Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə115/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   107   108   109   110   111   112   113   114   115



 

Milli Virtual Kitabxana 

 

654 


baxdı, o lənətə gəlmiş burmacları qurdaladı, tənəkə qıfın yerini dəyişdi. Gülə-gülə eybəcər, ölü, 

zəhərli musiqini damcı-damcı otağa çilətdi və elə gülə-gülə də mənə cavab verdi: 

– Özünüzdən çıxmayın,  əziz qonşu! Yeri gəlmişkən, bu ritardandoya fikir verdiniz? Əsl  

tapıntıdır, hə? Elədir ki, var! Ay səbirsiz insan, gəlin bir dəfə də bu ritardandonun sehrini 

duymağa çalışın. Hə, o bas səsləri eşidirsiniz? Lap allahlar kimi təntənəlidir! İndi qoyun qoca 

Hendelin bu tapıntısı narahat qəlbinizə işləyib, onu sakitləşdirsin! Qulaq asın, ey insancığaz, bir 

dəfə də pafossuz, kinayəsiz qulaq asın. Görün, bu gülünc cihazın səfehdən də səfeh pərdəsi 

altında  o ilahi musiqinin dumanlı obrazı necə də seçilir! Yadınızda saxlayın ki, ondan nəsə 

öyrənmək olar. Fikir verin: bu dəli gücləndiricilər dünyanın üzdən çox səfeh, lazımsız, yasaqlı 

görünən işlərini görür, onun harasındasa çalınan musiqiləri ağına-bozuna baxmadan, həm də çox 

səfeh, kobud, eybəcər halda, özünə yaraşmayan yad bir yerdə səsləndirir, ancaq bununla belə 

onun ulu ruhunu öldürə bilmir və səsləndirə-səsləndirə də öz texniki imkanlarının acizliyini, 

mənasız hay-küyçülüyünü nümayiş etdirir. Yaxşı qulaq asın, ey insancığaz, bu sizə çox lazımdır. 

Deməli, qulağınızı geniş açın! Bax belə! Görürsünüzmü, əzizim, siz indi radionun çıxardığı bu 

iyrənc səslərdə belə, yalnız öz ilahiliyini qoruyub saxlayan Hendel musiqisinə qulaq asır, həm də 

yer üzündəki həyatın çox gözəl, ibrətli bir hekayətini dinləyir və şahidi olursunuz. Siz radioya 

qulaq asan zaman hələ də ideya ilə varlığın,  əbədiyyətlə zamanın, ilahiliklə insaniliyin arasında 

gedən ulu mübarizəni dinləyir və görürsünüz. Radio dünyanın  ən gözəl musiqisini onca 

dəqiqənin içində ağlasığmaz yerlərə gətirir, onu meşşan salonlarında, çardaqlarda laqqırtı vuran, 

fikri-zikri yeməyin yanında olan,  əsnəyən, yatan abunəçilərə çatdırır, onun bütün gözəlliyini 

itirir, ancaq yenə də ruhunu öldürə bilmir. Həyat da, adına  gerçəklik deyilən şey də dünyanın  ən 

gözəl şəkillərini, bax beləcə hara gəldi səpələyir. Hendelin konsertindən sonra orta səviyyəli 

sənaye müəssisələrində balansı tənzimləmək yolları barədə məruzə oxutdurur, orkestrin sehrli 

səsini seliyə döndərir, hər yerdə öz texnikasını, işbazlığını, azğın ehtiyacını, gəldi-gedərliyini 

ideya ilə gerçəkliyin, orkestrlə onu dinləyən qulaqların arasına qoyur. Bütün həyat belədir, körpə 

bala və bizim də əlimizdən heç nə gəlmir, yalnız eşşək olmayanlarımız buna gülür. Həyatı, 

radionu tənqid etmək sizin kimi adamların yemi deyil. Yaxşısı budur, əvvəlcə qulaq asmağı 

öyrənin! Ciddiliyə layiq olan şeyləri ciddi qəbul etməyi öyrənin və qalanlarına da gülün! Yoxsa 

siz bunları daha yaxşı, daha nəcib, daha ağıllı, daha zövqlə eləmisiniz? Yox, müsyö Harri, elə 

deyil, siz öz həyatınızdan iyrənc bir xəstəlik tarixi, istedadınızdan isə bədbəxtlik yaratmısınız. 

Görürəm ki, belə qəşəng, cazibədar qızla da nəedəcəyinizi bilməyib, bıçağı qarnına soxmusunuz, 

öldürmüsünüz! Doğrudanmı, bunu düzgün yol hesab edirsiniz? 

– Düzgün? Ah, xeyr!  – Ümidsizlik içində dilləndim.  – Aman Allah, nə danışırsınız, hamısı 

səhvdir, dəhşətli bir axmaqlıqdır, pisdir! Mən heyvanam, Motsart, axmaq, qəzəbli bir heyvan! 

