“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
20
başınızı itirib, böcək kimi ora-bura qaçıdınız... Və o vaxtdan siz kreslodan ona görə düşmədiniz
və düşmək fikriniz də ona görə yox idi ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi...
Qorxu! Məsələ burasındadı... Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə
adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi
qırğının, qala zindanındakı canavarlarla çiy ət əvəzi, diri-diri atılan dustaqların, yerdə qalanların
gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə göndərilənlərin əvəzini
çıxacaqlar... » Patrisio Araqones beləcə uzun-uzadı danışa-danışa, ötüb keçmiş incikliklər
kisəsindən bir-birinin ardınca saysız-hesabsız dəhşətli xatirələr çıxardıqca, elə bil bu murdar
rejimin qurbanlarının ruhuna dua oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını
oydular, ürəyi az qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə
davam elədi: «Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə birgə ölün...
sizin üçün ən yaxşısı ölməkdi ... axı, kim bilməsə də, mən bilirəm... axı, mən elə sizəm... amma
bir Allah şahiddi ki, mən bunu heç vaxt istəməmişəm ... heç vaxt əzəmət, şöhrət diləməmişəm,
vətən qəhrəmanı olmaq arzusuna düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən
bilirəm... sizin bütün həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin
guşəsində mən elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam...
Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...» O, bu sözləri o qədər
inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün özündə hirsə, acığa oxşar bir
şey tapa bilmədi, son tutmalar, son qıcolmalar başlayanacan çarpayının kənarında oturub,
Patrisionu yataqdan yumalanıb yerə düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli
qucaqlayıb ağrıdan, xəcalətdən ağlaya-ağlaya: «Ay Allah! – dedi – şalvarımı doldurdum, mənim
generalım!» General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi başa düşdü,
amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə doğrudan doldurub. Onda
general çığırıb: «Yalvarıram sənə, bir az döz! Vətən oğlu, nə olur-olsun, kişi kimi ölməlidi!» -
dedisə də, artıq gec idi... Artıq vətənpərvərlik hisslərinin yeri deyildi... Patrisio Araqones
döşəməyə yıxılıb son titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində
çabalayırdı...
O, Patrisionun meyidini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə yudu, əynində nə
vardısa, hamısını soyunub meyidin əyninə geyindirdi, özü isə çılpaq qaldı. Qarnını saxlayan
brezent qayışını da çıxarıb Patrisionun qurşağına bağladı. Uzunboğaz çəkmələrini soyunub
Patrisionun ayaqlarına geyindirdi, qızılı mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi.
Bütün bunları da öz tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha
keçəcək həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyidlə
apardığı əməliyyat boyu, özündən bircə dənə olsun, iz qoymadı, bir vaxt görücü-falçı qadının
suyun aynasına baxıb dediyi sözlər - qulluqçuların onun ölüsünü hansı vəziyyətdə tapacağı da
yadından çıxmadı. Onu, hələ o vaxt falçı qadın deyən kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə
– orden-medalsız hərbi səhra geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə
döşəmədə üzüqoylu, üzünü balışın içinə basan kimi, ovuclarına basıb uzandığı yerdə
tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç kim onun
öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbrlə nəyisə gözləyir, xəlvət məşvərətlər
aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, onun ölümü barədə gəzən şayələrin
qarşısını da nəyə görəsə alırdılar, bizim hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon
Alvarado yaslı deyil, arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… «Əynimə güllü
paltar keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli şlyapa,
daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, guya xöşbəxtəm...
Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, indi ölkə göz yaşı içində
boğulmalıdı. Axı, mən məsələnin nə yerdə olduğunu bilmirdim, elə bilirdim, ölən oğlumdu,
bunlar isə, bu hərbiçilər, durduğum yerdə, foto-şəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur
eləyirdilər ki, gülümsəyim, özü də deyirlər ki, vətən naminə belə lazımdı, senyora!»
Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-üzülə, özünü
yeyib-tökürdü: «Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
21
dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı
niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı
kimi, yeri-göyü yandırıb-yaxır?» General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında
topdan atəş açıldı, kilsə zənglərinin səsləri şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş
şəhər bu səsə ayılıb elə bil çalxalandı, qarmaqarışıq, səs-küylü izdiham sarayın ətrafına axışdı...
Onda o, gizli yataq otağının qapısını azca aralıyıb ordan, iclas zalının tən ortasına qoyulub
ətrafına yanar şamlar düzülən cansız bədnini, bütün xristianlıq tarixində baş vermiş ölüm
hadisələrindən - Roma papalarının cəsədlərindən də gözəl bəzədilən cəsədini gördü… güllərin
içində ağaran pudralı sifətinə, boyalı dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin
üstə çarpazladığı sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub
düzəltdiyi – hər tərəfində on ədəb günəşcik yanan, oyuncaq kralın əldəqayırma xəncərinə oxşar
gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə baxdıqca içini xəcalət və
dəhşət hissi bürüdü. Ən qəribəsi isə, bu əldəqayırma qılıncın, bütün ölçüləri baş-ayaq eləməsiydi.
Bu gödək qılınca görə hər bir şey - hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas
mərasimi, hərbi təltiflər və sair oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib
adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. O isə ömrü
boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odu ki, cəsədə baxdıqca, əsəbiləşir, öz-
özünə: «Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!» - deyə fikirləşirdi. Ardı-arası kəsilməyən,
ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların
tamaşa olduğunu, bu tamaşanın məkrli məqsədini unudub, özünü öz ölümündən təhqir olunmuş
və alçaldılmış hiss elədi və ağzının içində dönə-dönə: «Bu ki, ədalətsizlikdi, lənət şeytana!» -
deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların davranışına göz qoya-qoya, öz-
özlüyündə bir sıra məsələləri götür-qoy eləməyə başladı. O, bir çoxlarının özünü itirib köməksiz
vəziyyətə düşdüyünü gördükdə ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən
biçarələrin halına acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, onun həqiqətən ölüb-
ölmədiyini, cənazədə uzananın o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün bunların
oyun olub-olmadığını öyrənib bilmək üçün gələnlərin hərəkətlərini izlədi. Cənazənin önündə
donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib,
mərhumun üzüyündən öpən, qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq
litsey tələbəsini gördü və onları yaddaşında xüsusi bir yerə həkk elədi. Onları, bir də balıq satan
arvadı. Balıqsatan arvad, ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb, özünü cəsədin
üstünə atdı, pudralı-boyalı meyidi qucaqlayıb, səsi zalı başına götürə-götürə: «İlahi, indi biz
neyləyəcəyik?! – deyib bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!» Onda hamı xısın-xısın
pıçıldaşdı, xosunlaşdı: «Gördünüz, bu odur, onun özüdür! Özüdü ki, var! Ölüb!» - «Bu, odur!
Odur! Odur!» - deyə Armas meydanında günün altında yanıb qarala-qarala cavab gözləyən
adamların bir-birinə ötürdüyü bu xəbərdən sonra kilsə zənglərinin səsi kəsildi və qəfildən, əvvəl
kilsənin, sonra ətrafdakı bütün kilsələrin zəngləri dini bayramların müqəddəs çərşənbəsində
olduğu kimi, şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut
fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən qarovulun yanından
ötüb sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan qiyamçıların dəstələrini gördü…
onların, cənazənin önündə duranları dəyənəklə qovduqlarını, meyidə sarılıb ağlamaqdan
doymayan balıqsatan arvadı döşəməyə yıxmaqlarını, meyidi səkkiz ədəd pəzəvəng gül
çələnginin içindən dartıb çıxardığını, ayağından tutub pilləkənlər boyu sürütləyə-sürütləyə
məsxərəyə qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı aparmaqlarını gördü... Qalanları
isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb məhv eləməyə
başladılar… qotika üslubunda yığılmış kərpicli sütunları sökür, quş qəfəslərini, vitse-kralın
tacını, royalı pəncərələrdən aşağı tulazlayır, naməlum cəngavərlərin külü yığılmış vazları yerə
çırpıb sındırır, məyus gəmilərdə xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır,
yepiskopların, qədim döyüş geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz
müharibələri təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur
hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb sökürdülər ki, gələcəkdə bu qan
çanağını yada salmağa belə bircə iz qalmaın.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
22
Bütün bunları o, öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb, çərçivələrin bağlı
taxtaları arasından, çöldə baş verənləri, hər şeyi söküb məhv eləyən bu dağıdıcı dalğanın
haralaracan gedib çıxdığını öz gözləri ilə gördü… «Elə bu an, bayaqdannan maşahidə elədiyim
bütün bu məşəqqətlərdən sızlayıb qan ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli
görünməyən yaramazlığın və naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən
ağlıllarını itirmiş arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil,
özləri ilə fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da vedrələrlə
daşıyıb aparırdılar… mən öz balalarımı - qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan,
bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: «Atam ölüb, yaşasın azadlıq!..» -
deyib ulaşa-ulaşa ətürpədən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm…
Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri
gördüm!» O, hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş
portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədnini indi də fayton yolunun
ortasıyla - orden-medalları, qızılı qaytanaları, məxmər gödəkçəsi, balaca qılıncı, paqonlarında,
göylər generalının qüruba enən günəşləri ilə bir yol uzunu sürüyürdülər… «Bax gör, ana, gör
məni neylədilər…» - deyə o, ağzının içindəcə pıçıldadı və küçə boyu, bir ucdan meyidə tüpürən
camaatın sulu tüpürcəyini bütün vücuduyla, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan
təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-gedə bu
xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini itlər gəmirəcəkdi,
bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu müsübət, bu bayram şənliyinin - onun
ölümünə qurulan şənliyin gurultulu təntənəsi olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub
gedəndən sonra otağı, çöldə çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi
sədaları şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında gicəllənir,
milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini cəmləməyə mane olan
mığmığaları da beləcə, ovcuna sıxıb öldürməyə çalışır, üfüqdə közərən yanğının işığına, yaşıl
işığı dəqiqədə bir yanıb sönə-sönə pəncərənin taxta millərindən içəri süzülərək, onu zolaqlı
pələngə oxşadan mayaka baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini,
onsuz keçən gündəlik həyatın – fövqəladə ölümü adiləşib, yüz-yüz illərin minlərlə ölüsünün adi
ölümünə çevrildikcə, dincəlib, rahatlanıb özünə qayıdan həyatın havasını duyur, tədricən adsız-
ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. Bu məqam o, ölümünün
üstünə çımxırıb: «İtil cəhənnəmə, adamaoxşamaz!» - dedi və xəlvət otağından bu fikirlə çıxdı ki,
artıq vaxtdı, gizlənməyin heç bir mənası yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış
zalların içi ilə, ölü güllərin, şam yanığının iyindən baş çatlayan qaranlıq xarabaıqlarla gəzib-
dolaşdı, nazirlər kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən
bu qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırlıtılı adam səsləriylə uğuldayırdı...
Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı buradaydı. Federasiya uğrunda
qazandıqları qələbəni pula dəyişən liberallar, onlardan bu qələbəni satın alan konservatorlar,
yüksək rütbəli generallar, üç nazir, arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı
bir tələdə! Bir neçə dəqiqə əvvəl bu adamlar öz çılğın çıxşlarıyla hamını bir əsrlik despotizmə
qarşı mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy
tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmışdı ki, gözləri elə qızmışdı ki, heç
biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o yumruğunu stola çırpıb: «Demək
belə?!» - dedi və zərblə çırpıdığı yumruğunun stola dəyməyi ilə stolun ətrafındakıları göz
qırpımında, çığır-bağırtıyla yoxa çığmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar,
qəhvə fincanları, arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general
Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki tüstüsünü
qovub döşəməni göstərərək: «Yerə uzanın, mənim generalım! – dedi – İndicə atəşfəşanlıq
başlayacaq». Və bizim general özünü yerə, əziz dostunun yanına atmağı güclə çatdırdı və
«Qiyamçılardan biri də sağ qalmamalıdır!» əmrini xüsusi dəqiqlikə yerinə yetirən prezident
qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım,
çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar
havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. «Cəzadan qaçanlar
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
23
əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!» - prinsipinə əsasən, orda-burda sağ qalan
yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab uzananacan o, general Rodriqo de
Aqilardan iki addam aralıda, döşəmədə üzü üstə uzanaraq, səbrlə qumbaraların gurultusuna
qulaq asdı. Kürəyi, hər partlayışdan pəncərələrdən içəri dolan şüşə qırıntılarıyla, divarlardan
qopan suvaq parçalarıyla dola-dola, qumbaralar guruldaya-guruldaya, dua oxuyurmuş kimi,
ağzının içində bir nəfəsə pıçıldadı: «Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri
özüm verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu zırıltıdan
sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz kətil, dəlmə-deşiyi
tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq lazım deyil, kazarmalardakını
işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd
əmməklərinə, qarmaqarışıqlıq düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək
uşağının, bircə prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər
kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs eləyər… belə
nazir doğrudan lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən bir şey yazmaq lazım oldu,
vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə verərik, o pula sarayı da saxlayarıq, indi
adamdan çox. pula ehtiyac var, iki nəfər də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-
düşürsün, yır-yığış eləsin, o biri yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər,
onlara da özüm baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o
deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… qızılgüllərin altında
köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən hüquqşünaslar, hər şeyi guya qabaqcadan
bilən siyasətçi-alimlər də – hamısı cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü
olmasın, murdar fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən
özüm gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu olsun, daha
ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını görərlər!» Bütün bunları o, dua
kimi ara vermədən, ağzının içində şer əzbərləyən tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi,
həmişə ən çətin dəqiqələrdə, müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün
fikirlərini öz-özünə danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq
planını qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz olurdu.
Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını öldürdülər. General
Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, küçəyə boylanıb kiməsə, meyidləri
daşımaq üçün zibil furqonları gətirməyi əmr elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə
qalsın, mənim generalım!» - deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə
qarşı, dostum! Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm
rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi başının altında,
üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan gölməçələrinin əksindən
qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk qədəmini qoyan uğursuz payızın xəzəli
qoynunda, xəzəlin yumşaq laylasını diləyə-dinləyə, həmişəkindən bir az da tənha vücuduyla
yuxuya getdi. Səhəri gün isə hər şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-
özünə qurduğu planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər
qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı kazarmalarında
dünənəcən müqavimət göstərən bir ovuc zabit, könüllülər dəstəsinin köməyi ilə prezident
qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ qalanların hamısı, son dəqiqəyəcən ona sadiq
qalan həkimindən, bir də ölkənin ən yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə
məsələlərində də ortaya bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə
agız açıb, bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət
xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü sökülüb-
dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona görə lazım olmadı ki,
ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması zəmnində, prezident sarayı da bərpa edilib
əvvəlkindən daha zəngin və gözəl olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu
qəfəslərlə bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: «İspaniya
olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-təmiz, dənizçi səliqəsi ilə
par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki utancaq qadının əməyini bəhrəsiydi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
24
Pəncərələrdən içəri, onun şəninə çalınan musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə
çalınan zənglər, indi səhər-axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının
həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini
Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir
sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii
şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir,
vətən, iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona
mane olmur, elə bil düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de
Aqilar öz işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki, günlərin
bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət göstərən bütün
əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da yadına düşdü ki, indi bu
zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq yenə ordu yaranmalıdı, çörəyi dizinin
üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir
onların sinəsini nişan ala-ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən –
general, o birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-
ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu coşgun
minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida mərasimində cənazənin önündə
hüznlə dayanan həmin qoca veteranı, məhrumun üzüyünü öpən həmin o kişini axtarıb tapmağı
əmr elədi. Tabutu üstə ağlayan balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq
qadına çoxotaqlı mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə
tək gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük arzusunu
yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən kövrək qəlb yalnız San-
Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı qiyamçıları görəndə sakitləşdi. Qorxudan və
nifrətdən itiləşən yaddaşıyla onların hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah
dərəcəsinə görə ayırdı: «Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan
arvadı itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı
gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm sizə –
alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla heç nə həll
olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu hərəkətlərinin, «meyidinin»
murdarlanmasının, ümumxalq narazılığının partlayışı yox, bir dəstə heyvərənin əskik hərəkəti
olduğunu özü-özünə sübut eləsin. Odu ki, əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların
boynuna qoyub, öz dilləriylə etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar.
Onda o, onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq
asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan birini qala
zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb yesinlər, o birilər də buna
tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar eləməyəndə, o, həbs olunanların hər
dəstəsindən bir nəfər seçib əmr elədi ki, hamının gözü qabağında onların dərisini soysunlar və
hamı, ana bətninin pərdəsi tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən
kazarmanın daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız
bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına aldılar ki, onları
pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə sürütləmək üçün dörd yüz qızıl
peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istəməyiblər və
ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, amma məsələ belə olub ki, gizli müşavirələrin birində
iştirak eləyən iki hərbçi general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq
buna görə razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - dedi və
onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr elədi, səhərisi gün isə
hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra qəlbinin şübhə kisəsinin açılıb boşalmasını
hiss elədi və rahatlanıb ağzının içində özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki,
xalqın heç bir təqsiri yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio
Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb
söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki,
bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları
|