“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
314
Ulduzlar asılmış şəffaf kürələrin nizamsızlığından danışırdı, bəlkə də, onları orda saxlayan başqa
bir şey vardı, görünməyən hansısa güc, cazibə qüvvəsi, bəlkə də, Günəş kimi bir şey. Dünyanın
da başqa bir şeyin ətrafında fırlandığını iddia elədi, bəlkə də, bütün ulduzlar, bizim varlığından
xəbərdar olmadığımız başqa bir kürənin ətrafına fırlanırdı. Daha sonra Ptolomeydən daha geniş,
daha əhatəli düşünəcəyini bildirdi, çox ətraflı, kosmoqrafiya üçün tədqiq olunmamış bir yığın
ulduza diqqətlə baxdı, bəlkə də mərkəz Venera idi, amma bu fikirlərdən də tez bezdi. Sonralar
indiki problemin, bu yeni düşüncələri ortaya atmaq üçün deyil, ulduzları və hərəkətlərini
burdakılara bildirmək üçün olduğunu, bu işə birinci Paşadan başlayacağını deyirdi ki, Sadiq
Paşanın Ərzuruma sürgün olunduğunu eşitdik. Deyilənlərə görə uğursuz bir qruplaşmaya
qoşulmuşdu. Paşanın sürgündən qayıdacağını gözlədiyimiz illərdə Boğazdakı axıntının
səbəbindən yazmalı olduğu risalə üçün aylarla Boğazın arxa tərəfinə, iliklərimizə işləyən
küləkdə dənizin axınını seyr edərək və vadilərdə əlimizdəki qablarla Boğaza tökülən suyun
temperaturunu və axıntısını ölçməyə çalışaraq gəzindik.
Paşanın xahişi ilə onun işini görmək üçün gedib üç ay qaldığımız Gəbzədə məscidlər
arasındakı namaz vaxtlarındakı uyğunsuzluq, Xocanın ağlına tamam başqa bir fikir saldı: namaz
vaxtlarını göstərən qüsursuz bir saat hazırlayacaqdı. Masa adlanan əşya haqqında ona həmin vaxt
başa saldım, ölçülərini verərək dülgərə hazırlatdırdığım əşyanı müsəlla daşına oxşadırdı, deyirdi
ki, uğursuz bir şeydi, amma sonra oturacaqlara da, stola da vərdiş elədi, belə daha yaxşı
düşündüyünü və yazdığını da dedi. Namaz vaxtları üçün, günəşin fırlanma periyoduna uyğun
elliptik dişlər hazırlamaq üçün İstanbula qayıdanda, masamız da eşşəyin üstündə arxamızca
gəlirdi.
İkimiz birgə masada əyləşib işlədiyimiz o aylarda, Xoca dünyanın kürə formasında
olmasına görə, gündüzlə gecə arasında böyük zaman fərqi olan soyuq ölkələrdə, namaz və oruc
vaxtlarının necə müəyyənləşdiriləcəyini anlamağa çalışırdı. Başqa bir sual da, Məkkədən başqa
hansı tərəfə dönsə də, insanın qibləyə baxa bilməsi üçün başqa bir yerin mövcud olub-
olmamasıydı. Daxilən yuxarıdan-aşağı baxdığı bu problemlərlə maraqlanmadığımı gördükcə,
Xoca mənə ciddi adam kimi baxmırdı, amma o vaxtlar düşünürdüm ki, mənim üstünlüyümü və
fərqliliyimi başa düşür, bəlkə də, o da mənim bunu anladığımı fikirləşdiyinə görə əsəbiləşirdi.
Uzun-uzadı elmdən danışdığı kimi, zəkadan da danışırdı, Paşanı, İstanbula qayıtdığı vaxt planları
ilə daha da təkmilləşdirdiyi və bir modelə, başadüşülən bir vəziyyətə salacağı yeni kosmoqrafiya
sistemi ilə, yeni saatla öz təsiri altına salacaqdı, bununla da tərəqqi meyillərini, öz ürəyindəki
marağı hamıya yoluxduraraq özündən uzaqlaşdıracaqdı. Bunu ikimiz də bilirdik.
3
O günlərdə saatın hər həftə yox, ən azından hər ay qurulub zəng çalmağını nizamlayan
daha böyük dişli mexanizmanı necə düzəldə bilərəm deyə düşünürdü, belə bir dişli dəsti
hazırlayandan sonra, ildə bir dəfə namaz vaxtı qurulan saatı hazırlamağı da fikirləşirdi, bütün
problem də bu böyük saatın qurulma vaxtlarının arasındakı zaman məsafəsinin artdıqca artan və
ağırlaşan dişlərini hərəkətə gətirə biləcək qüvvəni necə tapmaqda idi, elə tapacağını düşünürdü
ki, saraydakı dostlarından Paşanın Ərzurumdan qayıtdığını öyrəndi.
Səhəri gün Paşanı təbrik etməyə getdi. Qonaqların qələbəliyi içində, Paşa, Xocayla, onun
kəşfləri ilə maraqlanmış, hətta məni də soruşmuşdu. O gecə saatı söküb-söküb yenidən qurduq.
Dünya modelinin orasına-burasına nələrisə əlavə etdik, əlimizdəki fırçalarla ulduzlara boya
sürtdük. Xoca ona qulaq asanları təsirləndirmək üçün və poetik bir dillə qələmə alıb əzbərlədiyi
mətndən parçaları mənə oxudu. Səhərə yaxın ulduzların fırlanma məntiqinə bağlı olan bu mətni
həyəcanını azaltmaq üçün təzədən tərsinə oxudu. Sonra çağırtdırdığı arabaya alətlərimizi
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
315
yükləyib Paşanın evinə getdi. Aylardır evi dolduran saatın və modelin tək atlı arabanın yük
yerində az yer tutmağına təəccüblə baxdım. Axşam çox gec qayıtdı.
Alətləri həyətinə qoyandan və Paşa bu qəribə şeyləri zarafatla, həm də çox da bəyənmədən
və zəhmli bir qocanın soyuqluğuyla baxandan sonra, Xoca əzbərlədiyi mətnləri ona oxuyub.
Paşa da məni xatırlayıb, illər sonra paşdşahın da deyəcəyi bu sözləri deyib: “O öyrətdi sənə
bunları?” İlkin reaksiyası ancaq bu olub. Xoca isə Paşanı daha da təəccübləndirən bir reaksiya
verib: “KİM?”. Amma sonra tezcə söhbətin məndən getdiyini başa düşüb. Paşaya mənim
oxumuş bir nadan olduğumu deyib. Bunları mənə danışanda mənimlə maraqlanmırdı, fikri hələ
də Paşanın imarətində olan hadisələrdə idi. Sonra israrla hamısının öz kəşfi olduğunu deyib,
amma Paşa ona inanmayıb, sanki bir günahkar axtarırmış və o günahkarın da çox istədiyi Xoca
olmağına ürəyi heç cür razı olmurmuş.
Beləliklə, ulduzlar haqqında danışmaq əvəzinə məndən danışıblar. Xocanın bu mövzuda
danışmaqdan çox da xoşu gəlmədiyini anlayırdım. Beləliklə, sakitlik olub, Paşanın da diqqəti
ətrafındakı digər qonaqlara gedib. Axşam yeməyində Paşa ulduzlardan və kəşflərindən danışmaq
üçün yenə söz salarkən Paşa mənim üzümü xatırlamağa çalışdığını, ancaq gözünün qabağına
Xocanın üzünün gəldiyini deyib. Süfrə arxasında başqaları da əyləşibmiş, insanların qoşa
yaradıldığı haqda cəfəngiyyat başlamış, bu mövzuda şişirdilən örnəklər xatırlanmış, anaların bir-
biri ilə səhv saldığı əkiz qardaşlardan, bir-birini görən kimi qorxan, amma sehrlənmiş sayaq bir-
birlərindən heç vaxt ayrılmayan, günahsızları əvəzləyən quldurlardan danışıblar. Yemək qurtarıb
qonaqlar evə gedərkən Paşa, Xocadan xahiş edib ki, qalsın.
Xoca təzədən danışmağa başlayanda əvvəl-əvvəl Paşa çox əylənirmiş, hətta çox da başa
düşülməyən bir sıra qarışıq məlumatlarla kefi yenidən pozulduğu üçün məmnun deyilmiş, amma
sonra Xocanın əzbərdən oxuduğu mətni üçüncü dəfə dinləyəndən və modelimizdəki dünyanın
və ulduzların bir neçə dəfə gözünün qarşısında fır-fır fırlandığını görəndən sonra, sanki nəyisə
başa düşüb, ən azından, məlum-naməlum bir maraq hiss edib və Xocanın danışdıqlarına qulaq
asmağa başlayıb. O vaxt Xoca ulduzların hər kəsin zənn elədiyi kimi elə yox, belə fırlandığını
həyəcanla təkrarlayıb. Ən axırda Paşa deyib: “Yaxşı, başa düşdüm, elə də ola bilərlər, niyə də elə
fırlanmasınlar ki?”. Onda Xoca susub.
Fikirləşdim ki, yəqin, uzun müddət sakitlik olub. Pəncərədən çölə, Xaliçin qaranlığına
baxan Xoca dilləndi. “Niyə dayandı, niyə başqa şey demədi?”. Bu sualın cavabını mən də belə
bilirdim: bəlkə, gələcəkdə gediləcək o yer haqda Xocanın bir fikri vardır deyə, düzü,
şübhələnirdim, amma o da bir şey demədi. Sanki hamının ona oxşamağından narahatlıq duyurdu.
Paşa daha sonra saatla maraqlanıb, içini açdırıb dişlərinin, mexanizmin, ağırlığının hansı işə
yaradığını soruşub. Sonra qaranlıq və qorxulu bir ilan yuvasını qurdalayan kimi, qorxa-qorxa
barmağını tıqqıldayan alətin içinə soxub və çəkib. Bu vaxt Xoca saat qüllələri haqqında və
hamının eyni vaxtda qılacağı namazın gücündən danışırmış ki, birdən Paşa şiddət göstərərək
deyib: “Ondan xilas ol. İstəyirsən zəhərlə, istəyirsənsə də azad ol. Rahatlaşarsan”. Yəqin onda
qəfil qorxu və ümidlə Xocaya baxmışam. Onların məni işin məqsədini bilənə qədər azad
etməyəcəklərini də dedi.
Fərqinə varmalı olduğum şeyin necə bir şey olduğunu soruşmadım. Bəlkə də, Xocanın da
bunu bilmədiyini öyrənməkdən, intuisiyamın gücüylə qorxurdum. Sonra başqa şeylərdən
danışıblar, Paşa qaşqabağını töküb qarşısındakı detallara istehza ilə baxırmış, Paşanın yenə də
maraqlanacağını ümidlə gözləyən Xoca, artıq çox da istənilmədiyini bilə-bilə axşamdan sonra
Paşanın mülkündə qalıb. Sonra alətlərini arabaya yüklətdirib. Arabanın qaranlıq və səssiz
döngədəki bir evdə olduğunu və yatağında yatamayan bir adam haqqında düşündüm: Təkərlərin
gurultulu səsi arasında iri saatın tıqqıltısını eşidir və maraqlanırdı.
Xoca gün işıqlanana qədər otaqda qaldı. Sönən şamın təzəsini yandıracaqdım, qoymadı.
İstəyirdi ki, nəsə deyim, fikrini bildiyim üçün dilləndim: “Paşa başa düşəcək”. Bunu qaranlıqda
olanda dedim, bəlkə, inanmadığımı o da bilirdi, amma bir qədər sonra cavab verdi: Bütün
müəmma Paşanın inandığı o zamanın sirrini faş etməkdədi.