Burada lap yüz dəfə, min dəfə haqlısınız, mən, doğrudan da, xəstəyəm, pozğunam. Ancaq bu 

qız... özü belə istəmişdi, mən yalnız onun arzusunu yerinə yetirmişəm. 

Motsart səssizcə güldü və axır ki, insafa gəlib radionu söndürdü. 

Bayaq sidq ürəkdən inandığım bəraət cəhdi özümə də hədsiz dərəcədə səfeh görundü. Qəflətən 

xatırladım ki, nə vaxtsa Hermine zəmanədən,  əbədiyyətdən danışanda, onun fikirlərini o dəqiqə 

öz fikirlərimin eyni hesab eləmişdim. Mənim  əlimlə ölmək fikrini isə onun öz fikri, öz arzusu 

saymış, zərrə qədər də mənim təsirimdən irəli gəlməyən təbii bir şey kimi baxmışdım. Bəs onda 

nə üçün bu qəribə, dəhşətli fikri yalnız qəbul etməmiş, inanmamış, həm də nə olduğunu 

əvvəlcədən duymuşdum?  

Bəs nə üçün Hermineni məhz bir başqasının qucağında çılpaq gördüyüm anda öldürdüm? 

– Harri,  – deyən Motsartın səssiz gülüşündən müdriklik, kinayə yağırdı,  – başdan-ayağa  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

655 


lağlağısınız. Doğrudanmı, bu qəşəng qız sizdən bıçaq yarasından başqa heç nə istəmirdi? Daha 

mənə də yox! Ancaq, hər halda, yan getməyib. Yazıq uşaq həmin dəqiqə də keçinib. Deyəsən, bu 

xanıma qarşı göstərdiyiniz lütfkarlığın nəticəsini özünüz üçün aydınlaşdırmaq vaxtı gəlib çatıb. 

Yoxsa aradan çıxmaq istəyirsinnz? 

– Xeyr!  – deyə qışqırdım.  – Məgər özünüz görmürsünüz? Aradan çıxmağa bax! İndi mənim 

yeganə arzum günahımı yumaq, yumaq, yumaq, başımı edam kürsüsünə qoymaq, cəzamı 

çəkmək, məhv olmaqdır! 

Motsart dözülməz bir kinayə ilə məni süzdü: 

– Yamanca coşqunsunuz! Ancaq yumoru da öyrənəcəksiniz, Harri. Yumor həmişə kədərli olur 

və lazım gəlsə, onu elə dar ağacında öyrənəcəksiniz. Buna hazırsınızmı? Bəli? Yaxşı, elə isə 

prokurorun yanına gedin, hansı türməninsə həyətində bir səhər çağı boynunuz vurulan ana qədər 

yumordan xəbəri olmayan hakimlər dəstəsinin boşboğazlığına səbirlə dözün. Deməli, buna 

hazırsınız? 

Qəflətən gözlərim önündə bir lövhə canlandı: 

Harrinin edamı və başımı tərpədərək razılığımı bildirdim. 

Balaca pəncərələrinə dəmir tor çəkilmiş dörd divarın arasında çılpaq bir həyət, ortasında  

qurulmuş tərtəmiz edam kürsüsü,  əynində mantiya, sürtuk olan bir düjün cənab... Mən də 

onların arasındaydım və bomboz səhərin soyuğunda üşüyürdüm, qüssə dolu bir qorxu da ürəyimi 

sıxırdı.  

Ancaq taleyimlə barışmışdım, hər şeyə hazırdım. Əmrə görə irəli çıxdım,  əmrə görə diz 

çökdüm.  

Prokuror papağını çıxarıb boğazını arıtladı, qalan cənablar da onu təkrar etdilər. Prokuror  

əlindəki dürməklənmiş kağızı açıb oxumağa başladı: 

– Cənablar, qarşınızda dayanan cənab Haller bizim sehrli teatrdan sui-istifadə etməkdə ittiham 

olunaraq təqsirli bilinir. Haller bizim gözəl şəkil qalereyasını gerçəklik adlanan şeylə dəyişik 

salıb, güzgüdəki qızı güzgüdəki bıçaqla öldürməklə yalnız yüksək sənəti təhqir etməyib, eyni 

zamanda, yumor hissini unudaraq teatrdan intihar vasitəsi kimi istifadə etməyə cəhd 

göstərmişdir. Buna görə də Haller ömürlük həyat cəzasına məhkum olunur və ona on iki saat 

müddətində bu teatra girməyə icazəverilmir. Müttəhim, eyni zamanda, bir dəfə ələ salınmaq 

cəzasından da azad edilmir. Cənablar, başlayın: bir... iki... üç! 

Üç sayında həmin adamların hamısı bir nəfər kimi ucadan xorla güldü. Bu o dünyadan gələn 

dəhşətli bir gülüş idi, insan buna dözə bilməzdi. 

