən,
qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı
kərpicli, qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn
tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə
şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən günəbaxanlara, bir
vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq
pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin vavilionsayağı izdihamına
qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən
hörülən çələnglərə, çaxır dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə,
günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən
qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq
üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-
uryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu
düzülən miskin komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o,
uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin
üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman! Ah, liman! İylənmiş
çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala, limanı gözdən keçirən kədərli qocanın
simasında ölümün özünü görürmüş kimi hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu
odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-
qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan
çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» - deyə-deyə bir qisim adam qızğın atların
cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun
insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı
tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam qorxaq olmaz,
leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli təəsüratlarından və bu
sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək
fikrindən döndərə bilmirdi; «Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-
filan da yoxdur, boş şeydir!» O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın
vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf
etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu
kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra
paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə
salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri
boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin
zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə
ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə
yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə
zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident
vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk
əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış
gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə
görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan asılı qalmış kimi
görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: «Ehtiyatlı olun,
general, siz vətənə lazımsınız!» - deyəndə, o, qəribə özünəarxayınlıqla: «Narahat olma,
|