İlk fürsətdə bu sirri çözmək üçün Paşanın yanına getdi. Bu dəfə Paşa onu sevinclə
qarşılayıb. Olanları, yaxud da niyyətlərini başa düşdüyünü deyib. Xocanın könlünü alandan
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
316
sonra silah hazırlamaq üçün məsləhət verib ona. “Düşmənlərimizə dünyanı zindan edəcək bir
silah”. Belə deyib, amma bu silahın necə bir silah olacağını deməyib. Elmə olan marağını bu
sahəyə yönləndirərsə, bax bu vaxt Paşa, Xocanı dəstəkləyərmiş. Evdə açıb saydıq, on yeddi
dənəydi, qəribə rəqəm idi. Padşahı, Xocanın dinləməyə vadar edəcəyini bu kisəni verəndən sonra
deyib. Deyib ki, uşaq belə şeylərə maraq göstərir. Nə mən, nə də asanca ümidlənən Xoca bu
sözdən həvəsləndik, amma bir həftə sonra xəbər gətirdilər. Paşa bizi, məni də, bəli, iftardan sonra
kürsüyə çıxaracaqmış.
Hazırlıq kimi Xoca, Paşaya oxuduğu mətni doqquz yaşındakı bir uşağın anlayacağı şəkildə
dəyişdirərək əzbərlədi. Amma fikri nəyə görəsə Paşdşahda yox, Paşada və onun hansı səbəbdən
sakitləşməyində idi. Bir gün bunun sirrini kəşf edəcəkmiş. Paşanın hazırlatmaq istədiyi silah
necə bir şey ola bilərdi? Mənim deməyə, demək olar ki, sözüm qalmamışdı, özü tək işləyirdi.
Xoca gecənin yarsına qədər otağına qapanarkən, mən artıq ölkəmə nə vaxt qayıdacağımı belə
düşünmədən, axmaq bir uşaq kimi, pəncərəmin qabağında boş-boş oturub xəyal qururdum:
Masanın arxasında oturub çalışan, Xoca yox mənəm, istədiyim vaxt istədiyim yerə gedə bilərəm.
Axşamüstü məmulatlarımızı arabaya yükləyib saraya getdik. Artıq İstanbul küçələrini
xoşlayırdım, görünməyən adam olduğumu, onların, bağçadakı iri çinar, şabalıd və palıd
ağaclarını arasından xəyal kimi keçdiyimi düşündüm. Avadanlıqları, başqa adamların da köməyi
ilə göstərdikləri yerdə- ikinci həyətdə qurduq.
Padşah boyu başına görə qısa, qırmızı yanaqlı sevimli bir uşaq idi. Avadanlıqları öz
oyuncaqları kimi əlləşdirirdi. Onunla həmdəm və dost olmaq istədiyimi o vaxtmı, yoxsa çox
sonra, on beş il sonra təkrar qarşılaşdığımız zamanmı düşündüyümü indi dəqiq bilmirəm, amma
ona haqsızlıq etməməli olduğumu o an hiss etdim. O vaxt həyəcanlanır, Padşahın ətrafındakı
adaçlar da maraqla onu gözləyirdi. Nəhayət, başlaya bildi, hekayəsinə təptəzə şeylər əlavə
edibmiş: Ulduzlardan idrakı olan canlı varlıqlar kimi danışdı, geometrik və ariometrik sistemə
uyğun olan və bu uyğunluğu bildiklərinə görə də nizamla fırlanan cazibəli, sirli varlıqlara
bənzətdi onları. Arada bir başını qaldıraraq göyə heyranlıqla baxan uşağın təsirləndiyini
gördükcə coşurdu. Budur, üstündə asılı qalaraq ulduzların fırlandığı şəffaf kürələri burda
göstərmişdi, baxın, Venera burdaydı və beləcə fırlanırdı, burada duran nəhəng şey də Ay idi və
deməli, o da, yerini başqa cür dəyişirdi. Xoca ulduzları fırlatdıqca modelə bağlı zəng xoş səsi ilə
çalınır, kiçik Padşah qorxaraq bir addım geriləyir, sonra cəsarətini toplayıb zınqıldayan
avadanlığa sehrli bir qutuya yaxınlaşan sayaq yaxınlaşıb anlamağa çalışırdı.
İndi xatirələrimi ümumiləşdirib özümə bir keçmiş uydurmağa çalışarkən, bunun
uşaqlığımda dinlədiyim nağıllara, o nağıllara şəkil çəkən rəssamlara uyğun bir xoşbəxtlik tablosu
olduğunu düşünürdüm. Bircə torta bənzəyən qırmızı damlı evlərlə, tərsinə çevriləndə qar
yağdıran o şüşə kürələr əksik idi. Sonra mən-uşaq soruşmağa, Xoca da cavab verməyə başladı.
Bu ulduzlar havada necə elə dayanırdılar? Şəffaf kürələr asılıydılar. O kürələr, görəsən,
nədən hazırlanmışdı? Onları şəffaflaşdıran şəfaf bir maddədən hazırlanmışdı. Bir-birlərinə
toxunmurdular? Xeyr, maketdəki kimi qatqat idilər. O qədər ulduz vardı, bəs nəyə görə o qədər
kürə yox idi? Çünki onlar çox uzaqdaydılar. Nə qədər çox? Çox, lap çox! Digər ulduzların da
fırlandıqca çalınan zəngləri var idimi? Xeyr, onu zəngli ulduzların bir tam periyodu məlum olsun
deyə biz qoymuşduq. Göy gurultusunun bununla əlaqəsi vardımı? Yox idi! Nəylə əlaqəsi vardı?
Yağışla! Göydən məlum olduğuna görə yağmayacaqdı. Göy, Padşahın xəstə aslanı üçün nə
deyirdi? Yaxşılaşacağını və ona səbirli olmağını və s. və ilaxır.
Xəstə aslan haqqında fikirlərini bildirəndə, Xoca ulduzlar haqqında danışarkən etdiyi kimi,
yenə də göyə baxmışdı. Evə qayıdandan sonra bu təfərüfatdan ürək dolusu danışmadı. Əsas olan
uşağın elmlə boş sözü bir-birindən ayırması yox, nəyisə bilməsi imiş, yenə həmin kəlməni
işlədirdi, üstəlik özünü elə aparırdı ki, guya fərqinə varılacaq nəsnənin nə olduğunu mən
bilirəmmiş. Mən isə artıq düşünürdüm ki, müsəlman olsam da, olmasam da eyni şeydi. Saraydan
çıxarkən verdikləri kisədən düz beş qızıl çıxmışdı. Xoca dedi ki, ulduzlarda baş verənlərin
arxasında hansısa məntiqin dayandığını bilir. Ah Padşah, sonra, lap sonra tanıdım onu. Eyni
Ayın, bizim evin pəncərəsindən görünməsi məni təəccübləndirdi, uşaq olmaq istəyirdim. Xoca
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
317
özünün saxlaya bilməyib eyni mövzuya qayıtdı: aslan problemi önəmli deyilmiş, sadəcə uşaq
heyvanları çox istəyirmiş, vəssalam.
Səhəri gün otağına qapanıb işləməyə başladı. Bir neçə gün sonra saatı və ulduzları arabaya
yüklətdi, pəncərənin arxasındakı o nigaran baxışlarım altında bu dəfə məktəbə getdilər. Axşam
evə qayıdanda kədərliydi, amma o qədər kədərli deyildi ki, danışmasın: “Elə bildim ki, uşaqlar
da Sultan kimi anlayacaqlar, amma səhv etmişəm.” dedi. Sadəcə qorxublar, Xoca danışandan
sonra, uşaqlardan danışdıqlarını soruşanda bir uşaq göy üzünün digər tərəfində cəhənnəm
olduğunu deyib və ağlamağa başlayıb.
Ondan sonrakı həftəni Padşahın anlayışına olan inancını azaltmaqla keçirdi, ikinci həyətdə
keçirdiyimiz dəqiqələri mənə bir-bir xatırladır, sübutlarını təsdiqlədirdi: Bəli, uşaq intellektliydi,
indidən düşünməyi bilirdi, bəli, ətrafındakıların təzyiqindən xilas ola biləcək qədər şəxsiyyətli
idi, bəli eləydi! Sonralar, Sultan bizim üçün yuxular görməmişdən əvvəl biz onun üçün beləcə
yuxular görməyə başladıq. Xoca, eyni zamanda saat üçün də çalışırdı, zənn edirdim ki, silah
üçün də nəsə düşünür, çünki çağırılanda Paşaya elə deyib. Amma bilirdim ki, Paşadan ümidini
kəsib. Onunçün Paşa demişdi: “Bu da başqaları kimi oldu. Bilmədiyini bilmək istəmir artıq”. Bir
həftə sonra Paşa yenə onu çağırtdırdı.
Sultan, Xocanı sevinclə qarşılayıb. “Deyib ki, aslanım sağalıb, dediyin oldu”. Sonra
ətrafındakı adamlarla birlikdə həyətə çıxıblar. Padşah hovuzdakı balıqları göstərib, onları necə
tapdığını Padşahdan soruşub. Bunu mənə danışarkən Xoca dedi: “Qırmızıydılar! Başqa bir söz
demək ağlıma gəlmədi”. O vaxt balıqların hərəkətlərində nizam olduğunu sezib, sanki öz
aralarında danışıb bu qüsursuzluğu qorumağa çalışırlarmış. Xoca deyib ki, balıqlar ağıllıdır.
Padşaha dayanmadan anasının öyüdlərini xatırladan hərəmağalarının birinin yanındakı
adamlardan biri –qırmız saçlı cücə bu sözə güləndə Sultan onu acılayıb. Arabalara minərkən də
cəza olsun deyə həmin adamı- qırmızı saçlı cücəni özüylə aparmayıb.
Arabalarla aslanxanaya, at meydanlarına gediblər. Qədim bir kilsənin sütünlarına,
Padşahın Xocaya bir-bir göstərdiyi aslanlar, leopardlar, qaplanlar zəncirləri ilə bağlıymış.
Xocanın sağalacağını bildiyi aslanın qarşısında dayanıblar, uşaq onunla danışıb, aslanı Xocaya
tanıdıb. Sonra bir küncdə yatan başqa bir aslanın yanına gediblər, digərləri kimi pis iy verməyən
bu heyvanın qarnında balası varmış. Padşah gözləri parıldaya-parıldaya soruşub: “Bu aslan neçə
dənə doğar, neçəsi erkək neçəsi dişi olar?”.
Hirslənən Xoca sonradan mənə, “səhv elədim” sözünün ona dedirdən bir şey edib,
astronomiyadan başı çıxdığını, amma münəccim olmadığını Padşaha deyib. Amma uşaq da belə
deyib: “Amma münəccimlərin rəhbəri Hüseyn Əfəndidən yaxşı bilirsən”. Xoca cavab verməyib,
ətrafdakılar eşidər, Hüseyn Əfəndiyə çatdırarlar deyə qorxurmuş. Kefi qaçan Padşah əlavə edib:
“Yoxsa Xoca heç bir şey bilmir, ulduzlara boş yerə baxır?”.
Bunun haqqında Xoca, lap sonralar deməyi planlaşdırdığı şeyləri tez bir zamanda demək
məcburiyyətində qalıb. Ulduzlardan çox şey öyrəndiyini, bu öyrəndiklərindən çox yararlı
nəticələr çıxardığını deyib. Gözlərini açaraq dinləyən Padşahın susqunluğunu xeyrə yozaraq
ulduzları seyr edəcək bir rəsədxana tikilməsinə ehtiyac olduğunu deyib. Eynən rəhmətlik atası I
Əhmədin babası III Muradın doxsan il öncə buyurub rəhmətlik Takiyüddi Əfəndiyə
hazırlatdırdığı və sonradan baxımsızlıqdan dağılan o rəsədxana kimi bir şey, xeyr, ondan daha
yaxşı bir şey: bir elm mərkəzi ki, içində ancaq ulduzları yox, bütün aləmi, çayları və dənizləri,
buludları və dağları, çiçəkləri və ağacları və təbii ki, heyvanları da öyrənən alimlər bir yerə
toplansınlar və istədikləri nəticələri danışa-danışa reallaşdırsınlar ki, zəkamız formalaşsın.
Xocadan mənim də ilk dəfə yəqinləşdirdiyim bir qənaəti də, Padşah şirin bir nağıl dinləyən
sayaq dinləyib. Arabalarla saraya qayıdarkən bir də soruşub: “Səncə, aslan necə doğacaq?”.
Xoca daha əvvəl də bu barədə düşündüyü üçün bu dəfə deyib: “Doğulan balalar bir-birinə
oxşayacaq”. Mənə evdə bu sözün heç bir təhlükəsi olmadığını dedi. Deyirdi ki, o səfeh uşağı
“ovcumun içinə alacağam. Baş münəccim Hüseyn Əfəndidən daha bacarıqlıyam”. Padşahdan
danışarkən bu kəlməni işlətməsi məni təəccübləndirmişdi. Daha dəqiq desək, qınamışdım onu. O
vaxt daxili sıxılaraq ev işləriylə əlləşirdim.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
318
Sonra o kəlməni bütün kilidlərə düşən açar kimi işlətməyə başladı. Axmaq olduları üçün
başlarının üstündə gəzən ulduzlara baxıb düşünmürdülər, axmaq olduqları üçün öyrənəcəkləri
şeyin əvvəlcədən nəyə lazım olduğunu soruşurdular, axmaq olduqları üçün bir-birlərinə
bənzəyirdilər və s. Bir neçə il öncə ölkəmdə bu cür açıqlamaları etməkdən mən də çox razı
qalmağıma baxmayaraq, Xocaya heç nə deməzdim. O vaxtlar da o mənimlə yox, axmaqları ilə
daha çox əlaqəli idi. Mənim axmaqlığım başqa cür imiş. Gördüyüm bir yuxunu o vaxtkı
boşboğazlığımla ona danışmışdım: Mənim yerimə keçib ölkəmə gedir, nişanlımla evlənir, toyda
da heç kəs bilmirdi ki, o mən deyiləm, mən də bir türk paltarı ilə seyr elədiyim əyləncənin şirin
yerində anam və nişanlımla qarşılaşır və o məni yuxudan oyandıran göz yaşlarıma baxmayaraq
ikisi də kim olduğumu bilmədən mənə arxasını çevirib uzaqlaşırlar.
O ərəfələrdə iki dəfə Paşanın malikanəsinə getdi. Paşa, deyəsən, onun rizasından xaric
Padşahla yaxınlıq etməsindən xoşu gəlmirdi, onu sorğu-suala tutub: məni soruşduğunu,
haqqımda məlumat topladığını çox sonra, Paşa İstanbuldan sürgün olunandan sonra mənə dedi:
yoxsa günlərimi zəhərlənmək qorxusu ilə keçirəcəkdim. Yenə də Paşanın Xocadan çox mənə
maraq duyduğunu bilirdim: Xocayla aramızdakı oxşarlıqdan, məndən daha çox Paşanın narahat
olmağı məni qürurlandırıdı. O ərəfələrdə sanki bu oxşarlıq, Xocanın heç vaxt öyrənmək
istəməyəcəyi və mövcudluğu mənə qəribə bir cəsarət verən sir idi: Bəzi vaxtlar, sırf bu oxşarlığa
görə Xoca yaşadığı müddətdə təhlükədən uzaq olduğumu düşünürdüm. Bəlkə də, buna görə
Paşanın da bu axmaqlardan biri olduğunu deyəndə Xocayala razılaşmırdım, onda da Xoca
hirslənərdi. Məndən həm əl çəkə bilmədiyini, həm də utandığını bilmək, məni vərdiş eləmədiyim
bir arsızlığa sürütləyərdi. Dəqiqə-başı Paşanın ikimiz üçün dediklərini soruşar, Xocanı səbəbi
özünə də məlum olmayan bir hirsə aludə edərdim. O vaxt inadla təkrarlayaraq deyərdi: Paşanın
da ayağının altını qazacaqlar, yaxın vaxtda yeniçərlər nəsə edəcəklər, sarayın içində müxtəlif
planlar qurulduğunu hiss edirmiş. Buna görə Paşanın dediyi kimi, silah üçün çalışacaqsa, bunu
gəldi-gedər vəzir üçün deyil, Padşaha təqdim etmək üçün hazırlamalıymış.
Düşündüm ki, bir ara ancaq bu naməlum silah planı ilə əlləşir, çalışırdı, amma davam
eləmirdi. Davam eləsəydi, mənə ürəyini açacağından, məni alçaltmalı olsa da, nə fikirləşdiyimi
öyrənmək üçün planlarını mənə danışacağından əmin idim. Bir axşam iki-üç həftədə etdiyimiz
kimi, Ağsaraydakı o evə gedib, musiqi dinləyəndən sonra qadınlarla yatıb evə qayıdırdıq. Xoca
mənə dedi ki, səhərə qədər işləyəcək, sonra məndən qadınları soruşdu, heç etmədiyimiz bir şey
idi qadınlardan danışmaq, sonra birdən dedi ki, “fikirləşirəm”, amma nəyi fikirləşdiyini deməmiş
evə gələn kimi otağına keçdi. Mən də artıq səhifələrini belə çevirməyə üşəndiyim kitabların
yanında qaldım və onu davam etdirmədiyinə inanmadığım hər hansı bir planını, yaxud da
düşüncəsini, qapandığı otaqda hələ tam vərdiş etmədiyi masanın arxasında oturub qarşısındakı
boş kağızlara baxdığını, masanın ətrafında saatlarla utanc və hirslə boş-boş oturduğunu
düşündüm.
Gecəyarısından çox sonra otağından çıxdı, kiçik bir problemlə üzləşdiyi üçün kömək
istəyən şagirdin təvazökar utancaqlığıyla məni içəri, masasının yanına çağırdı. Heç çəkinmədən
dedi: “Mənə kömək et. İşləri birgə düşünək, təkcə davam edə bilmirəm”. Bir an bunun qadınlarla
əlaqəli bir şey olduğunu düşünüb susdum. Mənasız-mənasız baxdığımı görəndə, ciddi-ciddi dedi:
“Axmaqlar haqqında düşünürəm. Niyə o qədər axmaqlar var?. Sonra mənim cavabımı bilirmiş
kimi əlavə etdi: “Yaxşı, axmaq deyillər, amma beyinlərində nəsə çatmır”. “Onların” kimliyini
soruşmadım. “O məlumatları beyinlərində saxlayacaq bir yer yoxdumu?”- dedi, sanki bir söz
axtarırdı, ətrafına baxdı. “Beyinlərinin içində bir qutu, bu şkafın gözləri kimi, qarışıq əşyaları
içinə yerləşdirməsi mümükün olan bir künc olmalıdır, amma sanki elə bir şey yoxdu. Başa
düşürsən?”, nəsə başa düşdüyümə özümü inandırmaq istəyirdim, amma çox da başa düşə
bilmirdim. Uzun müddət ikimiz də susduq. Ən axırda dedi: “Onsuz da guya insanın niyə elə,
yaxud da belə olduğunu kim bilir ki? Ah, kaş ki, həqiqi bir həkim olaydın və mənə öyrədəydin,
dedi, sonra əlavə etdi: “Bədənlərimizi və beynimizin içini”. Sanki bir qədər utandı. Məni
qorxutmaq istəmədiyi üçün bu haqda sağlam bir tövrlə açıqladı: Təslim olmayacaqmış, sonuna
qədər gedəcəkmiş, həm nəhayətdə nə olacaq deyə maraqlandığı üçün, həm də edə biləcəyi başqa
|