Özümə gələndə gördüm ki, Motsart bayaqkı kimi yanımda oturub. Əlini çiynimə vura-vura dedi: 

– Haqqınızda çıxarılan hökmü eşitdiniz. Deməli, həyatın radiomusiqisinə qulaq asmağı da 

öyrənməli olacaqsınız. Xeyrini görəcəksiniz. Bu sahədə istedadınız həddən artıq zəifdir,  əziz 

dost, ancaq sizdən nə tələb olunduğunu tədricən başa düşdünüz. Gülməyi öyrənməlisiniz  – 

sizdən tələb olunan bax budur! Həyatın yumorunu  – bu həyatın kədərli yumorunu anlamalısınız! 

Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! 

Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır 

olacaqsınız... Elə deyil? 

– Bəs necə! Sidq-ürəkdən hazıram! – deyə kədər içində dilləndim. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

656 


– Əlbəttə, hazır olarsınız! Siz dünyanın  ən səfeh, yumordan uzaq, hay-küylü, şit işlərinə 

qadirsiniz, ey alicənab insan! Mən isə bunlardan uzağam və sizin romantik peşmançılığınıza bir 

qara qəpik də vermərəm. Siz edam olunmaq, boynunuzu vurdurmaq istəyirsiniz, ey qəddar insan! 

Bu səfeh ideal yolunda hələ on adam da öldürərsiniz! Ancaq, lənət şeytana, elə ona görə də 

yaşamalısınız. Ən ağır cəza da sizin üçün azdır. 

– Ah, görəsən, hansı cəzadır o? 

– Məsələn, bu qızı dirildib, sizinlə evləndirmək. 

– Yox, mən buna hazır deyiləm. Bədbəxtlik olar... 

– Guya, indiyəcən elədikləriniz bədbəxtlik deyil! İndi isə coşqunluğa, qatilliyə son qoymaq 

lazımdır. Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz! Siz həyatın lənətə 

gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə 

gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur. 

Dişlərimi bir-birinə sıxaraq pıçıltı ilə soruşdum: 

– Bəs mən istəməsəm, necə? Bəs sizə Yalquzağa  əmr etmək, onun taleyinə qarışmaq ixtiyarı 

verməsəm necə olar, cənab Motsart? 

– Onda sizə bu gözəl siqaretlərdən birini də çəkməyi təklif edərdim, – deyə halını pozmayan 

Motsart sehrkar kimi qoltuq cibindən çıxardığı siqareti mənə uzatdı və birdən gördüm ki, daha 

Motsart deyil, qeyri-adi qara gözlərindən hərarətlə baxan dostum Pablodur, özü də əkiz qardaşı 

kimi bayaq mənə balaca fiqurlarla şahmat oynamağı öyrədən kişiyə oxşayır. 

– Pablo! – diksinərək qışqırdım. – Haradayıq, Pablo? 

Pablo verdiyi siqareti yandırdı: 

– Mənim sehrli teatrımda,  – deyə gülümsədi.  – Əgər tanqo öyrənmək, general olmaq,  

Makedoniyalı İskəndərlə söhbət etmək istəyirsənsə, gələn dəfə hamısı qulluğunda olar. Ancaq 

onu da deyim ki, məni bir az kədərləndirdin, Harri.  Özünü tamam unutdun, balaca teatrın yumor 

aləmini dağıtdın,  ədəbsizlik elədin, bıçağa  əl atdın, bizim bu gözəl xəyali dünyamızı gerçəklik 

ləkəsi iləkorladın. Heç yaxşı iş tutmadın. Çox güman ki, yanaşı uzandığımızı görüb, 

qısqanclıqdan elədin. Heyif ki, bu fiqurla oynamağı bacarmadın, ancaq mən elə bilirdim yaxşı 

öyrənibsən. Eybi yox, düzələr. 

Hermineni qaldırdı, qız onun barmaqları arasında balaca bir şahmat fiquruna döndü. Onu bayaq 

siqaret çıxartdığı cibinə qoydu. 

Qatı şirin tüstünün xoş bir ətri vardı və birdən-birə özümü elə yorğun hiss elədim ki, düz bir il 

yatardım. 

Ah, hər şeyi anladım, Pablonu da, Motsartı da başa düşdüm, haradansa arxa tərəfdən qorxunc bir 

gülüş səsi eşitdim və bildim ki, həyat adlı oyunun yüz min fiquru yenə də cibimdədir. Sarsıla-

sarsıla  həmin oyunun mənasını duydum. Onu bir də başlamağa,  əzablarını bir də dadmağa, 

mənasızlığından bir də dəhşətə gəlməyə, içimdəki cəhənnəm alovundan bir də – özü də lap tez-

tez keçməyə hazır idim. Haçansa bu fiqurlarla yaxşı oynayacam. Haçansa gülməyi öyrənəcəm. 

Pablo məni gözləyirdi.  



Motsart məni gözləyirdi... 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin