Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə60/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   56   57   58   59   60   61   62   63   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

329 


Şəhərdə vəba  yayılıb! Bu sözləri İstanbuldan  yox, başqa, uzaq bir şəhərdən söz salan bir 

adam kimi dediyi üçün əvvəlcə inanmadım, xəbəri necə eşitdiyini soruşdum, detalları öyrənmək 

istədim. Bir də  görüblər ki, qəfil ölənlər artır, xəstəlik yayıldığını başa düşüblər. Düşündüm ki, 

bəlkə  də  vəba  deyil,  xəstəliyin  əlamətlərini  soruşdum,  Xoca  güldü  mənə:  Narahat 

olmamalılammış,  düçar  olsam,  heç  şübhələnmədən  xəstəliyə  tutulduğumu  başa  düşəcəyəmmiş, 

bunu  başa  düşmək  üçün  insan  üç  gününü  xəstəliyin  qızdırması  ilə  keçirirmiş.    Bəzilərinin 

qulaqlarının,  qoltuqlarının  altında,  qarnında  şişlər  olur,  çıxıntılar  çıxırmış,  sonra  qızdırma 

başlayırmış, bəzən yaralar açılırmış, bəzən də ciyərlərindən qan gəlirmiş, vərəmə tutulanlar kimi 

öskürərək  ölənlər  də  varmış.  Hər  məhəllədən  üç-beş  nəfərin  öldüyünü  əlavə  etdi.  Həyəcanla 

bizim  məhəlləni  soruşdum.  Uşaqlar  bağçadakı  almaları  yeyir,  toyuqlar  da  divardan  uçub  keçir 

deyə bütün məhəlləylə dalaşan divar ustası, bir həftə içində qızdırma içində qışqıra-qışqıra ölüb. 

Caamat onun vəbadan öldüyünü təzə-təzə başa düşüb. 

Yenə  də  inanmaq  istəmirdim:  çöldə  hər  şey  o  qədər  rahat,  pəncərənin  qarşısından  keçən 

insanlar o qədər sakit idi ki, sanki vəbanın varlığına inanmaq üçün təlaşımı mənimlə bölüşəcək 

bir adam tapmağa ehtiyacım vardı. Səhəri gün Xoca məktəbə gedəndə küçəyə çıxdım. On bir il 

ərzində  burda  tanıdığım  İtalyan  təşkilatşısını  axtardım.  Biri  təzə  adı  Mustafa  Rəis  olan  şəxs 

limana  gedib,  digəri  Osman  Əfəndi  isə  qapısını  yumruqlayan  sayaq  döyməyimə  baxmayaraq, 

əvvəlcə  məni  içəri  buraxmadı,  nökərinə  evdə  olmadığını  dedirtdirdi,  amma  gedəndə  dözməyib 

arxadan çağırdı. Dedi ki, necə olur ki, hələ xəstəlik davam edir deyə canfəşanlıq edirsən, məgər 

daşınan tabutları görmürəm? Sonra mənə dedi ki, qorxursan, özü də dediyinə görə xristian olmaq 

üçün  müqavimət  göstərdiyim  üçün  qorxurammış.  Məni  danladı,  “burda  xoşbəxt  olmaq 

istəyirsənsə, mütləq müsəlman olmalısan”, amma öz evinin nəmli qaranlığına qapanmadan əvvəl 

nə  əl-ələ  görüşdü,  nə  də  toxundu.  Namaz  vaxtıydı,  məscidin  əlüzyuyanının  qarşısındakı  insan 

izdihamını  görən  kimi  qorxuya  qapılaraq  sürətlə  evə  qayıtdım.  Fəlakət  olan  vaxt  insana  təsir 

edən  o  axmaqlıq  və  çaşqınılıq  hissi  məni  çulğamışdı.  Sanki  keçmişimi  də  unutmuşdum, 

yaddaşımı itirmişdim, donub qalmışdım. Məhəllədə tabutunu yükləmiş insan toplusunu görəndə 

əsəblərim əməlli-başlı pozuldu. 

Xoca  məktəbdən  qayıdıb  halımı  görən  kimi  sevindiyini  sezdim.  Məni  qorxaq  bir  adam  

saydığı üçün özünə olan inamının artdığını görür və hirslənirdim. Qorxusuzluğumun boş qürur 

hissindən  xilas  olmasını  istədim:  Həyəcanımı  sakitləşdirməyə  çalışaraq  bütün  tibbi  və  ədəbi 

bilgimi  faş  etdim;  Hippokratdan,  Bokaccodan  ağlıma  gələn  vəbayla  bağlı  bilgiləri  danışdım, 

xəstəliyin  keçici  olduğuna  hamının  inandığını  dedim,  amma  sözlərim  mənə  daha  da  xor 

baxmağından özgə bir işə yaramadı, vəbadan qorxmurmuş, çünki xəstəlik Allahın məsləhətiydi, 

insanın  alnına  ölüm  yazılıbsa,  belə  də  olmalıdır,  buna  görə  də  mənim  qorxaqcasına  cəfəng-

cəfəng  danışdığım  kimi,  evə  qapanıb  çöllə  əlaqəni  kəsmək,  ya  da  İstanbuldan  qaçmağa  səy 

göstərmək faydasız idi. Əgər alnımıza harda ölüm yazılıbsa orda da gəlib bizi tapacaqmış. Niyə 

qorxmurdum?  Günlərdir  ki,  kağızlara  yazdığım  o  pisliklərimə  görəmi?  Bunu  deyərkən 

gülümsədi, gözləri ümidlə parıldayırdı. 

Bu  dediklərimə  inanıb-inanmamağını  bir-birimizi  itirənə  qədər  başa  düşə  bilmədim. 

Diribaş  olmamağından  da  bir  qədər  qorxmuş,  amma  sonra  masa  arxasında  danışdıqlarımız,  o 

qorxulu  oyunlar  ağlıma  gələndə  şübhələnmişdim.  Dəqiqəbaşı    qarşılıqlı  şəkildə  yazdığımız 

pisliklərdən  danışır  və  mənim  bütün  əsəblərimi  pozan  özündənrazılıqla  həmişə  eyni  fikri  irəli 

sürürdü:  Ölümdən  bu  qədər  qorxduğuma  görə  mən  cəsarətli  yazıçı  kimi  heç  də  pisliklərimin 

fövqündə  dayanmış  bir  adam  deyildim.  Günahlarımı  faş  edərkən  göstərdiyim  cəsarət  bəsit  bir 

arsızlıqdan  irəli  gəlirdi.  Əslindəsə,  Xocanın  bu  günlərdə  keçirdiyi  qərarsızlıq  hissi  ən  kiçik 

pisliklərin fövqündə təmiz və diqqətlə durmasında idi. Artıq indi rahatlaşıbmış, vəba xəstəliyinə 

qarşı duyduğu dərin qorxusuzluq, onu günahsız olduğuna tam ürək rahatlığı ilə inandırmışdı. 

Axmaqcasına  inandığım  bu  açıqlamadan  diksinərək  onunla  mübarizə  aparmağa  qərar 

verdim.  Qorxusuzluğun  ürək  rahatlığından  deyil,  ölümün  yaxınlığını  bilməməyindən  irəli 

gəldiyini  açıq-aşkar  dedim.  Başa  saldım  ki,  ölümdən  yayına  bilərik,  vəbaya  yoluxanlara 

toxunmamağı,  ölülərin  əhəngli  quyulara  basdırılmasını,  insanların  bir-biri  ilə  əlaqələrini  heç 

olmasa azaltmağı, Xocanın da insanların çox olduğu yerə - məktəbə getməməsini dedim. 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

330 


Bu axırıncı dediyim şey fikrimə vəbadan da qorxulu şeylər salmışdı! Səhəri gün  günorta 

uşaqların  hamısına  bir-bir  toxunduğunu  deyərək  əllərini  mənə  tərəf  uzatdı.  Qorxduğumu, 

toxunmaq  istəmədiyimi  görəndə  ləzzətlə  yaxınlaşıb  məni  qucaqladı,  qışqırmaq  keçirdi 

könlümdən,  amma  yuxudakı  kimi  qışqıra  bilmirdim.  Xocasa,  mənə  çox  sonralar  aydın  olan 

həmişəki zarafatla deyirdi ki, sənə qorxusuzluğu öyrədəcəyəm. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Vəba  sürətlə  yayılırdı,  amma  Xocanın  qorxusuzluq  adlandırdığı  hissi  heç  cür  öyrənə 

bilmirdim.  Bununla  yanaşı,  ilk  günlərdəki  qədər  özümü  qorumurdum.  Yatalaq  bir  qadın  kimi 

otağa  girib  günlərlə  pəncərədən  çölə  baxmaq  artıq  səbir  kasamı  daşdırmışdı.  Arada-bir  evdən 

çıxıb sərxoş kimi küçəyə çıxır, bazar-güzarda al-ver edən qadınlara, dükanlarında iş görən tacirə, 

yaxınlarını  basdırandan  sonra  çayxanlarda  toplaşan  adamlara  baxıb  vəbaya  öyrəşməyə 

çalışırdım. Az qalmışdı ki, tam vərdiş edim, amma Xoca mənə təzyiq göstərirdi. 

Bütün  gün  ərzində  insanlara  toxundurduğu  əllərini  gecələr  mənə  tərəf  uzadırdı.  Heç 

tərpənmədən  gözlədim.  Yuxudan  durub  əqrəbin  üstünüzdə  gəzindiyini  görüb  diliniz-ağzınız 

quruyur  ha,  bax  elə  oldu!  Barmaqları  mənimkilərə  oxşamadı,  onları  soyuq  halda  hər  ikimizin 

üstündə  gəzdirəndə  Xoca  soruşardı:  “Qorxursan?”.  Tərpənməzdim.  “Qorxursan?  Nədən 

qorxursan?”.    Bəzən  əlini  itələyib  vuruşmaq  istəyirdim  onunla,  amma  bunun  hirsini  daha  da 

artıracağını  bilirdim.  “Qoy  nədən  qorxduğunu  deyim.  Günahkar  olduğun  üçün  qorxursan.  

Boğazına  qədər  günaha  batdığın  üçün  qorxursan.  Mənim  sənə  inandığımdan  daha  çox,  sənin 

mənə inandığına görə qorxursan”. 

Masada qarşı-qarşıya oturub nəsə  yazmağa ehtiyac olduğunu da o dedi.  Niyə  ikimizin  də 

mən  olduğumuzu,  əslində  indi  yazmalıyıqmış.  Amma  nəticədə,  yenə  digərlərinin  niyə  elə 

olduğundan  özgə  heç  nə  yazmadı.  Yazdıqlarını  birinci  dəfə  mənə  qürurla  göstərirdi.  Hansı 

səbəbdənsə,  gözləyirdi  ki,  oxuduqlarımdan  utanım,  bu  şeyləri  düşünəndə  niyyətimi  gizlədə 

bilmədim və Xocaya dedim ki, məni öz axmaqları ilə eyni tərəziyə qoyur  və məndən əvvəl özü 

öləcək. 

Onda yəqinləşdirdim ki, ən təsirli silahımın bu sözdür. Bununla bağlı ona xatırlatdım ki, on 

il çalışmalıdır, kosmoqrafiya qanunları üçün  sərf etdiyi illərdən, gözlərini zəiflətmək bahasına 

da olsa, saatlarla göy üzünə baxmağından, başını kitabdan qaldırmadığı günlərdən danışdım, bu 

dəfə  mən  ona  təzyiq  göstərdim,  vəbadan  uzaq  yaşamaq  mümkün  ola-ola,  hədər  yerə  ölməyin 

axmaqlıq  olduğunu  dedim.  Sözlərim  şübhələri  ilə  birgə  cəzalarımı  da  artırırdı.  O  vaxt 

yazdıqlarımı  oxuyanda  mənə  qarşı  olan  itirilmiş  hörmətini  təkrarən  iradəsindən  aslı  olmayaraq 

sanki yenidən tapdığını hiss etdim. 

Bəxtsizliyimi  unutmaq  üçün,  o  günlərdə  ancaq  gecələr  yox,  günorta  yatanda  da  tez-tez 

gördüyüm  xoşbəxt  yuxuları  səhifələrə doldurmuşdum.  Əməllə hərəkətin  üst-üstə düşən  həmin 

xəyalları  yuxudan  oyanandan  sonra  hər  şeyi  unutmaq  üçün,  poetik  bir  dillə  xüsusi  bir  diqqətlə 

qələmə alıram:  Evimizin yaxınlığındakı meşənin ağacları arasında illərdir öyrənmək istədiyimiz 

sirləri  bilən  insanlar  vardı,  meşənin  qaranlıq  olan  içinə  girməyə  cəsarət  etdiyiniz  vaxt  onlarla 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

331 


dost  olacaqsınız,  kölgələrimiz  günəş  batanda  yox  olmur,  biz  təmiz  və  sərin  yataqlarımızda 

rahatlıqla  yatarkən,  öyrənilməsi  və  səhv  ediləsi  minlərlə  şeyi  bir-bir  əldən  keçirir  və  heç  də 

yorulmadan,  bir-bir  bunların  nə  olduğunu  bilirdik,  yuxularda  çəkdiyi  şəkillərdəki  insanlar,  

həyatdakı kimi üç növdə olan  insanlar kimi olmurdular, onlar öz  əhatələrindən ayrılıb aramıza 

daxil  olurdular,  onda  anam,  atam  və  mən  arxa  həyətimizdə  işləri  bizim  əvəzimizə  görən  polad 

avadanlıqları qururduq... 

Xoca  bu  yuxuların  özünü  ölümsüz  bilginin  naməlumluğuna  çəkəcək  şeytani  pusqular 

olduğunu bilirdi, amma yenə də hər dəfə soruşanda özünə olan inamının bir hissəsini itirdiyini 

bilə-bilə  məndən  soruşurdu:  bu  yuxular  hansı  mənanı  ehtiva  edirdi,  mən  onları  həqiqətən  də 

görürdümmü?  Beləliklə,  illər  sonra  Padşah  üçün  birgə  görəcəyimiz  bir  işi,  mən  birinci  dəfə 

onunçün  etdim,  yuxularımızdan  ikimizin  gələcəyi  üçün  nəticələr  çıxardım:  Xəstəlik  bir  dəfə 

yoluxdusa,  eynən  vəbada  olduğu  kimiydi,  insanın  elmdən  qaça  bilməməyi  aydın  bir  şey  idi, 

xəstəliyin  Xocaya  da  keçdiyini  ona  demək  çox  da  çətin  bir  şey  deyildi,  amma  insan  yenə  də 

Xocanın  yuxusunu  bilmək  istəyirdi.  Açıq-aşkar  ələ  salaraq  dinləyirdi  məni,  amma  sualı 

soruşacaq  qədər  qürurunu  tapdalayacağı  üçün  çox  da  mənə  təzyiq  göstərmirdi,  həm  də 

danışarkən görürdüm ki, dediklərim onu da maraqlandırırdı. Xocanın vəbayla birgə aludə olduğu 

rahatlığın  səngidiyini  gördükcə,  öz  ölüm  qorxum  azalmırdı,  amma  heç  olmasa,  qorxunun 

tənhalığından qurtulduğumu düşünürdüm. Təbii ki,  bunu gecə əziyyətləri ilə ödəyirdim, amma 

hədər  yerə  müqavimət  göstərmədiyimi  bir  dəfə  onsuz  da  başa  düşmüşdüm:  əllərini  mənə 

yaxınlaşdırdıqca  Xocaya,  məndən  əvvəl  özünün  öləcəyini,    qorxmayanların  məlumatsızlığını, 

yarımçıq qoyduğu yazılarını, o gün ona oxuduğum xoşbəxt yuxularımı xatırladırdım. 

Amma  bu  dedikləri  ilə  yox,  səbr  kasasını  başqa  bir  şeylə  əlaqədar  daşdırdı.  Bir  gün 

məktəbdəki şagirdlərinin birinin atası evimizə gəldi. Heç kəslə işi olmayan bir adama oxşayırdı, 

bizim  məhəllədə  qalırmış.  Mən  də  onun  kimi  utancaqlıqla  evin  bir  kənarına  çəkilib  qulaq 

asırdım,  ordan-burdan  uzun-uzadı  danışdılar.  Sonra  qonağımız  dilinin  altındakı  sözləri  çıxardı: 

Əri  keçən  yay  nəsə  axtararkən  damdan  yıxılıb  və  o  dul  qalıb.  İndi  bir  neçə  yerdən  istəyəni 

varmış, amma qonağımızın ağlına Xoca gəlib, çünki məhəllə əhlinin danışdıqlardından bilirmiş 

ki, evlənmək istəyənlər onun yanına gəlirlər. Xoca gözləmədiyim qədər qaba reaksiya göstərdi: 

Evlənmək  istəmədiyini,  amma  istəsə  də,  dul  qadın  almayacağını  dedi.  Bu  sözün  üstündən 

qonağımız Məhəmmədin (Məhəmməd Peyğəmbər. F.H) Xədicəni dulluğuna baxmadan, həm də 

birinci  arvadı  kimi  aldığını  xatırlatdı.  Xoca  da  o  dul  qadına  qulaq  asdığını,  onun  Həzrəti 

Xədicənin  dırnağı  belə  ola  bilməyəcəyini  dedi.  Bundan  başqa,  qəribə  burnu  olan  qonşumuz 

Xocaya  Həzrətin  özünün  də  çox  da  matah  olmadığını  sezdirmək  istədi:  O  inanmırmış,  amma 

məhəllə əhli, Xocanın əməllicə ağlını itirdiyini danışırlarmış, ulduzlara baxmağını, lupalarla baş 

qatıb  saatlar  hazırlamağını  heç  kəs  xeyrə  yozmurmuş.  Qonağımız  alacağı  malı  pisləyən  tacir 

kimi  hirslənərək  əlavə  etdi:  Məhəllə  əhli  Xocanın  yemək  yeyərkən  çömbəlib  bardaş  quraraq 

deyil, kafirlər kimi stolda oturaraq yeməyini,  kitablara cibdolusu pul verəndən sonra onları yerə 

atıb  peyğəmbərin  adı  olan  səhifələri  tapdaladığını,  göy  üzünü  saatlarla  seyr  edərək  içindəki 

şeytanı sakitləşdirə bilmədiyi üçün gündüzün günorta çağı yatağında uzanıb evinin kirli tavanına 

baxmağını,  qadınlardan  yox,  ancaq  oğlanlardan  xoşlandığını,  mənim  guya  onun  ekiz  qardaşı 

olduğumu,  Ramazanda  orucunu  yediyini  və  vəbanın  da  ona  görə  bu  məmləkətə  bəla  kimi 

yollanıldığını danışırlarmış. 

Qonağı  qovandan  sonra  Xoca  əsəb  gərginliyi  keçirdi.  Digərləri  ilə  eyni  hissləri 

bölüşməkdən,  ya  da  özünü  elə  göstərməkdən  narahat  olduğunu  yəqinləşdirdim.  Ona  sonuncu 

zərbəni vurmaq üçün  vəbadan qorxmayanların bu səfeh kimi axmaq olduqlarını dedim. Narahat 

oldu, amma bildirdi ki, o da vəbadan qorxmur. Nəyəsə görə bunu ürəkdən gələn bir söz olduğuna 

qərar  verdim.  Çox  əsəbiləşdi,  bilmirdi  ki,  əlini-qolunu  hara  qoysun,  son  vaxtlar  unutduğu 

“axmaqlar”  haqda olan nəqarəti dayanmadan təkrarlayırdı. Qaranlıq çökəndən sonra xahiş etdi 

ki, lampanı yandırıb ortaya qoyduğu masada, oturaq. Nəsə yazmalıydıq. 

Eynən  uzandıqca  uzanan  qış  gecələrini  keçirmək  üçün  fala  baxan  iki  bekar  oğlan  kimi, 

masanın qarşı tərəfində üz-üzə oturub, qarşımdakı boş kağızlara müxtəlif şeylər yazıb-pozurduq. 

Səhər  yuxu  adlandırdığı  yazılarını  oxuyanda  onun  özümdən  də  gülünc  vəziyyətə  düşdüyünü 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

332 


gördüm. Mənim yuxularıma əsaslanan bir yuxu da o yazmışdı, amma həmin yuxunu görmədiyi 

açıq-aşkar  bilinirdi:  Guya  biz  qardaşıqmış.  Mənim  ona  böyük  qardaş  olmağımı  özünə 

yaraşdırmamışdı,  mən  də  sakit-sakit  onun  elmi  sözlərinə  qulaq  asırammış.  Səhəri  gün  səhər  

yeməyi  yeyəndə  məndən  məhəllə  əhlinin,  bizim  ekiz  qardaşlar  olduğumuz  haqdakı  söz-söhbəti  

haqda nə fikirləşdiyimi soruşdu. Bu sual xoşuma gəldi, amma çox da qürurumu yüksəltmədi, heç 

nə  demədim.  İki  gün  sonra  yazdığı  həmin  yuxunu  bu  dəfə  həqiqətən  gördüyünü  deyəndə  gecə 

vaxtı  məni  oyandırdı.  Bəlkə  də  doğruydu,  amma  hansı  səbəbdənsə,  çox  da  fikir  vermədim. 

Növbəti gecə dedi ki, vəbadan ölməkdən qorxur.  

Evə  qapanmaqdan  darıxıdığım  üçün  axşamçağı  küçələri  gəzməyə  çıxmışdım:  bağçada 

uşaqlar ağaclara çıxmışdılar, rəngli ayaqqabılarını da aşağıda qoymuşdular, çeşmə başında daim 

su  dolduran  boşboğaz  qadınlar  artıq  mən  keçəndə  də  susmurdular,  bazar  al-ver  edənlərlə 

doluydu, itələşib boğuşanlarla onları ayıranlara ləzzətlə baxanlar da tapılırdı. Özümü inandırdım 

ki, epidemiya zəifləyib,  amma Bəyazid Məscidinin həyətindən dalbadal çıxan tabutları görəndə 

əsəbiləşirdim,  tez-tələsik  evə  qayıtdım.  Otağıma  girəndə  Xoca  çağırdı:  “Gəl,  buna  bir  bax!”.  

Paltarının  düymələrini  açıb  göbəyinin  altındakı  balaca  şişi,  qırmızı  ləkəni  göstərdi.  “Hər  tərəfi 

böcək bürüyüb”. Yaxınlaşıb diqqətlə baxdım, kiçik qırmızı bir ləkə vardı, bir də balaca şiş, yekə 

bir böcəyin  dişlədiyi  yer kimiydi,  amma, görəsən, mənə bunu niyə göstərirdi? Üzümü  daha da 

yaxınlaşdırmaqdan  ehtiyat  elədim.  “Xoca  dedi:  böcək  dişləyib,  elə  deyil?”,  barmağının  ucu  ilə 

şişə  toxundu.  “Yoxsa  birə  dişləyib?”.  Susdum,  deyə  bilmədim  ki,  heç  vaxt  belə  birə  dişləyi 

görməmişəm. 

Bir  bəhanə  tapıb  günəş  batana  qədər  baxçada  qaldım.  Artıq  hiss  edirdim  ki,  evdə 

qalmamalıyam, amma fikrimdə getməyə bir  yer yox idi. O ləkə, həqiqətən də, böcək dişləyinə 

oxşayırdı, Vəba çıxıntısı qədər böyük və  iri deyildi, amma bir qədər sonra ağlıma başqa bir şey 

gəldi, bəlkə də, bağçada sürətlə yaşıllaşan otlar arasında gəzindiyim üçün qızarmış yerin iki gün 

içində  şişərək  çiçək  kimi  açıb  partlayacağını,  Xocanın  ağrılardan  öləcəyini  düşünürdüm.  

Fikirləşirdim  ki,  bəlkə  də  hələ  tam  çıxa  bilməyən  çibandır,  amma  elə  deyildi,  böcək  dişləyinə 

oxşayırdı, düşünürdüm ki, bəlkə,  hansı böcək olduğu tezcə ağlıma gələr, gecələr gəzən, iri və 

isti ölkələrdə olan bir böcək olmalıydı, amma xatırladığım heyvanın adı dilimin ucuna gəlmirdi. 

Axşam  yeməyinə  oturanda  Xoca  çalışdı  ki,  şən  görünsün,  zarafatlar  etdi,  mənə  sataşdı, 

amma bu hal çox davam etmədi. Sakitcə yediyimiz yeməkdən sonra ayağa qalxanda küləksiz və 

sakit  qaranlıq  çökəndən  çox  sonra  Xoca  dedi:  “Darıxıram,  qəribsədim.  Əyləşək,  nəsə  yazaq”.  

Bildirdi ki, başını ancaq belə qata bilər. 

Amma yaza bilmədi. Mən tam rahatlıqla yazanda, o boş-boş oturub gözünün ucuyla mənə 

baxırdı. “Nə yazırsan?”. Mühəndislik məktəbinin birinci ilini qurtarıb tətilin əvvəlində təkatlı bir 

arabayla  evimə  qayıdarkən  necə  səbirsizləndiyimi  yazmışdım,  oxudum  ona.  Amma  məktəbi  və 

yoldaşlarımı da  çox istəyirdim, tətildə özümlə götürdüyüm  kitabları suyun başında oturub tək-

tənha oxuyarkən, onları necə də fikirləşib darıxıxdığımı oxudu. Bir qədər sakitlikdən sonra Xoca 

birdən-birə sirr danışan adamlarsayaq pıçıltıyla soruşdu: “Orda həmişə elə xoşbəxt  yaşayırlar?” 

Sualı  soruşan  kimi  peşman  olacağını  zənn  elədim,  amma  hələ  də  uşaq  kimi  maraqla  mənə 

baxırdı. Mən də pıçıldadım: “Mən xoşbəxt idim”. Üzündə az-maz qısqanclıq hiss olundu, amma 

qorxuducu  deyildi.  Çəkinə-çəkinə  danışdı:  Ədirnədə  on  iki  yaşı  olanda,  bir  müddət  anası  və 

bacısı  ilə  ana  babası  mədəsindən  xəstə  olduğu  üçün  Bəyazid  Məscidinin  həkimxanasına 

gedərlərmiş. Səhər anası və yeriyə bilməyən digər qardaşını qonşuya qoyur və Xocayla bacısını 

və  tezdən  hazırladığı  pudinq  qabını  götürür  birgə  yola  çıxırlarmış,  qovaq  ağaclarının  kölgə 

saldığı  qısa,  amma  çox  maraqlı  bir  yolla  gedərlərmiş.  Babası  onlara  nağıl  danışarmış.  Xoca  o 

nağılları xoşlayarmış, amma xəstəxananı daha çox xoşladığı üçün yanlarından qaçıb ətraf ərazini 

seyr  eləyərmiş  bir  dəfə  dəlilər  üçün  çalınan  musiqiyə  qulaq  asıb,  fənərdən  işıqlanan  böyük  bir 

qübbənin  altından  su  səsi  gələrmiş,  axar  suyun  səsi,  sonra  içində  qəribə  və  rəngli  şüşələrlə 

qabların par-par parıldadığı başqa otaqlarda gəzərmiş, bir dəfə yolu azıb və başlayıb ağlamağa, 

Abdullah  əfəndinin  otağını  tapana  qədər  bütün  xəstəxananı  ona  otaq-otaq  gəziblər,  anası  da 

bəzən ağlayarmış, bəzən də qızıyla birgə atasının nağılına qulaq asarmış. Sonra babanın verdiyi 

boş qabı alıb qayıdarlarmış, amma evə gəlməmişdən əvvəl, anası onlara halva alar və deyərmiş 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

333 


ki, gəlin heç kəs görməmiş yeyək. Suyun sahilindəki qovaqların arasında yerləri varmış, üçü də 

ayaqları suya tərəf oturub hamıdan gizli yeyərlərmiş. 

Xoca susanda bizi qəribə bir məhrəmlik hissi ilə narahat edərək bir-birimizə yaxınlaşdıran 

sükut çökdü. Xoca uzun müddət narahat oldu. Sonra yaxındakı bir evin qaba qapısı narahatlıqla 

və gurultuyla bağlanandan sonra dedi: Elmə olan marağını birinci dəfə o vaxt hiss edib, xəstələr 

və  onlara  şəfa  verən  o  rəngli  şüşələrə,  qablara  və  tərəzilərə  olan  marağına  görə  həvəslənib. 

Amma babası öləndən sonra bir də ora getməyiblər. Xoca da həmişə böyüyüb təkcə gedəcəyini 

arzulayırmış,  amma  Tunca  daşıb,  xəstələr  yataqlarından  aparılıb,  xəstəxananın  otaqlarını 

dolduran kirli və bulanıq su uzun müddət çəkilməyib, çəkiləndən sonra da o gözəl xəstəxana illər 

uzunu təmizlənilməsi mümkün olmayan pis qoxulu iyrənc palçığın içində qalıb. 

Xoca  yenə  də  susanda  artıq  biz  bir-birimizin  yaxınlığında  deyildik.  Masadan  qalxmışdı, 

gözümün  ucuyla  baxaraq  otağın  içində  gəzinən  kölgəsini  görürdüm,  sonra  masanın  ortasında 

olan  çırağı  götürdü,  arxama  keçdi,  nə  kölgəsini  görə  bilirdim,  nə  də  Xocanı,  çevrilib  baxmaq 

istəyirdim, amma baxa bilmirdim, sanki ondan nəsə pis bir hərəkət gözləyərək narahat olurdum. 

Bir qədər sonra çıxarılan paltarın xışıltısını eşidərək qorxuyla çevrildim. Beldən yuxarısı çılpaq 

idi, aynanın  qarşısına keçib,  üstünə lampanın  işığı  düşən kölgəsinə və qarnına diqqələ baxırdı. 

Dilləndi: “Aman Allah bu nə çibandı?”. Susdum. “Gəl, bir buna bax”. Yerimdən tərpəmmirdim, 

qışqırdı. “Gəl demirəm sənə!”.  Cəzalandıracağı bir tələbə kimi qorxuyla yaxınlaşdım. 

Çılpaq  bədəninə  heç  vaxt  bu  qədər  yaxınlaşmamışdım,  bu  yaxınlıqdan  xoşum  gəlmirdi. 

Əvvəlcə,  ona  buna  görə  yaxınlaşmadığıma  inanmaq  istədim,  amma  bilirdim  ki,  çibandan 

qorxuram.  O  da  başa  düşdü,  əslində,  başa  düşməsin  deyə,  başımı  yaxınlaşdırdım,  həkim  kimi 

gözlərimi o şişə, qızarmış yerə zilləyib nəsə mızıldanırdım. Nəhayət, Xoca dilləndi: “Qorxursan, 

hə?”. Qorxmadığımı  isbat  eləmək üçün başımı  daha da  yaxınlaşdırdım. “Vəba  çıxıntısıdır deyə 

qorxursan.”. Həmin sözü qulaqardına vurdum, deyəcəkdim ki, böcək dişləyib, daha əvvəl məni 

bir dəfə hardasa dişləyən qəribə bir böcək vardı, amma o məxluqun adı ağlıma hələ də gəlmirdi. 

Xoca dedi: “Toxun da! Toxunmamış necə bilərsən ki, toxun mənə!”. 

Toxunmadığım  üçün  sevindi.  Şişin  üstündə  hərlətdiyi  barmaqlarını  üzümə  yaxınlaşdırdı. 

Diksinərək çəkildiyimi  görəndə  isə  qəhqəhə  çəkdi,   adi  bir böcək dişləyindən qorxduğum  üçün 

məni ələ saldı, amma bu sevinc çox davam etmədi. Dedi ki, “ölümdən qorxuram”. Sanki başqa 

şeylərdən  danışırdı,  üzündə  utancaqlıq  ifadəsindən  daha  çox  qəzəb  vardı,  necə  ki,  bu  ifadə 

haqsızlığa məruz qalan adamların üzündə olur. “Səndə bu çibandan yoxdur, dəqiq bilirsən, soyun 

paltarını”.  Təzyiq göstərəndə çiməkdən zəhləsi gedən uşaq kimi köynəyimi çıxardım. Otaq isti 

idi, pəncərə də bağlıydı, amma hardansa sərin mey gəlirdi, bilmirəm, bəlkə də, məni ürpəndirən 

aynananın soyuğu idi. Görünüşümdən utandığma görə bir addım irəlilədim, kənara çəkildim. Bu 

dəfə  aynada  mənim  bədənimə  başını  yaxınlaşdıran  Xocanın  üzünü  yandan  görürdüm,  hamının 

dediyi  kimi  mənim  başıma  bənzəyən  yekə  başı  bədənimə  tərəf  əyilmişdi.  Ruhumu  zəhərləmək 

üçün  –  qəfil  belə  düşündüm  –  edirdim,  əslindəsə  tam  əksinə  belə  hərəkət  edirdim,  mən  ona 

öyrədirəm deyə illərdir ki, qürurlanırdım. Ağlıma gəlməyi belə gülünc idi, amma qəfil lampanın 

işığında arsızlaşan o saqqallı başın qanımı əmmək üzrə olduğunu düşündüm! Deməli,  uşaqkən 

dinlədiyim  o  qorxulu  nağılları  xoşlayırammış.  Bunları  düşünərkən,  hiss  etdim  ki,  barmaqları 

qarnıma  toxunur,  qaçmaq  istəyirdim,  başına  bir  şey  vurmaq  keçdi  ürəyimdən.  Dedi:  “Səndə 

yoxdu”.    Arxama  keçib,  qoltuqlarımın  altına,  boynuma,  qulaqlarımın  arxasına  da  baxmışdı. 

“Burda da yoxdu”. 

 Əlini  çiynimə  qoyaraq  yanıma  keçdi.  Sanki  dərdini  böldüyü  uşaqlıq  dostuydum. 

barmaqları ilə çiynimi iki tərəfdən sıxdı və çəkdi məni: “Gəl, birlikdə aynaya baxaq”. Lampanın 

çiy işığının altında baxdıq, nə qədər də çox oxşadığımızı bir də gördüm. Sadiq Paşanın qapısında 

gözləyərkən  onu  birinci  dəfə  görəndə  də  bu  hissi  keçirmişdim,  xatırladım.  O  vaxt  onun  kimi 

olmaq  istədiyim  bir  adamı  görmüşdüm,  indiysə  onun  da  onun  mənim  kimi  bir  adam  olmağa 

ehtiyacı olduğunu düşünürəm. İkimiz də eyni adamıqmış! İndi bu hal mənə çox aydın bir həqiqət 

kimi  görünürdü.  Basaratım  bağlanmış və sanki  tutulub qalmışdım.  Qurtulmaq üçün tərpəndim, 

sanki mənim əsl  mən (özüm) olduğumu tam bilmək üçün belə etdim: Tez-tələsik əlimi saçımın 

içində  gəzdirdim,  amma  o  da  həmin  hərəkəti  edirdi,  həm  də  daha  ustalıqla  və  aynanın 



Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin