“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
15
polkovnik, bu adamlar məni sevir!» deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano
dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən
gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın
dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların
böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub
közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görününrdü.
Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da,
prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey
görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları
yelləyən adamlara, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş,
yaxud quşla dolu səbət çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın,
kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi.
Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu, dağın lap
kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan
diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi
sığınacaq verdiyi adamlarla domino oynayırdı. Burda, bu binanın artırmasında dalğın
vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb
qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki yerlərinə - öz
kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq, ölkələrdən
qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam
idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən,
necə gəldi əyinlərinə keçirdikləri parad geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı
pulla dolu sandıq, o biri əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan
köhnə dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının hər biri
bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı: «Baxın, general, -
deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə artıq prezidentliyə yenicə qədəm
qoyduğum vaxtdır, burda isə prezidentliyimin on altıncı ildönümünü qeyd edirlər, amma
burda...» Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi
alboma məhəl qoymurdu, çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan
deyirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun
ölümü barədə şəhadətnamədir.
O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı, üfürülmüş
nitqinə nifrətlə qulaq asırdı:
«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin, general
gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq almağın qəbul
olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən axırıncıya kimi, eyni şeyi –
onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün
də bir gün yıxılacağı barədə dedikləri eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar
anlamırlar ki, siyasət, ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki,
it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
Bir-iki ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son sentavosunu
uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir günü təzəgələni dənizə açılan
pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə həyatın puçluğundan danışdı: «Bu, həyat deyil,
başdan-ayağa cəhənnəm əzabıdır, sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri
yandan açır. Bir baxın, qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
16
nəhəng okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq ayrılıb.
Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz həmdərdlərinizlə
istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..»
O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam yığnağının içində
domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz ala-ala, bu adamlardan biri
olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir
az da gözəl yaşamağa – səhərin erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq
barmaqlarının üstündə gəzə-gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə
çevirməyə, günah dolu arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik
qoxusundan cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə, xoruz toyuğu qamarlayan kimi,
qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı səsləri eşidilirdi:
«Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz olursuz!» Lakin, sevgi
dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı bir olurdu və o, bu qüssəni canından
çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin
pəncərəndə mənim qəmim edam edilir!»
Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o xalqının
sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon Alvaradonun yaşadığı
məmləkətin həyətndə, həyətin uzaq, tənha bir küncündə asaraq canüzən siesta saatlarını burda,
tamarinlərin kölgəsində, keşiksiz-filansız, yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir,
yuxuda, sarayın yataq otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən -
ən gözəl uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona
qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına, dünyadan razı
ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən doyub sakitləşərək qayıdırdı. Belə
vaxtlar Vatikan səfiri Roma papasının gözünə yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da
axşamüstü nunsisidə onun yanına gəlir, bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı,
katolik kilsəsinin ağuşuna qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda
kövrək söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna ona deyirdi ki, «əgər Allah-taala,
siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy məni bu qulağagirən murdar
ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib qarnını göstərərək: «qoy bu köpdən
canımı qurtarıb, artıq havanı içimdən çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl
çəkmirdi, yenə dönə-dönə israr edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali
Ruhdan törənib. General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi.
– Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha nə
istəyirsiz?..» Lakin onun, duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə baxmaq üçün gəldiyi
uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin birində vəhşiləşmiş xoruz, öz rəqibinin
başını boğazından qoparıb ləzzətlə dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş
çalanacan, gözünü qan tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General
döyüş meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ biləcək
incə bir işarə kimi yozdu.
O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi əmr etdi.
Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış və o, camaat çıxışa
tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük işgəncələrdən sonra boynuna aldı.
«Mən bunu o dəqiqə başa düşdüm, - general dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə
ki, mən hamının gözünün içinə baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu
yaramazdan, bu bədbəxt kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı».
O gündən generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü ki,
əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz döyüşündə baş verən
əhvalat deyildi. Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün heç bir əsasın olmadığı, hər şeyin öz
qaydasıyla getdiyi barədə qəti bəyanatlarına baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları
arasında dəhşətli qorxu içində keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O,
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
17
Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə
yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. «Heç olmasa
təkcə ölməyim.» - general fikirləşdi...
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri bilinməsin
deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak
işığının içi ilə sanki üzürdülər.
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin ayrılıq fiti sahil
boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri dolurdu... Ya da hər ikisi üzücü
sentyabr axşamları səhərdən-axşamacan pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən
aşiqlər kimi qaranquşları sayırdılar.
General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini elə itirmişdi
ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah burda görünə-görünə,
ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə oyanacağı ağlına belə gəlmirdi. Bəziləri
hətta onun letargiya yuxusuna getdiyindən şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə
çoxaldılmasına, prezident sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki,
guya kimsə sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs
çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri görüb... Onda
bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra sübhün açılacağını gözləməyə
başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-
döşəyində, yuxuda öldüyü barədə şayiələr gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli
məmurlar bu ölüm xəbərini ona görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd
edə bilməmişdilər.
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə əhəmiyyət
vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq kəsib general Rodriqo
de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə necədir?», onda o biri: «Hər şey öz
əlimizdədir, mənim generalım, ölkədə sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan
azad ola bilmir, sarayın, mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində
nə isə daha qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların
dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası Bendisyon
Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının sərin kölgəsində yellənə-
yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa da, həyat eşqiylə alışıb-yanan anası da
köhnə yelləncəkdə onunla yanaşı oturub, təmiz havadan uda-uda yellənir, yan-yörəsində
hərlənən toyuq-cücəni, tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna
yayxanıb şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin,
sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, anasına demək
istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim əziz anam Bendisyon Alvarado,
sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu
məşəqqətdən heç özüm də bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən
xəbərsiz anası da elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki,
axşam düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır,
qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət kəsilirdi. Qəfildən
onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz qaydasındadır, zat-aliləri! Tam
sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-
iradi deyir, onu da, özlərini də o səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə
bir gərgin dövr idi ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər
şey öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər qatıb
hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu anlaşılmaz xof idi. Hər şey
də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz döyüşündən sonra başladı! Gecələr o, quru
döşəmənin üstündə uzanıb, yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
18
toyundan eşidilən musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların,
gecə saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca verdiyi asta,
ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan qızılgüllərin xışıltısına qulaq asır,
bədəni soyuq tər basa-basa içini çəkir, bircə dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa
gizli duyğusu, gecənin havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey
deyirdi.
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan pəncərələri, şəhərin
qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi ənginliklərində uçan qaranquş
qatarını gördü və hər şeyi bir az da aydın görmək üçün karetin pərdəsini aralayıb özü-özünə:
«Mənə əziyyət verən, bax bu idi, ana! Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə
fikirləşdi və elə həmin an da, dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng
şarlara – qırmızı, yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə
əcayib bir yüngüllük hiss elədi.
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların hamısı birdən-
birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin üstünə səpildi və çovğunun
süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. Prezident karetinin sürücüsü,
qarmaqarışıqlıq idi deyə, atların başını geriyə döndərib izdihamın içindən kənara sıçradı. Heç
kim də bu karetə fikir vermədi, tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı.
Camaat vərəqələri göydə tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim
generalım! Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: -
«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun əsgərləri belə,
dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir əsrlik despotizmə qarşı
mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın arvada qarşı mübarizə aparan
vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun, korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun
quldurluq!» Bütün ölkə minillik yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o,
karet tövləsində aldı: «Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!»
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb üzüldüyündən, Patrisio
Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif eləmişdi. «Pulu ataq, - demişdi – əgər
qartal üzü düşsə, demək birinci sən öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio
Araqones isə pulu atmaqdan imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul
atmağın da heç bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki
tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda sınamağı təklif etdi:
iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio Araqones dedi – böyük
məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə, sizi udmaq hüququ verilməlidir.» Bu
hüquq ona verildi və onlar oynamağa başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə
generala uduzan Patrisio Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin
tutuşmanın üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim
generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general dominoları taxta
qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan müəllim təbiriylə, özünün də,
ələlxüsus da domino oynuna görə zorla ölməyə həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü
ilə, öz yorğan-döşəyində, prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb
oxuyan görücü – falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir
yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki mənim anam
Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda çəngəllə yazılanları
oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm və
Allahına şükür elə ki, bütün bunların hamısı zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat
olmadığı onun ağlına belə gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm
püşkü həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
19
O, Patrisio Araqonesi otağında, ölümqabağı işgəncələr içində qovrula-qovrula tapdı. Xilasa ümid
yox idi, oxun zəhəri həddən artıq qatı idi. İçəri girəndə, Patrisio Araqonesi elə kandardan,
romalılar kimi, əli başının üstə salamladı: «Eşq olsun, igid!» Sonra canverənin yatağına əyləşib,
yüngülləşdirici dava-dərmandan xəstəyə qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə
generalın bu xidmətlərindən imtina eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi
və dərmanın növbəti qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi:
«Mən sizi bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə damıb
ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən - ağrıdan ip kimi gərilib
düyünlənmiş, zəhərli ox üç qatından keçib öldürülmüşün birisi, siz isə, əlləriniz başınızın
üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə üzr istəyirəm, mənim generalım,
hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə, nəyə
görəsə beyninizə yeritmisiz ki, guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm...
Azadlığımı sizin ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz...
o vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir ölüm, fərqi
yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin cəzasını çəkəsiz... axı başıma
daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın
altını öz ayağınızın gününə saldınız ki, sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş
əmələ gəlsin deyə, böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi
unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-oxumağı
bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər əziyyətlər çəkmişdi!.. Çox-
çox rəsmi yerlərə, paradlara öz əvənizə məni göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz
kimi, daha vacib, vətən üçün daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz mənim
ona görə oralara göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində də hansısa
fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərfəfdən haqlayacağını
fikirləşəndə, ən qoçaq adamın da canına vicvicə düşür... açıq danışdığıma görə məni bağışlayın,
mənim generalım... Lakin generalı, Patrisio Araqonesin həyasızlığından çox naşükürlüyü
əsəbiləşdirdi: «Və bütün bunları sən deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu
heç kəsə qıymadığımı ona verdiyim adam deyir?!.. Mən ki, öz arvadlarımı da sənin ixtiyarına
vermişdim!?» Burda Patrisio Araqones, onun sözünü ağzında qoydu: «Bu barədə lazım deyil,
mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi boğazlayan kimi, yerə yıxıb
işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn inəkdən bunların bircə fərqi odu ki, inəklər o
məqam fınxırıb mouldayırlar, bunlarsa, ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib, özləri
vecsiz üzlərlə kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə
qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırıllar... Bu heyvərəliyi təkcə siz
məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan savayı ayrı bir şey görməmisiniz…
açıq danışdığım üçün üzr istəyirəm!» Burda general dözməyib bağırdı: «Sus! Mumla, zırrama!
Yum ağzını, yoxsa gec olar!» Lakin Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi:
«Yox, mən susmayacağam, mənim generalım... daha bundan sonra siz mənə neyləyə bilərsiz?..
Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, artıq ölmüşəm... ondansa həqiqətin üzünə dik
baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç vaxt, heç kimin demədiyini, amma
hamının fikirləşdiklərini dinləyəydiniz... axı, sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib
ayaqlarınızı yalayılar, ciblərində isə top-tüfəng gəzdirillər... əslində, bu səmimiyyətimə görə siz
mənə təşəkkür etməlisiz, mənim generalım... sizin ki, yazığınız gələn yeganə adam mənəm... elə
mənim də sizə yazığım gəldiyi kimi, bu dünyada heç kimin sizə yazığı gələ bilməz... çünki
taleyin hökmü ilə, demək olar, elə mən də sizin özünüzəm – axı, mən sizin əkiz tayınızam?!..
Odu ki, mən, o birilərin ürək eləyib sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini
bütün səmimiliyimlə deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident
çıxmaz... əslində də, heç kim sizi qanuni prezident hesab eləmir... siz, prezident kreslosunda ona
görə oturmusunuz ki, sizi ora ingilislər oturdub... onlardan sonra da amerikalılar, öz zirehli
gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla dəstəkləyiblər sizi... axı, bütün bunları mən
gözümlə görmüşəm, axı, hər şey mənim yadımdadı... Qrinqo üstünüzə çımxırıb: «Qurtardı! İndi
bu murdar fahişəxanada təm-təkcə qal! Görək, bizsiz neyləyəcəksən?!» - deyəndə siz qorxudan
|